“Aqiloğlu” nəşriyyatı Müsavat başqanı İsa Qəmbərin “Azadlığa doğru” kitabını çapdan çıxarıb.
Nəfis tərtibatda hazırlanmış kitabda əsasən Müsavat başqanının məqalə, çıxış və müsahibələri toplanıb. Kitaba M.Ə,Rəsulzadə İrsini Araşdırma Fondunun sədri, Müsavat Partiyasının Divan üzvü Nəsiman Yaqublu ön söz yazıb. 3 bölümdən ibarət, əlavə siyası sənədlərin, fotoların yer aldığı kitabda ilk yazı İsa Qəmbərin Zori Balayanın “Ocaq” kitabına yazdığı məşhur cavabı “Azadlığa doğru” kitabı 20-ci əsrin sonunda sovet mperiyasına qarşı aparılan mübarızə tarixinin öyrənilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Kitabda Müsavat başqanının hakimiyyətdə olduğu 1992-93-cü illərdəki fəaliyyəti, 1993-cü il iyun qiyamından sonra H.Əliyev rejiminə qarşı apardığı ardıcıl və qətiyyətli mübarizəsi də müxtəlif tarıxı sənədlərlə öz əksini tapıb.
