"Bu işlérin axırı hamımızdan
asılıdır"
"Vahid namizédi praymerizlé müéyyén edé bilérik"
İsa Qémbérin fikrincé, cémiyyétin aktiv hissési düzgün qérarlar qébul etsé,
işlérin axırı yaxşı olacaq
Müsavat Partiyası başqanı İsa Qémbérlé "Bizim Azérbaycan"
seçki bloku elan olunduqdan sonra müsahibé almaq istéyirdik. Ancaq bir az gecikdik vé
sonra qérara géldik ki, Seçki Mécéllési layihésinin parlamentdéki müzakirésilé
bağlı suallarımızı da Müsavat başqanına ünvanlayaq. Müsavatın
qérargahına müsahibé üçün yollanarkén partiya qérargahının kandarında
keçmiş hémkarımız Hikmét Hacızadé ilé rastlaşdıq.
"Xeyir ola, yığıncaq var" sualına "İsa béylé müsahibémiz
var" dedik. Hikmét béy isé gülümséyérék téklif verdi ki, soruşun, bu işlérin
axırı necé olacaq? Biz dé İsa Qémbérlé müsahibémizi bu sualla başladıq.
- İsa béy, Hikmét Hacızadé soruşmuşkén,
bu işlérin axırı necé olacaq?
- Azérbaycanda çox populyar olan "bu işlérin axırı necé
olacaq" sualı son vaxtlar bir az zarafatyana tonda séslénir, amma yené dé öz
ciddiyyétini saxlayır. Mén dé bu suala ciddi cavab vermék istéyirém. Bu işlérin
axırının necé olması prosesdé iştirak edén bütün
insanlardan, yéni bizdén asılıdır. Gélécéyi dé bu proseslérdé iştirak
edén insanlar yaradacaq. Burada, biz deyéndé, mén hansısa bir insanı, bir
siyasi désténi, bir partiyanı deyil, prosesdé iştirak edén bütün insanları
nézérdé tuturam. Bu baxımdan Azérbaycan cémiyyéti bu gün hansı addımlar
atır, hansı qérarlar qébul edirsé, proses dé o istiqamétdé gedécék. Mén
éminém ki, cémiyyétdéki bütün aktiv ictimai-siyasi qüvvélér düzgün qérarlar qébul
edé bilécék vé sonda da bu işlérin axırı yaxşı olacaq.
İşlérin yaxşı olmasını isé mén bu il ilk növbédé azad
vé édalétli seçki keçirilmési kimi başa düşürém. Égér biz uzun fasilédén
sonra ölkédé xalqın iradésiné uyğun demokratik seçki keçiré bilsék,
ondan sonra xalqımızın bütün problemlérini héll etmék üçün real
imkanlar yaranacaq.
- Seçki Mécéllési layihésinin parlamentdé gedén müzakirélérini
necé qiymétléndirirsiniz?
- Bu müzakirélér, indiki hakimiyyétin adét etdiyiték, formal xarakterdé keçirilir.
Hér zaman olduğu kimi, sénéd Prezident Aparatında hazırlanır vé seçkinin
keçirilmésiné az bir vaxt qalanda Milli Méclisé téqdim edilir. Parlamentdé isé
iqtidaryönümlü deputatların hamısı dövlét başçısını
vé onun téqdim etdiyi layihéni térifléméklé méşğul olur. Eyni zamanda, téqdim
olunan layihéni daha da mürtéce hala gétirmék üçün çoxsaylı fikirlér séslénir.
Sonra sénéd parlamentdé ciddi déyişikliklér olmadan qébul edilérék dövlét
başçısının imzalamasına téqdim olunur. Prezident isé, öz növbésindé,
imzalama éréfésindé bir an gözléyir ki, görésén, beynélxalq téşkilatlar sénédé
né cür münasibét göstérécék? Hémişéki prosedurlardır, hélé ki, yeni
bir şey olmayıb.
- Onda belé çıxır ki, müxalifétin tézyiqlérinin
real bir néticési yoxdur?
- Müxalifétin téxminén son bir illik féaliyyéti néticésindé istér ölké
daxilindé, istérsé dé ölkénin hüdudlarından kénarda ictimaiyyétin diqqéti
builki seçki prosesiné vé seçki qanunvericiliyiné célb olunub. Ancaq hélélik bu féaliyyét
seçki qanunvericiliyinin müsbét istiqamétdé tékmilléşdirilmési üçün kifayét
etmir. Görünür, séylér bundan sonra da davam etdirilmélidir.
- İsa béy, müxalifét "azad seçki" télébiylé
növbéti mitinqé hazırlaşır. Ancaq bu aksiya mécéllénin müzakiré
olunduğu Milli Méclisin binası qarşısında yox, "Qélébé"
meydanında keçirilécék...
- Müxalifétin reallaşdırdığı mitinqlérin şéhérin mérkézi
meydanlarında keçirilmési téklifléri mövcuddur vé kifayét qédér aktiv müzakiré
olunub. Ancaq hélélik bu istiqamétdé hér hansı bir qérar verilméyib. Bu qérarın
verilmémésinin dé, tébii ki, bir sıra obyektiv vé bézi subyektiv sébébléri
var. İndiki mérhélédé biz birgé hérékét etméyé daha çox üstünlük
veririk, néinki hérémiz öz istédiyimiz taktikaya uyğun hérékét etméyé.
Sonrakı mérhélédé dé biz qérarların birgé verilmésiné çalışacağıq.
- "Zerkalo" qézeti müxalifétin hansısa gizli
planı ilé élaqédar bir méqalé dérc edib. Méqalédé qeyd olunur ki, müxalifét
parlamentdé gedén müzakiréléri dayandırıb ümumrespublika mitinqlériné başlamağı
planlaşdırır. Ümumiyyétlé, belé bir ideyaya necé baxırsınız?
- İndiki hakimiyyét demokratiya görüntüsü yaratmaq istiqamétindé kifayét qédér
técrübé toplayıb. Diqqét yetirdinizsé, Seçki Mécéllésinin dinléméléri
zamanı müxalifétdén olan millét vékillérinin qısamüddétli müzakirélérdé
iştirakdan imtinası hakimiyyét daxilindé né qédér narahatlığa sébéb
oldu. Tébii ki, hakimiyyété düzgün istiqamétdé qérarları qébul etdirmék
üçün tésir göstérméyin potensialı kifayét qédér böyükdür vé bu
potensialdan daha séméréli istifadé etmék mümkündür.
- O cümlédén, éyalétlérdé kütlévi aksiyaların keçirilmési?..
- Fikrimcé, ölkédé azad vé édalétli seçki keçirilmési naminé qanunun icazé
verdiyi bütün mübarizé üsulları hérékété gétirilmélidir. Azérbaycan xalqı
tékcé Bakının yox, bütün ölkénin dövlét başçısını
seçécék vé bu proseslérdé tékcé paytaxtın éhalisi yox, bütün ölké éhalisi
iştirak etmélidir.
- Növbéti sualımız "Bizim Azérbaycan" seçki
bloku ilé élaqédardır. Méqséd tékcé Demkonqresdéki partiyaların bu bloka
célb olunması idimi?
- Müsavat Partiyası daim müxalifét partiyalarının émékdaşlığının
téréfdarı olub. Xatirinizdédirsé, 2001-ci ilin 22 oktyabrında mén ölkédé
féaliyyét göstérén bütün siyasi qüvvéléré müraciét edérék émékdaşlıq
haqda dörd téklif iréli sürdüm. Bu tékliflérin ésas hédéfi ölkédé demokratik
seçki keçirilmésiné nail olmaqdan ibarét idi. Bu tékliflérin sonuncusu vahid namizédin
ilkin seçki néticésindé müéyyénléşdirilmésindén ibarét idi. O tékliflérdén
bir hissési gercékléşsé dé, vahid namizédin müéyyén olunması siyasi qüvvélér
arasında hélélik aktiv müzakiré olunmayıb. Prinsip etibarilé ménim dördüncü
téklifim hélé dé qüvvédé qalır vé bu istiqamétdé mésléhétléşmék
istéyén bütün siyasi qüvvélérlé biz danışıqlara hazırıq.
Eyni zamanda, bizim uzun müddétdén béri féaliyyét göstérén bir siyasi blokumuz da
var - Demokratik Konqres. Bu qurumun méclisi isé hélé 2001-ci ildé qérar qébul etmişdi
ki, növbéti prezident seçkisindé vahid namizédlé iştirak niyyétindédir. Bir
il sonra isé méclis artıq niyyét şéklindé deyil, qérar şéklindé
prezident seçkisindé vahid namizédlé iştirak edécéyini bildirmişdi. Yegané
sonuncu addım vahid namizédin müéyyénléşdirilmési qalırdı ki, bu
da mart ayının 29-da qébul edildi. Bildiyiniz kimi, Demkonqresdé 13 partiya témsil
olunur. Bu qérardan sonra isé digér pratiyaların da bizé müraciéti olub. Bu müraciétlérdén
bézisi métbuat téréfindén işıqlanıb, bézisi isé yox. Égér başqa
qüvvélér dé seçkidé birgé iştirak etmék istéyécéklérsé, tébii ki, biz
bu haqda ciddi mésléhétléşméléré, danışıqlara hazırıq.
Hesab edirém ki, Azérbaycanda féaliyyét göstérén bir sıra partiyaların
bir araya gélérék öz vahid namizédini müéyyénléşdirmési bütövlükdé müxalifétin
vahid namizédinin béyan edilmésiné maneé törétmir. Éksiné, müxalifétin vahid
namizédini müéyyénléşdirmésiné élverişli şérait yaradır. Yéqin
siz dé hiss eléyirsiniz ki, bizim qébul etdiyimiz bu qérar müxalifétdaxili
inteqrasiya prosesiné yeni bir tékan verib. Bu, bir daha bu qérarların zamanının
yetişdiyinin göstéricisidir. Biz hér zaman mésléhétléşméléré vé danışıqlara
açığıq.
- Vahid namizédlé bağlı hüquq müdafiéçisi Leyla
Yunusovanın tékliflérilé yéqin ki, tanışsınız. Buna münasibétiniz?
- Son dövrlérdé vahid namizédlé bağlı müxtélif tékliflér séslénib vé
ideyalar iréli sürülüb. Böyük éksériyyét kimi, mén dé Leyla xanımın téklifinin
sémimi xarakter daşıdığını düşünürém. Digér
siyasi qüvvélérlé, yéqin ki, bu barédé müéyyén mésléhétléşmélérimiz
olacaq.
- Ümumiyyétlé, vahid namizéd kimi aparıcı
partiyaların liderlérindén birinin deyil, kénar bir şéxsin çıxış
etmési nézéri céhétdén mümkündürmü?
- Béli, sırf nézéri céhétdén mümkündür. Ancaq siyasi partiya liderléri arasında
vahid namizédi müéyyénléşdirmék o qédér dé asan deyilsé, kénarda vahid
namizédi axtarmaq, fikrimcé, daha çétin olacaq.
- İsa béy, "Bizim Azérbaycan" seçki bloku
yaranandan sonra Demkonqresin aqibéti necé olacaq?
- Maraqlı sualdır. Bildiyiniz kimi, Demkonqres konkret bir seçki üçün yaradılmış
bir qurum deyildi. Prinsip etibarilé bu blok demokratik qüvvélér hakimiyyété géldikdén
sonra da mövcud ola bilér. Eyni zamanda, bu blokun bütün üzvlérinin daxil olduğu
bir seçki bloku yaranırsa, paralel surétdé hér iki qurumun seçkiyéqédérki müddétdé
féaliyyét göstérmési, yéqin ki, müzakiré olunacaq. Biz bütün qérarların
kollegial surétdé qébuluna adét elémişik. Seçki bloku résmén yaranandan sonra
bu mésélé müzakiré olunacaq. Seçki blokları, éslindé, daimi deyil. Qalib géldikdén
sonra bu birlik hakimiyyét koalisiyasına da çevrilé bilér vé ola bilér ki, o
zaman hémin koalisiyada iştirak edén qüvvélér hansısa blokda féaliyyét göstérsin.
Bunlar hamısı mümkün variantlardır vé müzakiré olunacaq.
- Blok yaranandan sonra eyni qüvvélérin témsil olunduğu
iki qurum arasında paralellik olmayacaqmı? Yéni bir gün Demkonqres yığışacaq,
sabahısı gün seçki bloku...
- "Bizim Azérbaycan" seçki blokunda, Demkonqresdén férqli olaraq, daha çox
qüvvénin birléşécéyi aydındır. Hesab edirém ki, "Bizim Azérbaycan"
bloku kémiyyét baxımından Demkonqresdén férqlénécék.
- Bés Birléşmiş Müxalifét Hérékatının
(BMH) sonrakı taleyi necé olacaq?
- BMH bizim 2001-ci il 22 oktyabr tékliflérimiz vé bir sıra başqa qüvvélérin
istéyi ilé yaranmış qurum idi. Bu birlik xüsusén 2002-ci ilin birnci yarısında
çox yararlı féaliyyét göstérdi vé qarşısına qoyduğu bir sıra
hédéfléré nail oldu. Bir téréfdén, indiki hakimiyyétin istefası ideyası
béyanatlardan, métbuatdan meydana çıxarıldı, digér téréfdén, sağlam
siyasi qüvvélérin inteqrasiyası istiqamétindé çox mühüm bir addım oldu vé
daxilindé 30-a yaxın téşkilatı birléşdiré bildi. Avqustun 24-dé
keçirilmiş referendumla bağlı müxalifét partiyaları arasında
Élaqéléndirmé Şurası yaradılandan sonra bu qurum, bir növ, BMH-ni évéz
etdi. Lakin tééssüf ki, Élaqéléndirmé Şurasını sona qédér saxlamaq
mümkün olmadı. Halbuki mén bütün qüvvélérin birgé féaliyyéti baxımından
bu qurumun qalmasını méqsédéuyğun hesab edirdim. İndiki mérhélédé
müxtélif formatlar mövcud olsa da, biz bütün siyasi qüvvélérin birgé tédbirlér
keçirméyini témin edé bilmişik. BMH-nin dé bir sıra hédéfléri artıq
ya gerçékléşib, ya da gerçékléşmék üzrédir. BMH-nin aqibéti yéqin ki,
qurumda témsil olunan bütün partiyaların birgé qérarından asılı
olacaq.
- Konkret bu gün BMH-nin artıq öz missiyasını
başa vurduğunu demék olar?
- Düzdür, BMH qarşısına qoyduğu bir sıra hédéfléré nail
olsa da, ésas hédéfi olan Heydér Éliyevin istefası vé ölkédé héqiqi seçkilér
keçirilmési reallaşmayıb. Ona göré dé istér BMH, istérsé dé bu hédéfléri
qébul edén digér qüvvélér, fikrimcé, öz mübarizésini davam etdirmélidir.
- Müxalifétin Koordinasiya Mérkézinin (MKM) genişléndirilmési
barédé qurum daxilindé bézi müzakirélér gedir. MKM-in indiki formatda xeyli uğuru
olub vé effektli féaliyyét davam edir. Sizcé, mérkézin genişléndirilmési
problemlér yaratmayacaq ki?
- Mén, ümumiyyétlé, mürékkéb seçki ilindé müxalifétdé olan siyasi qüvvélérin
émékdaşlıq formatı kimi éléqéléndirmé şurasını téklif
edirdim. Eyni zamanda, burada séméréli vé konstuktiv qérarların qébuluna nail
olmaq üçün Élaqéléndirmé Şurasında 10 partiyanın liderlérinin iştirakı
ilé bir idaré heyéti yaradılaydı. Lakin bézi partiyaların özünü böyük
adlandırması, bézilérinin isé kiçik olmasından incimési ucbatından
bu model gerçékléşmédi. Biz ziddiyyétlérin dérinléşdirilmésinin téréfdarı
olmadığımızdan, hamıya bir-birimizé qarşı bir qédér
dözümlü olmağı xahiş etdik. MKM-in formalaşması isé
referendum vaxtı Élaqéléndirmé Şurası içindén bir qurumun yaradılması
kimi başlamışdı. Burada isé ésas prinsip kimi referendumda 500-dén
çox méntéqéyé müşahidéçi veré bilén partiyaların mérkézé qébul
edilmési qérara alınmışdı. MKM-in sonrakı féaliyyéti dövründé
bézi partiyaların quruma daxil edilmési nézérdé tutulmuşdu. MKM-é ortaya
potensial qüvvé qoya bilécék üzvlérin daxil edilmési normal haldır. Méséléyé
bu cür yanaşılmalıdır. Yoxsa, béziléri kimi, say baxımından
yox.
- İsa béy, ümumiyyétlé, MKM-in indiki féaliyyétini necé
qiymétléndirirsiniz? Bir çoxlarının fikrincé, müxalifétin indiyé qédér
mövcud olmuş birlikléri içérisindé én effektlisi MKM-dir...
- Mén istérdim ki, bu, héqiqétén belé olsun. Biz MKM-in séméréli bir qurum olduğunu
o zaman söyléyé bilécéyik ki, qarşımıza qoyduğumuz maksimum
proqrama - ölkédé azad vé édalétli seçkilér keçirilmésiné tam nail olaq. Bu
istiqamétdé minumum proqram isé seçki gününé qédér dé, seçkidén sonrakı
ilkin mérhélédé dé MKM-déki qüvvélérin birgé féaliyyétini saxlaya bilmékdén
ibarét olmalıdır. Égér bu baş verérsé, o zaman biz MKM-in féaliyyétiné
ümumilikdé müsbét qiymét veré bilécéyik.
Bugünédék bizim MKM-dén narazı olmağa ésasımız yoxdur. Çünki
MKM indiyé kimi kifayét qédér yekdil féaliyyét göstéré bilib. Hém Seçki Mécéllésilé
bağlı müxalifétin ortaq mövqeyinin formalaşdırılması vé
bu mövqeyin Azérbaycan cémiyyétiné, o cümlédén beynélxalq téşkilatlara téqdim
olunması, hém dé kütlévi tédbirlérin birgé keçirilmési baxımından
MKM qarşısına qoyduğu méqsédléré nail olub. Ancaq bu néticélérin
éldé olunması özümüzdén razı qalmağa da ésas vermir. Yéni égér
biz ölkédé héqiqi seçki keçirilmésiné nail olmayacağıqsa, hansı ésasla
özümüzü térifléméliyik ki, bés biz belé yaxşı birlik yaratdıq?!
Bizim ésas hédéfimiz ölkédé demokratik seçki keçirilmésidir vé yalnız bu hédéfé
çatdıqdan sonra biz MKM haqqında çox yüksék fikirlér söyléyé bilérik.
- 24 avqust referendumunda müxalifét partiyalarının
birgé féaliyyéti oldu vé bunun néticésindé seçkinin saxtalaşdırıldığını
sübutlayan müéyyén sénédlér éldé edildi. Seçkidé neçé namizédlé iştirakdan
aslı olmayaraq, MKM-in prosesi birgé müşahidé etmési haqda müzakiré aparırsınızmı?
- Bu cür birgé féaliyyét nézérdé tutulub, ancaq bu haqda hélélik konkret müzakirélér
başlamayıb. Fikrimcé, konkret müzakiré yalnız seçkinin hansı qanun
ésasında keçirilécéyi mélum olandan sonra aparıla bilér. Yéni biz seçki
komissiyasında, méntéqélérdé neçé namizédlé témsil olunacağımızı
biléndén sonra qérar qébul edécéyik.
- Yenidén vahid namizéd mésélésiné qayıtmaq istérdik.
Mésélén, cémiyyétin xeyli hissési vahid namizéd olmayacağı téqdirdé müxalifétin
prosesi uduzacağını düşünür. Kimi deyir ki, bu barédé danışmaq
tezdir, başqa birisi isé vahid namizédé ehtiyac görmür, bunu demokratiyaya zidd
ideya kimi qiymétléndirir. Sizcé, vahid namizéd haqda müzakirélér né vaxt başlamalıdır?
- Mén bu qütb mövqelérin heç birindé deyilém. Mén né deyirém ki, vahid namizéd
olmasa, müxalifét seçkidé qélébé qazana bilméyécék, né dé deyirém ki, vahid
namizéd olsa, demokratiyaya zérbé olcaq. Yéni mén bu gün vahid namizédlé bağlı
müzakirélér aparılması üçün demirém ki, tezdir vé demirém ki, gecdir.
Égér ümumi fikir olarsa, biz isténilén mérhélédé bu mésélénin müzakirésiné
hazırıq. Elé müxalifétin prezident seçkisindé vahid namizédlé çıxış
etmék ideyasını iréli sürénlérdén biri dé biz olmuşuq. Ölkédé
azad vé édalétli seçki keçirilécéksé, demokratik qüvvélérin namizédi qalib gélécék.
Demokratik seçki olmayacaqsa vé indiki hakimiyyét növbéti défé prezident seçkisini
saxtalaşdıracaqsa, o zaman vahid namizédin olub-olmamasının elé bir
tésiri olamayacaq. Ona göré dé mén mésélénin yalnız vahid namizéd ideyasına
yönélmésinin téréfdarı deyilém. Biz vahid namizéd ideyasına loyal yanaşırıq.
Élbétté ki, söhbét demokratik qüvvélérin, ölkédé vé beynélxalq alémdé tanınan
müxalifét partiyalarının vahid namizédindén gedir. Hesab edirik ki, bu, istér
siyasi qüvvélérin konsolidasiyası baxımından, istér cémiyyétin féallığının
artması baxımından şansları xeyli artıra bilér. Égér bu gün
vahid namizéd ideyasını qébul ediriksé, namizédi müéyyénléşdirméyin
én düzgün, demokratik yolu ilkin seçki, praymerizdir.
- Égér praymeriz keçirmék mümkün olmasa, tanınmış
bir xarici sorğu agentliyinin vahid namizédi sorğu vasitésilé müéyyénléşdirmésiné
münasibétiniz necédir?
- Bunun yalnız yardımçı tésiri ola bilér. Çünki dünyanın én méşhur
sorğu mérkézi dé gélib Azérbaycanda sorğu keçirsé belé, sorğunun néticéléri
kimi qane etmésé, deyécéklér ki, sorğu séhv aparılıb vé biz bu néticéléri
qébul edé bilmérik.
- Siz özünüz prinsipcé praymerizdé iştirak etméyé hazırsınız?
- Téklifi égér özüm iréli sürmüşémsé, tébii, praymerizdé iştiraka
hazıram. İréli sürdüyümüz téklifin mahiyyétindé dé yalnız
praymeriz vasitésilé vahid namizédin müéyyénléşdirilmési durmur. Fikrimcé,
biz ilkin seçkinin köméyi ilé öz aramızdakı münasibétléri qurmaqla, éslindé
gélécékdéki hakimiyyét koalisiyasını quracağıq. Yéni ilkin seçkinin
néticélériné göré birinci yeri tutmuş şéxs prezidentliyé namizéd
olacaqsa, ikinci yeri tutan şéxs gélécék hakimiyyétdé bir postu tutmalıdır.
Biz belé razılaşmanın téréfdarıyıq. Égér biz bu gün vahid
namizédin bélli olması üçün praymeriz keçirilmésini téklif ediriksé, faktiki
olaraq vahid namizéd olmaq iddiasından müéyyén dérécé geri durmuş oluruq.
Yéni évvélcédén praymerizin iştirakçıları béyan etmélidi ki, néticéyé
göré başqa birisi üstün olacaqsa, digérléri onun namizédliyini déstékléyécéklér.
- İsa béy, növbéti seçkidé hakimiyyétin öz
alternativlériné qarşı müxtélif antitébliğat üsullarından, o cümlédén,
"Qara PR"dan istifadé edécéyi ehtimal olunur. Bunun artıq simptomları
da görünméyé başlayıb. Buna misal kimi sizin milli ménsubiyyétiniz barédé
ortaya atılmış şayiéni göstérmék olar. Antitébliğatdan müdafié
olunmaq üçün né düşünürsünüz?
- Bilirsiniz, néinki inkişaf etmiş ölkélérdé, son onildé inkişaf
yoluna qédém qoyan bir sıra ölkélérdé dé seçki kampaniyası böyük
siyasi qüvvélérin yox, eyni zamanda iri maliyyé mérkézlérinin mübarizési şéklindé
gedir. Bu işé böyük vésait xérclénir vé bu istiqamétdé güclü PR téşkilatları,
imicmeyker qrupları féaliyyét göstérir. Azérbaycanda bu gün hakimiyyét hér
şeyi öz inhisarına götürdüyündén hazırda ölkémizdé belé maliyyé
yarışını düzénlémék mümkünsüzdür. Hakimiyyétin müxalifét
liderlériné, o cümlédén méné qarşı aparmaq istédiyi "Qara PR"
kampaniyasına gélincé, onu vurğulamaq istérdim ki, bu cür böhtan xarakterli
tébliğat Heydér Éliyev hakimiyyété géldiyi gündén gedir. İlk gündén béri
bizim ünvanımıza séslénén bu ittihamlar da hazırda söylénilénlérdén
az deyil, bélké dé çoxdur. Yadınıza salın, 1993-cü ilin iyun ayından
başlayaraq Ébülféz Elçibéyin, ménim, hérékatın digér önémli şéxsléri
haqqında hakimiyyét ideoloqları nélér deyirdilér. Son vaxtlarda ortaya çıxan
böhtanlar da müéyyén dövrdé bizim ünvanımıza séslénib. Deyilénlér dé
konkret faktlara söykénmédiyindén onları asanlıqla rédd elémék mümkündür.
Çünki deyilénlér arasında bizé yapışan bir şey yoxdur.
- Adétén çamuru atırlar, yapışmayanda da lékési
qalır...
- İqtidar burada bir şeyi, bizim Azérbaycanda siyasété dünén gélmédiyimizi
nézéré almalıdır. Bu gün üzdé olan siyasétçilérin hamısını
cémiyyét kifayét qédér tanıyır vé cémiyyétin bu siyasétçilér haqda
formalaşmış bir fikri var. O fikri isé déyişmék o qédér dé asan
deyil. İndiki iqtidar artıq on ildir hakimiyyétdédir vé xalq onların bu
müddétdé Azérbaycanın xeyriné heç bir éméli féaliyyétdé olmadığını
görür. Xalq bu hakimiyyétdén Qarabağın azad edilmésini, héyat séviyyésinin
yükséldilmésini gözléyir. Bu hakimiyyété qarşı hazırda narazılıq
o héddé çatıb ki, iqtidar kimé hücum edirsé, xalqın hémin qüvvéyé réğbéti
artır. Cémiyyétdé dé bu hakimiyyétin qorxduğu, çékindiyi yegané qüvvénin
elé hémin qüvvé oduğu haqda fikir formalaşır. Ona göré dé hakimiyyétin
apardığı bu tébliğata göré o qédér dé narahatlıq keçirmirik.
Biz elektoratımızın mövqeyini bilirik vé gücümüzé dé bélédik. Biz
düz yolda olduğumuza éminik vé heç bir böhtan da bizi bu yoldan çékindiré
bilméz.
- Az.TV cémiyyétdé qébul olunmadığından,
iqtidar antitébliğat kampaniyasını nézarétindé olan özél kanallar
vasitésilé aparır. Bu kanallar isé éyléncé proqramları ilé özlériné
kifayét qédér seyrçi toplayıblar.
- Mélum mésélédir ki, hakimiyyét çoxdandır ölkédé psevdodemokratiya yaratmağa
çalışır vé buna göré dé ölkédé normal demokratik mühit, azad métbuatın
inkişafı üçün şérait yoxdur. Qézetlér arasında az-çox öz müstéqilliklérini
qoruyub saxlayan métbuat orqanları var. Amma televiziyaları hakimiyyét bu vé
ya başqa formada öz nézaréti altına götürüb vé héqiqi müstéqil
kanalların açılmasına imkan vermir. Ancaq buna baxmayaraq, biz gérék hér
bir media imkanından maksimum istifadé etméyi bacaraq. İstér bu gün öz mövqeyini
saxlamağa nail olmuş qézetlérin méhdud imkanlarından, istérsé dé bézi
televiziyaların obyektivlik görüntüsü yaratmaq üçün müxalifété verdiyi
imkanlardan. Mén éminém ki, hakimiyyétin bu üsulları fayda gétirméyécék.
Bilirsiniz, xalq bu hakimiyyétdén o qédér bezib ki, indiki iqtidara xidmét edén isténilén
qüvvé az müddétdé nüfuzdan düşür. Bu, tébii ki, hakimiyyétin oyunlarına
qatılan media strukturlarına da aiddir. Bu gün Heydér Éliyev hakimiyyétinin
yanında olmaq uduzanlar sırasına daxil olmaq demékdir.
- Ölkénin bütün iri maliyyé kanalları iqtidarın nézarétindédir.
Bés müxalifét seçkidé tébliğat üçün lazım olan vésaiti haradan éldé
edécék?
- Çétin, eyni zamanda yaxşı sualdı. Tébii ki, biz maliyyé mésélésindé
hakimiyyétlé yarışa giré bilmérik. Biz minimum vésaitlé maksimum néticé
göstérmék fikrindéyik. Mésélén, 2000-ci ilin parlament seçkisindé Müsavat
Partiyasının xérclédiyi vésait, inanmıram ki, YAP-ın xérclédiyi vésaitin
yüzdé biri olsun. Ancaq buna baxmayaraq, biz Müsavat Partiyasının seçkidé
YAP-dan çox sés topladığını déqiq bilirik. Hakimiyyét dé bu seçkidén
müéyyén néticélér çıxardı. Ola bilsin ki, bu défé başqa üsullardan
istifadé edérék ya xérclédikléri pulları artıracaqlar, ya da müxalifét
liderlériné qarşı mübarizéni daha da késkinléşdirécéklér. Biz
minimum vésait tapmağa qadirik. Bu da baş tutmayacağı téqdirdé
xalqa müraciét edécéyik. Mén éminém ki, bizi müdafié edén cémiyyét bizim seçki
kampaniyamızın minimal xérclérini ödéyé bilécék.
Zöhrab İsmayıl, Xéyal Babayev
"AZADLIQ" qézeti, 9-10 aprel 2003-cü il