>>rusca<<

RUSİYA CÉNUBİ QAFQAZ SİYASÉTİNÉ DÜZÉLİŞ ETMÉLİDİR

İSA QÉMBÉR: "RUSİYA ERMÉNİSTANI MÜDAFİÉ ETMÉSÉYDİ, YEREVAN DANIŞIQLARDA KONSTRUKTİV MÖVQE TUTARDI"

"NEZAVİSİMAYA QAZETA" MÜSAVAT BAŞQANI İLÉ GENİŞ MÜSAHİBÉ DÉRC EDİB

Rusiyanın nüfuzlu métbuat orqanı "Nezavisimaya qazeta" 3 fevral tarixli sayında Müsavat Partiyasının başqanı İsa Qémbérlé geniş müsahibé dérc edib. Müsavat başqanından müsahibéni qézetin émékdaşı Vadim Pavlov alıb.

- Cénab Qémbér, son zamanlar Azérbaycanda sédri olduğunuz partiyanın nüfuzu késkin şékildé artıb. Mélumatlara göré, 5 noyabr parlament seçkilérindé Müsavat 40 faizé yaxın seçici sési toplasa da, néticélér Yeni Azérbaycan Partiyasının xeyriné saxtalaşdırılıb. Ancaq Siz néticélérlé razılaşmayaraq Azérbaycanda én böyük klana réhbérlik edén heydér Éliyevlé mübarizéni davam etdirirsiniz. Partiyanızın üzvlériné qarşı kütlévi repressiyalardan ehtiyatlanmırsınız ki?

- Müsavat Partiyası héqiqétén dé 5 noyabr parlament seçkilérindé qalib gélib. Bunu seçki prosesinin bütün iştirakçıları, o cümlédén beynélxalq müşahidéçilér dé qeyd ediblér. 5 noyabr 2000-ci il seçkiléri göstérdi ki, Müsavat gerçékdén dé xalqın geniş déstéyiné malikdir. Bu sébébdén dé son illér başqa partiyalarla müqayisédé o, daha çox repressiyalara méruz qalıb. Seçkiöncési, 18 avqustda hakmiyyétdékilér faktiki surétdé Naxçıvan-Bakı reysi üzré uçan téyyarénin qaçışını téşkil edib, bir neçé gündén sonra da "Yeni Müsavat" qézetinin baş redaktorunu hébs etdilér. Vurğulayım ki, bu, partiya qézeti deyil, müstéqildir vé mén dé onun tésisçisiyém. Son illér bu qézet çox populyarlaşıb vé ölkédé én böyük tirajla çıxır.

"Yeni Müsavat"ın baş redaktorunu téyyaré qaçırılmasına hazırlıqda ittiham edirdilér. Vé istintaqın yegané délil-sübutu da ondan ibarét idi ki, téyyaréni qaçırmaq istéyén şéxs baş redaktora zéng edérék öz téléblérini çatdırmış vé hémin téléblérin qézetdé dércini xahiş etmişdi. Belé çıxır, hér hansı jurnalist, isténilén métbuat işçisi cinayétkarla eyni mésuliyyéti daşımalıdır, égér sonuncu öz niyyétléri haqda ona zéng edir vé müéyyén téléblér iréli sürürsé. Qeyd edim ki, Azérbaycanın dövlét televiziyası bir neçé ay bu hadisédén béhs etdi. Stalin dövründé olduğu kimi, zavod, fabrik, hétta bézén uşaq bağçaları kollektivlérinin yığıncaqlarını téşkil edérék Müsavat Partiyasını vé "Yeni Müsavat" qézetini terror, téyyaré qaçırılması vé dövlét çevrilişléri céhdindé ittiham etdilér. Paralel surétdé bütün ölké üzré, xüsusilé dé Naxçıvanda partiya üzvlériné güclü tézyiqlér edildi.

Hétta seçkilérdén sonra da partiyamıza qarşı repressiyalar séngimédi. hazırda partiyamızın 7 üzvü Célilabadda vé ölkénin digér şéhérlérindé kütlévi iğtişaşların téşkiliné céhddé ittiham edilirlér. Ancaq sémimi desém, biz belé rejimdé yaşamağa vé işléméyé öyréşmişik. Müsavat Partiyası 1993-cü ildén müxalifétdédir vé bütün bu müddétdé hakimiyyét partiyamızı hémişé özüné ésas réqib hesab edib vé edir. hélé 1993-cü ildé, heydér Éliyev hakimiyyété gélén kimi méni parlament binasında hébs etdilér. Bir aydan sonra isé o, hébsim barédé mélumatsız olduğunu söylémék zorunda qaldı. Éliyevin sözlériné göré, bu barédé ona "mélumat verméyiblérmiş." Hérçénd hémin hadiséyé bir ay qalmış mén parlamentin spikeri, H.Éliyev isé Naxçıvan Muxtar Respublikası Milli Méclisinin sédri kimi ménim müavinim idi. Daha sonra séléfimé çevrildi. Vé demék ki, "Mén bilmirém keçmiş spiker hébs olunub" - bu, méncé, ciddi séslénmir. Prinsipcé repressiyalar artıq bizi qorxutmur. Ona göré ki, cémiyyétin bizi müdafié etdiyini bilirik. Xalq tédricén bizim partiya étrafında konsolidasiya olunmaqdadır. Xüsusilé son illér bu proses aşkar müşahidé olunur.

- Rusiya prezidenti Vladimir Putinin Bakı séférini necé qiymétléndirirsiniz? Putinin Bakı séféri mahiyyétcé Rusiya téréfindén Éliyev vé onun varisi - İlhamın déstéklénmési anlamına gélir. Siz necé, Rusiyadan himayé gözléyirsinizmi?

- Hesab etmirém ki, dövlét başçıları arasında qarşılıqlı münasibétlér konkret şéxslérin münasibétlérilé méhdudlaşır. hér halda bu, iki dövlétin vé iki xalqın qarşılıqlı münasibétléridir. Müsavat Partiyası sözsüz ki, Rusiya ilé Azérbaycan arasında élaqélérin möhkémlénmési téréfdarıdır. Partiyamızın prinsipial mövqeyiné göré, dövlétlérimiz arasında mehriban qonşuluq münasibétléri vé qarşılıqlı faydalı élaqélér bérqérar olmalıdır. Bizim fikrimizcé, Rusiya dövlét başçısının Azérbaycana ilk séféri hér halda böyük hadisédir. hesab etmirik ki, bu şéxsén h.Éliyevin déstéklénmési demékdir. Qénaétimé göré, Rusiya réhbérliyi qonşu dövlétlérlé, o cümlédén, Azérbaycanla normal münasibétlérin qurulmasında maraqlıdır.

 - Bu gün faktiki olaraq Qérbdéki bütün téréfdaşları Éliyevdén üz döndérib. O cümlédén Avropa Şurası néticéléri hakim partiyanın xeyriné saxtalaşdırılmış parlament seçkilérini késkin ténqid atéşiné tutub. ABŞ artıq digér namizédé - Résul Quliyevé stavka edir. Belé çıxır, indilikdé Éliyev Rusiyadan başqa heç kimé arxalana bilméz.

- Méné elé gélir, Rusiya siyasétçiléri elé dé sadélövh deyillér ki, faktiki olaraq ömrünü başa vurmuş bir rejimlé uzunmüddétli  perspektiv barédé razılığa gélsinlér. Ona göré dé Rusiya siyasétçilérinin buna gedécéyiné inanmıram.

  - Siz hesab etmirsiniz ki, İlham uzunmüddétli perspektiv üçün atasını évézléyé bilér?  

- Parlament seçkiléri zamanı İlham Éliyev hakim partiyanın siyahısına başçılıq edirdi vé praktik olaraq bütün çıxışlarını müxalifété, ésasén Müsavata hésr etmişdi. Biz dé cavab verméli olduq. İctimaiyyét hém onun, hém dé bizim arqumentlérimizlé tanış oldu. Seçki kampaniyası dövründé İlham sübut etdi ki, dövléti idaré etmék iqtidarında deyil. Bir dé, héddén artıq técrübéli atanın edé bilmédiyini oğul necé reallaşdıra bilér ki? hér halda Azérbaycan cémiyyéti h.Éliyevé, xüsusilé dé onun hakimiyyétinin ilk illérindé sémimi münasibét bésléyib. 1993-cu ildé ölkédé çoxları elé düşünürdü ki, técrübéli dövlét xadimi kimi h.Éliyev Azérbaycanın problemlérini yoluna qoya bilécék. Ancaq son 7 il yarım érzindé ölkénin heç bir ciddi problemi héll edilméyib. Éksiné, Éliyev Azérbaycan üçün yeni, daha ciddi problemlér yaradıb. Odur ki, sual yaranır: cémiyyét técrübésiz İlhamın atasından daha çox iş göré bilécéyiné necé inana bilér?  

- Bakı hava limanında iki bayraq asılıb - Azérbaycanın vé Türkiyénin. Bu o demékdirmi ki, Azérbaycan cémiyyéti bütünlüklé üzünü Türkiyéyé, Qérbé tutub?  

- Konkret Bakı hava limanından söhbét gedirsé, yéqin bu, aeroportun tikintisindé Türkiyénin féal iştirakı ilé bağlıdır. İndi belé hallar Azérbaycanda geniş yayılıb - binaların qarşısında onun layihésindé iştirakçı olmuş dövlétlérin bayraqları tez-tez qaldırılır.

Konkret faktlar hér halda insanları inandırır. Türkiyé 1991-ci ilin sonunda Azérbaycanın müstéqilliyini tanıyan ilk ölkédir. Türkiyé yegané dövlétdir ki, Erménistan-Azérbaycan münaqişésindé Bakının téréfini tutur. Tébii ki, ölké ictimaiyyéti bunu nézéré almaya bilméz. Yeri gélmişkén, bizim hér hansı xarici dövlété münasibétimiz xeyli dérécédé hémin dövlétin Erménistan Azérbaycan konfliktiné münasibétilé müéyyénléşir.

  - Necé düşünrüsünüz, Azérbaycanın hansı siyasi kursu Putini témin edé vé Putin kimé stavka edé bilér?

- Méncé, prezident Putin Rusiyanın maraqlarını daha déqiq ifadé edécék vé Moskva ona can atmayacaq ki, Azérbaycanda prezident bu vé ya digér siyasétçi olsun, ona séy edécék ki, ölkénin yeni başçısı Rusiyaya münasibétdé daha konstruktiv mövqedé dursun. Fikrimcé, bu daha vacibdir, néinki öz adamını tapıb néyin bahasına olur-olsun, onu dövlét başına gétirmék çabaları.

  - Konstruktiv mövqe dedikdé néyi nézérdé tutursunuz?

- H.Éliyev bizi - Azérbaycanın keçmiş hakimiyyétini tez-tez Bakı ilé Moskva arasında münasibétlérin kérginléşmésindé ittiham edir. Guya 1992-93-cü illérdé biz Rusiya ilé normal qarşılıqlı münasibétlér qura bilmémişik. Ancaq 7 ildén çox keçsé dé, iki ölké arasında problemlér héll edilmémiş qalır. Deméli, hansısa obyektiv sébéblér var. Bu problemléré daha ciddi yanaşmaq vé tékcé öz maraqların haqda düşünmék yox, hér bir dövlétin dé öz maraqları olduğunu anlamaq gérékdir. Vé bu problemlérin hélli üçün "qızıl orta"nı tapmağa çalışmaq lazımdır.

 - Rusiya-Azérbaycan élaqélérindé xüsusilé dé Qarabağ problemi éhémiyyétli rol oynayır.

- Méncé, Rusiya birtéréfli qaydada Erménistanı müdafié etméséydi, Yerevan Azérbaycanla danışıqlarda daha konstruktiv mövqe tutar vé sülh dé tez éldé edilérdi. Dağlıq Qarabağ Azérbaycanın térkib hissésidir. Bu tip isténilén konflikt dé bir neçé beynélxalq prinsip ésasında héllini tapmalıdır: sérhédlérin toxunulmazlığı, érazi bütövlüyü, néhayét, insan haqları vé milli azlıqların hüquqları prinsipi. Azérbaycan téréfi Qarabağda yaşayan erméniléré belé hallar üçün Avropada mövcud olan hüquq vé azadlıqlar verméyé hazırdır. Belé görünür, Rusiya da regional stabillikdé maraqlı olmalıdır ki, Azérbaycanla normal iqtisadi élaqélérini inkişaf etdirsin.

 - Qayıdaq Türkiyé ilé münasibétléré. Vaxtilé bu ölké Azérbaycanı vé Éliyevi daha féal müdafié edirdi. İndi situasiya bir qédér déyişib. Sizcé, sébéb nédir, né üçün Qérb dövlétléri hazırkı rejimdén üz çeviriblér?

 - Çox mürékkéb sualdır. Mésélé ondadır ki, Azérbaycanın hazırkı rejimi öz siyasi xéttindé ardıcıl deyil. Rejim ménsubları bir şeydén danışsalar da, başqa şey haqda düşünür, işdé isé tamam ayrı şeyi edirlér. Bunu da hamı görür. Tutaq ki, hakim rejim Azérbaycanda korrupsiya ilé mübarizédén danışır, ancaq hamı görür ki, ölkédé korrupsiya getdikcé daha geniş vüsét alır. Qérb ölkéléri indiki Azérbaycan réhbérliyindén demokratiya, édalétli seçkilér haqqında sözléri eşidir, amma térsini müşahidé edirlér. Tébii ki, bütün bunlar inamı öldürür. Prinsipcé etimadsızlıq müxtélif dövlétlér arasında qarşılıqlı münasibétlérdé ésas problemlérdén biridir. Digér téréfdén, etimad hétta én mürékkéb problemléri belé yoluna qoymağa imkan verir. İnamsızlıq mühitindé isé sadé problemlér dé çétin héll olunana çevirilir.

- Rusiya-Azérbaycan münasibétlérinin méhék daşı Bakının NATO-ya girmék istéyidir. Necé hesab edirsiniz, Azérbaycan Şimali Atlantika alyansına daxil olmalıdırmı?

 - Siz bilirsinizmi, Türkiyé né zaman vé né üçün NATO-ya daxil olub? İkinci dünya savaşından sonra Moskva Erménistan vé Gürcüstan vasitésilé Türkiyéyé érazi iddiası iréli sürmüşdü. Türkiyé dé sovet téhlükési ilé üzléşérkén Qérbé yaxınlaşmaq barédé düşünméyé başladı vé tezliklé NATO-nun üzvü oldu. hémçinin Azérbaycanda da, müstéqilliyimizin ilk dövründé - 1992-93-cü illérdé neytral xarici siyasét vé Qafqazda silahların tédricén azaldılması ideyası çox populyar olub. NATO ilé yaxınlaşmaq ideyası da müstésna olaraq Rusiya ilé Erménistan arasında son illér müşahidé edilén yaxınlaşmanın néticésidir. Égér Moskva Azérbaycanın NATO haqqında düşünmésini istémirsé, onda özünün Cénubi Qafqaz siyasétini korrekté etmélidir.

 Mén müşahidé edirém ki, Putinin dönémindé Rusiya hér halda müéyyénléşmék istéyir vé bu, yaxşıdır. O başqa sualdır ki, hazırkı Kreml daha télébkar olacaqmı? hér halda müéyyénlik yaxşı şeydir. hamımız déqiq bilméliyik ki, qonşulardan, başqa dövlétlérdén néyi gözlémék olar, néyi yox. Xarici siyasétdé né qédér az sürpriz olsa, bir o qédér hamımız üçün yaxşıdır. Bu kontekstdé düşünürém ki, Putin administrasiysı daha aydın xarici siyasét yeridécék vé ona da inanıram ki, bu aydınlıq Azérbaycanla münasibétlérin istiléşmési istiqamétindé olacaq.

 - Rusiyaya münasibétdé Azérbaycanın siyaséti hansı ésas prinsiplér üzérindé qurulmalıdır?

 - Xarici siyasét daxili siyasétin davamıdır. Biz istéyirik ki, Azérbaycan normal, lazımi istiqamétdé inkişaf edén ölkéyé çevrilsin. Bizimçün prioritetlér - demokratiya, azad bazar vé dünya strukturlarına inteqrasiyadır. Rusiya ilé qarşılıqlı münasibétlér dé hémçinin bu ümumi yanaşmanın térkib hissési olmalıdır. Rusiya bizim böyük qonşumuzdur vé onun maraqlarını qulaqardına vurmaq ciddi olmazdı. İsténilén dövlét balanslaşdırılmış xarici siyasét yeritméli, Rusiya isé bu balansın én ciddi elementlérindén biri olmalıdır.

 - Azérbaycanda seçkiöncési bütün çarpışma vé çékişmélérdén sonra proqnozlaşdıra bilérsinizmi ki, ölkédéki siyasi situasiya hansı yöndé inkişaf edécék?

 - Biz Azérbaycan parlamentini legitim saymırıq. Onu xalq seçméyib, Prezident Aparatı téyin edib. Sözsüz ki, bu da ölkédéki situasiyaya pozucu tésir göstérécék. Fikrimcé, Azérbaycanda siyasi mübarizé késkinléşécék. Ancaq çalışacağıq ki, Konstitusiya çérçivésindé qalaq. Bu il Azérbaycanda siyasi ménada bürkü olacaq. Bir téréfdén ölkénin éksér siyasi qüvvéléri növbédénkénar parlament seçkilérinin keçirilmésini téléb edirlérsé, digér yandan 1998-ci il prezident seçkiléri dé saxtalaşdırıldığından, bir çox ciddi siyasi qüvvélér hém dé h.Éliyevin istefasında israrlıdırlar. Ehtimal etmék olar ki, bu istiqamétlérdé gérgin mübarizé davam edécék.