|
İ. Qémbér: "18 oktyabr müstéqillik aktı o dövr vé hérékatının én böyük qélébési idi"
-İsa béy, 1991-ci ilin avqustun 30-da İstiqlal béyannamésindén oktyabrın 18-dé qébul edilén müstéqillik aktına qédér olan dövrü necé séciyyéléndirirsiniz?
-Tébii ki, mén hém avqust béyannamésini, hém istiqlal konstitusiya aktını yüksék qiymétléndirirém. Ancaq birincinin béyannamé olduğunu nézéré almaq lazımdır. Béyannaménin tez-télésik qébul olunmasında müéyyén konyuktor motivléri var idi. Moskvada avqustqiyamı méğlubiyyété uğrayandan sonra mérkézdén cézalandırılmamaq üçün bir çox respublikalarda müstéqillik elan edildi. Bu, bir növ manevr idi.
Biz parlamentdé bubéyannaméyé sés verdik vé elé o zaman qeyd elédik ki, bununla bitmir. Müstéqillik haqqında bütöv bir qanun qébul edilmélidir. Bundan sonra demokratik deputat blokunun uzvlérinin féal iştirakı ilé ciddi axtarışlar oldu. 18 oktyabr konstitusiya aktı o qédér asan başa gélmédi. Bunun üçün sentyabr vé oktyabrın birinci yarısında parlamenté vé réhbérliyé çox böyük ictimai tézyiq göstérmék lazım géldi. Xoşbéxtlikdén o vaxt cémiyyétdé ictimai féallıq isténilén séviyyédé idi, müstéqillik aktı kifayét qédér düşünülmémiş, ölçülüb biçilmémiş tam bir qanun kimi ortalığa çıxdı. hémin qanun qébul edilmésini mén o dövrdé xalq hérékatının én böyük qélébési sayıram.
-Bununla da iş bitmirdi. Azérbaycanın dövlét müstéqilliyinin konstitusion normalarda tésbiti vacib idi. Artıq müxalifét hakimiyyété gélmişdi, bés yeni Konstitusiyanın işlénib hazırlanması niyé gecikdi? Axı 18 oktyabr müstéqillik aktı özünü yeni konstitusiyanın ésası adlandırır?
-Biz hakimiyyété géldiyimiz ilk günlérdén bu problem barédé düşünméyé başladıq. Prezident seçkilérindén sonra aparatın vé Ali Sovetin én yaxşı hüquqşünaslarından ibarét işçi qrup yaradıldı vé qrup yeni konstitusiya layihési üzérindé işé başladı. Konstitusiyanın müéyyén hissési tamamlanıb. Lakin gündélik mésélélér o qédér vaxt alırdı ki, hémin qrup da bir çox halda konstitusiya ilé deyil, cari qanunlar hazırlanmağa başı qarışırdı. Buna göré dé bir illik hakimiyyét dövründé bitkin yeni konstitusiya hazırlamaq mümkün olmadı. Mén yeni konstitusi ya layihésinin hazırlanmasını birillik hakimiyyétimizin én böyük nöqsanı adlandırıram.
Konstitusiya layihési vaxtında hazırlanıb ictimaiyyétin, siyasi partiya vé hérékatların müzakirésiné verilmédi.
-Siz "Press-Fakt"a müsahibénizdé demisiniz ki, MDB-yé girméyimiz hélé müstéqilliyimizin itirilmési demék deyil. 18 oktyabr aktının 12-ci maddésiné göré Azérbaycan öz suveroen hüquqlarını heç bir dövlété vé dövlétlér ittifaqına vermir.
-MDB haqqında béyannamédé Azérbaycanın, yaxud ora daxil olan hér hansı dövlétin müstéqilliyiné xélél gétirén heç né yoxdur. Müstéqillik aktı ilé üst-üsté düşméyén, ona zidd olan maddélér MDB Nizamnamésindé var. MDB daxilindé bu nizamnaméni imzalayan yaxud parlamentdé tésdiq etméyén ölkélér var. Buna göré dé ménim o cümlémi müsahibénin kontekstindén çıxarmaq lazım deyil, bütöv müsahibé kontekstindé baxmaq lazımdır. Mén orada demişém ki, téslimçilik kursu davam etdirilérsé, müstéqillik itirilé bilér. Prinsip etibarı ilé MDB-dé olmaqla müstéqilliyi itirmék dé mümkündür. Bunu mén A.Mütéllibovun vaxtında demişdim, öz birillik hakimiyyétimiz dövründé dé. Bu fikrimdé indi dé qalıram. İndiki halda kollektiv téhlükésizlik haqqında müqavilé imzalanandan sonra tébii MDB-nin daxilindé olmaq Azérbaycanın müstéqilliyiné böyük zérbédir. Mén bir daha hémin müsahibédéki bir fikré qayıdıram. Xoşbéxtlikdén hélé ki, MDB daxilindé bağlanan müqavilé vé sazişlérin heç biri işlémir. Amma bu sabah reallaşa bilér. Dörd dövlétin réhbérinin Moskva görüşündé müéyyén téléblér iréli sürülmüşdü, ordunun Qafqaza qayıtması vé başqaları daha qorxuludur.
"Azadlıq" qézeti, 16 oktyabr 1993
|