|
İsa Qémbérova 4 sual
-Sabiq kommunist liderléri AXC-nin son illérdéki xidmétlérini qeyd etméklé bérabér onun yegané siyasi qüvvéyé çevrilécéyini respublikanın siyasi héyatında téhlüké kimi qiymétléndirirlér. Çıxış yolunun ikipartiyalı sistemin yaradılması vé AXC-nin téklif etdiyi "déyirmi stol"da görürlér.
-Azpartiyalı sistem ABŞ, İngiltéré kimi demokratik ölkélérdé onilliklér érzindé formalaşıb. Azérbaycanda belé tezliklé ikipartiyalı sistemin yaradılması fikri real deyil vé ola bilsin ki, başqa méqsédlér güdür. "Déyirmi stol"u AXC yox, respublika réhbérliyi téklif edib. Bizim deputatlar sessiyadakı çıxışlarında qeyd etmişdilér ki, prezident seçkilérinin dayandırılması, AKP-nin féaliyyétinin dayandırılması vé émlakının milliléşdirilmési. 23 avqust hadiséléri téşkilatçılarının vé iştirakçılarının cézalandırılması, Azérbaycan Respublikası müstéqilliyinin bérpası Béyannamésiné uyğun hakimiyyét qurumlarının yenidén qurulmasına prinsipial razılıq (o cümlédén, Ali Sovetin buraxılması vé yeni seçki qanununun qébulu) kimi şértlér yeriné yetirilérsé biz "déyirmi stol"a hazırıq. AXC "déyirmi stol"u hakimiyyétlé müxalifét arasında görüş, söhbét kimi yox, keçiddövrü üçün elmi ésaslarla yaradılmış, müéyyén statusa, hétta müvéqqéti qanunverici vé séréncamverici sélahiyyétléré malik bir qurum kimi qébul edir. Biz hadisélérin inqilabi sıçrayışlarla inkişafına téréfdar deyilik. Bu, véténdaş müharibésiné aparıb çıxara bilér.
-Réhbérlik qarşıdurma siyasétindén él çékmédiyi üçün éhali arasında radikallaşma yené güclénir. Siz AXC-nin hadiséléré tam nézarét edé bilécéyiné éminsinizmi!
-hadisélérin nézarét altından çıxması ehtimalı azdır. Çünki xalq da, AXC dé, 20 yanvar qırğınının ésas günahkarı saydığımız indiki respublika réhbérliyi dé 1990-cı ilin yanvarından dérs alıblar. Ona göré inanmıram ki, hansı siyasi qüvvélér isé hadisélérin nézarét altından çıxmasına céhd etsin. Téxribatı téşkil edén qüvvélér sonradan asanlıqla sıradan çıxırlar. hadisélér bunu sübut edib. Respublikada baş alıb gedén qanunsuzluqlara baxmayaraq AXC üzvléri, onun téréfdarları, hérékatın iştirakçıları qanun çérçivésindén çıxan hér hansı bir hérékété yol vermémélidirlér.
-AXC-nin bugünkü konkret véziféléri.
-Respublikanı böhrandan çıxarmaq üçün bizim konkret planlarımız var. Bu planların reallaşdırılması iki cür mümkündür: ya kommunist reşimi hakimiyyétdén getmélidir, ya yuxarıda göstérilén şértléri qébul edib "déyirmi stol" arxasına keçmélidir. Respublika réhbérliyi téréfindén hélélik heç bir konstruktiv téklif yoxdur. Ona göré dé réhbérliyi hér iki varianta yalnız xalqın kütlévi etiraz tédbirléri mcbur edé bilér. Yaxın müddétdé cébhénin ésas vézifési véténdaşların dinc kütlévi etiraz hérékatını yükséltmékdir.
-Qeysér Xélilov - Mémméd Murad évézlénmésiné necé baxırsınız?
-A.Mütéllibov güya xalqın vé müxalifétin téléblérini nézéré alıb Q. Xélilovu ADRTŞ sédrliyi vézifésindén azad etdi. Q.Xélilov A.Mütéllibova doğrudan da müşavir gedibsé vay bu xalqın halına. Deméli, A.Mütéllibov 19-21 avqust hadisélérinin dérslérindén özü üçün heç bir néticé çıxara bilméyib. M.Murad cildini ildé 3-4 défé déyişén bir şéxsdir. M.Muradın bütün keyfiyyétlérini nézéré alsaq qısaca bir söz demék olar: onun ADTRŞ-né sédr téyin edilmési Azérbaycan xalqı üçün, demokratik qüvvélér üçün, Az. tele-radio kollektivi üçün vé hétta respublika réhbérliyi üçün téhqirdir.
"Azadlıq" qézeti, 17 sentyabr 1991, İ.Musayev
|