Müxalifétdén Milli Şuraya

İsa Qémbérovla müsahibé

-İsa béy, Milli Şura iki aydan çox féaliyyé göstérir. Müxalifétin bu orqana ümidléri özünü doğruldur?

-Bu barédé danışmaq élbétté, hélé tezdir. Milli Şuranı yaratmaqda bizim bir neçé méqsédimiz vardı: Ali Sovetin daha operativ işlémési. Buna müéyyén qédér nail olmuşuq. İkinci méqséd cémiyyétdé sabitliyi möhkémlétmék idi. Son vaxtlar cémiyyétdé yaranmış gérginlik Milli Şura olmasaydı çox yéqin ki, böhran héddini keçérdi. Ésas méqsédléré bir-iki aya nail olmaq mümkün dé deyil. hérbi mésélélér kompleksi - Qarabağın, Naxçıvanın mühafizési héll olunur. Proses gedir. Demokratik vé siyasi islahatlar prosesi dé davam edir. Mésélén, ictimai birliklér haqqında qanun qébul edérkén üç yeré ayrıldı: siyasi partiyaların, hémkarlar téşkilatının vé qalan ictimai téşkilatların féaliyyéti qanunla ayrı-ayrılıqda ténzimlénécék. Zénnimcé, Ali Sovetdé bu mümkün deyildi. Siyasi islahatlar sırasında én vacibi yeni Konstitusiya layihésinin hazırlanması, yeni seçki qanununun hazırlanması vé qébul edilmésidir. Bu iki mésélé héll edildikdén sonra demék mümkün olacaqdır ki, müxalifét Milli Şuranın yaradılması ilé öz méqsédlériné nail oldu. İqtisadi islahatlar bizim ésas qayğılarımızdandır. Milli Şura olmasaydı prezident aparatından gélén qanunvericilik céhdléri Ali Sovetdé asanlıqla baş tutardı. Onda bazar iqtisadiyyatına keçid haqda aparatdan gedén qanun formaca qanuna oxşayacaqdır. Amma mahiyyét etibarı ilé bu respublikanın sérvétinin ayrı-ayrı tayfaların vé ailélérin élindé cémléşmési prosesini qanuniléşdirén hala çevrilécékdi. Milli Şura bu céhdlérin qarşısını almağa çalışır vé hélélik buna müyéssér olur.

-AXC liderléri siyasi céhétdén yetkinléşdikcé respublikanın müxtélif qurumlarına daxil olur, orada féaliyyét göstérirlér. Son yarım ildé İ.Qémbérov, E.Mémmédov, T.Qasımov, T;Qarayev, Y.Sémédoğlu, R.Qazıyev, S.Rüstémxanlı, N.Nécéfov, bir az da évvéli nézéré alsaq Z.Élizadé, L.Yunusova kimi siyasi intellektlér AXC orqanlarında bilavasité féaliyyétdén uzaqlaşıblar. AXC-dén güclü intellekt axını gedir. Bu Sizi narahat edir, ya buna tébii proses kimi baxırsınız?

-AXC öz proqramında qoyduğu bézi méqsédléré çatıb vé cémiyyét dé hémin proqram yönündé inkişafdadır. Bizim siyasi réqiblérimiz etiraf etsélér dé, etmésélér dé çox sevindirici haldır ki, Azérbaycanda proseslér cébhénin proqramına uyğun gedir. Élbétté, bu o demék deyil ki, bu yöndé inkişaf tékcé AXC-nin sayésindé mümkün olub. Bu gün cébhénin bir çox liderléri respublikanın bir çox qurumlarına, xüsusén qanunvericilik orqanına féaliyyété keçiblér. Yéqin ki, bu, bir növ labüd prosesdir. Kadr baxımından AXC özünün yaşamağa qadir olmasını sübut etmélidir. Cébhé özünün ilk yetirmélérini, ilk néslini bir növ respublikanın hakimiyyétiné verib. AXC indi öz nüfuzunu vé iş qabiliyyétini évvélki séviyyédé saxlaya bilérsé cémiyyétimizdéki rolunu bir daha tésdiq etmiş olacaq. Égér zéifléyib öz yerini itirérsé müxalifétin yeni formaları axtarılmalıdır. Bütövlükdé demokratik qüvvélérin yeni birlik formaları tapılmalıdır.

-Milli Şuranın qébul etdiyi qanunların icrasına nézarét barédé.

-Ali Sovetdén férqli olaraq biz xüsusi nézarét qrupu yaratmışıq vé bu quruma böyük ümid bésléyirik. Tééssüf ki, bu iş hélé lazımi séviyyédé getmir. Qanunun adiliyi prinsipi cémiyyétimizdé hélé tam ménada dérk vé tésdiq olunmayıb. Bununla belé nézarété çalışırıq. Qébul etdiyimiz qérar vé qanunların dérc olunmasının léngidilmési hallarını déf edirik. İndi çalışacağıq ki, qébul etdiyimiz qanunların respublika miqyasında héyata keçirilmésiné nail olaq. Konstitusiya méhkémési orqanının yaradılması da bu gün vacib mésélédir.

-Müdafié Şurasının féaliyyétinin nizama düşdüyü bir vaxtda onun léğviné Milli Şurada münasibét.

-Réhim béyin, Etibar béyin bu işé can yandırması, onların tutduğu véténdaşlıq mövqeyi vé şéxsi nüfuzları onunla néticélénirdi ki, tutalım Müdafié Nazirliyindén férqli olaraq Müdafié Şurası sérhéd rayonlarımızda xeyli iş görméyé nail olurdu. Qurumun özüné géldikdé onun yaradılması haqda férman müxalifétlé mésléhétléşmédén verilmişdi. Bu orqanın mümkünlüyü inkar edilmirdi. Lakin qérar düşünülmémiş verilmişdi. Qurumun sélahiyyétléri, strukturu déqiq işlénib müéyyén edilmémişdi. Digér téréfdén ordu sıralarına özünü müxalifété yaxın sayan qüvvélérin daha çox gélmési prezidenti vé réhbérliyi qorxuya saldı ki, bu qüvvé sabah né cür istifadé oluna bilér. Respublikanın ménafeyi nézéré alınmadan, qorxu hissindén iréli gélén méntiqlé qurum léğv olundu. Biz çalışdıq ki, Milli Şurada bu mésélé müzakiré edilsin. Mümkün olmadı. Ménim fikrimcé, Azérbaycanda Müdafié Şurası yaradılmalıdır. Amma bu şékildé yox, tutalım, Amerikada Milli Téhlükésizlik Şurasının analoqu kimi: ora baş nazir, müdafié naziri, milli téhlükésizlik naziri, égér yaransa hérbi sénaye naziri vé müxalifétin nümayéndéléri daxil olmalı vé respublikanın hérbi siyasétini, milli téhlükésizlik konsepsiyasını hazırlamalıdırlar. hémin qurumun vahid hérbi siyasi konsepsiya étrafında féaliyyéti republikanın xeyriné ola bilér. İndiki véziyyétdé isé müxtélif orqanların arasında koordinasiya yoxdur. hansı orqanın funkiya daşıdığından baş çıxarmaq olmur. Bunun üçün bütün hérbi méséléléri öz élindé cémléşdiré bilén vahid orqan yaratmaq zéruréti var.

-Sizin nézérdé tutduğunuz orqan prespektivdé dövlét quruculuğu yolunda ideal addım ola bilér. Lakin bu gün Qarabağda vé başqa sérhéd rayonlarında véziyyét çox ağırdır. Möhlét yoxdur.

-Mén dediyim tékcé dövlét quruculuğuna aid olan mésélé deyil. Bu qérarı bu gün dé, sabah da qébul etmék olar. Lakin bu mésélédé mümkün qédér ehtiyatlı olmaq lazımdır. Aydındır ki, hérbi qüvvélérin sırasına müxalifétdé duran vé müxalifété yaxın olan qüvvélér axdıqca réhbérlikdé qorxu hissi güclénir. Ona göré tékcé müxalifétin yox, respublikanın ménafeyini düşünérék çalışmalıyıq ki, hérbi qüvvélér mümkün qédér siyasétdén uzaq olsunlar. Ümumiyyétlé, siyasétlé méşğul olmasınlar. Nail olmalıyıq ki, vahid hérbi siyasétdén başqa vahid hérbi komandanlıq olsun. Yéni indiyé qédér dé tutaq ki, Qarabağda döyüşén qüvvélérin bir hissési Daxili İşlér Nazirliyiné, bir hissési Müdafié Nazirliyiné tabedir. Bir hissési özünü Müdafié Şurasının ésgéri hesab edir, bir hissési özbaşına vuruşur vé s. Bu uzun müddét davam edé bilméz. 91-ci ilin yaz vé yayında Erménistandakı véziyyéti xatırlayaq. Etiraf etméliyik ki, Ter-Petrosyan Qorbaçovun térksilah haqqında qérarından istifadé edib hémin méséléni méharétlé héll etdi. Erménistandakı müxtélif hérbi qüvvélér vahid éldé cémléşdi vé vahid siyasété qulluq etméyé başladı. Bu erméni liderinin böyük uğuru idi vé bu indi dé hiss olunur. Eyni problemin Gürcüstanda héll edilé bilmémési véténdaş müharibésiné gétirib çıxardı. Ona göré dé bu mésélédé birtéréfliyé yol vermék qétiyyén olmaz vé ümumi vahid hérbi siyasét olmalıdır. Bugünkü prezident bizim xoşumuza gélsé dé, gélmésé dé mésélé bu cür héll olunmalıdır, ayrı yol yoxdur.

"Azadlıq" qézeti, 24 yanvar 1992-ci il, İsrail Musayev