İnsanları düşündürén mésélélri işıqlandırmaq vacibdir

Qézetimizé ilk müsahibéni Müsavat Partiyasının başqanı İsa Qémbér verir

Müxbir: - Xoş gördük, İsa béy!

İsa Qémbér: - Xoş gördük!

M.: - İlk növbédé qézetimizin birinci nömrési üçün müsahibé verdiyinizé göré sizé minnétdarlığımızı bildirirém. "Bizim yol" Müsavatın yoludur. Bu amala xidmét edén qézet Sizcé hansı keyfiyyétléré malik olmalıdır?

İ.Q.: - Méné elé gélir ki, qézetin adı pis seçilméyib, düz seçilib. Bizim yolun Müsavatın yolu olduğunu demékdé sizinlé mén dé razıyam. Azérbaycanda bir ideologiya ola bilér.: ya kommunist ideologiyası, ya da müsavatçılıq. Kommunist ideologiyası artıq sınaqdan çıxdığına göré bizimçün yalnız Müsavat ideologiyası ésas olmalıdır. Tébiidir ki, qézet qarşısına bir méqséd qoymalıdır: oxucuların oxumaq istédiklérini haradasa müzakiréyé çevirmék vé insanları düşündürén méséléléri işıqlandırmaq. Bu, olduqca vacibdir. Qézet bütün respublikanı éhaté edé bilmésé dé, yerli problemléri, mérkézdén yaxşı görünméyén métlébléri açıqlamalıdır. Eyni zamanda perspektiv dé göstérilmélidir. Bu aktual télébléré cavab verérsé, qézetin yalan yazmadığına émin olan oxucu gélécékdé öz sözünü deyécék.

M.: - Sizcé "Böyük Siyasi Saziş" Azérbaycana né verécék?

İ.Q.: - Égér bu mésélé Rusiyanın téklif etdiyi şékildé héyata keçérsé, bu, böyük faciénin növbéti séhifési olacaq, real heç né verméyécék Azérbaycana. Danışıqlar Rusiyanın ssenarisi üzré davam edérsé, né işğal altında olan torpaqlarımızın tam témizlénmésiné imkan verilécék, né Azérbaycanın müstéqilliyini, suverenliyini qoruyub saxlamaq mümkün olacaq, né dé ki, yurd-yuvasından didérgin salınmış qaçqınların tam geri qaytarılmasına imkan olacaq. Çünki Moskva gürcü-abxaz münaqişésinin héllini dé öz üzériné götürmüş, lakin bu güné qédér heç bir iş görülmémişdir, éksiné, Abxaziyanın Gürcüstandan ayrılması reallaşmaqdadır.

Bu sazişin baş tutub-tutmayacağı sualına cavab vermék çétindir. Ancaq méné elé gélir ki, saziş baş tutmayacaq. Çünki Azérbaycanın böyük bir hissési onun éleyhinédir. Hém dé iqtidarda olanlar dérk edirlér ki, bu addımı atmaqla öz ömürlérini qısaldırlar. Hém daxili, hém dé xarici amilléré göré. Eyni zamanda Qérb dünyası Rusiya dövlétinin yenidén imperiyaya çevrilmési meyllérindén narahat olmağa başlamışlar vé tébii ki, hadisélérin belé inkişafından razı qalmırlar. Odur ki, dediyim bütün amilléré göré sazişin Moskva variantı baş tutmayacaq.

M.: "Böyük Siyasi Saziş"in maddéléri bütün erméniléré mélum olduğu halda Azérbaycanın hökumét dairéléri onu gizli saxlamaqda hansı méqsédléri güdürlér?

İ.Q.: - Bilirsiniz, müéyyén ménada razılaşmaq lazımdır ki, dövlétlérarası danışıqların mézmunu hazırlıq mérhélésindé tam hécmdé ictimaiyyété çatdırılmaya bilér. Ancaq söhbét elé bir mésélédén gedir ki, burada hér kés danışıqların mézmunundan xébérdar olmalıdır. Azérbaycanın hér bir véténdaşının hüququ var öyrénsin ki, réhbérlik hansı şértlér daxilindé BSS hazırlayır. Azérbaycanın réhbérliyi dé konkret olaraq bildirmélidir ki, danışıqlarda onun mövqeyi budur, bu şértlérdén geri bir addım da olmayacaq. Gizlétméyin sébébi isé mélumdur: hazırlanan sazişin lahiyésindé elé maddélér var ki, Azérbaycan üçün, hér bir azérbaycanlı üçün méqbul deyil. Bir dé ki, ictimaiyyétin narazılığının daha da artacağından narahat olduğu üçün iqtidar bu sazişi gizli hazırlayır.

M.: - İsa béy, maraqlı müsahibé üçün çox sağ olun. Bir daha minnétdarıq.

İ.Q.: - Siz dé sağ olun. Qézetinizé uğurlar diréyirém. Hém qézeti yaradanlara, hém dé onun gélécék oxucularına xoşbéxt, firavan vé müstéqil Azérbaycan Respublikasının véténdaşı olmağı arzulayıram.

Müsahibéni aldı: Éhméd

"Bizim yol" qézeti, sentyabr 1994-cü il, N 1