ésas istiqamét azad vé édalétli seçkilérin keçirilmésidir

Müsavat başqanı İsa Qémbérin fikrincé, AXCP Müxalifétin Koordinasiya Mérkéziné qoşulmalıdı

İsa Qémbér
"Cümhuriyyét" qézetinin suallarını cavablandırır:

Gérgin bir il başa çatdı - ondan da gérgin bir il qarşıdadı. Müxalifét partiyaları émékdaşlığın yollarını vé formatını déyişé-déyişé, tékmilléşdiré-tékmilléşdiré seçki iliné qédém qoydu. Köhné ilin problem vé mövzusu isé déyişmédi. Aparıcı müxalifét lideri olan Müsavat başqanı İsa Qémbérlé müsahibéyé hémin mövzulardan biri haqda - müxalifétdaxili inteqrasiyanın öténilki templé davam edib-etméyécéyi sualıyla başladıq:

- Méné elé gélir, müxalifétin émékdaşlığı davamlı olacaq. Çünki siyasi prosesdé iştirakçı olan qüvvélérin éksériyyéti 2003-cü ilin éhémiyyétini dérk edir vé méséléyé kifayét qédér ciddi yanaşırlar. Proses dé kifayét qédér uğurlu davam edir. Demézdim ki, hazırkı şérait idealdı. Bu bélké dé heç mümkün deyil. Méné qalsa, istéyérdim ki, siyasi qüvvélérin émékdaşlığı téxminén BMT strukturunda olduğu kimi gerçékléşsin. Yéni bütün siyasi qüvvélérin iştirak etdiyi bir format olsun. Bu, Élaqéléndirmé Şurası ola bilérdi. Hémin qurumu BMT Baş Acsambleyasıyla müqayisé etmék olar ki, orada bütün dövlétlér bir yerdé müzakirélér aparır, söz deyir vé konkret méséléléré sés verirlér. Eyni zamanda BMT-nin Téhlükésizlik Şurası var. Bu qurumunsa 5 daimi, 10 déyişén üzvü olur. Hémin model çox uğurlu variant kimi Azérbaycanda féaliyyét göstérén siyasi qüvvélér arasında da tétbiq oluna bilérdi. Tééssüf ki, o model tam alınmayıb. Bunun alınmamasının sébébi özünü çox böyük hesab edén bézi qüvvélérin vé özünü kiçik hesab etméyén partiyaların méséléyé konstruktiv yanaşmamasıdı. Bu iki sébébdén birlik modeli istédiyimiz şékildé alınmayıb. Paralel olaraq real proses dé gedir. Ölkédéki siyasi gedişata tésir imkanları olan qüvvélérin böyük éksériyyéti Müxalifétin Koordinasiya Mérkézindé cémléşib. Bu mérkéz azad vé édalétli seçkilér uğrunda mübarizéni uğurla davam etdirir. İlkin müsbét néticélérdén danışmaq olar. Ancaq mübarizénin ésas hissési hélé öndédi vé hesab eliyirém, bu émékdaşlıq kifayét qédér séméréli formada davam eléyécék.

- Qeyd etdiyiniz model bu il müzakiréyé çıxarıla bilérmi? Yoxsa, artıq tarixin arxiviné verilib?

- Tam arxivé verilmiş dé hesab etmék olmaz. Amma dediyim o iki sébébdén gerçékléşméyib. Bu, baş tutacaq, ya yox, söylémék çétindi.

- Müxalifétin émékdaşlığını éngélléyén amillér gözlénilirmi? Sizcé, seçki bloklarının elanı vé ayrı-ayrı iddiaların qabarması parçalanma görüntüsü yaratmayacaq ki?

- Seçki blokları formalaşmağa başlayanda tébii ki, müéyyén psixoloji méqamlar ortaya çıxacaq vé müéyyén gérginliklér yaşanacaq. Ancaq parçalanmaya gétirib çıxarmayacaq. Çünki hamı dérk eléyir ki, bu seçki ilindé iki istiqamétdé féaliyyété ehtiyac var. Biri azad vé édalétli seçkilér keçirilmésiné nail olmaqdı. Bu mésélédé éksér qüvvélér eyni maraqdan çıxış etmélidi. İkinci istiqamétsé seçkilérdé iştirak edib qalib gélmék iddiasında olan siyasi qüvvélérin formalaşdıracağı siyasi bloklardı. Burda da heç kim heç kimé qadağan eléyé bilméz ki, belé iddiada bulunmasın.

- Müsahibélérinizin birindé etimad mühitinin yaradılmasına toxunmusunuz. Yeri gélmişkén soruşmaq istérdik. Bu ideyaya bélké dé zahiri oxşarlığı olan Milli Etimad Hökuméti yaradılması ideyasına münasibétiniz necédi?

- Bu tékliflé çıxış edénlérin xoş méramına şübhé etmék istémirém. Ancaq eyni zamanda MEH ideyası müéyyén dérécédé 90, 91, 92-ci illédé populyar olan Dövlét Şurası téklifiné bénzéyir. Yéni istér-istéméz bu ideyada azad vé édalétli seçkiléré inamsızlıq elementi mövcuddu. Bu baxımdan mén MEH ideyasının azad seçki ideyasına qarşı qoyulmasını istémézdim. Hesab eléyirém ki, azad vé édalétli seçkinin ésasında yaradılmış hakimiyyét öz-özlüyündé Etimad Hökumétidi. Azad seçkiylé hakimiyyété gélén qüvvé digérlérini dé ölkéni idaréetmé, mémlékétin problemlérini héll etmé prosesiné célb etméklé MEH anlayışlarına uyğun bir hakimiyyét formalaşdıra bilér. Bu baxımdan arabanın atdan qabağa qoyulması éhval-ruhiyyésiylé razı deyilém.

- MKM-in Razılaşdırma Komissiyası yaradılması téklifiylé bağlı ATÉT-in hém müxalifét, hém dé iqtidarla témasları intensivléşib. Bu qurumun tézé téklifléri barédé mélumatlar sızır. Tékliflérin bézi méqamlarıyla bağlı qaranlıqlarsa qalır. Ümumiyyétlé bu mövzuda nélér aydınlaşıb?

- Razılaşdırma Komissiyası MKM-in ideyası kimi ATÉT déyirmi masa keçirméyé hazırlaşdığı zaman gündémé gélib. Bir sıra siyasi partiyalar véziyyéti déyérléndirib belé qérar verdilér ki, mésélénin formal axarda davam etmésini istémirlér. Seçkilér Mécéllési layihésinin tékmilléşdirilmésinin real imkanlarını ortaya qoymaq üçün hakimiyyétlé müxalifét arasında Razılaşdırma Komissiyasının yaradılması ideyasını iréli sürdük. Bu ideyanı hém beynélxalq téşkilatlar, hém dé bir çox ölkélérin séfirléri béyéndilér. İlin sonunda bu istiqamétdé féaliyyét başlandı. Bayram éréfési olmasına baxmayaraq ATÉT nümayéndéléri hém YAP-la görüşdülér, hém dé Müsavata gélib ménimlé fikir mübadilési apardılar. Roben Sivardla görüşdén dérhal sonra, elé hémin gün MKM-in toplantısı çağrıldı. Hémin toplantıda bizim mövqeyimiz bir növ kağız üzériné köçürüldü vé ATÉT-in Bakı ofisiné çatdırıldı. Dünénsé (yanvarın 3-ü 2003-cü ildé - red.) Bakı ofisi razılaşdırma komissiyalarıyla bağlı mövqeyini résmi surétdé partiyalara téqdim etdi. Hazırda bu mésélé müzakiré ounur. Müéyyén keçid néticélér var. Razılaşdırma Komissiyasıyla bağlı son néticélér bélli deyil. Keçid néticélérlé bağlı hér hansı açıqlama verméyé ehtiyac duymuram. Hesab eléyirém, bu ideya tam téférrüatıyla cémiyyété açıqlansa daha méqsédéuyğun olar. Hazırda hém MKM üzvléri arasında, hém dé ATÉT-in Bakı ofisiylé mésléhétléşmélér davam edir.

- Bununla belé bézi méqamlar métbuata açıqlanıb. Tutaq ki, téklifdé mésuliyyétli téréf olan Prezident Aparatı YAP-la évézlénib vé müzakirélérin yekunu sual altında qalıb. Bu méqamlarla bağlı néléri söylémék mümkündü?

- Bir halda ki, métbuata bunlar mélumdu, mén dé méséléyé münasibét bildiré bilérém. Bizimçün önémli olan budu ki, hakimiyyét komissiyada téréf kimi iştirak etsin. Bunun Prezident Apartı vé ya YAP nümayéndélérinin olması formal mésélédi. Prinsipial méqam budu ki, layihé Prezident Aparatında hazırlanıb vé dövlét başçısının razılığıyla parlamenté téqdim olunub. Razılaşdırma Komissiyası yaradılırsa, hakimiyyét vé ya dövlét başçısı orda témsil olunmalıdı. Biz dé o komissiyada yalnız bir şértlé iştirak edé bilérik ki, prezidentin sélahiyyét verdiyi şéxslér orada iştirak etsinlér. Bunların Prezident Aparatının nümayéndéléri, millét vékilléri vé ya YAP-çılar olmasının az férqi var.

- ATÉT-in Razılaşdırma Komissiyalarıyla bağlı son tékliflérindén çıxış edib demék olarmı ki, qurum hakimiyyétin mövqeyini déstékléyir vé müxaliféti güzéşté mécbur edir...

- ATÉT-in strukturları müxalifétin déyirmi masalarda iştirak etmémésinin sébéblérini kifayét qédér düzgün başa düşürlér vé Razılaşdırma Komissiyası ideyasını da yetérincé déstéklédilér. Ona göré dé hazırkı mérhélédé ATÉT-in hakimiyyété güzéşté getmési fikriylé razı deyilém. Sadécé onlar öz baxışlarını açıqlayıblar. Bu prosesin araşdırılması işi gedir.

- ATÉT-é cavab hansı formada olacaq?

- ATÉT konkret partiyalara méktub göndérérék Razılaşdırama Komissiyası işinin téşkilindé iştiraka dévét edib. MKM-in son toplantısında qérarlaşdı ki, ATÉT-in bu téklifiné birgé münasibét bildirilsin. Bu, MKM-in résmi cavabı şéklindé dé, eyni cavabın müxtélif partiyaların adından göndérilmési şéklindé dé ola bilér. Mövqe eyni olacaq.

- Seçki prosesiylé bağlı émékdaşlıq formatı Müsavatla müttéfiqlik edén vé ya bu istékdé olan partiyaların mésafédé saxlanması şéraiti yaradıb. Onların bézén bu formatdan narazılığı eşidilir. Münasibétlérin yoluna qoyulması axtarışları varmı?

- Bayaq qeyd etdim ki, seçki ilindé iki istiqamétdé féaliyyét göstérécéyik. Bir istiqamét azad vé édalétli seçkilérin keçirilmésidi. Bu yöndé hansı partiyaların hansı formada iştirak etmési ayrı-ayrı partiyalardan asılı deyil, hamıdan asılı mésélédi. İkinci istiqamétsé seçki blokunun yaradılmasıdı. Bu istiqamétdé kim bizimlé olmaq istéyécéksé, mémnuniyyétlé qébul edécéyik. Bizim blokda olmaq istéméyén, öz bloklarını formalaşdıran vé ya başqa blokda témsil olunan téşkilatçıların qararlarına hörmétlé yanaşacağıq. Hesab eléyirém ki, burda böyük narazılıqlara ésas olmaycaq.

- Bu prosesdé Müsavatın daimi müttéfiqi AXCP-nin mövqeyi dé ehtiyatkarlıq xarakteri daşıyır. Hémin problem sizcé, né vaxt héllini tapacaq?

- AXCP Müsavatın strateji müttéfiqidi vé biz bu müttéfiqliyé böyük öném veririk. Égér MKM-dé témsil olunan partiyalar AXCP sédri Mirmahmud Mirélioğlunun orada olmasına razılıq verméséydilér, birménalı deyé bilérém ki, Müsavat hémin qurumda iştirak etméyécékdi. Ancaq MKM-in éksér üzvléri néinki AXCP-nin témsilçiliyiné etiraz etmir, éksiné açıq maraq göstérir. Qérar qébul etmék AXCP-nin üzérindé qaldığı üçün méséléyé bir az loyal yanaşmanın téréfdarıyıq. Ümid eléyirik ki, partiya réhbérliyi méséléni hértéréfli müzakiré edéndén sonra MKM-in işindé iştirak mövqeyiné gélécék. Çünki bu, bizim müttéfiqlik münasibétlérimiz , AXCP-nin öz mövqeyi vé azad seçkiléré nail olmaq baxımından düzgün addım olardı.

Qurban Yaquboğlu, SÉDİ

"Cumhuriyyét" qézeti, 06.01.2003