İsa Qémbér istiqlalçılığın "Sédaqét" rénginé könül bağlayıb

(vé ya suallara birbaşa cavab verméyi xoşlamır)

1. Dünya ictimai-siyasi hadisélérindé demokratiya vé millétçilik üz-üzé dayanmır ki?

2. V.Iirinovskiyé münasibétinizi bilmék maraqlı olardı. Siz Etibar Mémmédovun néyini çox svirsiniz, istiqlalçılığını, yoxsa radikallığını?

3. Müxalifétçi İ.Qémbér prezident olarsa, féaliyyétindé ilk növbédé nédén başlayırdı?

1. Belé bir ziddiyyétin mövcudluğunu inkar etmék düzgün olmazdı. Lakin bu gün dünyada gedén proseslér göstérir ki, son 5-6 ildé demokratiya vé demokratik prinsiplér qélébé çalmaqdadır. Sovet İttifaqında vé kommunist düşérgésiné daxil olan digér Şérqi Avropa ölkélérindé kommunist ideologiyalarının vé diktatura rejimlérinin dağılmasını, bunların yerindé demokratik dövlétlérin qurulmasını yada salmaq kifayétdir. Lakin bütün sahélérdé olduğu kimi dövlét quruculuğunda da keçid dövrü bir sıra çétinliklér, hélli müşkül olan problemlérlé qarşılaşır. Belé bir vaxtda bir sıra populist védlérlé, o cümlédén millétçilik şüarları ilé çıxış edénlér üstünlük qazanırlar. Çétin problemlérlé üz-üzé qalmış xalq çox tééssüf ki, bézén belé populist şüarların tésiri altına düşür vé néticédé millétçilik üçün münbit mühit yaranır. Kommunist rejimindén azad olmuş bir sıra ölkélérdé 3-4 il bundan évvélki demokratiya eyforiyasının bu gün kommunist nostalgiyası ilé évéz olunması da méhz bu meyllérdén doğur. Lakin méné elé gélir ki, bütün bunlar ötéri haldır. Keçid dövrünün çétinlikléri aradan qalxdıqca xalqın demokratiyaya inamı yüksélécék.

2. Iirinovski keçid dövrünün çétinliklérindén bezmiş sadé rus éhalisinin vé Rusiyanın éksér céréyan liderlérinin beynindé olanları deyén ruporudur.

Azérbaycanın azadlığı vé demokratiya uğrunda son 5-6 ilin ağır mübarizé dövründé çiyin-çiyiné addımladığım bütün adamlara onların mövqeyindén vé séhvlérindén asılı olmayaraq hörmétim var. E.Mémmédovun isé siyasétçi kimi én yaxşı keyfiyyétlérindén biri onun istiqlalçılıq xéttiné sédaqétidir.

3. İlk növbédé siyasi senzuranı léğv edérdim. Azérbaycan demokratiyasının, son illérin én böyük nailiyyétlérindén biri olan söz vé métbuat azadlığının tam bérqérar olmasına, azad vé müstéqil métbuatın inkişafına şérait yaradardım.

"Dünya" qézeti, 20 may 1994-cü il