Yüz şékil, yüz yazı

İsa béy: "Biz hakimiyyété gélméyé mécbur idik" 

Respublika Ali Sovetinin sédri İsa Qémbérlé müsahibé

- İsa béy, istérdik ki, söhbétimizé belé bir sualla başlayaq: Özünüzü meydan tribunasında rahat hiss edirdiniz, yoxsa parlament spikerinin kürsüsündé?

-Birinci défé Azadlıq meydanında, o vaxt hélé Lenin meydanı adlananda 1988-ci il mayın 18-dé tribunaya qalxanda déhşété géldim. Çünki biri var aşağıda, xalqın içindé olursan, özünü onun bir zérrési hesab edirsén, biri dé var tribunaya qalxırsan vé qarşında on, bézén dé yüz minlérlé adam dayanır. Vé bu izdiham tribunad çıxış edén hér késdén nésé ağıllı, yeni fikir gözléyir. Bu, sözsüz ki, ziddiyyétli hisslér yaradır. Parlament sédrinin kürsüsündé isé özün doğrusu, heç vaxt o cür coşqun hisslér keçirmémişém. Çünki deputat çesiléndén sonra tédricén deputat féaliyyétiné, parlament kürsüsüné, yerdén çıxışlara adét eléyirsén. Prinsip etibarilé sualın daha geniş çalarlarına keçsék, hér halda bizim meydanda féaliyyét göstérdiyimiz vaxtların da şüarlarından biri bu olub ki, siyasi mübarizé meydanlarda, küçélérdé yox, parlament divarları arasında, zalda, diskusiyalarda keçsin.

Vaxtı ilé Zori Balayanın ménfur "Ocaq" kitabındakı xülyaları, böhtan vé téhqirléri alt-üst eléyén bir yazınız meydana çıxdı. O yazının başına gélénlér barédé métbuatda ötéri danışmısınız... Amma bizcé, keçdiyimiz yolun vacib méqamlarını oxuculara daha müféssél anlatmaq üçün bir qédér geniş izahata ehtiyac duyulur.

-1984-cü ilin sonlarında - oktyabr ayında mén hémin "Ocaq" adlanan kitabı oxudum. Sözün açığı, kitab ménim üçün o qédér dé gözlénilméz deyidi. Çünki bu istiqamétdé yazılan yazıları arabir oxuyurdum. Ancaq bu kitab elé bil ki, bütün deyilénlérin yekunu, Azérbaycana qarşı müharibénin tébliği elanı demék idi.O zaman hémin kitaba çox yüksék séviyyédé cavab verilméli idi. Lain bir müddét sonra gördüm ki, hamı bu kitab haqqında qézéblé, ésébi şékildé danışır, onu pisléyir, ancaq bundan uzağa getmir. Odur ki, cavab yazmaq qérarına géldim. Açığını deyim, hétta o vaxt hiss eléyirdim ki, bézi ziyalılar Z.Balayanın gétirdiyi arqumentlér qarşısında özlérini çétinliyé düşmüş hiss eléyirlér.

Bu işi 1984-cü ilin dekabrı, 85-in yanvarında gördüm. Sözün doğrusu,cavabı daxili senzorun tésiri ilé yazırdım. Fikirléşirdim ki, bu cavabı çap elétdirméliyém. Égér onu Azérbaycan métbuatında çap etdirmék duyğusu olmasaydı, sözsüz ki, daha sérbést yazardım. Méqsédim dé hém o kitiba cavab vermék idi, hém dé Azérbaycan ictimaiyyétini müéyyén arqumentlérlé silahlandırmaq, xébérdar etmék ki, çox téhlükéli bir véziyyét yaranıb. Çünki o yazımda mén axırıncı séhifélérin birindé qeyd edirdim ki, Z.Balayan vé görünür, Erménistan ziyalılarının böyük bir qrupu Qarabağ iddiasına düşüblér. Qarabağ Azérbaycandan necé alına bilér? Bunun iki yolu var: ya SSRİ dağılmalıdır, ya da Erménistan Azérbaycana qarşı müharibé etmélidir. Yéni göstérirdim ki, bu iki hadisé olmalıdır ki, Erménistan Qarabağı bizdén ala bilsin. Yaxud almağa céhd göstérsin. Bu ehtimallar o vaxt çox fantastik görünürdü. Sonrakı hadisélér bu ehtimalın hér ikisinin reallaşdığını göstérdi. Né isé... Cavab yazıldı. Onu makinada çapdan beş nüsxé çıxardım. hélé qézet, şurnallarla yazını çap elétdirmék barédé ciddi danışığa başlamamışdım ki, Dövlét Téhlükésizlik Komitésinin o vaxt Akadmiyanın instittlrında kuratorluq edén nümayéndési méni yanına dévét elédi. Téxminén bir il évvél dé o adam méni çağırmışdı. Bir téréfdén qorxutmağa çalışmış, digér téréfdén téklif elémişdi ki, égér gélécéyimi xoşbéxt görmék istéyirémsé DTK ilé émékdaşlıq eléyim. Onda söhbétimiz baş tutmamış, tébii ki, hémin adam rédd cavabı almışdı. Bu défé söhbét tamam başqa tonda quruldu vé hémin adam méné dedi ki, çox béyéndi cavabı vé bu cavabdan Azérbaycanın hém siyasi réhbérliyi, hém dé téhlükésizlik sisteminin réhbérliyi istifadé eléyécék, Moskvada müéyyén adamlara oxudacaqlar ki, qoy görsünlér erméni pisdir, millétçidir, biz isé gözél insanlarıq. Mén isé yazını çap elétdirmék istéyimi bildirdim. Dedi ki, o mümkün olmayacaq. Düzü, mén inanmadım ki, axı né var, bu yazıda?! O dövr üçün çox ehtiyatla yazılmışdı ki, çap olunsun. Bir neçé qézet vé şurnalla söhbét eléyéndén sonra gördüm ki, o haqlıymış. 

Béziléri lap açıq-aşkar rédd elédilér. Düzü ehtiyatlananları da mécbur edib pis véziyyétdé qoymaq istémédim. Yazını çap elétdirmék fikrindén él çékdim. Buna baxmayaraq, bir dé gördüm yazı makinada çoxaldılıb yayılmağa başlandı. hétta qéribé bir hadisé baş vermişdi. Téxminén bir-iki ay sonra bir néfér méndén hémin yazının surétini istédi. Özümdé yox idi.Soruşdum, dedilér akademiyadakı çoxaltma maşınlarından birindé çoxaldıb satırlar. hémin adamın yanına gedéndé dedi: biri on manatadır. Neçé nüsxé istéyirsén verim séné. Élbétté, 10 manat akademiyanın elmi işçisi üçün böyük mébléğ idi. Dedim, a kişi, ménim yazdığımı 10 ménata özümé satacaqsan?! Dedi: yazdığın üçün sağ ol. Elé isé séné 10 manata yox, beşé satacağam. Sözsüz ki, yazının o vaxt çap edilmémési işin ziyanına oldu. Sonradan Suren Ayvazyan adlı bir bisavad erméni 70 séhifélik cavab yazdı méné. Mén dé ona 7 séhifélik aydın vé qısa cavab yazdım. Bundan sonra méni Azérbaycan KP MK-ya çağırıb başa salmaq istédilér ki, onlar Erménistanın bézi millétçi dairélérinin fitnélériné qarşı çox yüksék séviyyédé siyasi mübarizé aparırlar, mén isé öz féaliyyétimlé onlara mane oluram. Çünki sübut eléméliyik ki, biz millétçi deyilik, beynélmilélçiyik. Bütün bunlar sözsüz ki, bu o vaxtkı réhbérliyin dişsiz, césarétsiz mövqeyi ilé bağlı idi. Sonra, xüsusén 88-dén béri bu mövzuda yazılar, méqalélér, hétta kitablar da çıxmağa başladı. Amma bézi yazılarda, kitablarda ménim yazımdan çox geniş istifadé olunmuşdu. Bunu da mén normal qarşılayıram. Çünki hér halda bir téréfdén hémin faktlar xalqa, ictimaiyyété çatdırılırda, digér téréfdén dé ménim yazımdakıların da hamısını özüm kéşf elémémişdim. O vaxt hém Azérbaycan alimlérinin, hém dé keçmiş SSRİ alimlérinin, dünya müélliflérinin ésérlérindén istifadé eléyib kompleks şékildé cavab verméyé çalışmışdım.

-Azérbaycanda xalq hérékatının başlanmasının ilkin élamétléri nédé görünürdü? hansı işartılar yadınızda qalıb?

-Sözsüz ki, Azérbaycan télébélérinin 88-ci il 19 fevral nümayişi. Ondan sonra Elmlér Akademiyasında, xüsusén humanitar institutların féallıq göstérdikléri mitinq, yığıncaq dalğası başlandı. Fevral-mart yalarında isé çox güclü şékildé davam elédi. Bu yığıncaqlara tédricén akademiyanın bütün institutları qoşuldu. humanitar institutlar arasında én qabaqcılı şübhésiz ki, Şérqşünaslıq İnstitutuydu. Texniki elmlér arasında fizika İnstitutu çox féallıq göstérirdi. Bu, hérékatın ilk dalğalarıydı. Buna qédér Azérbaycan cémiyyéti müéyyén hazırlıq mérhélési keçmişdi. Sözsüz, Qorbaçovun perestroykası da müéyyén şérait yaratmışdı. "Çénlibel" vé başqa cémiyyétlérin yaranması hérékatın hazırlıq mérhélési idi. O hérékatın 88-ci ilin mayındakı ilk nümayişi -16-18 may nümayişléri artıq göstérdi ki, xalq ayağa qalxa bilér. Noyabr - dekabr hadiséléri isé sübut elédi ki, Azérbaycanda xalq hérékatı artıq mövcuddur. İlk hadisélér kimi bunların böyük éhémiyyéti oldu.

-Siz bir termometr çérçivési kimi qalxıb-enén siyasi reytinqiniz barédé né deyé bilérsiniz? Öz reytinqinizin sizi héyécanlandıracaq dérécédé aşağı endiyini yaxud yuxarı çıxdığını hiss etmisinizmi?

-Reytinqim hémişé orta olub. Né çox yuxarı qalxıb, né dé çox aşağı düşüb. Bunun sébéblérindén biri odur ki, heç vaxt reytinq dalınca qaçmamışam.Néyi düzgün saymışamsa, onu da demişém, onu da elémişém. Desém ki, reytinq méni heç narahat eléméyib, bu düzgün olmaz. hér bir adama xalq inanıb, onu düzgün siyasétçi hesab eléyéndé xoş olur. Ancaq reytinq dalınca qaçmaq çox qorxulu xéstélikdir. Belé véziyyét hém millét üçün, hém dé hémin şéxsin özü üçün ménfi néticéléré gétirib çıxara bilér. Égér bir addım düzgün hesab olunursa, hétta bilsén ki, bu addım sénin reytinqiné ménfi tésir göstérécék, o addımı atmaq lazımdır. Mén én çox bu prinsiplé hérékét elémişém vé méné elé gélir ki, sözdé yox, işdé xalqın, dövlétin ménafeyini düşünén adam bu cür dé hérékét elémélidir.

-İsa béy, vaxt bizim isték vé arzularımızdan asılı olmayaraq öz axarı ilé ötüb keçir. Artıq bir sıra hadisélér xalqımız üçün tarixi éhémiyyét késb edir. Bu beşillik tarixin sizdén, sizin içinizdén keçén, izléri qalan qısa xronologiyasını xatırlaya bilérsinizmi?

-Son beş-altı ildé hadisélér héddindén artıq sürétlé inkişaf eléyib. 1988-ci ildén bilavasité siyasété, hérékata qoşulandan sonra günlér bir-birini necé évéz edirsé, adam heç gözünü aça bilmir. Yéqin bu dövrün ésl qiymétini tarix, gélécék verécék. Gélécékdé bu hadisélérdé bilavasité iştirak etméyénlér, yaxud iştirak elésélér dé bir qédér hérékatın, dövrün fövqündé durmağı bacaran mütéxéssislér, tarixçilér yéqin ki, obyektin qiymét verib bu dövrü mérhéléléré bölé hér mérhélénin ésas istiqamétlérini aydnlaşdıra bilécéklér. Tarixçi kimi iştirak elédiyim hadiséléré müéyyén dérécédé kénardan baxmaq adétim olsa da, bu méséléyé indi qiymét verméyim tezdir.

-"Azérbaycanda xalq hérékatının başlanması inkişafı vé bu gün bizim hamımıza bélli olan sonluğu çağdaş durumuna göré SSRİ-dé islahatlara başlayan Qorbaçova minnétdar olmalıdır" fikriné necé baxırsınız?

-Bu, mürékkéb vé maraqlı sualdır. Méné elé gélir ki, obyektiv qiymét vermék lazımdır. M.Qorbaçov Azérbaycan xalqına qarşı bir çox cinayétléré yol vermişdir. Sözsüz ki, Azérbaycan xalqı onu bağışlamayacaq. O, ya fiziki, ya da siyasi şékildé xalqımızın méhkémési qarşısında cavab verméyé mécburdur. Ancaq obyektivliyindén dé qaçmaq olmaz. Qorbaçov 85-ci ildén demokratik déyişiklikléré başlamasaydı, yéqin ki, Azérbaycanda hérékat daha az kütlévi xarakter daşıya bilérdi. Böyük çétinliklérdén daha da uzun müddét érzindé keçméli olardı.

-Sırf parlament işiné vaxtınız çox gedir, yoxsa xalqı ağır véziyyétdén çıxarmaq üçün birbaşa féaliyyétinizé aid olmayan problemlérin hélliné?

-hér ikisiné vaxt gedir. Bu baxımdan vaxtı yarı bölmék olar. Prinsip etibarılé parlament qanunverici orqandır vé bütün séylérimiz dé tédricén qanunverici iş étrafında cémlénmélidir. Ancaq parlament hélé ki, cémiyyétin qanunverici yox, hém dé siyasi mérkézlérindéndir vé sözsüz, qanunvericiliyé aidolmayan inléré dé vaxt ayırırıq. Xüsusén yerlérdé vaxtında, operativ héll olunmadığı üçün bir çox méséléléréburada baxmalı oluruq. Mén tésévvür eléyé bilmirém, yéqin siz dé tésévvür eléyé bilmézsiniz ki, Amerika Birléşmiş Ştatlarında hansısa véténdaş gélsin parlament spikerinin yanına vé desin ki, ménim evim damır, yaxud ménzilimé niyé istilik verilmir, uşaqlarımsoyuqdan xéstélénir vé sair... Ancaq bu, dövrümüzün rellığıdır vé sözsüz ki, tédricén problemléri héll eléyib elé séviyyéyé gétirib çıxarmalıyıq ki, istilik mésélési ilé MİS méşğul olsun, qanun mésélési ilé isé parlament.

-Partiyaların olmadığı bir zamanda vahid aparıcı qüvvé sayılan xalq cébhésinin gücü nédé idi. O hansı keyfiyyétlériné göré hakimiyyété gélé bildi?

-Zaman belé bir quruma ehtiyac hiss etdiyi üçün bu téşkilat yarandı, formalaşdı. Siyasi partiyalar, güclü siyasi téşkilatlar mövcud olmadığı üçün hérékatda iştirak elémék istéyén bütün qüvvélér Azérbaycan Xalq Cébhésindé birléşdi. Bura gélénlérin siyasi şüur céhétdén én qabqcılları Azérbaycanın müstéqilliyi barédé düşünürdülér. Çox böyük bir hissési hérékata Qarabğ problemi ilé élaqédar qoşulmuşdu. Éhalinin én geniş kütlésini AXC étrafında birléşdirén sébéblérdén biri dé sözsüz ki, xalqın sosial, iqtisadi hüquqi véziyyétindén narazılığı idi. Béli, Azérbaycan da xalq hérékatının ésas méqsédlérindén biri respublikanın müstéqilliyi, totalitarizmé son qoyub deokratiyaya keçilmési vé xalqın erméni técavüzündén qurtarması idi. Bu üç ésas méqséddén ikii demék olar, héyata keçirilib; müstéqillik reallıqdır vé bu, artıq dönméz prosesé çevrilméyé başlayıb; demokratiya istédiyimiz miqyasda, şékildé, séviyyédé bérqérar olmasa da lemokratiyaya keçid artıq dönméz xarakter almaqdadır. Qalır üçüncü mésélé - erméni técavüzü. 
Bu mésélé tééssüf ki, indiyé qédér héll olunmayıb vé Azérbaycanda hérékatın kütléviliyini hélé ki, témin edécék amil bundan ibarétdir. hémin mésélé héll ediléndén sonra égéryaxın dövrün gündéliyiné başqa problem düşmésé güman ki, siyasi partiyalar Azérbaycanda hélledici qüvvéyé çevrilécéklér. 

-Bézén adama elé gélir ki, xalq cébhési deyil, çoxlu adamların, heç dé xalq cébhésinin üzvü olmayan adamların müdafié etdiyi uzağı otuza qédér adam hakimiyyét başına gélmiş vé onlar sonradan xalq cébhésinin seçilén nümayéndélérini hakimiyyét strukturlarına gétirmişlér. Sualın bu cür qoyuluşu Azérbaycan xalq hérékatının xarakteriné naşı yanaşmağımızdan doğmur ki?

-Bilirsiz, Azérbaycanda kommunist reşimi var idi. Vé ona qarşı xalq hérékatı formasında güclü mübarizé aparılırdı. Kommunist reşimi hakimiyyétdén gedirdisé, deméli, xalq hérékatının nümayéndéléri hakimiyyété gélméli idi. Azérbaycan Xalq Cébhésindén başqa heç bir téşkilat hakimiyyéti téklikdé öz üzériné götüré bilmézdi. Xalq cébhési hakimiyyété gélirdisé,onun liderléri ésas strateşi mövqeléri tutmalıydılar ki, xalq hérékatının, xalq cébhésinin hakimiyyéti tésdiq, tésbit olunsun. Vé xalq cébhésinin lideri xalq seçkisindé dövlétimizin prezidenti seçildi. Ondan sonra véziféléré adam téyin elémék dé hémin prezidentin sélahiyyéti çérçivésindé oldu. Méséléyé elé bu cür dé yanaşmaq lazımdır. heç bir dövlétdé elé hal yoxdur ki, bütün vézifélér seçkiynén olsun. Bir prezident seçilir, bir dé parlament deputatları. Bézi dövlétlérdé prezident ümumiyyétlé, xalq téréfindén deyil, parlament téréfindén seçilir. Qalan bütün véziféléré adamlar prezident téréfindén téyin olunur. Égér parlament dövlétdirsé, onda parlament müéyyénléşdirir ki, hansı vézifélérdé kimlér oturacaq, bunu başqa cür qélémé vermék olmaz.

-Néyé göré 15 maydan dérhal sonra xalq cébhésinin qérargahı birdén-biré suyu sovrulmuş déyirmana döndü? Bir sıra siyasi qurumlarla, xüsusilé AMİP-lé müqayisédé bu téşkilat çox gücsüz tésir bağışladı.

-Mén bu sualla tam razılaşa bilmirém ki, AMİP-lé müqayisédé xalq cébhési zéif tésiri bağışlayan kimi göründü. Ancaq sualın birinci hissési ilé razıyam ki, doğrudan da 15 may hadisélérindén sonra cébhénin qérargahında bir qédér boalmalar getdi. Bu tébiidir. Çünki xalq cébhésinin, xalq hérékatının liderléri évvélcé parlamentdé réhbér mövqelérdé yerléşdilér vé sözsüz ki, artıq téşkilat kimi yox, dövlétin véziféli şéxsléri kimi Azérbaycanın problemlérini héll etmék lazım idi. Xalq cébhésinin én inanılmış adamları, liderléri müxtélif mésul dövlét vézifélériné gétirildilér. Bununla bağlı xalq cébhésinin qérargahında müéyyén müddét bir qédér boşluq nézéré çarpdı.

-Éqidénizin saflığına şékk etmirik. Amma bizé elé gélir ki, indiki hakimiyyétin eléyé bilmédikléri, yaxud buraxılan séhvlér öz çékisiné göré heç dé Mübéllibovun, Yaqub Mémmédovun dövründéki séhvlérdén geri qalmır. Siz öz içinizdén çıxan müxalifété, müxalifét isé sizé kifayét qédér béléddir. Bu hal mütléq hakimlik qorxusu doğurmur.

-Yené dé dediklérinizin béziléri ilé razılaşa bilmirém. Çünki indiki hakimiyyéti É.Vézirovla, A.Mütéllibovla müqayisé elémék qétiyyén düzgün deyil. Évvéla, Azérbaycanın bugünkü problemlérinin heç birini indiki hakimiyyét yaratmayıb. Müéyyén problemlér késkinléşib, onun dağıdıcı tésiri artıb. Amma bütün bu problemlér keçmiş réhbérlér vé o dövr téréfindén yaranıb. Yéni mén tékcé keçmiş réhbérléri téqsirléndirmék fikrindé dé deyilém. Keçmiş dövr yaradıb vé bu müharibéyé Erménistan başlayıb. Mén yené dé bu fikirdéyém ki, Azérbaycanda hakimiyyétdé Moskvaya qul kimi itaét eléyén qüvvélér yox, ésl xalq qüvvéléri olsaydı, söhbét konkret bizdén getmir, müharibé bu yeré gélib çıxmazdı. Müharibéni elé beşiyindécé méhv elémék olardı. İstér iqtisadi véziyyétin çétinléşmési, elécé dé başqa problemlérin heç biri indiki hakimiyyét téréfindén yaradılmayıb. Müéyyén obyektiv proseslérin müéyyén mérhélélérdé néticésidir bu. Sübut elémék üçün uzağa getmék lazım deyil. Keçmiş SSRİ dövlétinin véziyyétiné, Rusiyaya, Ukraynaya belarusa baxın. Én iri vé nisbétén sabit inkişaf eléyén ölkélérdir onlar. Ancaq problemléri néinki bizdén az deyil, bélké dé çoxdur. Ona göré dé mén demirém indiki réhbérliyin séhvléri yoxdur, séhvlér sözsüz ki, müxtélif sahélérdé var. Çox séhvlérdén konkret danışmaq, hansı séhvléré yol verdiyini göstérmék lazımdır. Bu saat hansı müxalifét liderini dindirirsén. hazırkı hakimiyyétikéskin ténqid eléyir. Ancaq konkret téklif soruşanda ümumi sözlérdén uzağa gedén yoxdur. Én méşhur siyasi xadimléri dé daxil elémék şérti ilé sözléri ondan ibarét olur ki, ordunu gücléndirmék, nizam-intizamı artırmaq lazımdır. Méncé, bunu Azérbaycanın méktéblisi dé bilir ki,orduda nizam-intizamı artırmaq lazımdır. Élbétté, güclü ordumuz olmasa, biz méqsédlérimizé nail ola bilméyécéyik. Rüşfétxorluğa qarşı mübarizé lazımdır. Bir dé hamı başa düşür vé indiki hakimiyyét dé elé buna çalşır. Ancaq bir var elé-belé deyésén, bir dé var dediyini héyata keçirésén, Azérbaycanın mövcud problemlérinin hélli sayésindé müxalifétdé olan hansı siyasi lider, hansı müxalifét partiyası ağlabatan fikir söyléyir? Belé bir fakt göstéré bilérsinizmi?

-Yaxşı, bés özünüz respublikamızın bu véziyyétindé müxalifétdé olsaydınız necé hérékét edérdiniz?

-Müxalifétdé olsam indikindén qat-qat çox vaxtım olardı ki, ağıllı mütéxéssisléri étraféma yığıb hakimiyyétdé olan qüvvéléré kontruktiv kömék göstérim. Yéni heç bir véziféyé iddia elémédén, réhbérliyi kor-korané ténqidlémédén mövcud problemléri açıqlamağa, imkanım daxilindé onların hélli yollarını göstérméyé çalışırdım.

-Yaxşı, bés özünüz respublikamızın bu véziyyétindé müxalifétdé olsaydınız necé hérékét edérdiniz?

-Müxalifétdé olsam indikindén qat-qat çox vaxtım olardı ki, ağıllı mütéxésisléri étrafıma yığıb hakimiyyétdé olan qüvvéléré konstruktiv kömék göstérim. Yéni heç bir véziféyé iddia elémédén, réhbérliyi kor-korané ténqidlmédén mövcud problemléri açıqlamağa, imkanım daxilindé onların hélli yollarını göstérméyé çalışırdım.

-Siz etiraf etséniz dé, etméséniz dé elé bir fakt artıq tarixin mübahisé mövzusuna çevrilmişdir ki, bir sıra témiz vé léyaqétli ziyalılar évvélcé meydandan küsdürüldü, onları bu gün dé ağır yükümüzün altına çiyin verméyé çağıran, célb eléyén yené yoxdur. Sizin téréfinizdén bu qısqanclıqdırmı, yoxsa diqqétsizliyiniz, yaxud nézérdé tutduğunuz o qüvvélérin öz günahıdır?

-Mén günahkar axtarmıram. Ancaq méséléni çox mütléqléşdirméyin dé téréfdarı deyilém. hakimiyyétdé yerléşdirilmiş kadrları gzünüzün önüné gétirin.Mésélén, son bir neçé ayda téyin olunmuş yüz néféri götürün. Görün aralarında né qédér tanınmış mütéxéssislér, ziyalılar var. heç kim görmék, qiymét vermék istémir. Axırda hakimiyyétdékilér mécbur olur deméyé ki, qardaş, axı téyin olunmuş nazirlér sénin ziyalıların deyillér? Bés yüksék véziféléré gétirilmiş şéxslér güya tiyan altından çıxmış adamlardır?

Ziyalıların siyasété célb edilmési Müsavatın da qarşıya qoyduğu vézifélérdén biridir. Bu saat Müsavat Partiyasına hérékatda qétiyyén iştirak etmémiş ziyalıları da célb eléyé bilmémişik. Bu, hém ayrılıqda götürülmüş Müsavat Partiyasının imkanını, hém dé ümumiyyétlé, Azérbaycanda siyasi qüvvélérin potensialını artırır. Bilirsiz, héddindén artıq ümumi ittihamlar iréli sürülür. Mésélén, deyilir ki, kadr siyaséti qüsurludur, nöqsanlar héddindén artıqdır, belé kadr iyaséti yaramır. Ancaq heç kim demék istémir ki, söhbét hansı kadrlardan gedir. Bu bélké dé müéyyén ménada césarétsizlikdir. heç kadr siyaséti ilé mén dé yüz faiz razı deyilém. Yéqin ki, prezident dé bütün kadrları,hétta öz téyin elédiklérini dé ideal kadr saymır. Ancaq müéyyén reallıqlarla hesablaşmaq, nézéré almaq lazımdır, Azérbaycanda çox az şéxsin adını çéké bilérsiniz ki, hér hansı birinin véziféyé téyin edilmési éhalinin heç olmasa 25-30 faizini, yaxud siyasi qüvvélérin 25-30 faizinin etirazına sébéb olmasın. Elé kadr yoxdur. Mén bu fikri bir neçé défé demişém. Tutaq ki, éhalinin yetmiş faizi parlament sédri İsa Qémbérin yox, başqasının olmasını istéyir. Altmış faiz başqa bir nazirin olmasını istéyir. Yeriné başqasının gélmésini arzulayır vé héré kadr siyaséti pis aparılır deyéndé öz üréyindé tutduğunu nézéré alıb deyir. Konkret danışmaq lazımdır ki, kadr siyasétindé hansı nöqsan var. Ayrı-ayrı kadrlardan söhbét gedirsé, sözsüz ki, hér bir téyin olunmuş kadrın éleyhdarları da var, téréfdarları da. Ona göré dé mén ténqidin ümumi xarakter daşımasının téréfdarı deyilém.

-Bu gün kadrların seçilib ferléşdirilmésindé İsa Qémbérin rolu varmı?

-Son aylarda bu işé çox az qarışıram. Özü dé iki halda qarışıram. Ya ménim fikrimcé héddindén artıq qiymétli kadr diqqétdén kénarda qalır, ondan istifadé olunmursa bu barédé fikrimi bildirirém, ya da heç bir işé yaramayan adamı hansısa véziféyé téyin etmék istéyéndé etirazımı bildirirém. Bu, nadir hallarda olur, Onda da tébii ki, sözüm hémişé keçmir.

-Xalq cébhésinin son qurultayında axıra qédér iştirak etdik. hakimiyyétin bu ictimai-siyasi qurumu hér véchlé yaşatmaq istémék céhdi bir zamanlar kommunistélrin partiyanı yaşatmaq, ölméyé qoymamaq inadkarlığına bénzémirmi?

-Xalq cébhési niyé ölméli, sıradan çıxmalıdır?!

Néyé göré yetmiş ilik kommunist hakimiyyétiné verilén qiymétlér heç bir il keçmémiş xalq cébhésiné vé indiki hakimiyyété verilir? Niyé kommunistléré yetmiş il xalqın üzérindé hér cür eksperimentlér aparmağa icézé verén, susan qüvvélér indi méhz yeni iqtidarın, yeni hakimiyyétin yaratdığı demokratik ab-havadan sui-istifadé eléméyé çalışır. Xalq cébhési güclü bir téşkilat olubdur vé bu gün né deyirlér deyinlér, Azérbaycanın müstéqil dövlété çevrilmésinin én ağır -88,89,90-cı illérindé Qarabağın müxtélif hiylélérlé, üsullarla Azérbaycandan alınıb Erménistana verilmésinin qarşısını késén bir téşkilatdır. AXC xalqa mübarizlik ruhunu qaytaran, öz léyaqétini dérk eléméyé çağıran bir téşkilat olub. AXC-nin xidmétlérinin hélé verilméyén qiymétini méncé xélq da, tarix dé, gélécék dé verécék.

-Yeri gélmişkén, bilmék istérdik, hazırda xalq cébhésiylé élaqélériniz necédir?

-Formal olaraq artıq xalq cébhésinin üzvü deyilém. Çünki keçén ilin sonunda AXC ikinci qurultayında Nizamnaméyé déyişiklik edildi vé bildirildi ki, kollektiv şékildé xélq cébhésinin üzvü olmayan partiyaların üzvléri férdi şékildé AXC-nin üzvü ola bilmézlér. Mén Müsavat Partiyasının üzvü olduğum vé partiyamızın xalq cébhésinin kollektiv üzvü olmadığı üçün, tékrar edirém, formal olaraq keçén ilin sonundan xélq cébhésinin üzvü deyilém. Ancaq sözsüz ki, téşkilatın yaranmasında, güclénmésindé iştirak eléyén vé téşkilatı, bir az lirik çıxmasın, sevén bir adamın xalq cébhésindén tamam kénarda qalması düzgün deyil.

-Xalq cébhésinin icraiyyé komitésindé kadr déyişikliyi vé onun kifayét qédér söz-éöhbété sébéb olan béyanatı évvélcédén düşünülmüş ssenari kimi anlaşıla bilérmi vé bu radikal addım seçkilérqabağı xalq cébhésinin ikinci néfésini bérpa etmék arzusundan doğmamışdımı?

-Bu béyanat obyektiv surétdé xalq cébhésiné inamın bir qédér artmasına, onun qéti addımlar atmaq iqtidarında olmasına, xalq cébhésinin orduda, cébhédé yaranmış véziyyété laqeyd qalmasına délalét eléyén bir addım kimi özünü göstérirsé, néyé göré bunu ménfi hal kimi qarşılamalıyıq? Égér xalq cébhésinin o béyanatında deyilén fikirlér, hiss etdirilén narahatlıq xalqın düşündüyü ilé üst-üsté düşürsé, biz onu müsbét qiymétléndirméliyik. Béyanatın vaxtına, orada çékilén konkret adlara isé münasibét müxtélif ola bilér. Bu, hér bir téşkilatın öz daxili taktiki sélahiyyétindéki mésélédir.

-Rüşvétxorluq bütün séviyyélérdé etiraf olunur. hétta prezident défélérlé béyan edib ki, rüşvét alan béylér ikiqat cézalandırılacaq. Bununla belé kiminsé rüşvét almaq üstündé cézalandığını eşitmirik. Respublikanı bürüyén bu bélaya qarşı niyé mübarizé aparılmır?

-Évvéla yeri gélmişkén "béylér" sözü étrafında kiçik bir diskussiya oldu, deyésén sizin öz aranızda. "Béy" sözüné bu münasibétin formalaşması méni çox narahat edir. "Béy" sözünü axı xalq cébhési uydurmayıb. İnsan arasında müéyyén müraciét formaları mövcud olmalıdır. Altmışıncı illérdé ziyalılar bu méséléni qaldırmışdılar ki, égér qadınlara "Xanım" deyiriksé, niyé kişiléré "Béy" deyé müraciét eléméyén. Ziyalıların o zaman bu işi héyata keçirméyé gücü çatmayıb. Xalq hérékatı formalaşmağa başlayanda biz bu méséléyé diqqét yitirdik. "Béy" müraciét formasını yavaş-yavaş héyata tétbiq etméyé başladıq. İndi dé qéribé bir zérérli tendensiya yaranıb ki, sözlér, atmacalar uydura-uydura hémin "béyxana", "gédadan béy olmaz" anlayışlarını, aforizmlérini ortaya ata-ata "Béy" sözünü hörmétdén salmaq istéyirlér. Kimé lazımdır bu? Aydın mésélédir ki, "béy" sözünü biz titul kimi qébul elémirik. Bu da bir müraciét formasıdır. Égér ictimaiyyét vé ziyalılar "béy" sözünü béyénmirlérsé, başqa müraciét forması versinlér. İctimaiyyét mésléhét görürsé "yoldaş" sözüné qayıdaq. Égér bunlar yaramırsa "ağa", "Cénab" sözüné keçék. Mén istérdim ki, cémiyyétdé én xırda méséléyé belé düzgün münasibét formalaşsın. O ki, qaldı rüşvét mésélésiné, heç kim iddia eléyé bilméz ki, Azérbaycanda rüşvétin kökü késilib. Kim desé ki, rüşvétxorluq aradan qalxıb çox gülméli alınır. Cémiyyétimizdé bu, mövcuddur. Amma müéyyén keyfiyyét déyişikliyi yaranıb. Mélum olur ki, inflyasiya ilé élaqédar rüşvétin hécmi rüşvét verilén pulun miqdarı astronomik artır. Digér téréfdén elé bil cémiyyétdé müéyyén müvéqqétilik hiss eléyén qüvvélér çoxalır. Keçmiş dövrdé hansısa yüksék véziféyé gélén adam bilirdi ki, égér réhbérlikdé olana "béli", "baş üsté" desé, beş il kresloda oturmaq imkanı qazanacaq. Vé hémin müddétdé yavaş-yavaş insafına, qanacağına, vicdanına baxaraq verdiyi rüşvétdén on qat artıq pul yığa bilécék. İndiki méqamda isé hém keçmiş vézifédé olan kommunistlér, hém dé hérékatın dalğalarında véziféyé gélén bézi adamlar sanki öz müvéqqétiliklérini hiss eléyirlér. Odur ki, bu tébéqélérdé qénimétçilik psixologiyası, çapıb-talamaq, pul yığmaq, qazanmaq ehtirası güclénir. Bu qorxulu tendensiyanı etiraf elémék lazımdır. Rüşvétin keyfiyyét férqlérindén danışanda isé bir-iki méqamı qeyd elémék lazımdır. Mésélén, rüşvétin Azérbaycandan başqa mérkézléré daşınmasına son qoyulub. Bu, reallıqdır ki, indi Moskvaya rüşvét getmir. Né fırlanırsa, Azérbaycanın içindé dövran edir. Sonra, né cür şayiélér olduğunu bilmirém, fakt budur ki, dövlétin ali réhbér vézifélérini tutan şéxslér heç bir halda rüşvét almırlar. Né kadr mésélésindé, né başqa imkanlardan istiyadé elémék sahésindé, Ali réhbérlér bu işé getmirlér. Yüksék véziféléré téyin olunanlar rüşvétsiz téyin olunurlar. Onların arasında özüné inanan, özüné arxayın, bacarıqlı, namuslu damlar var. Eléléri gözél başa düşürlér ki, necé ki, téménnasız véziféyé géliblér, o şékildé dé işlémélidirlér. Bütövlükdé isé hüquq mühafizé orqanlarımızın rüşvétxorluğa qarşı mübarizésinin keyfiyyét séviyyésindén razı deyilém. Çox iş görülmélidir. Bézén éhalinin özünün öyréşdiyi müéyyén kodekslér rüşvétxorluğa qarşı mübarizé aparmağa imkan vermir. Gélén rüşvétdén danışır, amma fakt istéyéndé deyir ki, mén rüşvét verib-alanın yanında olmamışam. Yaxud lap rüşvét verénin özü deyir ki, mén alanı necé satım, bu, kişilikdén deyil axı. Bax, belé psixoloşi komplekslér rüşvétxorluğa qarşı mübarizéni çétinléşdirir. Ménim prinsipial fikrim ondan ibarétdir ki, rüşvétxorlarla vé rüşvétxorluğa qarşı mübarizé séméréli yol deyil, Rüşvéti doğuran sébébléri imkan daxilindé aradan qaldırmaq lazımdır. Bu ilki test üsulu ilé imtahan ali méktébléré qébul zamanı rüşvétxorluğa déhşétli dérécédé sarsıdıcı zérbé vurdu. Başqasahélérdé dé bu cür mexanizm tapmalıyıq. Bu mexanizmlér méhdud olsa da hér halda var. Mésél üçün xariclé ticarét élaqési yaratmaq, mal aparmağa lisenziya verilir. Vé deyiléné göré lisenziyalar üçün rüşvét alırlar. Niyé göré? Axı biz bu lisenziyaları auksiona çıxarmalıyıq? Tutaq ki, hansısa bir malın xaricé satılmasına dövlétin etirazı yoxdursa, bu satış Azérbaycana xeyirdirsé, lisenziyaya ilkin qiymét qoyulsun. Auksionda kim çox pul versé, qoy o da alıb aparsın. Dövlét dé qazanc götürsün, rüşvété dé yer qalmasın. Niyé tédricén müéyyén véziféléré müsabiqé ésasında qébul mexanizminin mümkün variantı işlénib hazırlanmasın?! Bax bu cür yollardan istifadé eléyé-eléyé iréliléméliyik. Néhayét, méné elé gélir ki, rüşvét tamamilé aradan qalxan bir şey deyil. Bütün ölkélérdé bu var. hétta én demokratik sayılan ölkélérdé dé dövlét mémurları arasında rüşvét alanları var. Sadécé, rüşvétin formaları, üsulları, hécmléri vé ona qarşı mübarizénin késkinlik séviyyési müxtélif ola bilér. Ancaq né qédér ki, insanlar var, görünür, rüşvét "yaşayacaq",... İndiki halda heç olmasa, onun biabırçı formalarını aradan qaldırmaq lazımdır.

-Demokratik qüvvéléré méxsus nümayéndélér, mésélén, siz özünüzü 20 yanvar, Meşéli, Malıbéyli, Quşçular, Xocalı, Şuşa, Laçın hadisélérindé az da olsa téqsirkar bilirsinizmi?

-Bu, çétin sualdır. Méné elé gélir ki, égér özümüzü azérbaycanlı bilib bu véténin övladı sayırıqsa, özümüzü günahsız hesab eléméyimiz düzgün olmaz. Égér siyasétlé méşğul oluruqsa, özümüzü hansısa téşkilatın réhbéri, qabaqda gedéni hesab eléyiriksé, bu mésuliyyét, bu günah iki dévé artır. Ancaq biz-o vaxtın müxalifét qüvvéléri hémin hadisélérin qarşısını konkret olaraq né cür ala bilérdik sualına cavab vermék çétindir. Yalnız o şékildé özümüzü günahlandıra bilérém ki, néyé göré 92-ci ilin mayına qédér hansısa mérhélédé hakimiyyéti yarıxoş, yarızor kommunist reşiminin élindén almamışıq. Amma tutaq ki, belé bir céhd göstérséydik, uğurlu olacaqdı, yoxsa uğursuz? Céhdimiz yeni insan téléfatına sébéb ola bilérdimi? Bax bu sualların hamısı bir-biri ilé bağlıdır. Bu baxımdan mén demokratik qüvvélérdé, müxalifét qüvvélérindé ciddi bir günah göré bilmirém.

-İsa béy, siz hakimiyyét uğrunda mübarizé apararkén qélbinizé şübhésiz ki, inanırdınız. Bunu liderlérimiz müxtélif müsahibé vé çıxışlarında döné-döné etiraf ediblér. Én ésası isé biz bu qétiyyétin şahidiyik. Belé olduğu halda, siz irélicédén konkret adamları nézérdé tutmaqla hakimiyyét strukturlarının vézifé bölgüsünü aparmışdınızmı? Mésélén, siz güman edirdinizmi Ali Sovetin sédri olacaqsınız?

-Onu deyim ki, xalq cébhési évvéldén hakimiyyét uğrunda mübarizé aparmayıb. Égér doxsanıncı ildé seçkilérdé XC-nin iştirakını hakimiyyét uğrunda mübarizé kimi qiymétléndirmésék, biz éksiné, mümkün qédér mövcud strukturların xalqın ménafeyiné işlémésiné çalışmışdıq. hadisélérin inkişafı XC-ni mécbur eléyib ki, hakimiyyéti élé alsın. Bunu tésdiq elémék üçün 1992-ci ilin martındakı mövqeyimizi yada salmaq lazımdır. Deyirdik ki, seçkiyé ehtiyac yoxdur. Müharibé aparan dövlétin érazisindé seçki keçirmék séhv addımdır. Qüvvélér birléşib birlikdé böhrandan çıxmalıdır vé s. Sadécé olaraq dövr, zémané özü bizi mécbur elédi ki, hakimiyyété gélék... Vé hakimiyyété géléné qédér geniş şékildé vézifé bölgüsü ilé méşğul olmamışıq. 92-ci ilin martında koalision hökumét haqqında söhbét oldu. Vé hésén hésénovla xalq cébhésinin réhbérliyi arasında müéyyén danışıqlar getmişdi. Ali Sovetin qérarıyla Yaqub Mémmédovun tövsiyési, razılığı ilé söhbét iki-üç nazir - müdafié naziri, daxili işlér naziri tipli vézifélérdén gedirdi ki, Qarabağ mésélésinin héllindé müxalifét iştirak eléyé bilsin. Tééssüf ki, o vaxt Yaqub Mémmédov vé Ali Sovet bu tékliflérdén imtina eléyib prezident seçkilériné getméyi üstün tutdular. Bunun da acı néticélérini hamımız gördük. O ki, qaldı özümüzé, Ali Sovetin sédri olmaq barédé düşünmémişém. Vé sözün döğrusu, belé bir téklifi ilk défé mayın 16-da eşitdim. hélé fevral-mart aylarından méné xarici işlér naziri vézifési téklif etmişdilér. Mén dé razılıq vermédim. May hadiséléri zamanı prinsip etibarı ilé parlament buraxıb müvéqqéti hökumét formalaşdırmaq, ondan sonra tédricén yeni konstitusiya, yeni seçkilér keçirmék fikrindéydik. Müvéqqéti hökumétin özéyi 14-15 may günü bizé mélum idi. Ancaq mayın 15-dén bir gün sonra téxminén hesablayıb gördük ki, hakimiyyétin keçidinin daha yumşaq konstitusion yolları mövcuddur. Vé bu şansdan yüz faiz istifadé eléméyé çalışdıq. Burda da heç bir şéxsi marağımız yox idi. Marağımız olsaydı yéqin ki, koalision hökumét variantına üstünlük verérdik. Sadécé olaraq başa düşdük ki, konstitusion yolla hakimiyyétin keçidini témin edé bilsék, xarici dövlétlér, istér Şérq olsun, istér Qérb, istérsé dé keçmiş SSRİ dövlétléri bizi bir dövlét kimi, bir hakimiyyét kimi tanıyacaq. Müvéqqéti hökumét isé qeyri-qanuni hökumét kimi uzun müddét diplomatik tanınmadan uzaqda qala bilérdi. Biz o vaxt düzgün yol seçdik vé hémin günlérdé dé méné téklif olundu ki, Ali Sovetin sédri vézifésiné gélim. Bu mésélé xalq cébhésinin réhbérliyindé müzakiré edildi. Réy müsbét olandan sonra hesab elédik ki, bu yolla gedé bilérik.

-Sizin barénizdé dostların da, réqiblérin dé mübahisé, söhbét, qeybét, térif vé ténqidlérin bir etiraf nöqtési var: O, héqiqétén dé siyasétçidir. Siz necé, özünüzü siyasétçi hesab edirsinizmi vé siyasétçi üçün ésas keyfiyyétlér néléri sayırsınız?

-Tévazökarlıqdan uzaq olsa da, özümü siyasétçi hesab eléyirém. Çünki évvéldén bu işé müéyyén nézéri hazırlığım olub. Şérqşünaslıq institutunda müasir dövrlé méşğul idim. Xarici dövlétlérdé siyasi véziyyéti, sosial-siyasi prosesléri öyrénirdim. Éméli céhétdén isé 5 il hérékatda keçén dövr sözsüz ki, sémérésiz deyil. Ona göré özümü siyasétçi hesab eléyirém. Siyasétçi üçün én mühüm keyfiyyét arzu olunanla reallıq arasında müvazinéti itirméméyi yasıram. hér bir siyasétçi özü üçün lazım olan prinsipléri, yaxud témsil elédiyi téşkilatın prinsiplérini müéyyénléşdiréndén sonra hémin prinsipléré tam sédaqét göstérmék şértiléqalan mésélélérdé manevr eléméyé, çeviklik göstérméyé qadir olmalıdır.

-Azérbaycanda yaxın aylarda sosial partlayış téhlükési hiss etmirsiniz ki?

-Méné elé gélir ki, belé bir partlayaşı sébéb yoxdur. Yéni ağır keçid dövründé, müharibé şéraitindé Azérbaycanın éhalisi keçmiş SSRİ-nin digér dövlétlérinin éhalisindén heç dé pis véziyyétdé yaşamır.

Narahatlıq doğuran sébéblérdén biri bu idi ki, Rusiya Azérbaycanla gömrük tariflérini çox yüksék qaldırmaq fikrindéydi. Onun da néticésindé Azérbaycanayüz milyardlarla zérérdéyécékdi ki, bu da déhşétli dérécédé bahalığa, iqtisadi véziyyétin ağırlaşmasına sébéb ola bilérdi. Xoşbéxtlikdén son aylarda Rusiya vé Azérbaycan réhbérlikléri arasında gedén danışıqlarda bu tariflérin dövlétlérarası ticarété aid edilmémésiné nail olduq. Bu barédé xüsusi sazişlér imzalandı. Tékcé bu faktén özü inanmağa ésas verir ki, yaxın vaxtlarda éhalinin héyat séviyyésinin héddindén artıq késkinléşécéyini, indikindén artıq qıtlıq yaranacağını düşünmék ébésdir.

-hakimiyyét liderlérinin hér biri kimi yéqin siz dé qapalı héyat térzi keçirirsiniz. Belé olduğu halda, xalqımızın güzéranı barédé doğru informasiyaları haradan vé necé alırsınız?

-hér héfté, én uzağı iki héftédén bir qébul günü keçirirém. Müxtélif mésélélérlé yanıma gélirlér. Camaatın dérdi-séri yazılmış méktubları alıb oxuyuram. İnformasiya bilavasité gélir méné. Tez-tez müxtélif müéssisélérdé, institutlarda, yerlérdé görüşlér keçirirém. Digér téréfdén müxtélif kanallarla résmi informasiyalar gélir.

-Yaxın héftélérdé Ağdérénin tamamilé téslim edilib évézindé Şuşanın, Laçının qaytarılacağı vé Dağlıq Qarabağın Erménistana birléşdirilé bilécéyi haqqında söz-söhbét sizé dé çatırmı?

-Bu şayié özbaşına deyil. Xalqımızın içindé müéyyén gérginlik, daxili inamsızlıq yaratmağa daxildé dé, xaricdé dé maraqlı qüvvélér var. Yadınızdadırsa, iki héfté évvél çox késkin şékildé şayiélér yayılmışdı ki, Ağdéré şéhérini erménilér yenidén élékeçiriblér. halbuki döyüşlér davam etsé dé, şéhér öz élimizdé idi. İndinin özündé dé Ağdéré étrafında véziyyét téhlükélidir. Şéhér étrafında döyüşlér gedir. Ancaq méséléni bu şékildé qoymaq ki, bir héftédén sonra Ağdéré erméniléré verilécék. Şuşa bizé, sonra Qarabağ erméniléré verilécék..., céféngiyyatdır. Bu söz-söhbétin heç bir ésası yoxdur. Yéni müharibé davam eléyir, bizim müéyyén érazi itkilérimiz dé ola bilér. Ancaq heç bir güzéşt ola bilméz. 

Danışıqlar gedir. Égér erménilér bizim şértléré razı olsalar, müharibéni sülh yolu ilé başa vurmaq mümkündür. Amma danışıqlar o demék deyil ki, biz ordunu gücléndirmékdén imtina etmék, hérbi işi yaddan çıxarmaq fikrindéyik. hérbi işlér vé siyasi diplomatik féaliyyét haqq uğrunda mübarizémizin iki qoludur.

-Sirr deyilsé sülh şértlériniz hansılardır?

-Élbétté, sirr deyil. Şértlér ondan ibarétdir ki, Azérbaycanın érazi bütövlüyü qorunur, erméni işğalçıları respublikamızın érazisindén çıxarılırlar. Qarabağda yaşayan erméniléré médéni muxtariyyét verilir. Vé didérgin düşmüş azérbaycanlılar Erménistandakı dédé-baba torpaqlarına qaytarılır.

-Métbuat konfranslarınızdan birindé seçkilérin keçirilécéyiné verdiyiniz 6-8 ay müddéti başa çatmaqdadır. Fikrinizin üstündé qalırsınız, yoxsa véziyét başqa cür téléb edir?

-Méné elé gélir ki, égér xüsusi gérginléşmé, qeyri-adi bir hadisé olmasa bu il payıza qédér, payızın évvéllérindé seçkiléri keçiré bilérik.

-"Yüz şékil, yüz yazı" rubrikasına son olaraq né demék istérdiniz?

-Arzum budur ki, hém bu rubrikada söhbétlériniz maraqlı alınsın, hém dé qézetiniz mümkün qédér mésélélérin içérisiné giré bilsin. Arzum obyektivlik, dérinlik, şurnalist téhqiqatlarının bolluğudur. Mén şurnalist téhqiqatlarının téréfdarıyam.

-Sizé gérgin işinizdé uğurlar diléyirik. Müsahibé üçün çox sağ olun!

Firidun Résulov, Tamxil Ziyéddinoğlu, "héyat"ın xüsusi müxbirléri, 1992-ci il