İsa Qémbér: "Erméni nümayéndéléri Vaşinqtonda évvélki nüfuzlarını itiriblér"- İsa béy, Amerikaya séfériniz haqqında oxucularımıza bir qédér mé`lumat verin. - Amerikaya séfér zamanı biz kifayét qédér séméréli görüşlér keçiré bildik. Konqresin spikeri cénab Polyerlé çox mühüm görüşümüz oldu. Bir çox nüfuzlu konqresmenlérlé, komissiya sédrlérilé, o cümlédén konqresmen Lexfinlé, Ferdonla, Xoyerlé, nüfuzlu senatorlardan Ford, Braun, Kirmorq vé başqaları ilé. Dövlét Departamentindé dövlét katibi vézifésini icra edén cénab Ortonla, prezidentin téhlükésizlik müşavirinin müavini cénab Bolkerlé görüşdük. Görüşlérdé Azérbaycanın mövqeyini bir daha onlara çatdırdıq. Amerikanın méséléléré münasibétini özümüz üçün bir daha aydınlaşdırmağa vé bir istiqamétdé dérinléşmésiné çalışdıq. Én mühüm tédbirlérdén biri Azérbaycan séfirliyinin açılması oldu. Amerikada Azérbaycan séfirliyi artıq bir neçé aydır féaliyyét göstérir. Bu da öz müsbét néticélérini vermékdédir. İndi isé séfirliyin yeni iqamétgaha keçmésilé élaqédar yüksék séviyyédé résmi açılış mérasimi oldu. Amerikanın ictimai-siyasi dairéléri bu tédbiré çox ciddi maraq göstérirdilér. Bundan başqa Vaşinqtondakı Strateji Tédqiqatlar Mérkézinin téşkil etdiyi bir konfransda iştirak vé çıxış etdik. Konfransda évvélcé mén, sonra séfirliyin İKİNCİ ADAM Ceyhun Mollazadé, Müstéqil Strateji Tédqiqatlar Mérkézinin réhbérliyiné daxil olan Leyla xanım Éliyeva çıxış etdilér. Bu çox yaxşı qarşılandı. Konfransda Amerikanın elmi, siyasi vé işgüzar dairélérinin nümayéndéléri iştirak edirdilér. Hiss edirdim ki, erméni nümayéndéléri Vaşinqtonda évvélki nüfuzu, e`timada malik deyillér. Bu Amerikada Erménistanın séfiri Şuqaryanın çıxışına olan reaksiyadan vé çıxış edénlérin heç birinin Erménistanı ciddi şékildé müdafié etmédiklérindén başa düşmék olurdu. Bütövlükdé Amerika séférini uğurlu hesab etmék olar. Méné elé gélir ki, bu séfér zamanı bir daha tésdiq olundu ki, Amerika Azérbaycanla émékdaşlıq mésélélériné daha ciddi baxmağa başlayıb vé bu émékdaşlığı davam etdirmék üçün istér iqtisadi, istérsé dé siyasi sahédé çox élverişli şérait yaranıb. - BMT TŞ-nın 822 nömréli qétnamésini necé qiymétléndirirsiniz? - Qétnaméni yüksék qiymétléndirmék lazmıdır. Düzdür, orada bé`zi céhétlér var ki, bizi té`min etmir. Buna baxmayaraq, qétnamédé birmé`nalı şékildé erméni qüvvélérinin Kélbécérdén vé işğal olunmuş digér Azérbaycan érazilérindén çıxması téléb olunur. Bu, çox müsbét deportasiyadır vé bunu Azérbaycan diplomatiyasının qélébési hesab etmék olar. Biz buna hém Azérbaycan réhbérliyinin, hém dé Nyu-Yorkdakı Azérbaycan nümayéndéliyinin gérgin féaliyyéti néticésindé nail olduq. Çünki bildiyiniz kimi, BMT TŞ-da güclü nüfuza malik olan bir neçé dövlét Erménistanı müdafié edir. Qétnamédé konkret téléblér iréli sürülüb. Hélé ki, Erménistan hémin télébléri yeriné yetirmir. Ancaq qétnaménin axırıncı béndlérindé göstérildiyi kimi, TŞ méséléni daim diqqét mérkézindé saxlayacaq, lazım gélsé, növbéti addımlarını atacaqdır. Tébii ki, biz dé hémin addımları téléb edécéyik. - Müharibédé méğlubiyyétlérimizin sébébini nédé görürsünüz? - Bunun bir sıra daxili vé xarici sébébléri var. Daxili sébébléri hamımız çox yaxşı bilirik. Yé`ni Azérbaycan ordusunun lazımi séviyyéyé çatdırılmaması, nizam-intizamın aşağı olması, ordunun professional keyfiyyétlérinin az olması, yaxud heç olmaması, vahid réhbérliyin kifayét qédér yeridilmémési, o cümlédén müdafié qurğularının lazımi séviyyédé vé lazımi miqyasda yaradılmaması - bütün bunlar hamısı öz ménfi té`sirini göstérmékdédir. Ancaq bu gün bu çatışmazlıqlara baxmayaraq, ordumuzun bugünkü séviyyési Erménistanın hazırkı silahlı qüvvélériné cavab vermék qabiliyyétindédir. Xarici amilléré géldikdé isé belé bir sual meydana çıxır: né üçün Erménistan qüvvéléri Kélbécéri belé asanlıqla élé keçiré bildi? Bizdé olan déqiq mé`lumatlara göré Rusiyanın silahlı qüvvéléri bu éméliyyatda müxtélif formalarda iştirak ediblér. - Yeri gélmişkén, qayıdıb Laçının müéyyén kéndlérindé yaşayan éhali Kélbécérin işğalından sonra ikinci défé öz yurdlarından didérgin düşdülér. Né üçün kélbécérliléré verilén imtiyazlar onlara da aid edilmir? - Ola bilér ki, xüsusi olaraq qeyd edilmésin, ancaq hémin imtiyazlar o dövrdé öz yaşayış yerlérini mécburi térk etmiş bütün véténdaşlara aiddir. Égér sizdé belé bir fakt varsa, xahiş edirém yazılı surétdé bizé çatdırın, tédbir görék. - Mé`lumdur ki, Pénah Hüseynovun baş nazir té`yin edilmési ictmaiyyétdé birmé`nalı qarşılanmadı... - Bütün inkişaf etmiş dövlétlérdé - elé götürék Türkiyéni, Fransanı, İtalyanı - hakimiyyété siyasétçilér gélir. Onun étrafındakılar isé professionallar olur. Çox zaman da hakimiyyété hansı partiyanın gélmésinin onlar üçün éhémiyyéti olmur. Bizim baş nazir neçé aydır ki, dövléti idaré edén adamlardan biridir. O dövlétin iqtisadi problemlériné kifayét qédér béléddir. Nazirlér Kabinetindé bu saat güclü iqtisadçılar qrupu cémléşib vé méné elé gélir ki, onlar işléyé bilécéklér. Odur ki, canféşanlığa elé bir ésas yoxdur. - İsgéndér Hémidovun respublikanın belé bir çétin vaxtında iste`faya getmési né ilé bağlıdır? - İ.Hémidovun müvéqqéti dé olsa, konkret idaréetmé işindén kénarda qalması, sözsüz ki, arzu edilén hal deyil. İsgéndér béyin özünün té`kidli xahişléri néticésindé biz onu hélélik öz vézifésindén azad etdik. Méné elé gélir ki, İsgéndér béyé harada olmasından asılı olmayaraq hérékatın adamıdır vé uzun müddét bir yerdé yol getdiyi yoldaşlarından çox da kénarda qalmayacaq. - Ehtimal oluna bilérmi ki, İsgéndér Hémidov yaxın zamanlarda haçansa bir véziféyé gélécék? - Sözsüz ki, öu İsgéndér béyin özündén vé prezidentdén asılıdır. - İsa béy, konkert olaraq (respublikamızın) istér siyasi, istérsé dé iqtisadi böhrandan né vaxt qurtaracağı barédé né deyé bilérsiniz? - Bu sual tez-tez verilir. Bé`zén cavabımızdan sonra bizim éleyhimizé istifadé olunur ki, bés siz demişdiniz bu mésélé filan vaxt qurtaracaq, niyé qurtarmadı? Odur ki, bu mésélélérdé konkret vaxt göstérmék çox çétindir. Biz desék ki, böhran filan vaxt qurtaracaq, bu, sadélövhlük olardı. Biz böhrandan tédricén çıxacağıq. Elé bir gün olmayacaq ki, kimsé desin ki, böhran dünén davam edirdi, bu gecé qurtardı vé bu gün yoxdur. Çox sakit bir keçid olacaq. Biz gözümüzlé göré bilmérik ki, saatın éqrébi necé fırlanır, ancaq o fırlanır. Müéyyén müddét işlér görülmélidir ki, bu problemlér héll olunsun. - Son zamanlar ictimaiyyéti narazı salan sébéblérdén biri dé kadr siyasétidir. Deyirlér ki, çox zaman adamlara qabiliyyétiné göré yox, siyasi baxışına göré vézifé verilir. Bu haqda né deyé bilérsiniz? - Tébii ki, kadr siyasétindé müéyyén nöqsanlar var. Bé`zén öz yeriné layiq olmayan adamlar véziféyé gétirilir. Bizé deyirlér ki, adamlara partiya ménsubiyyétiné göré vézifé verilir. Bu ittiham bir ildir ki, davam edir. Eyni zamanda deyirlér ki, hakimiyyété gélén demokratik qüvvélér keçmiş kommunistlérlé bloka giriblér, onlardan istifadé edirlér. Yaxşı bés biz bir-birini tékzib edén bu iki ittihamın hansını qébul eléyék vé hansına cavab verék? İndiki hökumétin üzvlérinin bir çoxu keçmiş kommunistlérdir. Onlar heç vaxt Xalq Cébhésinin vé başqa bir demokratik téşkilatın üzvü olmayıblar. Bunların prezident téréfindén véziféyé té`yin edilmési vé Milli Méclis téréfindén buna razılıq verilmési bu ittihamı tékzib elémirmi? - Sémimi söhbét üçün çox sağ olun. - Siz dé sağ olun. Söhbéti apardı, Mayıl Xanlar "Ordu" qézeti, 20 may 1993-cü il, N 20 (67) |