"Azérbaycan üçün bir il"

Belé adlandırdığı dövr barédé Müsavat Partiyasının başqanı İsa Qémbérlé söhbét

- İsa béy, Azérbaycandakı son hakimiyyét déyişikliyindén bir il keçib. Bu müddétdé olub keçénléré nézér salıb néticélér çıxarmaq kifayét edér. Sizin géldiyiniz néticélér hansılardır?

- Bu işé qiymét vermék o qédér dé çétin deyil. Çünki hér şey çox aydın şékildé gözümüzün qarşısında inkişaf edib. Artıq défélérlé deyilib ki, bir il érzindé Azérbaycan altı rayonu itirdi. İşğal olunmuş érazilérin miqyası baxımından builki itkilérimiz évvélki itkiléré bérabérdir. Elé şéhidlérimiz dé bir ildé bir neçé il érzindé şéhid olanların sayına yaxınlaşdı. Son hadisélérlé, xüsusén qiymétlérin artırılması ilé bağlı iqtisadi véziyyétdén danışmağa ehtiyac yoxdur. Éhalinin véziyyéti olduqca ağırdır.

Ümumi qiymét versék, bu bir il Azérbaycan üçün itirilmiş bir il oldu. Yeni yaranmış dövlétlérin bir çoxunda sürétli islahatlar prosesi, müstéqil dövlétin gücléndirilmési, möhkémléndirilmési prosesi gedir. Azérbaycanda isé bu bir ildé ancaq zéiflémé proseslérinin şahidi olduq. İctimai baxımdan yanaşsaq, sanki bu bir il érzindé xalq bir daha qébul etméyé mécbur oldu ki, 2x2=4 edir. 1993-cü ilin iyununda, iyulunda éhalinin müéyyén bir hissésinin fikirléşdiyi kimi 2x2=9 elémir vé edé dé bilméz. Tééssüf ki, bu adi faktın tésdiqiné bir il vaxt itirildi.

- Azérbaycan 24 iyun véziyyétiné qayıda bilécék, yoxsa hadisélérin inkişafının başqa variantı olacaq? 

- 24 iyun véziyyétiné hérfi ménada qayıtmaq qeyri-mümkündür. Yéni bu artıq keçilmiş bir dövrdür. Mécazi ménada isé tébii ki, Azérbaycan  yenidén müstéqilliyin möhkémléndirilmési vé demokratiyanın inkişafı mérhélésiné qayıdacaq. Bu labüddür. Éks téqdirdé Azérbaycan dövléti méhvé méhkumdur.

- Azérbaycanın yaxın gélécéyi ilé bağlı qézetimizé hansı proqnozları verérdiniz?

- Proqnozlara géléndé, yaxın bir dövr üçün az ehtimalı olan proqnoz ondan ibarétdir ki, hakimiyyét dairéléri son vaxtlarda müşahidé olunan düzgün kursa qayıtmaq meyllérini gücléndirécék. Azérbaycanın müstéqilliyini möhkémléndirmék xéttini yeridécék vé daxildé son dérécé ağır véziyyétdé olan éhalinin sosial müdafiésiné yönélmiş addımlar atacaq. Égér belé olarsa, tébii ki, yaxın gélécéyé ümidlé baxmaq olar. Ancaq dediyim kimi bu çox az ehtimalı olan proqnozdur. Çox ehtimalı olan proqnoz ondan ibarétdir ki, hakimiyyét dairéléri Şimaldan tézyiqlé Azérbaycanın ménafeyi, maraqları arasında manevr siyasétini davam etdirécék vé bu qorxulu manevrdé növbéti itkilér dé ola bilér. Başqa bir téhlüké onunla bağlıdır ki, siyasi, diplomatik addımlara son zaman kifayét qédér diqqét yetirén iqtidar elé bil ki, ordu vé müdafié mésélélérini ya yaddan çıxarıb, ya da ikinci plana keçirib. Bu da çox ağır néticéléré gétirib çıxara bilér.

Mélumatlara göré, Qarabağın işğal olunmuş érazilérindé Erménistan yeni qüvvélér cémléyir. Vé mélum olduğu kimi, bu hazırlıq işindé kifayét qédér xarici qüvvé var. Azérbaycan téréfin bu sahédé féaliyyéti qénaétbéxş deyil. Vé Rusiyanın planının birtéréfli vé birménalı şékildé qébul edilmémési döyüşlérin yenidén qızışmasına gétirib çıxara bilér vé tébii ki, Azérbaycan téréf buna hazır olmalıdır. İkinci narahatlığım bundan ibarétdir.

Üçüncü bir narahatlıq tébii ki, éhalinin sosial véziyyéti ilé bağlıdır. Çünki onsuz da ağır bir véziyyétdé yaşayan éhalinin son qiymét artımından sonra né véziyyété düşdüyü göz qabağındadır. Égér técili sosial tédbirlér görülmézsé, hansısa şékildé partlayışın olması labüddür. Müxalifét bu partlayışda maraqlı deyil. Çünki zérbé Axérbaycana vé xalqa déyécék. Ancaq bunun kifayét qédér gözlénilén bir hadisé olduğunu başa düşdüyümüz üçün bir daha bu barédé xébérdarlıq etméyé mécburuq. Yaxın dövrdé bu istiqamétdé dediyim téhlüké qalır.

Müsahibéni apardı:

Lamiyé Biléndérli

"Yeni Müsavat", 23 iyun 1994-cü il, N 21(129)