Azérbaycan parlamentinin keçmiş sédri, Müsavat Partiyasının başqanı İsa Qémbérlé "Azadlıq" radiostansiyasının émékdaşı Mirzé Xézérin müsahibési

Bakı, 11 oktyabr 1993-cü il

Sual: Sizinlé Véténin dérdi haqqında çox danışmışıq. Siz 1988-ci ildé Azérbaycanda xalq hérékatı başlayandan béri xalq hérékatı ilé olmusunuz vé keçén bir ildé hakimiyyétdé - Azérbaycan Respublikası Ali Sovetinin sédri olmusunuz. İndi isé Müsavat partiyasının başqanı olaraq Azérbaycanda olan müxalifét partiyalarından biriné başçılıq edirsiniz. Mén xaricdén gélmişém vé buradakı véziyyéti gözlérimlé görürém. Siz Azérbaycanda bu gün yaranan siyasi véziyyéti necé qiymétléndirirsiniz?

Cavab: Évvéla, onu deyim ki, mén çox şadam ki, néhayét Sizinlé üzbéüz oturmuşuq. Çünki uzun illér érzindé, Azérbaycanda xalq hérékatı başlayandan béri Sizi radiodan eşitmişik vé özümüzün én yaxın adamlarından biri hesab etmişik. Ona göré ki, o vaxt informasiyanın qıtlığı şéraitindé yalnız Azadlıq"ın sési Azérbaycana héqiq informasiyanı, héqiqéti yayırdı vé bunu biz heç vaxt unuda bilmérik. İndiki véziyyété gélincé, mén hesab edirém ki, son aylarda Azérbaycanda avtoritar rejimin yaranması prosesi gedir - bir adamın hakimiyyéti vé bunu Azérbaycanda çox qorxulu hesab edirém. Mén Heydér Éliyevin müéyyén şéxsi keyfiyyétlérini, siyasi xadim keyfiyyétlérini inkar etmék fikrindé deyilém, ancaq onun étrafında ciddi bir siyasi komanda görmürém. Dediyi sözlér çox gözéldir - Azérbaycanın müstéqilliyi, demokratiya, insan hüquqları, Azérbaycanın itirilmiş torpaqlarının geri qaytarılması vé s., gözél sözlérdir. Amma bu problemlér necé héll olunacaq? Bu barédé heç bir söz deyilmir. Mén bu dörd aylıq técrübédén dé çıxış edib deyé bilérém ki, hakimiyyétdé olan qüvvélérdén bu problemlérin necé héll olunacağını tééssüf ki, bilén yoxdur. Méné elé gélir ki, hal-hazırda hakimiyyétdé olanları yalnız hakimiyyéti saxlamaq problemi maraqlandırır. Hakimiyyétin saxlanması vézifési isé hémin hakimiyyétin mövcud olduğu ölkénin ménafeléri müéyyén méqamlarda üst-üsté düşé dé bilér. Égér üst-üsté düşérsé, burada qorxulu bir şey yoxdur. Lakin çox hallarda üst-üsté düşmür. Üst-üsté düşméyéndé dé, bu, Azérbaycan ménafeyinin éleyhiné bir siyasété çevrilé bilér. Elé méni dé narahat edén budur.

Sual: İsa müéllim, deyirsiniz ki, indiki hakimiyyétin hérékét proqramı, ya féaliyyét proqramı yoxdur vé bu, Azérbaycanın ménafeyiné dé ziddir. Bés, Sizin partiyanın belé bir proqramı varmı?

Cavab: Bilirsiniz ki, Müsavat Partiyası Azérbaycanın én qédim partiyasıdır. Yeri gélmişkén deyim ki, bu gün hémin partiyanın yaradılmasının ildönümüdür (Müsahibé oktyabrın 11-dé götürülüb - Red.). Bu partiya 1911-ci ilin oktyabr ayının 11-dé yaranmışdır. Bütün dövrlérdé partiya öz féaliyyétini davam etdirib. Keçén ildén isé biz partiyanın féaliyyétini geniş şékildé bérpa etmişik. Partiya quruculuq dövrünü keçirir. Tébii ki, partiyanın Azérbaycanın bütün problemlériné aid müéyyén baxışları var.

Sual: Azérbaycan indi müharibé véziyyétindédir, bir milyon qaçqını var. Bütün sosial, iqtisadi problemlérin hamısı bérbad haldadır. Belé bir şéraitdé, mésélén, proqramı olan téréf proqramı olmayan téréflé birléşérsé necé olar?

Cavab: Çox yaxşı olardı. Ancaq bunun müéyyén şértléri var idi. Özünün défélérlé tékrar etdiyi kimi Heydér Éliyevi Ébülféz Elçibéy Bakıya dévét etmişdi. Én yüksék émékdaşlıq üçün dévét etmişdi. Onun üçün dévét etmémişdi ki, zorakı yol ilé silahlı qüvvéléré, qiyamçılara arxalanaraq hakimiyyéti élé keçirsin. Buna göré dé émékdaşlıq çox ciddi kölgé altına alındı. Bu saat Azérbaycanda iki prezident var. Biri hüquqi céhétdén Azérbaycanın prezidenti Ébülféz Elçibéy, digéri faktiki céhétdén prezident Heydér Éliyev. Ona göré dé bu qüvvélérlé onların témsil etdiyi qüvvélér arasında émékdaşlıq hüquqi vé ménévi baxımdan héddindén artıq çétinléşdirilib. Ancaq geriyé yol hémişé olur. Hansısa kompromis variantda. Tébii ki, bu da ilk növbédé Heydér Éliyevdén asılıdır, Ébülféz Elçibéydén asılı deyil.

Sual: Dünén mén H.Éliyevin andiçmé mérasimindé oldum. O müxalifétlé émékdaşlıq barésindé bir neçé söz dedi. Müxalifété imkan yaradılacağını bildirdi, sonra insan hüquqlarından danışdı. Buna necé baxırsınız?

Cavab: Gözél sözlérdir, bayaq dediyim kimi, ancaq héyatla uyğunlaşmır. Mén bir ay qanunsuz olaraq hébsdé yatmışam. Méné elé gélir ki, bu qanunsuz hébs Heydér Éliyevin xébéri olmadan héyata keçirilé bilmézdi. Tutaq ki, xébéri olmayab, baş prokuror bu qanunsuz sanksiyanı verib vé méni hébs etdirib. Hémin şéxs yené dé baş prokuror olaraq qalır. Bir neçé millét vékili bir neçé ay qanunsuz olaraq hébsdé saxlanılıb. Buna göré cavab veré bilén yoxdur. Daxili İşlér Nazirliyi, polis işçiléri qanunsuz olaraq hébslér héyata keçirirlér, insanların hüquqlarını pozurlar. Heç kim bu faktlara göré cavab vermir. Bu yaxınlarda bizim partiya öz Méclisini keçirmék qérarına gélmişdi. Şéhérin heç bir yerindé bizé şérait yaratmadılar. Söhbét mitinqdén, böyük bir kütlévi hadisédén yox, hansısa bir otaqda kiçik bir zalda yığıncaqdan gedir. Başqa partiyalar, tutaq ki, "Yeni Azérbaycan" partiyası gündé bir iclas keçirir, Azérbaycan Milli İstiqlal Partiyası qurultayını keçirir, bézi partiyalar müstéqil şékildé öz féaliyyétlérini davam etdirirlér, ancaq Müsavata imkan verilmir. Bizim partiyanın réhbérléri bu gün Azérbaycanın bézi rayonlarından séférdén qayıdıblar. Hémin rayonlarda hétta Müsavat Partiyasının üzvlérinin kiçik bir otaqda oturub iclas keçirmési dé rayon réhbérliyinin, rayon polis idarésinin ciddi narahatlığına vé narazılığına sébéb olub vé buna imkan verméyiblér. Faktları mén qısa şékildé deyirém, belé faktların sayını yüzlérlé artırmaq olar. Bu, onu göstérir ki, deyilén sözlérlé reallıq arasında dérin bir uçurum var.

Sual: Siz bu faktlar haqqında kimlérlé danışmısınız? Mésélén, réhbérlikdé vé indiki hakimiyyétdé o müraciétléri müzakiré etmisiniz, yoxsa yox?

Cavab: Ménim hakimiyyétdé olanların heç biri ilé birbaşa élaqém yoxdur. Ancaq bütün bu mésélélér barésindé hém partiyanın baş katibinin, hém dé digér katiblérin özlérinin hakimiyyét strukturları iél vé vézifé daşıyan şéxslérlé danışıqları olubdur. Bu müraciétléré, söhbétléré heç bir éhémiyyét verilméyib. Birinci défé televiziyanın réhbérliyiné müraciét edérék, on-onbeş déqiqélik çıxış üçün imkan yaradılması barédé xahiş edilibdir. Xüsusén, referendumdan évvél bu çox mühüm idi. Çünki referendum éréfésindé É.Elçibéyin xalqa müraciétiné imkan verilmézdi. Onun téréfdarlarına, onun mövqeyini müdafié edén şéxslérin televiziya vasitésilé xalqla ünsiyyétiné imkan yaradılmadı. Yené dé bütün müraciétléré rédd cavabı aldıq. Bu praktikaya çevrilir. 

Sual: İsa béy, mén bir jurnalist kimi hér téréfé baxıram, çox adamla danışmışam, onlar deyirlér ki, xalqda bir ruh yüksékliyi émélé gélib. H.Éliyevin şéxsiyyéti ilé élaqédar olaraq bu fikri hétta xaricdé dé bézi icmalçılar ortaya atırlar vé deyirlér ki, xalqda ruh yüksékliyi var. Yéni böyük bir ümid yaranıb. Sizin buna münasibétiniz?

Cavab: Bunu mén inkar etmék fikrindé deyilém ki, éhalinin éhémiyyétli bir hissési H.Éliyevé böyük inamla, ümidlé baxır. Bu reallıqdır. Ancaq bunda da müéyyén mérhélélér var. Bu haqda mén fikrimi Azérbaycan métbuatında demişdim. Mérhélélér hansılardan ibarétdir? Birinci mérhélédé H.Éliyev hakimiyyété gélmémiş éhalinin böyük bir qismi deyirdi ki, H.Éliyev hakimiyyété gélén kimi bütün problemlér héll olunacaq. Müharibédé dé qélébé olacaq, iqtisadi problemlér dé héll olunacaq, qiymétlér aşağı düşécék, maaşlar qalxacaq, sabitlik olacaq vé s. H.Éliyev 4 aydır ki, real hakimiyyétdédir. Göründüyü kimi bu deyilén, gözlénilén şeylérin heç birindé iréliléyiş yoxdur. Müharibédéki méğlubiyyétlér çox déhşétli şékildé bir-birini évéz elédi, iqtisadi véziyyét yaxşılaşmadı, éksiné, son aylarda pisléşmék tendensiyası güclénibdir vé başqa sahélérdé dé elécé. Ona göré ikinci bir sual ortaya çıxır ki, H.Éliyev bu problemléri héll edé bilmésé, heç kim héll eléyé bilméz. Vé mén qézetlérdé dé Naxçıvanda H.Éliyevin réhbérlikdé olduğu dövrün técrübésindén çıxış edérék demişdim ki, bir neçé aydan sonra göréndé ki, H.Éliyev heç bir problemi héll elémédi, véziyyét hétta ağırlaşmaqda davam edir, üçüncü tezis olacaq ki, düzdür, véziyyét çox ağırdır, problemlér héll olunmayıb, ancaq hakimiyyétdé H.Éliyev yox, başqa bir şéxs olsaydı, véziyyét bundan da qat-qat ağır olacaqdı. Bu üçüncü tezis ortaya çıxacaq. Bu belé. İkincisi dé ki, real olaraq, hér halda cémiyyét dé 5 il, 6 il évvélki cémiyyét deyil. Déyişibdir. Az-çox müasir séviyyédé néşr olunan qézetlér ortalığa çıxıbdır.

Müéyyén siyasi médéniyyét inkişaf edibdir bu illér érzindé. Vé tébii ki, xalqın başa düşén, hadiséléré müstéqil qiymét verméyé qadir olan hissési getdikcé artmaqdadır. Vé hémin dairélérdé mén müşahidénin néticésindé deyé bilérém ki, H.Éliyevin bugünkü nüfuzu ilé 4 ay évvélki nüfuzu bir-birindén késkin şékildé férqlénir. Bizim hesablamalarımıza göré seçkidé éhalinin 25-30 faizinin iştirak etmési dé bu nüfuzun düşmésinin élamétlérindén biridir. Tééssüf ki, bu proses davam edé bilér.

Sual: Ménim yadımdadır ki, keçén ilin iyun ayında seçkilér keçiriléndé Nizami Süleymanov deyirdi ki, seçkilérdé mén qélébé çalmışam, Ébülféz Elçibéy yox. Mésélé onda deyil. Amma indi Azérbaycanın ağır şéraitindé, ağır véziyyétindé siyasi qüvvélérin birléşmési bir xülyadır, yoxsa bir héqiqétdir? Bunu héqiqété çevirmék mümkündürmü? Xalqın gözü onun yetişdirdiyi siyasétçilérdédir. Xalq yetişdirib onları. 

Cavab: Siyasi qüvvélérin birléşmési né demékdir? Biz avtomatik, mexaniki şérti birléşmé téréfdarı olmamışıq vé deyilik. Azérbaycanın dövlétçiliyindén, Azérbaycanın köklü ménafelérindén söhbét gedirsé, biz birlik haqqında şüar söylémédén dé, hakimiyyéti tériflémédén dé Azérbaycan xalqı üçün, Azérbaycan dövléti üçün né lazımdırsa, onu edécéyik. Necé ki, Azérbaycanın cénub bölgélérindé onu parçalamaq céhdi olanda Müsavat Partiyası ilk olaraq mövqeyini bildirén qüvvélérdén biri oldu. Vé sonra da xalq Lénkéranda ayağa qalxıb sözünü deyéndé ön cérgédé gedénlérin éksériyyéti Müsavatın üzvléri vé Müsavatın çağırışına qoşulanlar idi. Orada üç néfér ölümündén sonra H.Éliyev téréfindén "Milli Qéhréman" adı aldı. Onlardan biri Müsavat Partiyası Lénkéran téşkilatının katibi Etibar Éliyev idi. Elécé dé başqa mésélélérdé. Harda ki, söhbét Azérbaycanın ménafeyindén gedir, néinki biz hakimiyyété qarşı éks addım atmayacağıq, éksiné, onu müdafié edécéyik, onun düzgün addımlarını béyénécéyik. Mésélénin başqa bir téréfi var ki, égér hakimiyyét bizim partiyanın mövqeyindén férqli bir siyasét héyata keçirsé, hansı birlikdén danışmalıyıq? Bizim partiya xarici siyasétdé balanslaşdırılmış kursun téréfdarıdır. Bütün dünya ölkéléri ilé birgé istiqamétdé féaliyyét téréfdarıdır. İndiki hakimiyyét isé birtéréfli münasibét mövqeyindén çıxış edir.

Sual: İsa béy, bağışlayın, üzr istéyirém, Sizin sözünüzü késirém. Sizin hakimiyyétdé olduğunuz illérdé o bayaqkı siyasét yeridilirdimi xarici siyasétdé?

Cavab: Xarici siyasétdé kurs müéyyénléşdirilmişdi, balanslaşdırılmışdı vé bu istiqamtédé addımlar atılırdı. Biz étrafımızda olan Rusiya, İran vé Türkiyé kimi dövlétlérlé normal münasibétlér yaratmağa çalışırdıq. Vé indi deyilén céféngiyyata baxmayaraq, Azérbaycan Rusiya ilé ikitéréfli élaqéléri maksimum inkişaf etdirirdi. Rusiya ilé münasibétdén söhbét gedirsé, bağlanmış müqavilélér, éldé edilmiş sazişlér baxımından Azérbaycan keçmiş SSRİ-nin heç bir dövlétindén geri qalmırdı. İstér siyasi sahéyé, istérsé dé başqa sahéléré aid olsun, bu belé idi. Türkiyé ilé élaqéléri inkişaf etdirirdik. Deyirlér ki, guya biz türkpérést siyasét yeridirdik. Türkiyénin tésiri altında siyasét yeridirdik. Bu isé tamamilé ésassız bir söhbétdir. Sadécé olaraq, Türkiyé vé türk xalqına meyl Azérbaycanda hémişé güclü olmuşdur. Vé burada görülén işlér daha çox tébliğ olunur vé qiymétléndirilirdi, néinki başqa istiqamétlérdé atılan addımlar. Bu hadisélér zamanı Türkiyénin É.Elçibéyi kifayét qédér déstéklémésinin özü onu göstérir ki, É.Elçibéy birtéréfli Türkiyé siyaséti yeritmirdi. Tééssüf ki, İranla münasibétlérimiz arzuolunan séviyyédé alınmadı. Vé burada bizim dé - hakimiyyétdé olan şéxslérin dé müéyyén qüsurları oldu. Çünki bir qédér ehtiyatsız béyanatlar, çağırışlar vé s. eşidildi vé bu da tébii ki, narahatlıq doğururdu. Ancaq real baxsaq, İranın özünün dé müéyyén narahatlığı var. Azérbaycan baxımından, burada kimsé bir söz desé dé, demésé dé. Yéni kursumuz düzgün seçilmişdi méncé vé bu kürsü aparmağa çalışırdıq. Orada müéyyén séhvlér, yanlışlıqlar ola bilérdi, ancaq kurs düzgün idi. İndi isé açıq-aydın birtéréfli kurs héyata keçirilir. Burada söhbét téhlükésizlik müqavilésiné qoşulmaqdan gedir, vahid rubl zonasına qoşulmaq téhlükési artmaqdadır. Bu, Azérbaycanın müstéqilliyinin tamamilé itirilmési demékdir. Bilirsiniz ki, Azérbaycan bütün dünyanı maraqlandıran mésélélérdén biriné ona göré çevrilib ki, Azérbaycanın hém özünün az da olsa, müéyyén neft ehtiyatı var, hém dé ki, Şérqdé olan böyük neft yataqlarına malik ölkélérin Qérbé yolu Azérbaycanın érazisindén keçir. Vé bu saat Azérbaycanın ménafeyiné zidd olaraq bu neft borusunun Cénub xétti variantı évéziné Şimal variantı işlénméyé başlayıb. Vé élbétté, bu cür addımlar olacaqsa, bu, Azérbaycanın ménafeyiné kökündén ziddir. Vé biz bunu müdafié edé bilmérik.

"Yeni Müsavat" qézeti, 23 oktyabr 1993-cü il