Müsavat Partiyasının başqanı ilé görüş

Dekabrın 25-dé Azérbaycan Dövlét Tibb Universitetindé respublika Ali Sovetinin sédri, Müsavat Partiyasının başqanı İsa Qémbérovla görüş keçirilmişdir. Görüşdé o, évvélcé çıxış etmiş, sonra isé télébé vé müéllimlérin suallarına étraflı cavab vermişdir.

İsa béy çıxışının évvélindé qeyd etdi ki, yola salmaqda olduğumuz 1992-ci il xalqımız üçün son dövrlérdé bélké dé én ağır bir il olub. O qédér ağır ki, hétta "qanlı yanvar"la üzléşdiyimiz 90-cı ili belé az qala kölgédé qoyur. Ona göré dé köhné ilin artıq keçmişé, tarixé dönmékdé olduğu bir vaxtda biz düşünüb-daşınıb bütün qüvvémizi ona sérf etméliyik ki, qarşıdan gélén 93-cü ildé bu déhşétli ağırlıqların altından çıxa bilék. O, inandığını vé émin olduğunu bildirdi ki, üzümüzé gélén ildé bir çox problemlér aradan qaldırıdacaqdır vé xalqımız başına gélén müsibétlérdén sonra dirçélméyé başlayacaqdır. 92-ci ilin mayında hakimiyyété gélén indiki iqtidar bunun üçün zémin hazırlayır: onun éldé etdiyi bézi müvéfféqiyyétlér belé söyléméyé ésas verir. Lakin bununla yanaşı, İsa béy bildirdi ki, biz heç dé iddia etmirik ki, "Azérbaycanın héyatı méhz 1992-ci ilin mayından başlayır. Bugünkü véziyyétimiz isé arzu olunanla mümkün olan véziyyét arasındakı bir haldadır". Yéni hazırkı iqtidarın éldé etdiklérini vé edé bilmédiklérini qiymétléndirérkén real şéraiti bütün gerçékliyi, acınacaqlığı ilé nézéré almaq gérékdir.

İsa béy uzun-uzadı nitq söylémék fikrindé olmadığını, daha çox suallara vaxt ayırmaq istédiyini bildirérék, görüş iştirakçılarını açıq dialoqa dévét etdi.

Çox maraqlı suallar verildi. Onlardan bir qismini vé verilén cavabları ixtisarla téqdim edirik.

Sual: Müsavat Partiyası digér partiyalarla élaqélérini necé qurmaq fikrindédir?

Cavab: Hazırda Azérbaycan dövléti keçid dövrünü yaşayır vé cémiyyétimiz yenidén qurulmaq éréfésindédir. Sözsüz ki, bu mérhélédé bizé müxtélif qüvvélérin réqabétindén daha çox onların émékdaşlığı gérékdir. Milli hémréylik, birlik, tésanüd ideyası partiyamızın başlıca proqram méqsédlérindén biridir. Ona göré dé biz Müsavat ideologiyasına yaxın olan (hazırda yaranan vé mövcud olan partiyaların éksériyyéti méhz bu ideologiya çérçivésindédir) partiyalarla yaxın émékdaşlıq edécéyik, férqli ideologiyaya ésaslanan partiyalarla münasibétlérimizi qanun dairésindé qurub, xalqın ménafeyiné qarşı çıxış edén partiyalarla amansız mübarizé aparacağıq!

Artıq partiyamızın réhbérliyi téréfindén ölkémizdéki bütün digér partiyalara müraciét hazırlanıb (bu yaxınlarda dérc edilécékdir). Hémin müraciétdé milli hémréyliyé nail olmaq üçün partiyaların ümummilli forumunu keçirmék tşébbüsünü qaldırmışıq. Fikrimizcé, burada hémréylik ideyasına téréfdar olan partiyaların ümumi vé férqli maraqlarını üzé çıxartmağa, aşkarlamağa çalışmalıyıq.

Sual: Müsavat başqa partiyalardan né ilé seçilir?

Cavab: Bu sualı, méncé, bizé yox, başqa partiyaların nümayéndélériné ünvanlamaq daha édalétli vé düzgün olardı; çünki son illérdé yaranan bütün digér partiyalardan férqli olaraq, Müsavat çox éski, şéréfli tarixi énénéléré malik olan Azérbaycanın ilk siyasi partiyasıdır. Béziléri kimi biz partiyalaşma prosesindé qabağa düşmék üçün télém-télésik Müsavat partiyasını yaratmadıq, biz onu etdik vé proqram ésaslarını da dérindén işléyib hazırladıq.

Sual: Azérbaycanın düşdüyü indiki hértéréfli böhran şéraitindén çıxmaq mümkündürmü? Müxalifétin fikrincé, iqtidar buna qabil deyil.

Cavab: Véténimizin méruz qaldığı ictimai-siyasi, iqtisadi, hérbi vé s. böhrandan çıxması naminé birgé çalışmalıyıq. Bézi qüvvélér var ki, böhranı hér cür vasité ilé dérinléşdirméyé çalışırlar. Lakin, bununla belé, mén ümidvaram ki, biz bu böhranı çox uzun olmayan bir müddétdé aradan qaldıra bilécéyik. Hazırkı müxalifét çox zaman bizé irad turur ki, guya biz işi bacarmırıq, islahatları apara bilmirik. Ancaq onlarla tez-tez oturub mübahisé edirik, diskussiya aparırıq vé sübut eléyéndé ki, ésl şérait necédir, onda son sözléri bu olur: "Éşşi, sizin boynunuza düşüb, eléyin dé...". Yéni heç dé onların tésévvür elédikléri, yaxud qélémé vermék istédikléri kimi sadé vé birménalı deyildir. Élbétté, mélum mésélédir ki, iqtidarla hazırkı müxalifétin qayé vé méqsédléri, demék olar, eynidir; dava isé hakimiyyété gélmék üstündédir. Yéni bunun özünün tébii bir şey olduğunu, haqlı isték olduğunu etiraf edirik. Söhbét ondan gedir ki, müxalifét niyyétini aydınca bildirméli, daha né isé yüksék ibaréléré, hay-küylü sözléré bürünmémélidir.

Qaldı ki bizé qarşı sért mövqedé duran müxalifété, méné elé gélir ki, hémin qüvvéléré qarşı biz bir qédér sértléşméliyik - yéni qanunun bütün gücündén vé sélahiyyétindén istifadé edilmélidir.

Éhalinin güzéranının pis olmasına dair ésas ittihama gélincé isé, bu mésélédé dé obyektiv olmaq lazımdır: hélé elé bir ölké, cémiyyét olmayıb ki, hém müharibé aparsın, hém dé eyni zamanda iqtisadiyyatını inkişaf etdirsin, camaatın rifah halını yükséldé bilsin.

Sual: Respublikada fövqéladé véziyyét elan etmék çağırışları né méqséd güdür?

Cavab: Bu mésélédé dé müxtélif niyyétlér güdülür: béziléri sémimi olaraq müharibéni tezliklé udmaq, qüvvéléri bütünlüklé müharibéyé yönéltmék xatiriné bunu istéyir. Digérléri isé véziyyéti daha da ağırlaşdırmaq üçün bu télébi iréli sürürlér. Élbétté, bir téréfdén baxanda belé çağırışlar üçün müéyyén dérécédé obyektiv zémin vardır. Etiraf etméliyik ki, Azérbaycanda hélé dé bütövlükdé müharibé éhval-ruhiyyési yaranmayıb, hamılıqla séférbérlik véziyyéti formalaşmayıb. Adamlarımızın bir qismi Véténin qorunması işiné mésuliyyétsiz yanaşır, valideynlér uşaqlarını hérbi mükélléfiyyétdén qurtarmağa çalışır...

Hér halda né qédér çétinliklérlé üzléşsék dé bizdé hélélik ümid var ki, müharibéni biz fövqéladé véziyyét elan etmédén dé uda bilérik.

Sual: İqtidarın indiki kadr siyaséti doğrudanmı, sizi qane edir?

Cavab: Bu, héqiqétén dé én yaralı yerlérimizdéndir. Düzüné qalanda, kadr siyaséti méni dé tam qane elémir. Amma yeni téyinatlara münasibétlérdé çox zaman subyektiv réylérlé dé qarşılaşırıq. Bu méséléni Leyla xanım Yunusova özünéméxsus térzdé belé izah eléyir: évvéllér hamı çox gözél bilirdi ki, vézifélér pulla satılır, kimin pulu var idi onu almağa girişirdi, kimin ki, pulu yox idi, sakitcé çékilirdi kénara. İndi isé vézifélér pulsuz verildiyi üçün hamı iddia vé téléb eléyir. Hamıya da tébii ki, vézifé çatmadığından éksériyyét - vézifé istéyénlér istér-istéméz narazı qalır. Çox nadir hallar olur ki, téyin olunan namizéd hamını témin etsin. Axtarsaq, hér birimiz bir, iki, üç, dörd... kadrdan narazı olduğumuz üçün bütövlükdé kadr siyasétinin düzgün olmadığından danışırıq.

Bir şeyi dé nézéré almaq lazımdır: istésék dé, istémésék dé inqilabi şéraitdé siyasi féallığı güclü olan adamlar ön plana keçir. Lakin bunların idaréetmé técrübési, qabiliyyéti kifayét qédér olmadığından get-gedé professionallıq, işgüzarlıq vé sériştélilik tébii zérurété çevrilir. Biz kadrları téyin edéndé, élbétté, onların témizliyi, ideallara sédaqéti ilé bérabér bacarıq séviyyésini dé müéyyén dérécédé nézéré almağa çalışırıq. Lakin o da var ki, hazırda hér üç xüsusiyyéti özündé birléşdirén şéxsiyyétlér bizdé bir o qédér dé çox deyil. Bunu da gérék etiraf edék.

Ümumiyyétlé, bizdé kadrlara, véziféléré héddindén artıq güclü maraq bir qédér qeyri-sağlam xarakter daşıyır vé mén inanıram ki, bu, ölkédéki indiki iqtisadi, ictimai véziyyétlé xeyli dérécédé bağlıdır. Yéni cémiyyét hér céhétdén inkişaf edib normal bir séviyyéyé çatdıqdan sonra véziféyé olan bu ümumi maraq da ötüb keçécékdir.

Sual: Belé bir réy geniş yayılıb ki, professor Murtuz Élésgérovla bağlı hadisé iqtidarın éleyhdarlarının émélidir. Siz necé hesab eléyirsiniz?

Cavab: Hadisé baş verén gün mén prezidentin yanında idim. O, hémin saat qéti olaraq tapşırdı ki, hadiséni bütün ciddiyyéti ilé araşdırsınlar vé müqéssirlér aşkarlanıb cézalandırılsın. Biz hamımız var gücümüzlé çalışacağıq ki, bu işdé tam aydınlıq yaransın. Şübhésiz ki, hér bir az-çox başında ağıl olan adam başa düşür ki, istér bu hadisé, istérsé dé "Meydan" qézetinin redaksiyasına olan téxribatçı hücum qétiyyén bizim maraqlarımıza uyğun deyildir. Belé şeylér indiki iqtidarda olanların siyasi vé éxlaqi prinsiplériné tamam ziddir.

Bu cür fikirléşméyé ésas vardır ki, dediyiniz hémin hadiséni törédénlér respublikada véziyyéti gérginléşdirmékdé marağı olan qüvvélérdir. Bizdé onlar barédé kifayét qédér mélumat var. Bu qüvvélér hétta qarşılarına belé méqséd qoyurlar ki, dekabrın 31-dén mitinqlér dalğasını başlasınlar. Onlar oranı yenidén qarışdırmaq üçün fürsét gözléyirlér. Üç-dörd défé, bizé mélum olduğuna göré, Mütéllibova müraciét eléyiblér ki, yazılı şékildé hakimiyyété qayıtmaq barédé béyanat imzalasın. Hér cür yollara él atırlar vé hélé dé ümidlérini késméyiblér...

Sual: Milli Méclisin dövlét dilimizé dair qébul etdiyi son qérar bir sıra narazılıqlara sébéb olub. Sizcé, bunun ésası varmı?

Cavab: Biz heç bir xalqın öz dilini öz adıyla (talış dili, lézgi dili, kürd dili vé s.) adlandırılmasına pis baxmadığımız halda, onda né üçün bizim dilimiz "Azérbaycan dili" kimi yayğın vé ümumi bir ad altında gizlénmélidir. Ésliné qalanda, dünyada ésl "türk" adını daşıyacaq millét bizik! Vé dilimizé "türk dili" adının qaytarılmasını türkiyéléşmék kimi yozmaq, tébliğ etmék spekulyasiyadan, ucuz söhbétdén başqa bir şey deyildir. Ancaq dövlétimizin adı "Azérbaycan Respublikası" kimi, xalqımızın adı "Azérbaycan xalqı" kimi qalmalıdır. Çünki "Azérbaycan" adı altında bir superetnosun ortaya çıxması, méné elé gélir ki, tarixin bizé bağışladığı én böyük nemétdir. Bu vahid ad altında müxtélif xalqlar, etnoslar birléşdi vé Stalinin bir vaxt éleyhimizé qarşı düşündüyü bu addéyişdirmé işi néticé etibarı ilé bir téréfdén dé xeyrimizé oldu...

Ola bilér ki, dövlét dili ilé bağlı bu inqilabi addımı atmağımız vaxtından bir qédér évvél baş verib, lakin zéruri addım hesab edilmélidir. Biz onsuz da yeni Konstitusiyamızla élaqédar ümumxalq referendumu keçirécéyik, dil barédé dé o zaman xalqın fikrini öyrénmék olar. Égér xalq hesab edirsé, Milli Méclisin qébul etdiyi bu qérara ehtiyac yoxdur. O halda bizim xalqın réyi ilé hesablaşmaqdan ayrı élacımız qalmayadaqdır. Méné elé gélir ki, mésélénin én édalétli hélli bu yolla mümkündür.

Sual: İndiki iqtidarın iqtisadi islahatlar proqramının olmaması iddiası ilé razısınızmı?

Cavab: Bu, üzr istéyirém, béziléri téréfindén ortaya atılan boş bir sözdür. Belé proqrama iqtidar lap évvéldén malikdir vé biz onu getdikcé tékmilléşdiririk. Onu sadécé olaraq, iki sébébdén ortaya çıxarmırıq: birincisi, dediyim kimi, déyişén şéraité uyğun olaraq onu daim tékmilléşdiririk, téshihlér edirik. İkincisi dé, indiyécén qébul edilén çoxlu proqramlar (Şatalinin, Yavlinskinin, Qaydarın vé b.) elan ediléndén sonra uzun-uzadı müzakiré olunmağa başlanır vé gördüyümüz kimi, son néticédé heç biri işlémir vé proqram da yeriné yetirilmémiş qalır. Bir daha tésdiq etmék istéyirém ki, hér şey, o cümlédén son défé qiymétlérin qaldırılması da hémin proqram üzré nézérdé tutulmuşdur, biz ondan qırağa çıxmırıq. İndi belé qérara gélmişik ki, yaxınlarda maaşları bir daha artırmalıyıq. Lakin bu o demék deyil ki, lap tezliklé maddi rifahımız yüksélécék. Nisbéti düzgün müéyyénléşdirmék lazımdır: biz hakimiyyété géléndé, Azérbaycanın valyuta fondu cémisi 1,5 milyon dollar idi, indi isé bu réqém artıq 100 milyonu keçib. Béli, biz hémin fondu xércléméklé bir-iki ay nisbétén yaxşı güzéran témin edé bilérik, ancaq bununla iş düzélmir axı. Ésaslı, dérin islahatlar getmésé, böhrandan çıxmaq mümkün olmayacaqdır.

Sual: Milli Méclisdé yaranan qarşıdurmaya sébéb nédir?

Cavab: Milli Méclisdé qarşıdurma olduğu düzgün fikir deyildir. Baş verén mübahisélér isé tébiidir: çünki orada müxtélif partiya vé qrupların nümayéndéléri vardır. Bununla belé, son vaxtlar bézi müxalifét nümayéndélérindé iclasları süni şékildé uzatmaqla qanunların qébul edilmésini léngitmék meylléri hiss olunur...

İki saatdan artıq davam edén görüş olduqca maraqlı keçdi. İsa béy Qémbérov bézén sual verénlérlé açıq polemikaya girméklé söhbétin canlı keçmésiné, onun ésasén monoloq deyil, dialoq üzérindé qurulmasına çalışırdı. Tibb Universitetindéki bu görüş bir daha göstérdi ki, Müsavat Partiyasının başqanı artıq neçé vaxtdan béri hakimiyyétin én uca pillésindé qérar tutmasına baxmayaraq, adamlarla sadé vé birbaşa ünsiyyét vérdişini, geniş auditoriyanın éhval-ruhiyyésini duymaq bacarığını évvélki séviyyédé saxlaya bilmişdir.

M.Rasim

"Yeni Müsavat" qézeti, 31 dekabr 1992-ci il