Azərbaycan Respublikasının yeni hökumətinin iqtisadi və sosial siyasətinin əsas
istiqamətləri
(Birinci
ilə əsas və təxirəsalınmaz tədbirlər
paketi)
I. İdarəetmə islahatları
II. Antikorrupsiya tədbirləri
III. Maliyyə-büdcə siyasəti
IV. Sahibkarlığın inkişafı
V. Aqrar və regional siyasət
VI. Sənaye və struktur siyasəti
VII.. Sosial siyasət
VIII. Xarici iqtisadi siyasət
IX. Neft strategiyası
X. Xüsusi proqramlar
Əlavələr:
1) İdarəetmə islahatları proqramı
2) Sahibkarlığın inkişafı proqramı
3) Aqrar inkişaf proqramı
4) Yoxsulluqla mübarizə proqrammı
5) Sosial reablitasiya və inkişaf proqramı
6) İqtisadi təhlükəsizlik strategiyası
7) Korrupsiya və rüşvətxorluğa qarşı təxirəsalınmaz tədbirlər proqramı
İcra müddəti – 1 il
|
NN |
Tədbirlər |
Sənədlər |
Müddət |
|
I. İdarəetmə islahatları |
|||
|
1.1 |
İdarəetmə İslahatları Proqramına yğun olaraq hökümətin yeni strukturunun və tərkibinin formalaşdırılması |
Nazirlər Kabinetinin Əsasnaməsinin təsdiq edilməsi haqqında Prezident Fərmanı, Hökumət üzvlərinin təyinatı haqqında Prezident Fərmanları |
1 ay |
|
1.2 |
Prezidentin İcra Aparatının iqtisadi xidmətinin və Nazirlər Kabinetinin mərkəzi aparatının (şöbələrin) işinin funksional müəyyyənləşdirilməsi və əlaqələndirilməsi |
Struktur üzrə müvafiq əsasnamələr |
1 ay |
|
1.3 |
Mərkəzi icra hakimiyyəti orqanlarının (nazirliklərin, dövlət komitələrinin, agentliklərin və s.) status və funksiyalarının müəyyənləşdirilməsi |
Mərkəzi icra orqanlarnın Əsasnamələrinin təsdiq edilməsi haqqında Prezident Fərmanları |
1-3 ay |
|
II. Antikorrupsiya tədbirləri |
|||
|
2.1
|
İqtisadiyyatın dövlət tənzimləməsi və nəzarət sisteminin normativ-hüquqi bazasının anti-korrupsiya baxımından ekspertizası -Maliyə nazirliyinin tərkibində milli maliyyə kəşfiyyatı orqanının – Maliyyə Araşdırmaları Qurumunun yaradılması |
Mövcud qanunvericilik aktlarına əlavə və dəyişikliklər |
1-3 ay |
|
2.2 |
Beynəlxalq əməkdaşlığın genişləndirilməsi, o cümlədən FATF (Çirkli pulların yuyulması ilə mübarizə üzrə beynəlxalq təşkilat), Eqmont qrupla əməkdaşlığın qurulması |
Müvafiq konvensiyalarının ratifikasiyası və beynəlxalq sazişlərin imzalanması |
|
|
2.3 |
Antikorrupsiya sahəsində ictimai nəzarətin dəstəklənməsi monitorinqinin keçirilməsi, qeyri-hökumət qurumları ilə birgə layihələrin hazırlanması və reallaşdırılması |
Nazirlər Kabinetinin qərarları |
1-12 ay |
|
2.4 |
İcazə, qeydiyyyat, lisenziyalaşdırma, dövlət sifarişləri, tender qaydalarının və prosedur mexanizmlərinin antikorrupsiya tələblərinə uyğunlaşdırılması |
Nazirlər Kabinetinin qərarları |
1-3 ay |
|
III. Maliyyə-büdcə siyasəti |
|||
|
3.1 |
Dövlət maliyyə intizamının və xəzinədarlıq sisteminin gücləndirilməsi, xarici kreditlərin istifadəsi vəziyyətinin araşdırılması, dövlət aktivlərinin və strateji ehtiyatlarının (o cümlədən xarici banklarda) inventarizasiyası, dövlət gəlirləri bazasının monitorinqi, qanunsuz kapital axınının qiymətləndirilməsi və qarşısının alınması tədbirləri |
Prezident Fərmanı |
1 ay |
|
3.2 |
Büdcə sisteminin effektivliyinin artırılması, real büdcə gəlirləri səviyyəsinin müəyyənləşdirilməsi, xərclərin istifadəsi vəziyyətinin və şəffaflığının qiymətləndirilməsi |
Büdcə Məcəlləsinin qəbul edilməsi |
2 ay |
|
3.3 |
Yeni büdcə strukturunun, proporsiya və parametrlərinin müəyyənləşdirilməsi 2007-ci il üçün büdcə layihəsinin hazırlanması |
2007-cü il üçün Dövlət Büdcəsi haqqında qanunun qəbul edilməsi, Prezident Fərmanı, Nazirlər Kabinetinin Qərarı |
1-2 ay |
|
3.4 |
Büdcə sektorunda (xüsusilə təhsil, səhiyyə) maaşların və pensiyaların artırılması sahəsində xüsusi proqramın və qrafikin hazırlanması və həyata keçirilməsi |
Prezident Fərmanı |
1-12 ay |
|
3.5 |
Dövlət kapital qoyuluşları, zəmanətləri mexanizmlərinin yaradılması və təkmilləşdirilməsi, lizinq və ipoteka kreditləri sisteminin dəstəklənməsi, bank, sığorta və fond bazarının effektivliyinin, kapitallaşmasının stimullaşdırılması |
Müvafiq qanunların qəbulu, təkmilləşdirilməsi Nazirlər Kabinetinin Qərarı Milli Bankın Qərarı |
3-12 ay |
|
3.6 |
Milli iqtisadi inkişafı stimullaşdıran effektiv və çevik pul-kredit siyasətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi |
2007-cü il üçün pul-kredit siyasətinin əsas istiqamətləri |
3 ay |
|
3.7 |
Yerli (şəhər, rayon, Naxçıvan MR) büdcələrin gəlirlərinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi, fiskal əks mərkəzləşdirmə siyasətinin inkişaf etdirilməsi, regionların maliyyə-özünü təminatı mexanizmlərinin dəstəklənməsi |
Nazirlər Kabinetinin və yerli icra orqanlarının qərarları |
6-12 ay |
|
3.8 |
Maliyyə sahəsində dayanıqlı iqtisadi təhlükəsizlik sisteminin yaradlılması və antiinflyasiya üzrə tədbirlərin hazırlanıb həyata keçirilməsi |
Prezident Fərmanı |
3-12 ay |
|
3.9 |
Qiymətli kağızlar bazarının inkişafı, dövlət istiqraz vərəqələri, öhdəlikləri, vekselləri və s. real sektoru stimullaşdıran mexanizmlərin həyata keçirilməsi |
Borc öhdəlikləri haqqında Qanun |
|
|
3.10 |
Dövlət və özəl maliyyə investisiya qurumlarının, maliyyə-sənaye qruplarının, trast kompaniyalarının yaradılması və stimullaşdırılması, uyğun beynəlxalq əməkdaşlığın dəstəklənməsi, maliyyə-bank infrastrukturunun gücləndirilməsi, bu sahədə regional disproporsiyaların zəiflədilməsi və inhisarçılıq, haqsız rəqabət faktorlarının aradan qaldırılması yzrə tədbirlər |
Maliyyə- sənaye qrupları, maliyyə-investisiya, trast kompaniyaları haqqında Qanunlar, Anti-inhisar Məcəlləsi |
3-12 ay |
|
3.11 |
Maliyyə – investisiya təhlükəsizliyinin təsbit edilməsi |
İnvestisiyalarnın qorunması haqqında Qanun |
3-4 ay |
|
3.12 |
Vergi və gömrük sistemində qanunvericilik və normativ bazanın optimallaşdırılması (ən azı 3-5 illik sabit vergi rejiminin qəbul edilməsi), şəffaflığın, effektiv idarəetmənin təmin edilməsi |
Vergi və gömrük məcəllələrinə, digər qanun və qərarlara dəyişikliklər, NK qərarı |
3-6 ay |
|
3.13 |
Maliyyə, vergi və gömrük orqanlarının maddi – texniki bazasının gücləndirilməsi və əməkdaşlarının professional səviyyəsinin artırılması və mütərəqqi stimullaşdırmanın həyata keçirilməsi |
MN-nin və müvafiq icra strukturlarının qərarları |
1-12 ay |
|
3.14 |
Milli valyutanın cari və perspektiv dayanaqlılığı faktorlarının gücləndirilməsi, optimal valyuta siyasəti və rejiminin hazırlanması, xarici amillərdən asılılıq səviyyəsinin azaldılması |
Dövlət Proqramı, NK və MB Qərarı |
1-12 ay |
|
3.15 |
Dövlət xarici borclarının həcm və istiqamətlər üzrə perspektiv optimallaşdırılması, proqnozlaşdırılması, effektiv xidmət planının qəbul edilməsi |
Dövlət borcu haqqında Qanunun təkmilləşdirilməsiNK Qərarı |
3-5 ay |
|
3.16 |
Daxili borclar üzrə öhdəliklərin araşdırılması və tənzimlənməsi |
Bank əmanətləri haqqında Qanun, MB-in Qərarları |
|
|
3.17 |
Müxtəlif növ əmanət qoyuluşlarının (xüsusilə milli valyuta ilə) stimullaşdırılması |
Milli Bankın qərarı |
6 ay |
|
3.18 |
Dondurulmuş əmanətlərin yenidən qiymətləndirilməsi və qaytarlıması məqsədlə xüsusi proqramın hazırlanması və icrasına başlanması |
Əmanətlərin indeksasiyası haqqında Qanun, Bank əmanətləri haqqında Qanun |
4-12 ay |
|
3.19 |
Dövlət büdcəsinin neft gəlirlərindən kritik asılılıq səviyyəsinin yumşaldılması, neft gəlirlərinin dünya bazarında cari və perspektiv konyunktur dəyişmələr də nəzərə alınmaqla sabitliyin təmin edilməsi məqsədi ilə effektiv maliyyə sxemlərinin (o cümlədən stabilizasiya fondu) hazırlanması və tətbiqi |
2007-cü il üçün Dövlət Büdcəsi haqqında Qanunu, Prezident Fərmanı, Neft haqqında Qanun |
3-4 ay |
|
IV. Sahibkarlığın inkişafı |
|||
|
4.1 |
Sahibkarlığın və qeyri-neftt sektorunun inkişafı sahəsində dövlət proqramının (5 illik) təsdiq edilməsi və uyğun izahat- təbliğat işinin həyata keçirilməsi |
Prezident Fərmanı, Dövlət Proqramı |
2 ay |
|
4.2 |
İnhisarçılığın, haqsız rəqabət mühütinin, ayrı-seçkiliyin və himayədarlığın aradan qaldırılması sahəsində tədbirlərin həyata keçirilməsi, sahələr üzrə demonopolizasiya proqramının təsdiq edilməsi və icrası, qanunsuz yoxlamaların aradan qaldırılması sahəsində əlavə tədbirlər |
Müvafiq Qanunların təkmilləşdirilməsi, Prezident Fərmanı, NK qərarı |
2-12 ay |
|
4.3 |
Milli sahibkarlığın maliyyələşdirilməsi (kreditləşdirilməsi) sahəsində dövlət dəstəyinin, Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətininin gücləndirilməsi, xarici maliyyə-kredit qurumları ilə aktiv əməkdaşlığın təşkili; |
Sahələr və regionlar üzrə investisiya və inkişaf proqramları |
1-12 ay |
|
4.4 |
İstehsal – innovasiya yönümlü güzəştli və uzunmüdətli kredit, sığorta, lizinq proqram və layihələrinin, ixracyönümlü və idxalı əvəzləyən, regional disproporsiyaları azaldan, yeni və çoxsaylı iş yerlərini nəzərdə tutan biznes layihələrinin üstün dəstəklənməsi tədbirləri |
Prezident fərmanı, Dövlət Proqramı, NK-nin qərarları |
3-6 ay |
|
4.5 |
Təsərrüfat subyektlərinin qeydiyyatı, icazə və lisenziyalaşdırma, uçot qaydalarının sadələşdirilməsi və təkmilləşdirilməsi |
Müvafiq qanunların təkmilləşdirilməsi, Prezident Fərmanı |
2 ay |
|
4.6 |
Daxili bazarın qorunması və ixraca yardım sahəsində tədbirlərin həyata keçirilməsi, Dövlət İxraca Yardım Mərkəzinin, İxrac – İdxal Bankının və Sığorta Şirkətinin yaradılması |
İxraca yardım, daxili bazarın qorunması haqqında qanunlar, Prezident Fərmanı |
2-12 ay |
|
4.7 |
Sahibkarların ictimai və peşə birliklərinin fəaliyyətinin təşviqi və dəstəklənməsi |
|
1-12 ay |
|
4.8 |
Yerli məhsulların rəqabət qabiliyyətinin artırılması, keyfiyyət, standartlaşdırma işinin effektiv təşkili,bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi |
NK-nin Qərarı |
3-6 ay |
|
4.9 |
Kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin dəstəklənməsi (informasiya, hüquqi yardım, kreditləşdirmə, sadələşdirilmiş uçot və s.); biznes-inkubatorların, texnorparkların yaradılması |
Kiçik və orta sahibkarlığa dövlət köməyi haqqında Qanun |
1-12 ay |
|
4.10 |
İşgüzar fəaliyyət, investisiya sahəsində mübahisələrin həlli və təminat məqsədilə çevik və effektiv mexanizmlərin tətbiqi və müvafiq beynəlxalq qurumlarla əməkdaşlığın qurulması |
NK-nin Qərarı |
3-5 ay |
|
4.11 |
Azərbaycanda və dünyanın işgüzar mərkəzlərində ölkəmizdə biznesin inkişaf etdirilməsi ilə əlaqədar görüşlərin, təbliğat kompaniyasının, konfransın keçirilməsi, bu sahədə tanınmış qurumlarla (Davos Forumu) effektiv əməkdaşlığın qurulması |
Prezident fərmanı NK-nin Qərarı |
6-12 ay |
|
4.12 |
Milli sahibkarlığın xüsusi professional hazırlığının artırılması məqsədilə treninq layihələrinin və təhsil proqramlarının həyata keçirilməsi |
NK-nin Qərarı, beynəlxalq sazişlər |
3-12 ay |
|
4.13 |
Xarici investisiyaların (xüsusilə qeyri-neft sektoruna) cəlb edilməsi sahəsində strategiyanın hazırlanması, xarici investisiyaların qorunması və təminatı məqsədilə tədbirlərin həyata keçirilməsi |
Xarici investisiyalar haqqında Qanunlar, Prezident Fərmanı |
3-5 ay |
|
4.14 |
Dövlət sifarişləri və zəmanətlərinin alınması, birgə investisiya layihələrində iştirak edilməsi, dövlət sifarişlərində yerli sahibkarlar üçün əlverişli və şəffaf mexanizmlərin (tender, müsabiqə) işlənməsi və tətbiqi |
Dövlət müsabiqələri və tenderləri haqqında qanun |
4-5 ay |
|
4.15 |
Sahibkarların mülkiyyət, əmlak, investisiya hüquqlarının qorunması mexanizminin təkmilləşdirilməsi, onun hüquqi icra səviyyəsinin yüksəldilməsi |
Müvafiq qanunların təkmilləşdirilməsi, Prezident fərmanı |
3-6 ay |
|
4.16 |
İqtisadi mübahisələrin həllində iqtisad məhkəmələrinin rolunun artırılması |
Müvafiq hüquq norma və qaydalarının təkmilləşdirilməsi |
3-4 ay |
|
V. Aqrar və regional siyasət |
|||
|
5.1 |
AR Prezidentinin fermerlərlə görüşünün keçirilməsi. Aqrar inkişaf sahəsində hökumətin siyasətinin əsas istiqamətlərinin açıqlanması, hökumət üzvlərinin iştirakılə regionlarda müşavirələrin keçirilməsi |
Prezidentin sərəncamı |
2 ay |
|
5.2 |
Milli Aqrar İnkişaf Proqramının təsdiq edilməsi və icrası, zəruri izahat-təbliğat işinin təşkili |
Prezident Fərmanı, Milli aqrar İnkişaf Proqramı |
2 ay |
|
5.3 |
Aqrar sektorun dövlət tənzimlənməsi, idarə edilməsi sahəsində mərkəzi və yerli icra orqanların, unitar dövlət müəssisələrinin (toxumçuluq, damazlıq və s.), xidmət, təchizat strukturlarının və s. fəaliyyətinin optimal əlaqələndirilməsi və yenidən təşkili; inhisarçılığın və paralelçiliyin aradan qaldırılması |
NK-nin Qərarı |
2-4 ay |
|
5.4. |
Sahə üzrə inventarlaşma aparılması, torpaq , əmək, kapital, su ehtiyatlarının, kənd təsərrüfatı heyvanlarının, geobotaniki resursların, cins və sortların Reyestirinin hazırlanması |
NK-nin Qərarı |
2-8 ay |
|
5.5 |
Torpaq islahatlarının monitorinqi, mübahisələrin həlli üzrə tədbirlərin həyata keçirilməsi; torpaqların qiymətləndirilməsi, bonitirovkası, vahid kadastr sisteminin yaradılması; torpaq bazarının formalaşdırılması istiqamətin tədbirlər; icarə münasibətlərinin, torpağa və digər mülkiyyətə hüquqları təmin edən dövlət qeydiyyat sisteminin təkmilləşdirilməsi, otlaq fondunun pasportlaşdırılması |
NK-nın Qərarı, Torpaq haqqında qanunvericilik |
3-12 ay |
|
5.6 |
Kənd təsərrüfatı və emal məhsullarının keyfiyyət, standartlaşdırma, sertifikasiyası sahəsində qaydaların tətbiq edilməsi, beynəlxalq normalarla uyğunlaşdırılması |
Standartlaşma və sertifikasiya haqqında Qanun |
3-5 ay |
|
5.7 |
Meliorasiya, irriqasiya, torpaqqoruma sahəsində zəruri tədbirlərin həyata keçirilməsi və perspektiv fəaliyyət planının qəbul edilməsi |
NK-nin Qərarı |
4-12 ay |
|
5.8 |
Damazlıq işi, bitki mühafizəsi, baytarlıq, toxumçuluq sahələrində dövlət siyasətinin hazırlanması və fəaliyyət planının qəbul edilməsi |
NK-nin Qərarı, prioritet sahələr üzrə qanunverici aktlar |
2-12 ay |
|
5.9 |
Aqrar sektorda çalışan maliyyə-sənaye və investisiya qruplarının, holdinqlərin, fondların, aqro-servislərin, xammal birjalarının, lizinq, bank və sığorta şirkətlərinin fəaliyyətlərinin dəstəklənməsi |
NK-nin və MB Qərarı |
3-12 ay |
|
5.10 |
Fermerlərin dəstəklənməsi məqsədilə hazır məhsula yönələn qiymət intervensiyaları (xüsusilə fyuçerc kontraktları əsasında satınalınma), paritet qiymət siyasətinin formalaşdırılması mexanizmlərinin hazırlanması və tətbiqi |
Prezident Fərmanı |
3-12 ay |
|
5.11 |
Ərzaq təhlükəsizliyi proqramının qəbul edilməsi, strateji ərzaq və taxıl fondunun yaradılması |
Prezident Fərmanı |
4-12 ay |
|
5.12 |
Heyvandarlığın və bitkiçiliyinin müxtəlif sahələrinin emal sənayesinin inkişafı, yem istehsalının artırılması, üzrə xüsusi proqramların qəbul edilməsi |
Prezident Fərmanı |
3-12 ay |
|
5.13 |
Dağ rayonlarının inkişafı sahəsində xüsusi proqramın qəbul edilməsi |
Prezident Fərmanı |
6-12 ay |
|
5.14 |
Mövcud proqram və layihələrin (o cümlədən beynəlxalq maliyyə təşkilatlarının xətti ilə) monitorinqinin aparılması, əlaqələndirilməsi və davam etdirilməsi |
Prezident Fərmanı , NK-nin Qərarı |
4-12 ay |
|
5.15 |
Regional inkişaf sahəsində xüsusi infrastruktur inkişafı proqramının qəbul edilməsi |
Prezident Fərmanı |
6-12 ay |
|
5.16 |
Aqrar sektorda yeni texnologiyaların, innovasiyaların, marketinq sisteminin formalaşdırılması, maddi –texniki təchizatın modernləşdirilməsi, aqrokimyəvi və zoobaytar xidmətlərinin formalaşdırılması üzrə layihələrinin həyata keçirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi |
NK-nin Qərarı |
4-12 ay |
|
VI. Sənaye və struktur siyasəti |
|||
|
6.1 |
Dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi və effektiv icarə sistemin yaradılması, dövlət aktiv və passivlərinin inventarizasiyası, idarəetməyə verilmə qaydalarının təkmilləşdirilməsi; unitar və dövlət iştiraklı qarışıq müəssisələrinin statusunun müəyyənləşdirilməsi |
Müəssisələr, Unitar dövlət müəssiisələri haqqında qanunlar |
1-12 ay |
|
6.2 |
Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında yeni qanun və Dövlət Proqramının qəbul edilməsi |
Qanun, Dövlət Proqramı |
3-6 ay |
|
6.3 |
Özəlləşdirmə sahəsində şəffaflığın təmin edilməsi, vətəndaşların, əmək kollektivlərinin, səhmdarların və işçilərin hüquqlarının bərpası, qanunsuzluqların aradan qaldırılması və mübahisələrin həlli, dividendlərin hesablanması və verilməsi qaydalarının təkmilləşdirilməsi |
Səhmdar cəmiyyətləri haqqında qanunun təkmilləşdirilməsi Prezident Fərmanı, NK-nin Qərarı |
1-12 ay |
|
6.4 |
Prioritet sahələr və müəssisələr üzrə sağlamlaşdırma layihələrinin hazırlanıb həyata keçirilməsi, müəssisələrin müflisləşməsi, qiymətləndirilməsi sahəsində optimal metodologiyanın hazırlanması və tətbiqi |
NK-nin Qərarı |
3-12 ay |
|
6.5 |
Təbii inhisar sahələrində (enerji kompleksi, nəqliyyat, kommunal təsərrüfatı, rabitə və s.) optimal restrukturizasiya və sağlamlaşdırma, demonopolizasiya üzrə islahatlar proqramının və qrafikin hazırlanması və icra edilməsi sərbəst bazar mühitinin yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsi, |
Prezident Fərmanı müvafiq Dövlət Proqramı |
4-12 ay |
|
6.6 |
İqtisadiyyatın ayrı-ayrı sahələrinin, müəssisə və təşkilatların, habelə əhalinin enerji təminatının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər |
NK-nin Qərarı |
3-12 ay |
|
6.7 |
Çevik və effektiv dövlət tarif siyasətinin həyata keçirilməsi, Tarif Şurasının işinin gücləndirilməsi, tənzimlənən qiymətlər sahəsində optimal metodologiyalarnın (sahə spesifikaları nəzərə alınmaqla) tətbiqi və nəzarətin təşkili |
Prezident Fərmanı, NK-nin Qərarı |
5-8 ay |
|
6.8 |
Korporativ idarəetmə sisteminin və nəzarət modelinin təşkili |
Korporativ idarəetmə məcəlləsi |
6-10 ay |
|
6.9 |
Əqli (intellektual) mülkiyyətin qiymətləndirilməsi və qorunması sahəsində dövlət tənzimlənməsinin tətbiqi və beynəlxalq əməkdaşlığın qurulması |
Əqli mülkiyyət haqqında Qanun, beynəlxalq sazişlər |
6-8 ay |
|
6.10 |
Sənayenin, qeyri-neft sektorunun inkişaf prioritetlərinin müəyyən edilməsi. İxracyönlü və idxalı əvəzləyən, rəqabətqabiliyyətli sənaye məhsulları istehsalının inkişafını stimullaşdıran sənaye siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi |
Dövlət Proqramı, Prezident Fərmanı |
3-8 ay |
|
6.11 |
İnnovasiyalar və dövlətin elmi-texniki siyasətinin əsas istiqamətləri üzrə proqramın hazırlanması |
Prezident Fərmanı, Elmi-texniki siyasət haqqında Qanun, Dövlət Proqramı |
8-12 ay |
|
6.12 |
Ölkədə istehsal infrastrukturunun inkişafının sürətləndirilməsi, tranzit potensialının artırılması və ondan istifadə səviyyəsinin yüksəldilməsi tədbirlərinin həyata keçirilməsi |
Prezident Fərmanı, MK-nin Qərarları |
6-9 ay |
|
6.13 |
Dövlət antiinhisar siyasətinin effektivliyinin təmin edilməsi, sahə, idarəetmə, regional və başqa inhisarçılığa qarşı sərt dövlət nəzarətinin tətbiqi və bu sahədə şəffaflığın təmin edilməsi |
NK qərarı |
1-12 ay |
|
6.14 |
Turizmin inkişaf proqramın hazırlanması, qəbul edilməsi və reallaşdırılması |
Prezident Fərmanı |
5-9 ay |
|
VII. Sosial siyasət |
|||
|
7.1 |
Dövlət sosial reabilitasiya və inkişaf proqramının qəbul edilməsi, dövlət büdcəsi, beynəlxalq kredit və yardım xətləri və s. mənbələr hesabına sosial xərclərin vahid maliyyələşdirilməsi planının hazırlanması |
Prezident Fərmanı , Dövlət Proqramı |
1 ay |
|
7.2 |
Təhsil, elm, səhiyyə, mədəniyyət, idman sahələrindəki islahatlara uyğun sosial xərclərin dəqiqləşdirilməsi, müvafiq sahə proqramlarına uyğunlaşdırılması |
Müvafiq dövlət proqramları, 2007-cü ilin büdcə Qanunu |
1-3 ay |
|
7.3 |
Tibbi –sosial sığorta sisteminin formalaşdırılması proqramının və uyğun normativ bazanının hazırlanması, özəl tibbi sığorta qurumlarının fəaliyyətinin tənzimlənməsi. Dövlət səhiyyə, təhsil sisteminin maliyyə, maddi-texniki, resurs parametrlərinin dəqiqləşdirilməsi |
Tibbi – sosial sığorta haqqında Qanun, Dövlət proqramı |
3-6 ay |
|
7.4 |
Pensiya islahatlarının həyata keçirilməsi, minimum hədləri və proqressiv artımı nəzərdə tutan dövlət tənzimlənməsinin təkmilləşdirilməsi |
Prezident Fərmanı, Pensiya təminatı haqqında qanunun təkmilləşdirilməsi |
1-12 ay |
|
7.5 |
Qeyri-dövlət (özəl) pensiya fondlarının fəaliyyətinin tənzimlənməsi və müvafiq qanunvericiliyin hazırlanması |
Qeyri-dövlət Pensiya fondları haqqında Qanun |
6-12 ay |
|
7.6 |
Qaçqınlar, məcburi köçkünlərin sosial müdafiəsi proqramının icrası |
Prezident Fərmanı, Beynəlxalq sazişlər |
1-12 ay |
|
7.7 |
Gənc ailələrə və gənclərə dövlət qayğısı proqramının həyata keçirilməsi |
Dövlət Proqramı |
3-12 ay |
|
7.8 |
Şəhid ailələri, müharibə veteranları, çoxuşaqlı ailələr, əlillər və s. qruplar üçün dövlət müdafiə tədbirlərinin vahid proqramının hazırlanıbhəyata keçirilməsi |
Sosial müdafiə proqramı |
|
|
7.9 |
Məşğulluq üzrə dövlət siyasətinin hüquqi bazasının və proqramının yaradılması, işsizlərin sosial müdafiəsi, yeni ixtisaslara yiyələnməsi və işlə təminatı üzrə xüsusi proqramın icrası |
Beynəlxalq Əmək Təşkilatının İşsizlikdən müdafiə, məşğulluğa kömək, sosial təminatın normaları haqqında konvensiyalar |
2-12 ay |
|
7.10 |
Əmək miqrasiyası və xarici işçi qüvvələrinin əmək fəaliyyətinin dövlət tənzimlənməsi |
Konvensiya, beynəlxalq sazişlər |
6-12 ay |
|
7.11 |
Yoxsulluqla effektiv mübarizə istiqamətində yeni proqramın həyata keçirilməsi, beynəlxalq donorlarla əməkdaşlığın gücləndirilməsi |
Prezident Fərmanı, Beynəlxalq sazişlər |
1-12 ay |
|
7.12 |
Minimal istehlak büdcəsinin hesablanması mexanizminin tətbiqi |
Qanun, MK-nin Qərarı |
3-5 ay |
|
7.13 |
Dövlət demoqrafik siyasət konsepsiyasının (2006-2015-cü illər üzrə) hazırlanması |
Prezident Fərmanı, Demoqrafik siyasət konsepsiyası |
8-12 ay |
|
VIII. Xarici iqtisadi siyasət |
|||
|
8.1 |
Xarici iqtisadi əlaqələrin və ticarətin tənzimlənməsi sahəsində qanunvericilik və təşkilati-idarəetmə bazasının yaradılması, Milli iqtisadi maraqların qorunması, iqtisadi təhlükəsizliyin təmin edilməsi sahəsində strategiyanın qəbulu, monitorinq sisteminin təşkili |
Xarici ticarətin dövlət tənzimlənməsi haqqında, milli iqtisadi maraqların qorunması haqqında qanunlar, Milli iqtisadi təhlükəsizlik strategiyası |
1-6 ay |
|
8.2 |
İdxal- ixrac nəzarəti sisteminin təkmilləşdirilməsi, müvafiq dövlət idarəetmə və tənzimlənmə sisteminin tətbiqi, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi |
Prezident Fərmanı, müvafiq qanunverici sənədlər |
2-3 ay |
|
8.3 |
Beynəlxalq maliyə-kredit, (BVF, DB və s.) qurumları ilə effektiv əməkdaşlığın qurulması və onlara münasibətdə vahid dövlət iqtisadi diplomatiya strategiyasının qəbul edilməsi |
Prezident Fərmanı Minimum əmək haqqı və digər sosial normativlər haqqında Qanunlar |
1-12 ay |
|
8.4 |
Dünya Ticarət Təşkilatına üzvlük prosesində milli iqtisadi maraqların qorunmasını nəzərdə tutan əməkdaşlıq planının həyata keçirilməsi, beynəlxaq ticarət qaydalarının milli rejiminin yaradılması |
NK-nin Qərarı |
1-12 ay |
|
8.5 |
Strarteji partnyor ölkələrlə (Türkiyə, ABŞ, Yaponiya və s.) xüsusi əməkdaşlıq əlaqələrinin üstün dəstəklənməsi mexanizmlərinin tətbiqi, hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyalarının təşkili |
Prezident Fərmanı |
3-6 ay |
|
8.6 |
Beynəlxalq nüfuzlu maliyyə-ticari birliklər, bank-kredit qurumları, ticarət palataları, reytinq agentlikləri və başqa qurumlarla intensiv əməkdaşlığın qurulması |
|
1-12 ay |
|
8.7 |
Beynəlxalq investisiya əməkdaşlığı, birgə kompaniyaların və maliyyə-sənaye qruplarının dəstəklənməsi, effektiv xarici kredit, yardım layihələrinin əlaqələndirilməsi və milli sahibkarlığın dəstəklənməsi |
NK-nin Qərarı |
1-12 ay |
|
8.8 |
İxracın dəstəklənməsi sisteminin yaradılması, xarici dövlətlər və onların birlikləri ilə aidiyyatı dövləti əlaqələrinin gücləndirilməsi və hüquqi bazanın yaradılması, milli məhsulun və xidmətlərin xarici bazarlara maneəsiz daxilolma rejimlərinin reallaşdırılması üzrə fəaliyyətin icrası, iqtisadi lobbiçiliyin rəsmi diplomatiya arsenalına daxil edilməsi |
Hökumətləarası sazişlər |
1-12 ay |
|
8.9 |
Daxili bazarın qorunması sahəsində beynəlxalq normaların tətbiqi, qanunvericiliyin yaradılması, keyfiyyət, texniki və s. standartlar sisteminin yaradılması |
Prezident Fərmanı, NK-nin Qərarı |
3-12 ay |
|
8.10 |
Nəqliyyat, kommunikasiya və s.sahələrdə beynəlxalq iqtisadi əməkdaşlıq (regional) layihələrinin əlaqələndirilməsi üzrə milli rejimin yaradılması Azad iqtisadi zonaların (ixrac, sənaye) yaradılması üzrə monitorinqin həyata keçirilməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi |
Nazirlər Kabinetinin Qərarı |
3-12 ay |
|
IX. Neft strategiyası |
|||
|
9.1 |
Xarici şirkətlərlə imzalanmış hasilatın pay bölgüsü sazişləri və digər müqavilələrə uyğun olaraq əməkdaşlığın davam etdirilməsi. Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis- Ərzurum layihələrinin reallaşdırlması, müvafiq maliyyələşdirmə məsələlərinin həll edilməsi. Neft sahəsində qanunvericiliyin formalaşdırılması, Dövlət Neft Fondunun stratusunun və fəaliyyətinin dəqiq reqlamentləşdirilməsi |
Neft haqqında Qanun, Dövlət Neft Fondu haqqında Prezident Fərmanı |
2-12 ay |
|
9.2 |
Dövlət Neft Şirkətinin idarəetmə strukturunun, maliyyə-təsərrüfat fəaliyyətinin təkmilləşdirilməsi və auditi; emal, nəql, məhsul keyfiyyətinin yaxşılaşdırılması sahələrində işin gücləndirilməsi, onun rəqabət qabliyyətinin artırılması |
Prezident Fərmanı, Nazirlər Kabinetinin Qərarı |
2-4 ay |
|
9.3 |
Dünya neft bazarı koyunkturunun perspektiv özəllikləri nəzərə alınmaqla Milli Neft Strategiyasının (10-15 illik) hazırlanması |
Prezident Fərmanı |
6-12 ay |
|
X. Xüsusi proqramlar |
|||
|
10.1 |
Qarabağ və işğaldan azad olunacaq rayonların sosial-iqtisadi reabilitasiyası və inkişafı üzrə Dövlət Proqramının hazırlanıb təsdiq edilməsi |
Prezident Fərmanı |
1-3 ay |
|
10.2 |
Şəhərlər (Bakı, Gəncə, Sumqayt, Mingəçevir, Əli-Bayramlı və s.), regionlar və rayonlar (Naxçıvan MR, Abşeron rayonu, sərhədyanı rayonların və s.) üzrə sosial-iqtisadi inkişaf proqramlarının qəbul edilməsi və həyata keçirilməsi |
Nazirlər Kabineti və yerli icra orqanlarının qərarları |
1-12 ay |
|
10.3 |
Milli iqtisadiyyatın öncül sahələri üzrə (neft maşınqayırma, neft – kimya, tikinti kompleksi, su təsərrüfatı və s.) inkişaf proqramlarının həyata keçirilməsi |
Dövlət proqramları |
3-12 ay |
|
10.4 |
Dövlət Energetikanın İnkişafı Proqramının hazırlanıb həyata keçirilməsi |
Dövlət proqramları |
3-12 ay |
|
10.5 |
Fövqəladə halların qarşısının alınması, çevik bərpa resurslarının formalaşdırılması üzrə müvafiq fəaliyyət proqramının və tədbirlərin həyata keçirilməsi |
Prezident Fərmanı |
1-12 ay |
|
10.6 |
Mənzil kommunal təsərrüfatının islahatı və inkişaf konsepsiyasının təsdiq edilməsi və icrasına başlanması |
Prezident Fərmanı, Konsepsiya |
3-12 ay |
|
10.7 |
Dövlət İqtisadi Araşdırma (İqtisadi Təhlükəsizliyin Monitorinqi) və İslahatlar İnstitutunun yaradılması |
Prezident fərmanı |
3-12 ay |
|
10.8 |
Dövlət ehtiyacları üçün iqtisadi təhsil və xüsusi peşə hazırlığı üzrə proqramların həyata keçirilməsi, bu sahədə beynəlxalq əməkdaşlığın qurulması |
NK qərarı |
2-12 ay |