Layihé
Azérbaycan Respublkasında tikinti kompleksinin inkişaf konsepsiyası
I. Konsepsiyanın hazırlanması zéruréti
Son illér ölkédé iqtisadiyyatında müşahidé olunan ténézzül prosesi tikinti kompleksindén dé yan keçmémişdir. İqtisadi islahatların léngidilmési, korrupsiya vé rüşvétxorluğun geniş miqyas alması, investisiya mühitinin pisléşmési néticésindé mövcud tikinti kompleksini tam féaliyyétsiz hala gélmişdir. Qarşıda duran hélli vacib problemlérdén bir çoxu tikinti kompleksindé kadrlarının peşékarlıgının yüksék olmasından vé tikinti bazarınlarıda réqabétin séviyyésindén çox asılıdır.
Özélléşdirmé adı altında tikinti şirkétlérinin vé konsernlérinin léğvi néticésindé ésas fondlar dağıdılmış, vésaitlér édalétsiz bölüşdürülmüş, maşın mexanizmlér, inşaat maşınları vé avadanlıqları tamah méqsédi ilé qésdén çıxdaş edilmişdir.Tikinti kompleksinin bir sıra téşkilatları vé onun sénayé bazasının böyük éksériyyéti İqtisadi İnkişaf Nazirliyinin séréncamında saxlanılmış, onlarının özélléşdirilmési ilé élaqédar nazirlik téréfindén hélé dé tésirli tédbirlér görülmémişdir. Bütün bunların néticésindé yaranmış qeyri-müéyyénlik fonunda onların féaliyyéti tam dayandırılmışdır.
SSRİ dağıldıqdan sonra müstéqil Azérbaycan Respublikasında tikinti kompleksinin féaliyyétini ardıcıllıqla ténzimléyén tikinti normalarını, qaydalarını, layihé-smeta sénédlérinin hazırlanmasını téşkil edén vé ekspertiza-sınaq işlérini ardıcıl héyata keçirénmérkézléşdirilmiş dövlét orqanının séméréli féaliyyét göstérmémési bu sahédéki véziyyéti daha da pisléşdirmişdir. Dövlétin İdaréçilik féaliyyétini düzgün qurulmaması, néticé etibarı ilé memarlıq üslubu, sanitiar-gigiyenik, téhlükésizlik, enerji vé su téchizatı normaları, konstruktiv vé texnoloji normalar vé s. mühüm şértlérin kobud surétdé pozulrmasına gétirib çıxarmış vé bu proses hazırda da davam etmékdédir.
Layihé sénédlérinin tértibindé SSRİ dövründén qalan tikinti normaları vé qaydalarından istifadé edilmési, éksér hallarda texniki-iqtisadi ésaslandırma aparılmaması, layihélérin ekspertizadan keçirilmédén tikintiyé başlanılması, tikintiyé nézarétin aşağı séviyyédé olması, qanunvericilik bazasının yaradılmaması, keçirilén tenderlérdé aşkarlığın témin edilmémési bu sahédé problemlérin çoxluğunu şértléndirmiş vé onların tez bir zamanda héllinin vacibliyini aktuallaşdırmışdır.
Zahirén elé görsénir ki, Bakı şéhérindé geniş tikinti-aabadlıq işléri gedir vé çoxlsaylı yaşayış evléri tikilir. Lakin yaxından araşdırdıqda bu tikililérin xeyli hissésinin memarlıq üslubuna vé şéhérsalma qaydalarına zidd olduğu aşkarlanır. Éslindé isé véziyyét tamam başqa cürdür.Son hesablamalara göré, hazırda paytaxtda tikilén yaşayış evléri ménzilé ehtiyacı olanların 20 %-nin télébatını ödémir. Azérbaycan Respublikasında tikinti kompleksinin bu böhrandan çıxarılması, bu sahédé ésaslı dönüş yaradılması üçün tikinti kompleksinin inkişaf konsepsiyasının hazırlanması vé héyata keçirilmési günün télébidir.
II. Konsepsiyanın hazırlanmasında méqséd
Xalqın maddi rifah halının yükséldilmési, ölkénin iqtisadi vé sosial problemlérinin dinamik hélli, tikinti kompleksinin inkişaf strategiyasının düzgün seçilmésindén çox asılıdır.Belé ki, yenicé müstéqilliyé qédém qoymuş Azérbaycan Respublikası bütün sahélérdé olduğu kimi tikinti sahésindé dé bazar iqtisadiyyatına keçidé yönélén siyasété üstünlük vermélidir. Totalitar Sovet dövründé tikintinin hécmi, obyektlérin tikinti ardıcıllığı vé yerléşdirilmési Dövlét Plan Komitési téréfindén planlaşdırılır vé yerlérdé qébul olunmuş qérarlarl ésasında héyata keçirilirdi. Bu zaman tikinti obyektlérinin layihéléndirilmési üçün zéruri sayılan dövlét standartları, texniki téléblér, tikinti norma vé qaydaları vé s. Dövlét Tikinti Komitésinin tabeliyindé féaliyyét göstérén layihé, elmi-tédqiqat, layihé-sınaq vé digér institutlar téréfindén hazırlanırdı. Bütün bunları nézéré alaraq elmi, texniki, layihé-smeta, ekspertiza, nézarét vé digér funksiyalarını yeriné yetirén,bir sözlé tikinti sahésindé dövlét siyasétini héyata keçirén Dövlét Tikinti vé Arxitektura Komitésinin féaliyyétinin yenidén téşkiliné ehtiyac vardır.
Tikinti kompleksinin inkişaf konsepsiyasının ésas méqsédi Azérbaycan da tikinti sahésinin téşékkülü vé milli iqtisadiyyatın sahé strukturunda özüné méxsus yer tutması, tikintidé sahibkarlığın inkişafı, inşaat bazarının formalaşdırılması, tikililérin möhkémliliyinin, etibarlılığını vé téhlükésizliyi témin etmék méqsédilé dövlét siyasétinin istiqamétlérinin vé ténzimlémé vasitélérinin müéyyénléşdirilmésidir.
III. İdaréetmédé islahatların aparılması
Dövlét Tikinti vé Arxitektura Komitésinin féaliyyétinin bazar iqtisadiyyatı prinsiplériné séméréli idaréçilik mexanizmlériné uyğunlaşdırılması üçün aşağıdakı istiqamétlérdé tédbirlér héyata keçirilmélidir:
Ölkédé normal inşaat bazarının féaliyyéti üçün mövcud hüquqi bazanın tékmilléşdirilmési vé bu méqsédlé yeni qanunvericilik, elécé dé normativ aktların qébul edilmésiné nail olunması;
Tikinti üzré vahid hüquqi, iqtisadi vé normalaşdırılmış aktların hazırlanması;
Tikinti sahésindé elmi-texniki téréqqinin nailiyyétlérinin vé qabaqcıl técrübénin yayılmasınını koordinasiya edilmési vé onun respublikada tédbiqinin stimullaşdırılması;
Layihéléndirmé, standartlaşdırma, ekspertiza üzré vahid normalarının hazırlanması, işlérin keyfiyyéti üzérindé nézarét sisteminin témin edilmési;
Tikinti-quraşdırma, layihé, tikinti sénayesi méhsullarının istehsalı üzré lisenziyalarının verilmésinin téşkili;
Ölkénin tikinti siyasétiné séméréli réhbérliyin témin edilmési yolu ilé islahatların aparılması vé bazar infrastrukturunun formalaşdırılması;
Séhmdar cémiyyétlérin («Azérsanayetikinti», «Azérkéndtikinti», «Azéraqrartikinti», «Azérenerjitikinti», Bakı şéhér tikinti departamenti vé s. özél tikinti téşkilatları) féaliyyétlérinin koordinasiyası;
Ésaslı dövlét sifarişlérinin hazırlanması vıé héyata keçirilmési;
Tikinti kompleksindé azad réqabét mühitinin yaranmasının stimullaşdırılması;
Özélléşdirmédén sonra tikinti kompleksinin sağlamlaşdırılması méqsédilé tédbirlérin héyata keçirilmési;
Özélléşdirilmék üçün İqtisadi İnkişaf Nazirliyinin séréncamına verilmiş tikinti komleksi müéssisélérinin dövlétsizléşdirilmésinin sürétléndirilmési;
Respublikada féaliyyét göstérén tikinti téşkilatlarının maddi-texniki bazasının möhkémléndirilmési üçün lizinq xidméti göstérén müéssisélér şébékésnin yaranmasının stimullaşdırılması;
Beynélxalq elmi-texniki vé iqtisadi élaqélérin genişléndirilmési.
IV. Maliyyé-kredit vé investisiya siyaséti
Ölkénin tikinti kompleksinin inkişafı maliyyé-kredit vé investisiya siyasétinin düzgün aparılmasından çox asılıdır. Nézéré alsaq ki, tikinti kompleksinin inkişafı iqtisadiyyatın yüksélişini témin edén sahélérdén biridir vé bu baxımdan tikinti kompleksiné yönélmiş maliyyé-kredit siyasétinin düzgün aparılmasının éhémiyyéti artır.
Tikinti kompleksindé investisiya féaliyyéti aşağıdakı ménbélérdén maliyyéléşir:
Müéssélérin maliyyé vésaitléri vé tésérrüfatdaxili ehtiyatlar;
Büdcé vésaitléri;
Xarici investisiyalar;
Borc vésaitlérinin célbi;
Yerli vésait ménbélérléri.
Méqsédyönlü investisiyalar féaliyyétdé olan, yaxud müvéqqéti dayandırılmış müéssisélérin yeni texnika ilé téhcizi vé yenidén qurulmasına, sıradan çıxmış ésas fondların tézélénmisiné vé modernléşmésiné, elmi-texniki téréqqinin nailiyyétlérinin tikinti kompleksinin inkişafında tétbiqiné yönélmélidir. Bu méqsédléré nail olmaq méqsédilé tikinti-maliyyé qruplarının féaliyyéti üçün élverişli şéraitin formalaşdırılması vé bu istiqamétli téşébbüs vé féaliyyétin qiymétléndirilib, stimullaşdırılması vacib tédğirlérdén hesab olunur.
V. Vergi siyaséti
Tikinti kompleksinin strukturlarının féaliyyétinin dövlét téréfindén séméréli ténzimlénmési vé inkişafının stimullaşdırılması üçün onun spesifik xüsusiyyétlérini nézéré alaraq vergi qanunvericiliyindé müéyyén normativ aktlara yenidén baxılması méqsédéuyğundur.
VI. Tikinti kompleksinin sénaye bazasının inkişafı vé maddi-texniki téminat
Respublikamızın mövcud
tikinti kompleksi yetmiş ildén artıq SSRİ-nin tikinti kompleksinin
térkib hissési olaraq sért mérkézléşdirilmiş idaréetmé prinsipi ilé féaliyyét
göstérmiş, tikinti obyektlérinin plpnlaşdırılması, maliyyé vésaiti
vé téchizatı, tikinti materiallarının ayrılması dövlét téréfindén
héll edilmişdir. Hémin dövrdé İnşaat kompleksindé mövcud istehsal güclérinin
optimal séviyyédé télébatına göré
metal, metal mémulatlarının 95%-i, sementin 70%-i, ağac materiallarının
90%-i, mexanizmlérin, texnoloji avadanlıqların 100%-i, boruların 70%-i,
fayans-santexnik mémulatlarının 60%-dén çoxu vé s. mémulatlar ölkéyé kénardan
gétirilirdi. Néticé etibarı ilé mérkézdén respublikaya ayrılan vésaitin
xeyli hissési bu mémulatların alınmasına xérclénirdi. Belé şéraitdé
ölkédé tikinti kompleksinin inkişafı
Mérkéézdén asılı véziyyétdé
qalırdı.
Yuxarıda adları sadalanan tikinti materiallarının istehsalı
üçün ölkédé kifayét qédér xammal ehtiyatları olması bu istiqamétdé işlérin
téşkilini zéruri edir. Méhz bu imkanların vé digér resursların (émék,
kapital vé sahibkarlıq) mövcudluğu şéraitindé tikinti kompleksindé téléb
olunan materialların beynélxalq standartlara uyğun
surétdé istehsalının téşkiliné yönélén dövlét siyaséti vé onun
gerçékléşdirilmési üçün milli proqramlar olmalıdır.
Fikrimizi gücléndirmék üçün aşağıdakıları misal olaraq göstérmék olar:
Qaradağ rayonu érazisindé sement istehsalı üçün ehtiyat xammal bazası milyon kub metrlérlé ölçülür, eyni zamanda Cébrayıl-Füzuli-Ağdam vé Tovuz rayonları érazisindé olan ehtiyatlar Qaradağ rayonu érazisindéki tébii ehtiyatlardan geri qalmır. Sementin istehsalı üçün lazım olan digér komponentléri (gips-pemza) tébii ehtiyatları ölké érazisindé kifayét qédérdir. Tikinti kompleksinin inkişaf proqramını héyata keçirmék üçün lazım olan digér inşaat materialları, xammal ehtiyat yataqları (ağac, qum, çınqıl, géc, éhéng, metal, alminüm, şüşé, mişar daşları, kérpic istehsalı üçün gil vé s.) kifayét qédérdir. Bütün bunları nézéré alaraq demék olar ki, işgaldan azad olunacaq érazilérin bérpa vé yenidénqurma işlérinin respublikanın öz ehtiyatları hesabına aparılması mümkündür.
İşğaldan azad olunacaq rayonlarda yaşayış evlérinin, méişét, sénaye, sosial vé digér obyektlérin bérpası vé yenidén qurulmasını nézéré alaraq işgal néticésindé sıradan çıxarılmış Füzuli, Kélbécér, Ağdam, Qubadlı, Laçın, Ağdéré karxanalarının féaliyyétinin bérpası méqsédéuyğundur.
Tikintidé ağac materialları vé mémulatlarına késkin ehtiyac olduğunu nézéré alaraq, plastik materialların vé yumşaq ortük materiallarının istehsalının artırılmasına nail olmaq zéruréti ortaya çıxır.
Tikintidé istifadé olunan müxtélif konfıqurasıyalı aliminum, mis, metal mémulatlarının istehsalının artırılmasına bu sahédé sahibkarlıq féaliyyétini stimullaşdırmaqla nail olmaq mümkündür.
Tikintinin metal borularla témin edilmési üçün Sumqayıt boru-prokat zavodunun tam gücü ilé işé salınması, démir-beton zavodlarının vé evtikmé kombinatlarının , metal, metal mémulatları vé konstruksiyaları istehsalı üçün bir sıra zavodların istehsal profilinin déyişdirilmési nézérdé tutulur.
Mövcud olan gips, éhéng, kérpic, qeyri-filiz materialları ilé bérabér eyni tipli mini zavodların tébii ehtiyatlarla zéngin olan azad olunacaq payonlarda tikilib istifadéyé verilmési méqsédéuyğundur.
İnsan orqanizminé ménfi tésir göstérén asbest lövhélérinın (Avropa vé digér inkişaf etmiş ölkélérdé istehsalı vé istifadési qadağan olmuşdur) istehsalı dayandırılmalı, hémin müéssisélérin bazasında keramik örtük pilitélérinin istehsal edilmési méqsédéuyğundur. Bunun üçün xaricdén müasir texnoloji avadanlıqların alınması nézérdé tutulur.
Aparılacaq tédbirlér néticésindé tikinti materialları bazarında réqabéti formalaşdırmaq, yerli xammal vé materiallardan istifadé etméklé yeni tikinti sénaye müéssisélérinin yaradılması vé mövcud müéssisélérin müasir texnoloji avadanlıqların vé xéttlérin qurulması stimullaşdırılır, onların xarici bazarlardan asılılığı minumuma endirméklé yeni iş yerlérinin açılmasına vé tikinti quraşdırma işlérinin maya déyérinin aşağı salınmasına nail olmaq nézérdé tutulur.
VII Layihé ekspertiza vé tikintinin keyfiyyéti
Tikinti kompleksini böhran véziyyétdén çıxarmaq üçün tikintidé én mühüm istiqamétlérdén olan layihéléndirmé sahésinin tékmilléşdirilmési zéruréti vardır.Hazırda layihélérin keyfiyyéti vé hazırlanma müddéti, material vé enerjiyé qénaét edén texnologiyanın vé avadanlıqların, konstruksiyalarin tétbiqi, qénaétli hécm - planlaşdırma elmi-texniki téréqqinin müasir téléblériné cavab vermir. Bütün bunlar layihé sahésindé çalışan işçilérin ixtisas séviyyésinin aşağı olması, tikinti kompleksinin maddi-texniki bazasının inkişafının geriliyi néticésindé baş vermişdir.
Layihéléndirmé prosesini inkişaf etdirmék üçün ésaslı tédbirlérin görülmési zéruri hesab edilir. Bunun üçün layihéléléndirménin yeni normativ bazasının yaradılması, layihé-axtarış işlérinin téşkili vé texnologiyasının tékmilléşdirilmési, layihélérdé elmi-texniki nailiyyétlérin inkişaf etdirilmési vé son néticédé layihé méhsulunun keyfiyyétinin artırılması nézérdé tutulur.
Respublika tikinti kompleksinin müasir şérq vé qérb memarlıq üslubunun elementlérini özündé birléşdirrén, istifadéyé verilén tikinti obyektlérinin keyfiyyétinin müasir télébléré cavab vermésini témin edén layihélérin hazırlanması üçün aşağıdakı tédbirlérin héyata keçirilmési zéruri hesab edilir:
Layihé téşkilatlarının işinin bazar münasibétlériné uyğun qurulmasını témin etméklé onlar arasında réqabétin gücléndirilmési, onların ixtisaslaşma séviyyésinin yükséldilmési;
Hazırlanan layihélérin texniki, texnoloji vé iqtisadi göstéricilérinin yükséldilmési méqsédilé onlarıın ekspertizasının téşkili;
Dövlét standartlarının, normativ bazanın hém tikinti, hém dé layihéléndirmé üçün yeni İnşaat Norma vé Qaydalarının yaradılması;
Tikilén obyektlérdé layihé téşkilatının müéllif nézarétinin gücléndirilmési;
Layihé-axtarış işlérinin téşkilinin vé texnologiyasının tékmilléşdirilmési, layihélérdé zélzéléyé davamlılığın artırılması;
Layihé téşkilatlarının maddi-texniki bazasının gücléndirilmési, hémin téşkilatlarda çalışanların éméyinin ödénilmésinin stimullaşdırılması.
Layihélérin variantlar vé müsabiqé üzré inkişafı, onlarda optimal üsulların tétbiqi, layihéçilérin térkibinin tékmilléşdirilmési, onların éméyinin ödénilmésinin stimullaşdırılması son néticédé layihé-axtarış işlériné kapital qoyuluşunu artırmağa, tikinti-quraşdırma işlérinin ucuz vé keyfiyyétlé başa çatdırılmağa xidmét edir.
Tikinti kompleksinin inkişaf Konsepsiyası Müsavat Partiyasının «İqtisadi vé sosial siyasét» komissiyasında hazırlanmışdır.
Konsepsiyanın müéllifléri:
Vaqif Behbudoğlu - işçi qrupunun réhbéri
Nizami Mehdiyev - ésas müéllif
Férahim Véliyev - ésas müéllif
Élişir Mémmédov, Mahir Élékbérov, Camal Axundov, Murad Muradov, Vidadi Şahbuzov