MÜNDƏRİCAT
![]() |
|
Rus dilindən çevirən və redaktə: "Məqam!" Vətəndaş Hərəkatı haqqında qısa məlumat |
I. BÖLÜM
DİKTATURA HAQQINDA REALİST TƏSƏVVÜR
• ƏBƏDİ PROBLEM
• ZORLA ALINAN AZADLIQ?
• ÇEVRİLİŞLƏR, SEÇKİLƏR, XARİCİ XİLASKARLAR
• ACI HƏQİQƏTLƏ ÜZ-ÜZƏ
II. BÖLÜM
DANIŞIQLARIN ÜSTÜNLÜKLƏRİ VƏ ÇATIŞMAZLIQLARI
• DANIŞIQLARIN GEDİŞİNDƏ MÖVQELƏR SATILIR?
• DANIŞIQLARDA HAKİMİYYƏT VƏ ƏDALƏT MƏSƏLƏSİ
• "GÜZƏŞTƏ GEDƏN" DİKTATORLAR
• HANSI SÜLH?
• ÜMİD QAYNAQLARI
III. BÖLÜM
GÜCÜ HARADAN ALMALI?
• MEYMUNLARIN PADŞAHI HAQQINDA NAĞIL
• SİYASİ HAKİMİYYƏTİN VACİB QAYNAQLARI
• DEMOKRATİK HAKİMİYYƏTİN MƏRKƏZLƏRİ
IV. BÖLÜM
DİKTATURANIN ZƏİFLİKLƏRİ
• "AXİLLES DABANI"nın TAPILMASI
• DİKTATURANIN ZƏİF NÖQTƏLƏRİ
• DİKTATURANIN ZƏİF NÖQTƏLƏRİNƏ HÜCUM
IV. BÖLÜM
QÜVVƏDƏ OLAN HAKİMİYYƏT
• ZORAKI OLMAYAN MÜBARİZƏNİN
APARILMASI
• ZORSUZ SİLAH VƏ İNTİZAM
• AŞKARLIQ, GİZLİLİK, YÜKSƏK STANDARTLAR
• QÜVVƏLƏR NİSBƏTİNİN DƏYİŞMƏSİ
• DƏYİŞİKLİKLƏRİN 4 MEXANİZMİ
• SİYASİ İTAƏTSİZLİYİN DEMOKRATİKLƏŞMƏSİNİN EFFEKTİ
• ZORSUZ MÜBARİZƏNİN ÇƏTİNLİKLƏRİ
VI. BÖLÜM
STRATEJİ PLANLAŞDIRMANIN VACİBLİYİ
• REALİSTİK PLANLAŞDIRMA
• PLANLAŞDIRMANIN ÇƏTİNLİKLƏRİ
• STRATEJİ PLANLAŞDIRMANIN 4 VACİB TERMİNİ
VII. BÖLÜM
STRATEGİYANIN PLANLAŞDIRILMASI
• VASİTƏ SEÇİMİ
• DEMOKRATİYANIN PLANLAŞDIRILMASI
• XARİCİ YARDIM
• ƏSAS STRATEGİYANIN HAZIRLANMASI
• KAMPANİYALARIN STRATEGİYALARININ PLANLAŞDIRILMASI
• İŞBİRLİYİNDƏN İMTİNA İDEYASININ YAYILMASI
• REPRESSİYA VƏ ƏKS TƏDBİRLƏR
• STRATEJİ PLANA SADİQLİK
VIII BÖLÜM
SİYASİ MÜBARİZƏ TAKTİKASI
• SEÇİLMİŞ MÜQAVİMƏT
• SİMVOLİK ÇAĞIRIŞ
• MƏSULİYYƏT BÖLGÜSÜ
• DİKTATOR HAKİMİYYƏTİNİ HƏDƏFƏ ALMA
• STRATEGİYANIN DƏYİŞDİRİLMƏSİ
IX BÖLÜM
DİKTATURANIN ÇÖKMƏSİ
• AZADLIĞIN GENİŞLƏNDİRİLMƏSİ
• DİKTATURANIN ÇÖKMƏSİ
• UĞUR MƏSULİYYƏTİ
X BÖLÜM
UZUNMÜDDƏTLİ DEMOKRATİYANIN FUNDAMENTİ
• YENİ DİKTATURA TƏHLÜKƏSİ
• ÇEVRİLİŞLƏRİN QARŞISININ ALINMASI
• KONSTİTUSİYANIN HAZIRLANMASI
• MÜDAFİƏNİN DEMOKRATİK SİYASƏTİ
• FƏXRİ VƏZİFƏ
ƏLAVƏ
ZORSUZ MÜBARİZƏNİN 198 METODU
DİKTATURADAN DEMOKRATİYAYA
QURTULUŞUN KONSEPTUAL ƏSASLARI
C.Şarpın "Diktaturadan demokratiyaya" kitabını ilk dəfə 1993-cü ildə Bankokda, Birmada Demokratiyanın Bərpası Komitəsi çap edib. Sonralar əsər Serbiyada, İndoneziyada, Tailandda, Ukraynada təkrar nəşr olunub. ABŞ-da bu əsəri iki dəfə çap ediblər. Əsər inqilabı işin Ana yasası sayılır. Yuqoslaviyanın, Belorusun, Gürcüstanın, Ukraynanın və bir sıra başqa ölkələrin müxalif hərəkatları ondan mənəvi güc alıb. Bu kitab totalitar və avtoritar dövlətlər içində inqilabı işin taktika və strategiyasını bütünlüklə açan klassik yolgöstərən kimi də maraqlıdır. Təbii, söhbət inkişaf etmiş Qərb demokratiyasının totalitar saydığı dövlətlərdən gedir. Müxalifət hansı gücü səfərbər etməlidir ki, o, antidemokratik rejimin, onun hərbi, polis sistemlərinin dağıdılmasına yetsin? Diktaturaların dağılması və zəifləməsi üzrə çəkilən misalların ana xətti əhalinin və onun institutlarının qətiyyətli kütləvi siyasi itaətsizlik göstərməsidir. Diktator rejiminin ağılla idarə olunan siyasi itaətsizliyə olduqca həssas edən xarakterik özəllikləri var.
Əsərdəki bütün rəqəmlər 2003-cü ildə məxsusi olaraq Ukrayna üçün işlənən statistik informasiyalardan götürülüb.
Müəllif uzun illər boyu diktaturanın qarşısının alınması, yaxud onun ləğv edilməsinin yolları üzərində baş sındırıb. Bu maraq belə bir yəqinliklə izah olunur ki, belə rejimlər şəxsiyyəti sıxıb məhv etməməlidirlər. Bu yeniliklər isə insan haqlarına əməl olunması, diktaturanın özəllikləri (Aristoteldən totalitarizm analitiklərinə qədər), diktaturaların tarixi (xüsusən də nasizm, və Stalin rejimi) haqda yazılanlardan güc alır.
Müəllif bir neçə ilini nasistlərin idarəçiliyində yaşayıb əziyyət çəkən insanlarla tanışlığa sərf edib. Onların aralarında cəza düşərgələrindən keçənlər də olub. Norveçdə faşistlərlə mübarizədən salamat çıxanlarla, həlak olan insanların yaxınlarıyla söhbətlər aparılıb. Bu sırada faşist caynağından qurtulan yəhudilər, onların xilasına yardımçı olanlar da var.
Kommunist idarəçiliyinin ayrı-ayrı ölkələrdə törətdikləri terror haqqında bilgi isə əsasən əbədiyyatdan, az bir hissəsi isə şəxsi görüşlərdən əldə edilib. Bu rejimlər müəlliflərə həm də ona görə daha dəhşətli görünüb ki, diktaturalar qurularkən daha çox zülm və istismardan qurtulman üçün qurulurdu. Son onilliklərdə Panama, Polşa, Çili, Tibet, Birma kimi diktatura rejimli ölkələr haqda geniş təsəvvür oradan gələnlərlə təmasdan sonra yaranıb. Çünki, kommunist təcavüzü ilə mübarizə aparanlar Tibet sakinlərindən, 1991-ci ilin avqustunda çevriliş etməyi bacaran Rusiyalılardan, dinc yolla hərbi idarəetməyə qayıdışın qarşısını alan taylardan biz diktaturanın məkrli təbiəti haqda informasiya almışıq.
Biz diktaturanın minimal əzab və qurbanlarla bütünlüklə dağılmasının ən
mükəmməl variantlarını düşünməyə çalışmışıq. Bu zaman biz diktaturaların
çoxillik öyrənilmə tarixindən, müqavimət hərəkatları, inqilablar, siyasi fikir,
idarəçilik sistemi, gerçək qeyri-zorakı mübarizənin özəlliklərinə ciddi nəzər
yetirmişik.
Analiz göstərir ki, heç yerdə diktaturayla mübarizə asan, qurbansız ötüşmür. Mübarizənin istənilən forması gərginlik və qurbanlarla müşayiət olunur. Təbii, diktatorlara qarşı çıxmaq qurban tələb edir. Müəllif inanır ki, apardığı analizlər müqavimət hərəkatı liderlərinə diktaturaya güc gələ bilən, eyni zamanda itkilərin sayını xeyli azaldacaq strategiya seçimində stimul ola biləcək.
Bu analizi hər hansı diktatura devrildikdən sonra bütün qalan problemlərin yox olacağı kimi qəbul etmək doğru olmazdı. Rejimin çökməsi utopiyaya gətirmir. Əksinə, bu, daha ədalətli sosial, iqtisadi, siyasi münasibətlərin qurulması, ədalətsizlik və təzyiqin istənilən formasının qarşısının alınması üzrə uzunmüddətli səylərə yol açır. Müəllif ümid edir ki, diktaturanın çökməsi yolları ilə tanışlıq təzyiqlə üzləşən, qurtuluş eşqilə yaşayan xalqların ölkəsində gərəkli ola bilər.
Bütün yazılanlar ictimai istifadə üçün açıqdır. Onlardan müəlliflə razılaşdırılmadan yararlanmaya yol verilir. İlkin qaynağa istinad alqışlanır.
Cin Şarp
6 oktyabr 1993-cü il
Albert Einstein adına İnstitut
1430 Massachusetts Avenue,
Cambridge, Massachusetts 02138, USA
DİKTATURA HAQQINDA REALİST TƏSƏVVÜR
Son illiklərdə mənşəyi daxildə, yaxud xaricdə olan bir çox diktator rejimləri xalqların mütəşəkkil müqaviməti qarşısında çöküb, ya da laxlayıb. Çox zaman dərin köklü, devrilməz kimi görünən diktaturalar raılaşdırılmış siyasi, iqtisadi, sosial itaətsizlik qarşısında duru gətirə bilməyib.
1990-cı ildən başlayaraq Estoniya, Latviya, Litva, Polşa, Şərqi Almaniya, Çexoslovakiya, Sloveniya, Madaqaskar, Mali, Boliviya, Filippində diktatura rejimləri daha çox insanların zorakı olmayan müqavimətləri qarşısında çöküb. Zorsuz müqavimət Nepalda, Zambiyada, Güney Koreyada, Çilidə, Argentinada, Haitidə, Braziliya, Uruqvay, Tailand, Bolqarıstan, Macarıstan, Zair, Nigeriya kimi ölkələrdə demokratikləşməyə yol açıb. Bu sırada keçmiş SSRİ-nin də bir neçə respublikası var.
Bundan başqa, son illər Çilidə, Birmada, Tibetdə siyasi itaətsizliyə (I) başlanıb. Belə mübarizə diktaturanın hakimiyyətinə və işğala son qoymasa da dünya ictimaiyyatının bu repressiv rejimlərin vəhşi mahiyyətini açır və əhaliyə mübarizə təcrübəsi qazandırır.
I. SİYASİ İTAƏTSİZLİK indiki kontekstdə ilk dəfə Robert Nelvi işlədib. Siyasi itaətsizlik siyasi məqsədlər üçün istifadə edilən hər hansı güc işlədilməyən mübarizə (etiraz, əməkdaşlıqdan imtina) üsuludur. Termin zor tətbiq edilməyən mübarizənin pasifizmlə eyniləşdirilməsi, mənəvi və dini "güc işlətməmək" terminlərilə dolaşıq düşməmək, təhrif olunmamaq üçün yaradılıb. Bu. bilərəkdən iqtidara tabe olmamaq çağırışıdır. Siyasi itaətsizlik baş verdiyi şəraitin (siyasi) mahiyətini açır. Eyni zamanda söhbət həm də onun məqsədindən gedir (siyasi hakimiyyət). Termin əhalinin hökumət idarələrinin diktaturanın nəzarətindən çıxması üçün güc mərkəzlərinə davamlı hücumunu, bu məqsədlə strateji planlaşdırma və aksiyalarını ifadə edir. Bu əsərdə siyasi itaətsizlik zorsuz müqavimət, zorakı olmayan mübarizə eyni anlamlarda işlənir. Ancaq son iki termin daha geniş məqsədlər (sosial, iqtisadi, psixoloji) üzrə işlədilir.
Təbii, yuxarıda adı çəkilən ölkələrdə diktaturanın çöküşü cəmiyyətin bütün qalan problemlərini - yoxsulluq, cinayətkarlıq, bürokratik əngəllər, ətraf mühitin məhvi - çözmədi. Saydıqlarımız isə qəddar rejimlərin özlərindən sonra qoyduqları izlərdir. Ancaq diktaturaların bu cür çöküşü qurbanların sayının xeyli az olmasına, cəmiyyətin siyasi demokratiya, şəxsi azadlıqlar, sosial ədalət prinsipləri əsasında yenidən qurulmasına gətirdi.
Son onilliklərdə dünyada demokratikləşmə və azadlığın genişlənməsi tendensiyası yaranıb. Siyasi hüquq və vətəndaş azadlıqları üzrə illik beynəlxalq hesabatlar hazırlayan "Freedom House" qurumunun hesablamalarına görə, son 10 ildə "azad" ölkələrin sırası xeyli genişlənib.
| Azad | Qismən azad | Azad olmayan | |
| 1983 | 55 | 76 | 64 |
| 1993 | 75 | 73 | 38 |
| 2003 | 89 | 55 | 48 |
Ancaq bu tendensiya tiranlıqlarda hələ də xeyli insanların olması ilə tarazlanır. 1993-cü ilin yanvarına olan statistikaya görə dünya əhalisinin 5,35 milyardından 31%-i "azad olmayan" ölkələrdə yaşayır. Yəni onların siyasi hüququ və vətəndaş azadlığı fövqəladə məhduddur. "Azad olmayan" ölkələr sırasına aid edilən 38 dövlət və 12 ərazi vahidini diktaturalar (Birma və Sudandakı kimi), ənənəvi repressiv monarxiyalar (Səudiyyə Ərəbistanı və Butan), hakim siyasi partiyalar (Çin, İrak, Quzey Koreya), xarici işğalçılar (Tibet, Şərqi Timor) idarə edir, yaxud onlar hələ də keçid dövrünü yaşayırlar.
İndi bir çox dövlətlər sürətli iqtisadi-siyasi, sosial dəyişikliklər dönəmini yaşayır. Son 10 ildə "azad" ölkələrin sırası genişlənsə də bir sıra dövlətlər fundamental dəyişikliklərdən sonra əks tərəfə inkişaf edərək diktaturanın yeni formaları ilə üzləşirlər. Hərbi qruplaşmalar, ayrı-ayrı şəxsiyyətlər, nüfuzlu xadimlər, doqmatik partiyalar hər zaman öz iradələrini yeritməyə çalışır. Ancaq dövlət çevrilişləri adiləşəcək. İnsanın əsas hüquqları və siyasi haqları bir çox xalqlar üçün əlçatmaz olacaq.
Təəssüf keçmiş bizimlə qalır. Diktatura dərin problemdir. Bir çox ölkələrin xalqları tarix boyu daxildən, ya xaricdən təzyiqlə üzləşib. Çox zaman dövlət xadimlərinə qeyri-şərtsiz tabelik tələb edilib. Ekstremal hallarda toplumun sosial, siyasi, iqtisadə, bəzən hətta dini institutları dövlətdən asılı olmadıqları halda qəsdən zəiflədilib, bilərəkdən tabe etdirilib, bir sıra hallarda isə dövlətin yeni, "sözəbaxan" institutları ilə əvəz edilib. İnsanlar bəzən cəmiyyətdən təcrid edilib, azadlığı birgə əldə etmək imkanları əlindən alınıb, qarşılıqlı inamları öldürülüb, şəxsi təşəbbüs imkanları əllərindən alınıb. Sonucda əhali zəifləyib, özünə inamı itib, müqavimət qabiliyyəti yox olub. Belə insanlar hətta diktaturaya nifrət, azadlığa canatma hisslərini ailədə, dostlar arasında dilə gətirməkdən qorxurlar. Onlar kütləvi müqavimət göstərmək üzrə ciddi düşünməkdən belə ehtiyatlanırlar. Ancaq nə fayda? Onlar həmişə məqsədsiz əzab çəkir, ümidsiz gələcək yaşayırlar.
Çağdaş diktaturalarda öncəkilərdən daha ağır durum ola bilər. Keçmişdə müqavimətə cəhd göstərənlər olurdu. Qısamüddətli kütləvi etirazlar, nümayişlər baş verirdi. Emosiyalar üzə çıxırdı. Bəzən ayrı-ayrı şəxslər, ya da kiçik qruplar zəif addımlar atır, hər hansı prinsiplərini nümayiş etdirir, itaətsizliklərini göstərirdilər. Motivləri xoşniyyətli olsa da bu cür etiraz aksiyaları insanlarda qorxu hissəni aradan qaldırılması üçün yetərli olmayıb. Bu isə öz sırasında diktaturanın çökməsi üçün olduqca vacibdir. Təəssüf, belə əməllər qələbə yerinə, ümid yerinə əzab və ölümlərin çoxalması ilə başa çatırdı.
Bəs bu zaman nə etmək gərəkdir? Nisbətən bəlli vasitələrin bəzən xeyri olmur. Konstitusion, qanunvericilik sədləri, məhkəmə qərarları, ictimai rəy adətən diktaturanın eyninə olmur. Aydındır ki, zülm, işgəncə, itki, ölüm görən əhali diktaturaya yalnız gücün son qoyacağı fikrinə gəlir. Qəzəblənmiş qurbanlar çox zaman mane olanlar tərəfdə olmasa da diktaturaya qarşı mübarizədə birləşmiş, bütün mümkün vasitələrdən yararlanmağa çalışmışlar. Bu insanlar əzablara dözərək həyatları bahasına cəsurluqla mübarizə aparıblar. Qəzəbli üsyan amansız repressiyalara gətirə bilər. Bu isə əhalinin öncəkindən daha köməksiz duruma gəlməsinə yol açır. Onlar önəmli sonuclar əldə etsələr də çox az-az hallarda azadlığa qovuşa bilirlər.
Təzyiq metodlarının üstünlüyü nə qədər çox olsa da bir şey aydındır: təzyiq vasitələrinə bel bağlayan bu insanlar sonda zalımların qalib gələcəyini mübarizə tipini seçib. Diktaturalar güc tətbiqinə çox yaxşı hazırlaşır. Demokratiya təəssübkeşlərinin etirazının neçə müddət davam etməsindən asılı olmayaraq sonda hərbi reallıq qaçılmaz olur. Diktator həmişə hərbi texnika, silah, nəqliyat, silahlı qüvvələr sarıdan üstün mövqedə dayanır. Demokratlar cəsur olsalar da bu gücün qarşısına heç nə çıxara bilmirlər.
Əgər adi silahlı üsyanın real olmaması qəbul edilirsə, bir sıra dissidentlər partizan savaşına üstünlük verir. Ancaq partizan savaşı çox az hallarda, ya da heç zaman zülm altında qalan xalqa qurtuluş gətirmir, demokratiyaya yol açmır. Partizan hərəkatı mübahisəsiz qərar deyil. Çünki bu zaman xalq öz içindən qurbanlar verməli olur. Uyğun nəzəriyəsi, strateji analizi, bəzən beynəlxalq dəstəyi olsa da bu yanaşma məğlubiyyətdən qurtulmağı təmin etmir. Partizan mübarizəsi yetərincə uzun sürür. Hakim dairə isə ölçüyəgəlməz əziyyətlər, sosial itkilər bahasına vətəndaş kütlələrini sürgün edir.
Hətta sonda qələbə qazandıqda belə mübarizə özündən sonra xeyli sayda uzunmüddətli mənfi nəticələrə gətirir. Əlindəki bütün vasitələrlə hücuma keçən rejim diktatorluğunun daha sərt üzünü göstərməyə başlayır. Partizanlar qalib gəldikdə isə yeni rejim öncəkindən daha böyük diktatora çevrilir - silahlı qüvvələrə mərkəzləşdirilmiş nəzarəti əlinə aldığına, demokratik cəmiyyətin qurulmasında olduqca vacib olan müstəqil qrupların, cəmiyyətin ayrı-ayrı institutlarının mübarizə illərində dağılmasına görə. Diktaturaya qarşı çıxanlar başqa vasitələri də nəzərdən keçirməlidirlər.
ÇEVRİLİŞLƏR, SEÇKİLƏR, XARİCİ XİLASKARLAR
Hərbi çevriliş müqayisədə dözülməz rejimin devrilməsi üçün daha asan yol kimi görünə bilər. Ancaq bu üsulun da yetərincə çatışmazlıqları var. Ən əsası odur ki, o hakimiyyətin əhali ilə hökuməti və silahlı qüvvələri idarə edən elita arasında ədalətsiz bölünməsi prinsipini saxlayır. Bu yalnız hakimiyyətin bir qrupun əlindən alınıb başqa bir qrupa verilməsini təmin edir. Nəzəri cəhətdən belə qrup demokratik islahatlara daha dözümlü və açıq ola bilər. Ancaq bunun bütünlüklə əksi də baş verə bilər.
Yeni rejim mövqelərini möhkəmləndirdikdən sonra köhnə rejimdən daha amansız və şöhrətpərəst ola bilər. Uyğun olaraq yeni quruluş bütün ümidləri puç edərək demokratiya və insan haqlarının üstündən keçib istədiyi addımı ata da bilər. Bu, diktatura probleminin məqbul çözümü deyil.
Diktatura zamanı seçkilər önəmli siyasi dəyişiklik aləti kimi yararsızdır. Sovetlər Birliyinin nüfuzu altında olan Şərq bloku ölkələri demokratik görüntü yaratmaq üçün namizədliklərini irəli sürürdülər. Ancaq bu, yalnız diktatorların ayırdığı, xalqın isə seçdiyi namizədin qələbəsini təmin etmək üçün ciddi nəzarət olunan prosesdir. Diktatorlar təzyiq altında seçkiyə razılıq versələr də sonda bir neçə mülkü müqəvvanı hakimiyyət kabinetlərində əyləşdirməklə yetərlənirlər. Əgər namizədlər 1990-cı ildə Birmada, 1993-cü ildə Nigeriyadakı kimi seçkini udsalar, hakimyyət seçkinin nəticələrini ləğv edir, "qaliblər"i təqib edir, dustaqxanaya salır, bəzən edam edir. Diktatorlar hakimiyyəti ona görə zəbt etmirlər ki, onları hakimyyətdən devirəcək seçki keçirsinlər...
İndi zəhmli diktaturanın pəncəsindən qurtulub sürgündə yaşayanların çoxu zülm altında olanların müstəqil şəkildə haqq-hesab çəkib azad olacağına inanmır. Onların fikrincə, xalqlarına xilas kənardan gəlməlidir. Belələri düşünür ki, yalnız beynəlxalq yardım diktaturanın devrilməsinə imkan yarada bilər.
Zülm altında olanların effektli hərəkət edə bilməsi haqda fikir yalnız müəyyən zaman kəsiyində doğru ola bilər. Yuxarıda dediyimiz kimi, əsarətdə olan xalq mübarizəyə hazır olmaması haqda fikirlərə yol açılmasını arzulamır. Çünki amansız diktaturayla mübarizədə gücsüzlüyünü anlayır, xilas yolunu isə tapa bilmir. Ona görə də belələrinin kənardan yardım gözləməsi anlaşılandır. Belə xarici qüvvə, "ictimai rəy", BMT, hər hansı dövlətin, ya da iqtisadi, siyasi sanksiyalar ola bilər.
Bu rahat görünə bilər, ancaq kənardan xilaskar gözləməyin ciddi problemləri ola bilər. Bu ümidlər bütünlüklə puça da çıxa bilər. Çox zaman xarici xilaskar gəlib çıxmır, hətta xarici dövlət məsələyə qarışsa belə, ona bel bağlamaq düzgün deyil.
Burada xarici qüvvəyə ümid bəsləməyin bir neçə xoşagəlməz məqamlarında söz açaq:
* Xarici dövlətlər öz iqtisadi və siyasi maraqlarını təmin etmək üçün
diktaturaya dözür, hətta ona dəstək də verirlər.
* Xarici dövlətlər xalqa qarşı satqınlıq edərək başqa məqsədlərinə çatmaq üçün
onların qarşısında götürdükləri öhdəlikləri yenrinə yetirməyə də bilər.
* Bir sıra dövlətlər isə yalnız həmin ölkə üzərində iqtisadi, siyasi, hərbi
nəzarəti ələ keçirmək üçün diktaturaya qarşı addım ata bilər.
* Xarici dövlətlər yalnız o zaman pozitiv mövqe göstərib proseslərə qoşula bilər
ki, içəridəki hərəkat diktaturanı laxlatmış olsun, eyni zamanda beynəlxalq
ictimaiyətin diqqətini rejimin amansız təbiətinə yönəltmiş olsun.
Diktatura əsasən hakimiyyətin ölkə içində bölünməsi sayəsində başlayır. Əhali və cəmiyyət isə diktatura üçün ciddi problemlər yaratmaqda acizdir. Çünki, var-dövlətin və hakimiyyət olduqca az insanın əlində cəmlənir. Diktatura beynəlxalq ictimaiyyətdən öz xeyri üçün yararlana, yaxud təzyiq altında zəifləyə bilər. Ancaq onun çökməsi daxili faktorlardan asılıdır.
Ancaq ölkə içərisindəki güclü müqavimət hərəkatını dəstəkləsələr, beynəlxalq ictimai təzyiqin çox xeyri ola bilər. Bu halda beynəlxalq boykotun, embarqonun, diplomatik münasibətlərin kəsilməsinin, beynəlxalq qurumlardan xaric edilmənin, BMT orqanlarında müzakirələrin böyük xeyri dəyə bilər. Bununla belə, əgər ölkə içində güclü müqavimət hərəkatı olmasa, çətin ki, belə addımlar atıla.
Nəticə çıxarmaq asan deyil. Minimal qurbanla diktaturanın effektli devrilməsi
dörd önəmli şərtin yerinə yetirilməsini tələb edir.
- Qətiyyətli, özünə inamlı əsarətdə qalan xalqın müqavimət vərdişini
möhkəmləndirmək;
- Əsarət altında olan xalqın müstəqil sosial qruplarını və institutlarını
möhkəmləndirmək;
- Güclü müqavimət hərəkatı yaratmaq;
- Azadlığın əldə edilməsi üçün müdrik strategiyanın hazırlanması və
gerçəkləşdirilməsi.
Azadlıq uğrunda mübarizə özünə güvənməyi və ölkə içərisində mübariz qrupların güclənməsini tələb edir. 1879-1880-cı illərdə Çarzl Stüard Parnel İrlandiyanın öz müqəddəratını təyinetmə hüququnun məhdudlaşdırılması kampaniyası zamanı deyirdi: "Hökumətə ümid bəsləmək mənasızdır. Biz yalnız öz qətiyyətimizə arxalanmalıyıq. Öz gücünüzlə bir-birinizə əl tutun, zəifləri qüvvətləndirin, birləşin, təşkilatlanın. Siz qalib gələcəksiniz. Nə zaman ki, problem sizin səyinizlə yetişəcək çözüm yalnız və yalnız onda mümkün olacaq".
Müxalifətin sərbəst qüvvəsi, müdrik strategiyası, nizam-intizamlı və qətiyyətli addımlar real güc qarşısında diktatura önü-sonu duruş gətirə bilməyəcək. Ancaq bunlar üçün saydığımız 4 şərt yerinə yetirilməlidir.
Gəldiyimiz qənaətdən də görünür ki xalq diktaturadan yalnız öz gücünə arxalanaraq qurtula bilər. Göstərdiyimiz siyasi məqsədlər uğrunda zorakı olmayan yollarla yeni uğurlu vətəndaş itaətsizliyi ilə mübarizə aparmağın mümkünlüyü göstərir ki əhali öz gücünə əsarətdən qurtula bilər. Ancaq bu vasitələr gərəkli qaydada işlənməyib. Bu məsələyə biz bir daha qayıdacağıq. Gəlin ilk sırada demokratiyanın laxlaması vasitəsi kimi danışıqlar yolunu nəzərdən keçirək.
DANIŞIQLARIN ÜSTÜNLÜKLƏRİ VƏ ÇATIŞMAZLIQLARI
Konfliktlər zamanı konkret problemlərin çözümü vasitəsi kimi danışıqlar olduqca effektlidir. Əgər danışıqlara getmək imkanı varsa ondan yan keçmək olmaz. Prinsipial xarakter daşımayan məsələlərin nizamlanmasında kompromis mümkündürsə danışıqlar Ən uğurlu çözüm yolu tapılmasına imkan yarada bilər. Əldə olunan razılaşma əmək haqlarının qismən də olsa artırılmasına gətirib çıxara bilər. Ancaq rəsmi həmkarlar qurumları vasitəsilə aparılan əmək münaqişələrini konkret diktatura yaxud siyasi azadlığın bərqərar olması problemi ilə eyniləşdirilə bilməz.
Fundamental problemlərin – dini xarakterli, insan haqları, cəmiyyətin gələcək inkişafı – yoluna qoyulmasında isə danışıqlar məsələsinin hər iki tərəfi razı salacaq çözümü üçün effektli deyil. Bir sıra prinsipial məsələlərdə kompromisdən söhbət belə gedə bilməz. Yalnız hakimiyyətin demokratların xeyrinə dəyişdirilərək bölüşdürülməsi məsələnin adekvat çözümünü təmin edə bilər. Belə dəyişiklik isə danışıqlarla yox, mübarizə ilə əldə edilə bilər. Bu o demək deyil ki, danışıqlar lazımsızdır. Mahiyyət ondadır ki, güclü müxalifət hərəkatı olmadan danışıqlar güclü diktaturanı kənarlaşdırmaq üçün effektli deyil.
Təbii, danışıqlara getmək imkanı olmaya da bilər. Öz mövqelərini yetərincə möhkəmləndirən diktatura demokratik opponentləri ilə danışıqlardan imtina edə bilər. Hətta ola bilər ki, demokratik düşərgənin danışıqlarda təmsilçiləri izsiz-tozsuz itə.
DANIŞIQLARIN GEDİŞİNDƏ MÖVQELƏR SATILIR?
Diktaturaya müxalifətdə olub danışıqlar tələb edən ayrı-ayrı şəxslər və qruplar əsasən xeyirli məqsədlər güdür. Xüsusən də qəti qələbə qazanılmayan silahlı toqquşmalar illərlə davam etdikdə aydın olur ki, bütün tərəflər danışıqların tərəfdarıdır. Demokratlar danışıqlara daha çox o zaman razılaşır ki, hərbi üstünlük bir qayda olaraq diktatorlar tərəfdə olur, xalq içərisində qurban və dağıntıların sayı dözülməz həddə çatır. Bu zaman təzyiqlər silsiləsinə son qoya biləcək hər hansı imkanın olmasına böyük şübhələr yaranır. Təbii, diktatura demokratik müxalifətlə "sülh" danışıqlarına gedərkən səmimi deyil. Xalqa qarşı güc işlədilməsini diktatorlar istənilən an dayandıra bilər – əgər onlar öz xalqlarına qarşı elan etdikləri savaşı dayandırsalar.
Onlar hər hansı danışıqlar olmadan öz təşəbbüsləri ilə insan haqlarına, şərəf və ləyaqətə sayğını bərpa edə, işgəncələrə son qoya, hərbi əməliyyatları dayandıra, hökumətdən istefa verə və xalqdan üzr istəyə bilərlər.
Güclü diktatura onu qıcıqlandıran müqavimət olduqda müxalifəti "sülh" sazişi imzalamağa tabe etdirmək üçün onlarla danışıqlara gedə bilər. Danışıq çağırışı cəlbedici görünsə də onun ciddi təhlükəsi də yarana bilər.
Başqa tərəfdən əgər müxalifət yetərincə güclüdürsə və diktaturaya ciddi təhlükə yaradırsa diktatorlar hakimiyyətdən və sərvətdən daha çox pay almaq üçün danışıqlara razılaşa bilərlər. Bu hallardan heç birində demokratlar diktatorlara öz məqsədlərinə çatmaq imkanı verməməlidir.
Demokratlar danışıqların gedişində hakimiyyətin onlar üçün öncədən hazırladığı gərginliklərdən özlərini qorumalıdırlar. Söhbət siyasi azadlıq məsələsindən gedəndə diktatorların danışıq çağırışı təzyiq vasitəsilə müxalifəti öz mövqelərindən dinc yolla çəkindirmək cəhdi də ola bilər. Belə konfliktlərdə danışıqlar qətiyyətli mübarizədən sonra artıq devrilmiş hakimiyyət beynəlxalq hava limanına yol axtararkən də gərək ola bilər.
DANIŞIQLARDA HAKİMİYYƏT VƏ ƏDALƏT MƏSƏLƏSİ
Əgər bu tezis danışıqlar mövzusunun müzakirəsi üçün olduqca sərt görünürsə, danışıqlar haqqında romantik təsəvvürü formalaşdırmaq gərəkdir. Danışıqların necə aparılması haqqında dəqiq təsəvvür olmalıdır.
"Danışıqlar" o demək deyil ki, bərabərhüquqlu iki tərəf aralarındakı münaqişə yaradan məsələləri müzakirə edib çözüm yolu tapacaq. Birincisi danışıqların gedişində mümkün saziş mətni konfliktli baxışlar və məqsədlərin nisbətən ədalətliliyi üzrə müəyyən edilir. İkincisi, sazişin mətnində tərəflərin real gücü mütləq görünür.
Bir neçə çətin məqama da diqqət yetirmək gərəkdir. Gələcəkdə öz məqsədlərinə çatmaq üçün tərəflərdən hər biri qarşı tərəf danışıqlara getməsə hansı addımları ata bilər? Tərəflərdən hər biri saziş imzalanandan sonra qarşı tərəf vədinə xilaf çıxıböz məqsədinə çatmaq üçün güc işlətsə nə edə bilər?
Problemin danışıqlar yolu ilə ən ədalətli çözümü tapılmalıdır. Demokratlar nə edə bilərlər ki, onların minimal tələbləri rədd edilməsin. Diktatorlar hakimiyyəti saxlayaraq demokratları neytrallaşdırmaq üçün hansı yollara əl ata bilər? Başqa sözlə, razılaşma əsasən o zaman əldə olunur ki, tərəflərdən hər biri öz imkanlarını qarşı tərəfin imkanları ilə müqayisə etmiş olsun və açıq mübarizənin nəyə gətirib çıxaracağını anlasın.
Saziş əldə etmək üçün hər iki tərəfin hansı güzəştlərə gedəcəyinə də nəzər yetirmək gərəkdir. Uğurlu danışıqlarda kompromis və qarşılıqlı güzəştlər baş tutur. Bu zaman hər iki tərəf istədiyinin yarısını ali bilir, bəzi tələblərindən isə imtina edir. Ekstremal diktatura şəraitində demokratikyönlü qüvvələr diktatorlara nəyi güzəştə gedə bilərlər? Diktatorla demokratikyönlü qüvvələr hansı məqsədlə razılığa gələ bilər? Demokratlar diktatorların gələcək hökumətdə konstitusiya ilə möhkəmləndirilmiş daimi roluna imkan yaratmalıdırmı? Bəs onda demokratiya harada qaldı?
Hətta danışıqlar uğurla keçsə belə, bu sual haqqında düşünmək gərəkdir – bu necə sülh olacaq? Həyat demokratların başlayacağı, ya da davam etdirəcəyi mübarizə dövründən yaxşı, yoxsa pis olacaq?
Diktatorların öz hökmranlıqlarını möhkəmləndirmələri üçün çeşidli motiv və məqsədlər ola bilər: hakimiyyət, mövqe, sərvət, cəmiyyətin yenidən qurulması və s. Yaddan çıxarmaq olmaz ki, əgər onlar hakim mövqelərini əldən versələr bu məqsədlərdən heç birinə çata bilməyəcəklər. Danışıqlar başlasa diktatorlar əldə etdiklərinin hamısını saxlamağa çalışacaqlar. Saziş çərçivəsində diktatorların hansı vədi verməsindən asılı olmayaraq heç zaman unutmaq olmaz ki, diktatorlar demokratları hər hansı güzəştlərə razı salmaq üçün istənilən vədi verə, sonra isə onu kobud şəkildə poza bilər.
Əgər demokratlar repressiyaların dayandırılmasının qarşılığı olaraq müqaviməti dayandırmağa razılaşsalar, onlar ciddi məyusluq gözləyir. Müqavimətin dayandırılması çox nadir hallarda repressiyaların azalmasına gətirir. Daxili və xarici müxalifətin müdaxiləsinin qarşısını alandan sonra diktatura öncəkindən daha çox zülm və qəddarlıq nümayiş etdirə bilər. Bu zaman tiranlar hər kəsə qarşı tədbir görə bilər: "Tiranın hakimiyyətinin gücü bizim ona müqavimət göstərməyə çalışmayan gücümüz qədərdir". Bu Krişnalal Şridharaninnin sözləridir.
Haradakı söhbət fundamental problemlərdən gedir, orada danışmağa yox, müqavimətə ehtiyac var. Demək olar bütün hallarda diktatorların devrilməsi üçün müqavimət davam etdirilməlidir. Çox hallarda uğur saziş üzrə danışıqlarla yox, müqavimətin mümkün və güclü vasitələrindən ağıllı yararlanma ilə ölçülür. Fikrimizcə, azadlıq mücahidlərinin ən güclü vasitəsi siyasi itaətsizlik, ya da zorakı olmayan mübarizədir.
Əgər diktatorlar sülh danışıqları aparırsa bunun haqqında fövqəladə ciddi düşünmək gərəkdir, ona görə ki, bu, bir sıra təhlükələr vəd edir. "Sülh" sözü işlədənlərin hamısı azadlıq və ədalət gətirəcək sülhə nail olmur. Kobud istibdada tabe olmaq yüz minlərlə insanla vəhşicəsinə davranan diktatorlarla passiv güzəşt əsl sülh deyil. Hitler də dəfələrlə sülhə çağırıb. Ancaq bu zaman o hər şeyin onun iradəsinə tabe olmasını nəzərdə tutub. Çox zaman diktatorlar üçün sülh türmə və qəbir sülhündən başqa bir şey deyil.
Başqa təhlükələr də ola bilər. Xeyirli məqsədlər güdən danışıqlarda bəzən danışıqların məqsədilə onun aparılması prosesini səhv salırlar. Ayrıca danışıqların demokratik düşərgədən olan iştirakçıları, ya da danışıqlarda yardım üçün dəvət olunan xarici ekspertlər həm yerli, həm də beynəlxalq səviyyədə diktatorların legitimliyini bircə işarə ilə təmin etmiş olurlar.
Bu isə onlar üçün olduqca vacibdir. Çünki dövlət hakimiyyətini zəbt etdiklərinə insan haqlarını pozduqlarına qəddarlıqlarına görə legitimlikləri tanınmırdı. Onlar olduqca böyük ehtiyacları olan legitimlik əldə etmədən hakimiyyətdə uzun müddət qala bilməzlər. Sülh tərəfdarları onlara belə status qazandırmamalıdır.
Diktatura əbədi deyil. Yuxarıda dediyimiz kimi müxalifət liderləri demokratiya uğrunda mübarizə heç bir bəhrə vermədikdə danışıqlara getməyə məcbur ola bilərlər. Ancaq bu ümidsizlik hissini dəyişmək olar. Diktaturanın caynağında yaşayanlar o qədər də zəif olmurlar. Diktaturaya hakimiyyətdə əbədi qalmaq imkanı vermək olmaz. Aristotel çoxdan bunun fərqindəydi. Oliqarxiya və tiranlığın ömrü başqa dövlət quruluşlarından daha az olur. Tiranlıq heç yerdə uzun sürməyib. Çağdaş diktaturalar da istisna deyil. Onların zəif nöqtələrini dərinləşdirməklə hakimiyyəti laxlatmaq olar. Bu zəif nöqtələrdən 4-cü bölümdə danışacağıq.
Çağdaş tarix diktaturaların zəif nöqtələrini göstərir və bildirir ki onlar qısa zamanda çökə bilər. Əgər Polşada kommunist diktaturasının çökməsi üçün 10 il gərək oldusa Şərqi Almaniyada və Çexoslovakiyada 1989-cu ildə bu cəmi bir neçə həftəyə baş verdi. Salvador və Qvatemalada 1944-cü ildə kökləri dərinə işləmiş hərbi diktaturanın devrilməsi iki həftə çəkdi. İran şahının qüdrətli qəddar hərbi hərbiləşmiş rejimi cəmi bir neçə aya devrildi. 1986-cı ildə Filippində diktator Markosu Xalq hakimiyyəti bir neçə həftəyə devirmişdi. Müxalifətin gücü aydın görünəndə ABŞ Markosu dəstəkdən dərhal imtina etmişdi. Sonda bir çox xalqlar uzun illərdən bəri əllərindən alınan müstəqilliklərinə günlər həftələr aylar sonra qovuşub. Qaydanı pozan amansızcasına şallaqlanarmış. Bütün meymunlar çox əzab çəksələr də şikayət etmə
Zorakı olmayan vasitələrin çox zorakı vasitələrin isə az zaman aparması haqda köhnə fikir artıq çoxdan ədalətli yanaşma sayılmır. Cəmiyyəti və kök salmış situasiyanı dəyişmək üçün heç də az zaman tələb olunmasa da zorakılıq olmadan diktaturaya qarşı konkret mübarizə müqayisədə tez başa gəlir.
Danışıqlar bir tərəfdən məhvinə o biri tərəfdən təslim olmaya gətirən davamlı müharibəyə yeganə alternativ sayılmamalıdır. Burada çəkilən misallar da birinci bölümdə misal çəkilənlər də göstərir ki sülh və azadlığın əldə olunması üçün daha bir yol var – siyasi itaətsizlik.
GÜCÜ HARADAN ALMALI ?
Dinc yolla sülhə nail olmaq təbii asan məsələ deyil. O təşkilatlanma və
planlaşdırma üçün böyük strateji bacarıq tələb edir. Ən əsası isə o güc tələb
edir. Demokratlar öz qüvvələrini effektiv sərf etmə bacarığı olmadan diktaturanı
devirərək siyasi azadlığa çatmağa ümid edə bilməzlər.
Bəs bunu necə gerçəkləşdirmək olar. Müxalifət diktaturanı və onun geniş hərbi polis rejimini bəs edəcək hansı qüvvəni səfərbər etməlidir. Cavab çox zaman önəm verməyən siyasi qüvvədir. Onun mahiyyətini öyrənmək çox da çətin deyil. Bəzi əsas anlayışlar isə olduqca sadədir.
MEYMUNLARIN PADŞAHI HAQQINDA NAĞIL
On dördüncü əsr Çin rəvayətçisi Lyu Cinin bir pritçası çoxdan unudulmuş siyasi hakimiyyət anlayışını dəqiqliklə açır Çu adlanan feodal dövlətində bir qoca varmış. Onun bütün nökər-naibi meymunlar imiş. Çulular onu meymunlar padşahı adlandırırlarmış.
Hər səhər qoca meymunları öz sarayına çağırar və onların başçısına əmr edərmiş ki bütün meymunları ağaclardan kollardan meyvə yığmaq üçün dağlara aparsın. Qaydaya görə hər meymun topladığının onda birini qocaya verməliymiş. Qaydanı pozan amansızcasına şallaqlanarmış. Bütün meymunlar çox əzab çəksələr də şikayət etməyi düşünmürlərmiş.
Bir dəfə balaca meymun o birilərdən soruşur. Bu ağacları kolları qoca əkib O birilər cavab verirlər ki yox onlar özləri bitib. Balaca yenə soruşur. Biz qocadan icazəsiz meyvə yığa bilmərik. O birilər cavab verir ki yığa bilərik. Onda balaca yenə soruşur Bəs onda nə üçün biz qocadan asılı olmalıyıq nə üçün hamı ona qulluq etməliyik
Hələ balaca sözünü bitirməmiş bütün meymunlar qəfildən ayılır və hər şeyi anlayırlar. Elə həmin gecə qoca yuxuda olanda meymunlar çəpəri aşaraq qabaqlarına çıxanı dağıdıb uçururlar. Onlar qocanın anbarında saxladığı bütün meyvələri də götürüb meşəyə çəkilir bir daha geri qayıtmırlar. Bundan bir az sonra isə qoca acından ölür.
Yu-li–zi deyirdi Bəziləri öz xalqlarını ədalətlə yox fəndgirliklə idarə edir. Onlar meymunlar padşahına oxşamır. Onlar öz səfehliklərini başa düşmürlər. Xalq həqiqəti dərk edəndə isə onların fəndləri işə yaramır.
SİYASİ HAKİMİYYƏTİN VACİB QAYNAQLARI
Prinsip sadədir. Diktatorların idarə etdikləri insanların yardımına ehtiyacı var. Bunsuz onlar siyasi hakimiyyətin qaynaqlarını təmin etmək və qorumaq iqtidarında deyillər. Bu qaynaqlar aşağıdakılardır
Avtoritet insanların hakimiyyətin qanuni olmasına inanması. Ona tabe olmağı özlərinə borc sayması insan resursları hakimiyyətə tabe olan əməkdaşlıq edən yardım göstərən şəxslərin və qrupların önəmi əməkdaşlıq etdiyi şəxslər və qruplara konkret əməlləri gördürmək üçün rejimin bacarıq və biliyi insanları hakimiyyətə tabe olmağa və yardım göstərməyə məcbur edən psixoloji və ideoloji faktorlar maddi olmayan faktorlar maddi resurslar iqtidarın sərvətlərə nəzarət və onları əldə etmək dərəcəsi təbii ehtiyatlar iqtisadi sistem rabitə və nəqliyyat vasitələri rejimin yaşaması və siyasətini davam etdirməsi üçün olduqca vacib olan sözəbaxanların işbirliyindən imtina edənlərin tabe etdirilməsi üçün sanksiyalar cəzalar bütün bu qaynaqlar rejimin qəbulundan əhalinin tabe olmasından da çoxlu insanın və cəmiyyətin bir çox institutların əməkdaşlığından asılıdır. Onların olacağına isə heç bir təminat yoxdur.
Tam işbirliyi anlaşma və dəstək qüvvənin vacib qaynaqlarının sayını artırır və uyğun olaraq istənilən iqtidarın hakimiyyət imkanlarını genişləndirir. Başqa tərəfdən xalqın və institutların təcavüzkar və diktatorlara əməkdaşlığının məhdudlaşması iqtidarın bütünlüklə asılı olduğu güc qaynaqlarını tükəndirə bilər. Bu qaynaqlar olmadan hakimiyyət laxlayır və sonda çökür.
Təbii diktatorlar onların istədikləri kimi hərəkət etmələrinə təhlükə yaradan hərəkət və ideyalara olduqca həssas olurlar. Ona görə də diktatorlar tabe olmayanları üsyankarları işbirliyinə razılaşmayanları təqib etməyə və cəzalandırmağa üstünlük verir. Ancaq bu hələ sonu deyil. Repressiyalar hətta qəddarlıq rejimə rahat iş imkanları yaradan tabeçilik və işbirliyinin gərəkli səviyyəsinə qayıtmaq şansını təmin etmir. Əgər repressiyalara baxmayaraq güc qaynaqları yetərincə uzun müddətə zəifləsə yaxud qapansa diktatura ilk sırada özünə inamı itirəcək və çaşqınlığa düşəcək. Ardınca diktatura rejiminin zəiflədiyi aşkar görünəcək. Zaman keçdikcə güc qaynaqlarının itirilməsi rejimin iflic olmasına və zəifləməsinə gətirəcək ən ciddi halda rejim çökəcək.
Buradan aydın olur ki hər hansı hakimiyyətin azadlıqsevər olması yaxud tirana çevrilməsi xalqın azad olmaq qətiyyətinin ya da onu köləyə çevirmək istəyənlərə müqavimət gücünün göstəricisidir.
İctimai fikrin əksinə olaraq hətta totalitar diktaturalar idarə etdikləri əhalidən və cəmiyyətdən asılı olurlar. Karl V Doyç 1953-cü ildə yazırdı: "Totalitar hakimiyyət o zaman güclü olur ki, ondan tez-tez istifadə gərək olmur. Totalitar hakimiyyətdən həmişə bütün xalqa qarşı istifadə edilirsə, bu hakimiyyət çətin ki, uzun müddət güclü qala bilsin".
Nəzərə alsaq ki, totalitar rejimlər təbəələrini idarə etmək üçün başqa idarəetmə formalarındakından geniş hakimiyyət tələb edir, belə rejimlər üçün insanlar arasında tabe olmanın daha geniş və etibarlı vərdişi olmalıdır. Bundan başqa, onlar gərək olduqca əhalinin böyük çoxluğunun fəal dəstəyinə ümid edirlər.
On ikinci əsrin İngiltərə hüquq nəzəriyyəçisi Con Ostin diktaturanın mahiyyətini ustalıqla açıb:"Əgər mütləq çoxluq hakimiyyəti devirməyə tam qətiyyətlidirsə, hətta bunun üçün repressiyalara belə dözməyə hazırdırsa, o zaman nə hakimiyyətin, nə də ona dəstək verənlərin – hətta xarici qüvvələrin də – gücü hakimiyyəti xilas etməyə yetməyəcək". Ostinin fikrincə, mübariz xalqı daimi tabeçilik və itaətə qaytarmaq mümkün deyil.
Nikolo Makiavelli bu fikirdəydi ki, bütün cəmiyyətə düşmən kəsilən hakim özünü təhlükəsizlikdə hiss edə bilməz. Onun qəddarlığı artdıqca hakimiyyəti zəifləyir. Cəsur insanların bu tələbləri həyata keçirməsi sayəsində Norveçdə nasist işğalı, polyakların, almanların, çexlərin, slovakların və başqa xalqların kommunist təcavüzünə, diktaturasına qarşı Avropada apardıqları mübarizə öz bəhrəsini verib. Təbii, bu, yeni bir nəsnə deyil. Hələ b.e.ə. 494-cü ildə plebeylər güc işlətmədən öz romalı ağalarına dəstək verməkdən boyun qaçırmışdılar. Bu mübarizə üsulundan müxtəlif dönəmlərdə Avropada, Asiyada, Afrikada, Avstraliyada, Sakit okean adalarında yararlanıblar.
Beləliklə, hökumətin nəzarətini hansı mərhələyə qədər nəzarətdə saxlaya biləcəyini, yaxud nəzarətdən çıxacağını aşağıdakı üç faktor müəyyən edir:
*əhalinin iqtidar hakimiyyətinin hüdudlarını müəyyən etməyə nisbətən can
atması;
* təbəələrin müstəqil qurumlarının və institutlarının kollektiv surətdə güc
qaynaqlarını qapamaq bacarığı;
* əhalinin anlaşma və dəstəkdən qəti imtina etmək bacarığı.
DEMOKRATİK HAKİMİYYƏTİN MƏRKƏZLƏRİ
Demokratik cəmiyyətin özəlliklərindən biri də hakimiyyətdən asılı olmayan qeyri-hökumət təşkilatlarının və institutlarının olmasıdır. Buraya ailələr, dini qurumlar, mədəni assosiasiyalar, idman klubları, iqtisadi institutlar, həmkarlar birlikləri, tələbə assosiasiyaları, siyasi partiyalar, kəndlər, yaşayış yeri üzrə assosiasiyalar, bağbanlar dərnəyi, insan haqları qurumları, musiqi qrupları, ədəbi qurumlar və başqaları aiddir. Bu orqanlar öz məqsədlərinə sadiqliklərinə, eyni zamanda sosial məqsədlərə çatmaqda gərəkli olduqlarına görə önəmlidirlər.
Bununla yanaşı onların böyük siyasi önəmi də var. Onların vasitəsilə insanlar qrup və ya institusional əsasla cəmiyyətin idarə olunmasına təsir göstərir, başqa qruplar, yaxud hakimiyyət ədalətsiz olaraq onların maraqlarını tapdayanda, məqsədlərinə çatmaq yolunda maneəyə çevriləndə müqavimət göstərir. Belə qrupların üzvü olmayan ayrı-ayrı şəxslər cəmiyyətin qalan bölümünə təsir göstərə bilmir. Onun gücü təbii nə iqtidara, nə diktaturaya yetə bilməz.
Uyğun olaraq diktatura bu orqanların muxtariyyət və azadlığını aldıqda əhali nisbətən gərəksiz olur. Eyni zamanda onlar özləri mərkəzi rejimin diktator nəzarəti altında olmasalar, yaxud yeni nəzarət olunan qurumlara çevrilsələr həm ayrı-ayrı şəxslər, həm də cəmiyyətin təbəqələri üzərində hökmranlıq etmək üçün yararlanmaq olar.
Ancaq bu, vətəndaş institutlarının azadlıqlarını saxlamaq, ya da qaytarmaq mümkün olsa onlar siyasi itaətsizlik göstərilməsində vacib rol oynaya bilərlər. Çəkilən misalların çoxu sübut edir ki, diktaturaların zəifləməsi və çökməsi əhalinin, onun institutlarının kütləvi olaraq cəmiyyətin siyasi itaətsizlik göstərməsindədir.
Yuxarıda bildirdiyimiz kimi, bu güc mərkəzləri əhalinin diktator idarəçiliyinə təzyiq, yaxud müqavimət göstərməsi üzrə institusional əsas sayılır. Gələcəkdə onlar azad cəmiyyətin vacib struktur əsasının
Bir hissəsinə çevriləcək. Beləliklə, onların müstəqilliyinin qorunması və inkişafı çox zaman qurtuluş mücadiləsinin uğurunun vacib şərtlərindən olur.
Əgər diktatura cəmiyyətin müstəqil orqanlarını dağıtsa, ya da öz nəzarəti altına alsa, mücahidlər yeni müstəqil sosial qruplar və institutlar yaratmalı, ya da nisbətən nəzarətdə olan qurumları demokratik demokratik idarəetmənin qaytarılmasına çalışmalıdır. 1956-57-ci illər Macarıstan inqilabında bir neçə həftəyə birləşib böyük bir özünüidarə institutları və orqanları sistemi yaradan xeyli sayda həqiqi demokratik birliklər yaranmışdı. 1980-ci illərin sonunda fəhlələrin Polşada yaratdığı gizli həmkarlar qurumu bəzən hətta kommunistlərin bütünlüklə nəzarətdə saxladığı həmkarlar qurumlarına nəzarəti ələ alırdılar. Belə institusional dəyişikliklər olduqca ciddi siyasi sonuclara gətirə bilər.
Təbii, deyilənlər diktaturanın zəifləməsi və dağılmasının olduqca asan, hər bir cəhdin isə uğurlu olacağını anlamına gəlməməlidir. Bu həm də o demək deyil ki, mübarizə qurban tələb etməyəcək, əhalini yenidən işbirliyi və itaətə çağıran diktator əlaltıları zərbəyə hazırlaşmayacaq.
Yuxarıdakı analiz göstərir ki, diktaturanın məqsədli şəkildə darmadağın edilməsi mümkündür. Diktaturanın ağılla idarəolunan siyasi itaətsizliyə olduqca həssas edən özəllikləri var. Bu özəllikləri bir daha geniş nəzərdən keçirək.
DİKTATURANIN ZƏİFLİKLƏRİ
Diktatura çox zaman möhkəm görünür. Kəşfiyyat xidməti, polis, silahlı qüvvələr, dustaqxanalar, cəza düşərgələri, cəza dəstələri hakimiyyətin bir neçə nümayəndəsinin nəzarəti altında olur. Ölkənin maliyyəsi, təbii ehtiyatları, sənaye qüdrəti diktatorlar tərəfindən öz iradəsini həyata keçirmək üçün qəsdən dağıdılır. Əksinə müxalif demokratik qüvvələr çox zaman fövqəladə zəif, effektsiz, iqtidarsız görünürlər. Möhkəm görüntü ilə köməksizliyin müqayisəsi effektiv mübarizə ümidini öldürür.
Yunan klassikasındakı mif guya möhkəmlərin zəif nöqtələrini yaxşı göstərir. Axillesi yaralamaq mümkün deyildi – qılınc onun bədənini kəsmirdi. Rəvayətə görə Axillesin anası onu körpəlikdə sehrli Stiks çayında çimdirdiyindən onun bədəni bütün bəlalardan qorunurdu. Ancaq bir problem vardı. Axın aparmasın deyə, uşağın dabanından tutduqları üçün bədəninin bu hissəsi sehrli suya dəyməmişdi. Axilles böyüyəndə hamı onu düşmən silahından mühafizə olunmuş sayırdı. Ancaq Troya döyüşündə düşmən əsgəri Axillesin zəif nöqtəsini bilənlərin məsləhətilə onun dabanını nişan alır. Yara ölümcül olmuşdu. Bu gün "Axilles dabanı" deyimi insanın, planın, ya da hər hansı qurumun hücum zamanı müdafiə olunmayan zəif nöqtəsinə deyilir.
Bu prinsip amansız diktaturalar da aiddir. Əgər olanların zəif nöqtəsi tapılsa, hücum dəqiqliklə bu nöqtəyə yönəldilsə, diktaturalar minimum itki ilə darmadağın edilə bilər.
1. Sistemin idarə edilməsi üçün vacib olan çox sayda insanın, institutlar
qrupunun əməkdaşlığı məhdudlaşdırması, dayandırması;
2. Rejimin keçmiş siyasətinin tələb və nəticələrinin onun indiki durumda
konfliktli siyasət yürütməsinin məhdudlaşdırılması;
3. İşlək sistem süstləşəndə yeni duruma adaptasiyanın ləng getməsi;
4. Konkret məsələlərin yoluna qoyulması üçün ayrılan insanların və ehtiyatların
yeni tələblərin gerçəkləşməsinə yaramaması;
5. Tabe olanların rəhbərliyin narazılığından ehtiyat edərək qeyri-dəqiq,
yarımçıq informasiya verməsi
6. İdeologiya əriyəndə sistemin mif və simvollarının laxlaması;
7. Reallığın dərinə təsir göstərən güclü ideologiyası varsa, ona ciddi əməl
edilməsinin o ankı tələb və şərtləri nəzərə almaması;
8. Bürokratik aparatın effektivliyinin və səlahiyyətlərinin azalması, yaxud
hədsiz nəzarət və yönləndirmə siyasətinin sistemin işləməsini effektsiz etməsi;
9. Daxili institusional münaqişələr, şəxsi düşmənçilik, liderlik iddiasının
güclənməsi;
10. Ziyalı və tələbələr arasında yaranan şərait, məhdudiyyətlər, doktrinaçılıq,
repressiyalara cavab narahatlıq bildirməsi;
11. Zaman keçdikcə cəmiyyətin apatiyaya düşmə, skeptikə çevrilmə, hətta rejimə
qarşı düşmən mövqe tuta bilməsi;
12. Regional, sinfi, mədəni, Milli konfliktik dərinləşməsi;
13. Diktatura hakimiyyətində iyerarxiya müəyyən qədər zaman keçdikcə isə
fövqəladə qeyri-sabitdir. Ayrı-ayrı şəxslər təkcə öz mövqelərini saxlamır, hətta
irəli çəkilir, mövqeləri dəyişdirilir, bəzən yenilərilə əvəzlənir.
14. Polislərin və silahlı qüvvələrin ayrı-ayrı dairələri, hətta nüfuzlu
diktatorlara qarşı çıxan şəxsi maraqları üzrə hərəkət edə, hətta çevrilişə də
qol qoya bilərlər.
15. Yeni diktaturaya öz mövqelərini möhkəmləndirmək üçün zaman gərək olur.
16. Diktatura çərçivəsində qərarların yetərincə az adam qəbul etdiyindən fikir,
siyasət və hərəkətlərdə yanılmaq ehtimalının böyük olması;
17. Əgər rejim bu yanlışlıqlardan yayınmaq üçün mərkəzi nəzarəti buraxmaq,
qərarlar qəbul etmək yolunu seçsə, onun mərkəzi hakimiyyəti üzərində nəzarətinin
bir qədər də zəifləməsi;
DİKTATURANIN ZƏİF NÖQTƏLƏRİNƏ HÜCUM
Bu təbii zəiflikləri bilən demokratik müxalifət sistemin köklü dəyişikliyinə nail olmaq, onu çökdürmək üçün bilərəkdən "Axilles dabanı"nı dərinləşdirməyə cəhd göstərməlidir.
Nəticə qabaqcadan bəllidir – güclü görünməsinə baxmayaraq bütün diktaturaların zəiflikləri, daxili effektsizliyi, şəxsi düşmənçiliyi, institusional effektsizliyi, qurumlar və idarələrarası konfliktləri var. Bu zəifliklərin zaman keçdikcə rejimin effektini azaltmaq onun şəraitin dəyişməsi, qətiyyətli müqavimətə həssas etmək tendensiyası var.
Rejimin bütün planlaşdırdıqları həyata keçmir. Bəzi dönəmlərdə hətta Hitlerin birbaşa göstərişləri yerinə yetirilməyib – onun tabeliyində olanlar əmrləri yerinə yetirməyəcəklərini bildirib. Bəzən isə yuxarıda deyildiyi kimi diktatura rejimi darmadağın ola bilər.
Ancaq bu o demək deyil ki, diktaturalar risksiz və qurbansız dağıla bilər. Mübarizənin istənilən kursu Risk və potensial əzabları göz önünə almağı, bir qədər də zaman tələb edir. Bununla yanaşı, təbii, hər hansı situasiyada heç bir hərəkət qısa zamanda uğuru təmin edə bilməz. Ancaq diktaturanın müəyyən zəifliklərinə yönələn mübarizə onun daha güclü tərəflərinə yönəldilmiş mübarizədən daha şanslı olur. Məsələ mübarizənin necə aparılmasındadır.
QÜVVƏDƏ OLAN HAKİMİYYƏT
Birinci bölümdə bildirmişdik ki, diktaturaya qarşı silahlı müqavimət ən zəif nöqtəyə deyil, ən güclü nöqtəyə zərbə endirir. Silahlı qüvvələr, hərbi sursatla təminat, silah istehsalı texnologiyalarında və b. rəqabət seçən müqavimət hərəkatı özünü çox çətin duruma salmış olur. Bu sahələrin hamısında mütləq üstünlük həmişə diktaturada olur. Diktaturanın xarici dövlətlərin yardımına bel bağlamağın da təhlükəsindən danışmışdıq. İkinci bölümdə diktaturanın aradan qaldırılması üçün danışıqlar yolunu nəzərdən keçirmişdik.
Bəs demokratik müxalifətin böyük üstünlük əldə etməsi və diktaturanın aşkarlanan zəifliklərini dərinləşdirilməsi üçün hansı yollar var? Bəs hansı hərəkətlər siyasi hakimiyyət nəzəriyyəsinin əsasında dayana bilər? Alternativ seçim siyasi itaətsizlikdir. Siyasi itaətsizliyin aşağıdakı cəhətləri var:
O mübarizənin sonluğunun diktaturanın seçdiyi vasitələrlə çözümünü qəbul
etmir;
Onunla mübarizə diktatura üçün çətindir;
O, diktaturanın zəifliklərini sona qədər zəiflədə, onun güc mərkəzlərini qapada
bilmir;
O işdə miqyasını genişləndirə, ya da fikrini konkret məqsəd üzrə cəmləyə bilər;
O diktatorların düşüncə və əməllərində yanlışlıqlara yol açır;
O, ayrı-ayrı şəxslərin qəddar hakimiyyətini devirmək üçün mübarizəyə bütünlüklə
əhalini, ya da ictimai institut və qrupları cəlb edə bilər;
O quruluşun imkanlarını genişləndirərək, demokratik cəmiyyəti dəstəkləyərək
cəmiyyətdə real hakimiyyətin bölünməsinə yardım edir;
ZORAKI OLMAYAN MÜBARİZƏNİN APARILMASI
Silahlı qüvvələr kimi siyasi itaətsizlik də ən çeşidli məqsədlər üçün istifadə edilə bilər. Buraya hər hansı hərəkəti etməsi üçün rəqibə təsir etməkdən tutmuş konfliktin dinc yolla nizamlanması şərtləri yaradılmasına, mənfur rejimin dağıdılmasına qədər hər şey ola bilər. Ancaq siyasi itaətsizliyin vasitələri güc vasitələrindən seçilir. Onların hər ikisi mübarizə üsulu olsa da ayrı-ayrı metodlara əsaslandığından sonucları da müxtəlif olur. Silahlı konfliktin aparılması və nəticələri yaxşı bəllidir. Bu halda qorxutmaq, təslim olmaq, məhv etmək, dağıtmaq məqsədilə fiziki silah işlədilmir.
Güc işlədilməyən mübarizə zor tətbiqindən daha çətin və çoxşaxəli mübarizə vasitəsidir. Güc yerinə bu halda əhalinin institutları psixoloji, sosial, iqtisadi, siyasi mübarizə vasitələrilə mübarizə aparır.
Bu vasitələr etiraz, tətil, işbirliyindən imtina, boykot, etiraz bildirilməsi, xalq özünüidarəsi olaraq ortaya çıxır. Yuxarıda dediyimiz kimi, istənilən hökumət əhali və ictimai institutlarla işbirliyi, tabelik, anlaşma yolu ilə güc qaynaqlarını təmin edə bildiyi qədər iqtidarda qala bilər. Gücdən fərqli olaraq siyasi itaətsizliyin bu qaynaqlarını bağlamaq üzrə nadir qaynaqlar var.
Keçmiş siyasi kampaniyaların geniş yayılmış səhvi yalnız bir, ya da iki metoda – tətil və kütləvi nümayişlərə əsaslanmasında olub. Əslində isə strateqlərin mübarizəni gərək olduğu qədər cəmləşdirmək, yaxud miqyasını genişləndirmək üzrə çoxsaylı metodlar var.
Təxminən 200 belə zorsuz metod bəlli olsa da, əməldə onlar daha çoxdur. Onlar üç ümumi kateqoriyaya bölünür:
1. etiraz və əqidə;
2. işbirliyindən imtina;
3. müdaxilə.
Etiraz və əqidə metodları əsasən simvolik nümayişlər, o sıradan nümayiş, yürüş,
piketlərdir – 54 metod -. İşbirliyindən imtina 4 hissəyə bölünür
1. sosial işbirliyindən imtina – 16 metod;
2. iqtisadi işbirliyindən imtina – 26 metod;
3. tətil, siyasi işbirliyindən imtina, boykot – 38 metod.
Sonuncu qrupda aclıq aksiyası, zorsuz işğal, paralel olaraq özünüidarə – 41 metod – üsullarının birləşdiyi psixoloji, fiziki, sosial, iqtisadi və siyasi vasitələr birləşir. 198 metod bu əsərə əlavədə toplanıb.
Bu metodların çoxundan düşünülmüş, ardıcıl, geniş istifadə, müdrik strategiyaya uyğun seçilən taktika təlim keçən insanların əlində istənilən qanunsuz rejim üçün ciddi problemlər yarada bilər. Bu, bütün diktaturalara aiddir.
Silahlı mübarizə vasitələrindən fərqli olaraq zorsuz mübarizə metodları birbaşa fundamental vasitələrə yönəlir. Diktatura problemi siyasi müstəvidə olduğundan zorsuz mübarizənin siyasi formalarından yararlanmaq vacibdir. Burada əsas diqqət diktatorların legitimliyinin tanınmasına və rejimlə işbirliyindən imtinaya yönəlməlidir. İşbirliyindən imtina konkret siyasətə qarşı da seçilə bilər. Vaxtaşırı hiss edilmədən, bəlkə də gizli yubanma, gecikdirmə üsullarını sınaqdan keçirmək olar. Açıq itaətsizlik, müxalifətin kütləvi nümayişi və tətillərilə hər kəsin gözü qarşısında keçirilə bilər.
Başqa tərəfdən, əgər diktatura iqtisadi təzyiqə həssasdırsa, yaxud əhalinin əsas şikayətləri iqtisadi xarakterlidirsə, bu zaman ən uğurlu müqavimət metodu iqtisadi hərəkətlər - boykot, tətillərdir. Diktatorların iqtisadi sistemdən yararlanması cəhdlərini məhdud miqyasda ümumi tətillər, ləng iş - işləməkdən imtina – yaxud yoxa çıxma – etməsilə qarşılamaq olar. Tətillərin çeşidli üsullarından vacib məqamlarda istehsalın, xammal alınmasının, mal bölgüsünün dayanması daha da effektli olur.
Zorakı olmayan mübarizənin bir sıra metodları insanlardan onların gündəlik həyat ilə bağlı olmayan işlər görməyi tələb edir. Məsələn, vərəqələr yaymaq, gizli mətbuat çap etdirmək, aclıq elan etmək,
Küçədə oturaq nümayiş keçirmək, mitinqə çıxmaq. Bu metodlar bir sıra istisnalarla bəzi insanlar üçün sətindir.
Zorsuz mübarizənin başqa metodları isə əksinə, insanların öz normal yaşayış tərzlərində qalmanı tələb edir. Yalnız "əda"ları bir qədər dəyişmək gərəkdir. Məsələn, insanlar iş yerinə gəlir, ancaq adi hallarda olduğundan daha zəif və effektsiz işləyir. Çox zaman düşünülmüş "səhv"lərə yol verir, müəyyən edilən vaxtda kimsə "xəstələnir", ya da "işləyə bilmir". Ya da elə işləməkdən birbaşa imtina etmək olar. Kimsə gerçəkdə siyasi məqsəd daşıyan hansısa "dini" mərasimə gedə bilər. İnsanlar uşaqları təbliğatdan qorumaq üçün onlara evlərdə və gizli kurslarda təlim keçə bilər. Bəzi insanlar bir sıra "məsləhət" olunan, yaxud tələb edilən qurumlara üzv olmaqdan imtina edə bilər. Bu məsləhətli qurumlara öncədən sərbəst üzv olmaq mümkün olmazdı. İnsanların gündəlik həyatında o qədər də böyük dəyişiklik tələb etməyən bu vasitələr onların normal həyatdan ayrılmadan milli azadlıq mübarizəsinə qoşulmasına yol açır.
Zorsuz mübarizə prinsipial olaraq çeşidli vasitələrlə gerçəkləşdirildiyindən, bu zaman azacıq da olsa güc işlədilməsi mübarizəni diktatorların mütləq üstünlüyü əldə saxladığı səmtə – hərbiyə – yönəldə bilər.
Zorsuz hərəkətlər uğurun açarıdır – diktatorların, onların əlaltılarının təxribat və qəddarlıqlarına baxmayaraq buna ciddi əməl edilməlidir.
Zorsuz hərəkətlərin intizamı siyasi prosesində də fövqəladə vacibdir. Bu prosesdə rejimin müxalifətin aşkar zorsuz hərəkətlərinə qarşı açıq şəkildə qəddarlıq göstərməsi diktatorların öz mövqeyinə siyasi zərbə endirir. Bu, rejimin öz sıralarında narazılıq yaradır, cəmiyyətin müxtəlif təbəqələrinin müqavimət hərəkatını dəstəkləməsinə gətirir.
Ancaq bir sıra hallarda diktaturaya qarşı məhdud güc işlədilməsi qaçılmaz ola bilər. Rejimə nifrət və qəzəbin üzə çıxması zorakılığın partlayışına səbəb olur. Bundan başqa, bəzi qruplar zorsuz mübarizənin vacibliyini qəbul etsələr də hərəkətlər dayandırmağa razılıq verməyə bilər. Bu halda siyasi itaətsizlikdən imtina etməyə ehtiyac yoxdur. Ancaq zorakı və zorakı olmayan hərəkətlər arasında fərq qoyulmalıdır. Coğrafi yerləşmə, əhali qrupu, zaman və məqsəd bu nəzərə alınmalıdır. Əks halda zor siyasi itaətsizliyin potensial uğurlu inkişafına sarsıdıcı zərbə vura bilər.
Tarix göstərir ki, siyasi itaətsizliyin gedişində qurban və əzabkeşlərin olması mümkündürsə, onların sayı silahlı mübarizədə olduğundan xeyli azdır. Bundan başqa, mübarizənin bu tipli qətl və amansızlıqların uzun sürməsinə imkan vermir.
AŞKARLIQ, GİZLİLİK, YÜKSƏK STANDARTLAR
Zorsuz mübarizəni seçən hərəkat üçün gizlilik, yalan və gizli fəaliyyət xeyli çətinlik yaradır. Çox zaman siyasi polisdən, xüsusi xidmət orqanlarından məqsəd və planları gözləmək mümkün olmur. Hərəkatın perspektivi baxımından gizlilik təkcə qorxu ilə bağlı deyil. O qorxu hissinin yaranmasına yol açmaqla müqavimət ruhunu öldürür, bununla da aksiyaya qoşula biləcək insanların sayını xeyli azaldır.
Məxfilik həm də kimlərinsə rəqibin informatoru, ya da xəfiyyəsi olması haqqında hərəkat içində, çox zaman ədalətsiz olaraq şübhələr, ittihamlar yarada bilər. Məxfilik hərəkatın zorakılığa əl atmamasına da yardımçı ola bilər. Ondan fərqli olaraq düşüncə və planların aşkarlığı əks təsir göstərməklə yanaşı, həm də müqavimət hərəkatının yetərincə güclü olması haqda təəssürat yaradır. Təbii, problem ilk baxışda göründüyündən fərqlənir və müqavimət hərəkatında məxfilik tələb edən vacib aspektlər var.
Konkret situasiyada həyatını zorsuz mübarizənin dinamikasına sərf edən, diktaturaya nəzarət vasitələrindən xəbərdar olanlar üçün etibarlı informasiyaya söykənən qiymət tələb olunur.
Gizli nəşrlərin hazırlanması, çapı, yayımı, ölkə içində qeyri-leqal radio verilişlərinin yayımı, diktaturanın əməliyyatları haqqında kəşfiyyat məlumatlarının toplanması yüksək dərəcəli məxfilik şəraitində məhdud miqyasda xüsusi üsullarla aparılmalıdır.
Zorsuz aksiyalarda konfliktin bütün mərhələlərində yüksək nizam-intizam vacibdir. Qorxmazlıq, zorsuz hərəkət intizamının qorunması hər zaman tələb olunur. Yaddan çıxarmaq olmaz ki, konkret dəyişikliklər edilməsi üçün çox sayda insanın iştirakı vacibdir. Onların etibarlı iştirakının olması üçün isə, hərəkatın yüksək standartlarla qurulması vacibdir.
Strateqlər diqqətdən qaçırmamalıdırlar ki, siyasi qüvvələr nisbəti ardıcıl və tez-tez dəyihə bilər. Əgər müqavimət iştirakçıları repressiyalara baxmadan zorsuz hərəkətləri davam etdirsələr bu, mümkün olacaq.
Bu tip konfliktlərdə başqalarına nisbətən iştirakçı tərəflərin qüvvələr nisbəti variantları xeyli çoxdur. Onlar tez yaranır və müxtəlif siyasi önəm daşıyan sonucları zorakı mübarizədəkindən çox olur. Bu müxtəliflik sayəsində müqavimət iştirakçılarının konkret aksiyasının müəyyən zaman və məkan çərçivəsinə sığmayan sonucları əldə edilə bilər. Belə nəticələr əks-səda verərək bu, ya da başqa qrupun güclənməsinə, yaxud zəifləməsinə imkan yaradacaq.
Bundan başqa, zorakı hərəkətlərə yol verməyən qrupun artan, ya da azalan qüvvələr nisbətinə daha böyük təsir göstərə bilir. Məsələn, diktatorların qəddarlığına qarşı nizam-intizamlı, mərdanə zorsuz müqavimət diktatorun öz əsgərlər və əhali arasında narahatlıq, etiraz inamsızlıq, ekstremal durumlarda isə üsyan yarada bilər.
Bu, həm də diktaturanın geniş miqyasda beynəlxalq qınağına da gətirib çıxarar. Bundan başqa, savadlı, intizamlı, ardıcıq qaydada tətbiq edilən siyasi itaətsizlik adətən diktaturaya passiv dəstək verən, bir qayda olaraq neytral mövqe tutan insanların da müqavimət hərəkatına qoşulmasına gətirib çıxarar.
Zorsuz mübarizə 4 üsulla dəyişiklik yarada bilər. Birinci bir az müəmmalı olsa da, hərdən baş verir. Əgər rəqibin tərəfdarları cəsur insanlara qarşı repressiyaları görüb ondan mütəəssir olsalar, müqavimət hərəkatı üzvlərinin ədalət uğrunda mübarizə apardığını dərk etsələr onlar mövqelərini dəyişə bilər. Bu, düşüncə dəyişikliyi adlanır. Zorsuz aksiyalarda bu, çox nadir hallarda baş verir. Bir çox konfliktlərdə isə ümumiyyətlə baş vermir, ya da olduqca kiçik miqyasda üzə çıxır.
Zorsuz mübarizə daha çox ona gətirir ki, rəqib daha istədiyi kimi davrana bilmir. Məhz bundan qalan 3 mexanizm yaranır: uyğunlaşma, zorsuz məcburetmə, çökmə. Onlardan hansının meydana çıxması isə qüvvələr nisbətinin demokratların xeyrinə necə dəyişməsindən asılıdır.
Əgər gündəlikdə dayanan məsələlər fundamental xarakter daşımırsa, məhdud kampaniyada müxalifətin tələbinə hədə kimi yanaşılmır. Qarşıdurma qüvvələr nisbətini dəyişibsə bu konflikt saziş imzalanmasına, razılaşmaya, kompromisə gətirir. Məsələn, tətillərin çoxu belə başa çatır. Bəzən tərəflər İddialarının bəzisinə çatsa da bütün istədikləri baş tutmur. Hökumət belə anlaşmaya müsbət yanaşır – gərginliyin azalmasına, "ədalət"lilik təəssüratı yarandığına, rejimin beynəlxalq nüfuzunun möhkəmlənməsinə görə. Diktaturanın devrilməsinin bu problemlərlə heç bir bağlılığı yoxdur.
Zorsuz mübarizə gözlənildiyindən daha güclü ola bilər. Kütləvi etiraz, işbirliyindən imtina, itaətsizlik sosial, siyasi şəraiti, xüsusən də qüvvələr nisbətini elə kəskin dəyişə bilər ki, diktaturanın iqtisadi, sosial, siyasi prosesləri idarəsi mümkünsüz olar. Rəqibin silahlı qüvvələri etibarı o qədər itirə bilər ki, müqavimət hərəkatı üzvlərinə qarşı repressiya göstərişlərini yerinə yetirməyə bilər. Rəqib iqtidarda qalsa da effektiv hərəkət edə bilməz. Bu, zorsuz məcburetmə deməkdir.
Zorsuz məcburetməyə gətirən bir sıra ekstremal situasiyalar olduqca önəmli sonuclara gətirə bilər. Hakimiyyətin proseslərə nəzarət imkanı azalır, idarəetmə strukturu çökür. Özünüidarə, işbirliyindən imtina, itaətsizlik o qədər genişlənir ki, rəqibin heç nəzarət görüntüsü yaratmaq iqtidarı da olmur. Bürokratik aparat öz başçısına tabe olmaqdan imtina edir. Qoşun və polis üsyana başlayır. Rəqibin ənənəvi ardıcılları və əhali hakimiyyəti dəstəkləmir. Ona görə də onların tabe və dəstəyi itirilir. Dəyişikliklərin dördüncü mexanizmi rəqibin sisteminin çökməsi o qədər bariz olur ki, onun hətta təslim olmağa gücü çatmır. Rejim sadəcə parçalanır.
Qurtuluş strategiyasının planlaşdırılması zamanı bu mexanizmi sadəcə nəzərə almaq gərəkdir. Bəzən onlar təsadüfən yaranır. Bəzən onlardan birinin, ya da bir neçəsinin seçilməsi strategiyanın bir-birini tamamlayan elementlərinə çevrilir.
Mexanizmin, ya da mexanizmlərin seçilməsi bir sıra faktorlardan asılıdır. Bu sırada mübarizə aparan qurumlar arasında mütləq, ya da qismən qüvvələr nisbəti, zorsuz mübarizə aparan qrupun yanaşma və məqsədi də var.
SİYASİ İTAƏTSİZLİYİN DEMOKRATİKLƏŞMƏSİNİN EFFEKTİ
Güc sanksiyalarının mərkəzləşdirilmiş təsirindən fərqli olaraq zorsuz mübarizə metodlarından yararlanma siyasi cəmiyyətin bir neçə yöndə demokratikləşməsinə yol açır.
Demokratik təsirin tərəflərindən biri mənfidir. Silahlı mübarizə vasitələrindən fərqli olaraq bu metoda diktatura yaratmaq, ya da onu saxlamaq üçün iqtidarın xalqa qarşı repressiv tədbirlər görməsi yoxdur. Siyasi itaətsizlik hərəkatının liderləri öz tərəfdarlarına təsir ya da təzyiq göstərmək gücündə olsalar da qarşı tərəflə razılaşdıqlarına, başqa liderlərin tərəfinə keçdiklərinə görə onları dustaqxanaya sala, edam edə bilərlər.
Demokratikləşmə effektinin başqa bir tərəfi isə müsbətdir. Zorsuz mübarizə əhaliyə artıq mövcud olan, yaxud potensial diktatorlara qarşı mübarizə vasitələri qazandırır. Aşağıda buna bir neçə misal verilir:
Zorsuz mübarizə təcrübəsi əhalinin özünəinamını, onun iqtidarın repressiyalarına qarşı dözümlülüyünü artıra bilər.
Zorsuz mübarizə insanlara iqtidarla işbirliyindən imtina və itaətsizlik vasitələri verər. Bu isə istənilən diktator qrupunun antidemokratik hərəkətlərinə müqavimət imkanı verir.
Zorsuz mübarizə demokratik azadlıqlar praktikasının təsiri – söz azadlığı, azad mətbuat, müstəqil qurumlar, repressiv idarəçiliyə qarşı sərbəst toplaşmaq azadlığı – üçün də istifadə oluna bilər.
Zorsuz mübarizə yuxarıda sadalanan cəmiyyət institutlarının yaşamasına, dirçəlməsinə, möhkəmlənməsinə yol aça bilər. Onlar əhalinin gücünü səfərbər edə bildiklərinə, istənilən potensial diktatorun real gücünü məhdudlaşdırdığına görə önəmlidir.
Zorsuz mübarizə diktator hökumətinin polis və hərbi qüvvəsinin repressiv aksiyalarına təsir göstərmək üçün əhaliyə imkanlar yaradır.
Zorsuz mübarizə əhaliyə və müstəqil institutlara demokratiya maraqlarına görə hakim elitanın güc qaynaqlarını qapatmaq üçün imkanlar yaradır. Bununla da iqtidar üçün real təhlükə ortaya çıxır.
ZORSUZ MÜBARİZƏNİN ÇƏTİNLİKLƏRİ
Deyilənlərdən aydın olur ki, zorsuz mübarizə mürəkkəb sosial mübarizə vasitəsidir. Burada çoxlu metodlar, dəyişiklik mexanizmləri var. Onun nizam-intizam üzrə də xüsusi tələbləri var. Diktaturaya qarşı effektiv olması üçün siyasi itaətsizlik xüsusi planlaşma və hazırlıq tələb edir. Gələcək iştirakçılar onlardan nələrin tələb olunduğunu bilməlidirlər. Gərək olan resursları tapmaq da vacib olanlar sırasındadır. Strateqlər zorsuz mübarizənin necə istifadəsinin daha effektli olacağını öncədən planlaşdırmalıdırlar. Diqqəti strateji planlaşdırma kimi vacib bir məqama yönəldək.
STRATEJİ PLANLAŞDIRMANIN VACİBLİYİ
Diktaturaya qarşı siyasi itaətsizlik kampaniyası ən müxtəlif vasitələrlə başlaya bilər. Keçmişdə belə mübarizə demək olar həmişə planlaşdırmamış, daha çox təsadüfi olub. Keçmişdə belə aksiyalar olduqca çeşidli səbəblərdən – yeni qəddarlıqdan, nüfuzlu şəxsiyyətin öldürülməsindən, yeni repressiv siyasət, yaxud fərmandan, ərzaq çatışmazlığından, dini inanclara sayğısızlıqdan, dini ildönümlərə sayğısızlıqdan qaynaqlana bilər. Bəzən iqtidarın hər hansı aktından əhali elə hiddətlənirdi ki, onlar sonucda nə baş verəcəyini düşünmədən aksiyalara başlayırdılar. Konkret təhqir elə ola bilər ki, əhalinin böyük çoxluğu onu sanki özünə qarşı yönəlmiş sayaraq mübarizəyə başlaya bilər. Bir sıra hallarda isə kiçik qrupun etiraz çağırışına olduqca böyük kütlə qoşula bilər.
Çılğın hərəkətlərin müsbət tərəfləri olsa da çatışmazlıqları da yox deyil. Çox zaman demokratik hərəkatın iştirakçıları diktaturanın qəddarlığını gözləmir, əzablara dözmür, ona görə də müqavimət uğursuzluğa gətirir. Zaman keçdikcə planlaşdırmanın olmaması demokratların təsadüfi qərarlar qəbul etməsinə, bu isə öz sırasında məhvedici nəticələrə gətirib çıxarır. Hətta diktatura rejimi devrildikdə demokratik sistemə keçid üzrə planlaşmanın yoxluğu yeni diktaturanın yaranmasına yol açırdı.
Şübhəsiz planlaşdırılmış xalq etiraz aksiyaları gələcəkdə diktaturaya qarşı böyük rol oynayacaq. Ancaq indi diktaturanı devirməyin effektiv yollarını müəyyən etmək imkanı, siyasi situasiyanın, əhalinin əhval-ruhiyyəsinin uyğun məqamını kampaniyaya hansı metodla başlamağı seçmək olar.
Belə durumlarda qurtuluş əldə edilməsinin effektiv yollarını seçmək üçün durumun, əhalinin imkanlarının real qiymətləndirilməsinə əsaslanan olduqca dəqiq təhlilə ehtiyacı var.
Nəyəsə çatmaq üçün bunu necə etməyi planlaşdırmaq gərəkdir. Məqsəd, uğursuzluğun nəticələri ciddi olduqca planlaşdırma daha vacib olur. Strateji planlaşdırma bütün resursların səfərbər olunacağı, effektli istifadə ediləcəyi ehtimalını artırır. Bu xüsusən məhdud imkanları olan demokratik hərəkata aiddir. Hərəkatın üzvləri məhdudiyyətlərlə üzləşsələr də güclü diktaturanı devirməyə çalışırlar. Ondan fərqli olaraq diktaturanın böyük maddi sərvətləri, təşkilatlanmış gücü, qəddar hərəkətlər etmək imkanları var.
"Strategiyanı planlaşdırma" böyük ehtimalla indiki durumu arzu olunan gələcək duruma çevirəcək hərəkətlərin ardıcıllığını dəqiq müəyyən etməkdir. Yəni bu hərəkətlər sistemi diktaturanı demokratiyaya çevirə bilməlidir. Bu məqsədə çatmaq planı əzabkeş xalqın və cəmiyyətin dəstəyinə, diktaturanın zəifləməsinə yönələn ardıcıl kampaniya və başqa mütəşəkkil aksiyalar toplusudur. Onu da vurğulayaq ki, məqsəd yalnız diktaturanın devrilməsi yox, həm də demokratik sistemin qurulmasıdır. Öz məqsədlərini yalnız hakimiyyətdə olan diktaturanı devirməklə məhdudlaşdıran əsas strategiya yeni tiranın yaranmasına risk edir.
Dünyanın ayrı-ayrı yerlərində azadlıq tərəfdarları qurtuluş yollarına çatmağın planlaşdırılması haqqında düşünür. Təşəbbüskarlar yalnız fövqəladə hallarda dəqiq strateji planlaşdırmanın vacibliyini qəbul edir. Sonucda planlaşdırma sadəcə baş tutmur.
Nəyə görə belədir? Öz xalqının siyasi azadlığı üçün çalışan insan məqsədə çatmaq üçün əhatəli strateji planı olduqca nadir hallarda hazırlayır. Çox təəssüf, tez-tez demokratik müxalifətin qruplarının üzvləri strateji təfəkkürə alışmayıb.
Bunun yerinə diktaturanın təşəbbüslərinə sadə reaksiya daha çox yayılıb. Beləliklə, müxalifət hər zaman müdafiəyə üstünlük verir, məhdud azadlığını qorumağa çalışır, ən yaxşı halda diktator nəzarətinin yaradılmasını yubadır, ya da diktaturanın yeni siyasəti üçün bir sıra problemlər yardır.
Düzdü, bəzi şəxsiyyətlər və qruplar qurtuluş hərəkatının geniş, uzunmüddətli planlaşdırmasının vacib saymır. Bunun yerinə avamlıqla düşünürlər ki, əgər öz məqsədlərini təkidlə, uzun müddət tələb etsələr o hansısa yolla həyata keçəcək. Bəzi insanlar isə elə düşünür ki, bəzi problemlərə baxmayaraq yaşayır və öz prinsiplərinə sadiq qalırlarsa, demək, onlar ideyalarının gerçəkləşməsi üçün əllərindən gələni edir. Humanitar məqsədləri dəstəkləmək, ideallara sədaqət çox əladır, ancaq diktaturanın devrilməsi, azadlığın qazanılması üçün qətiyyən yetərli deyil.
Diktaturanın başqa əleyhdarları isə fikirləşir ki, əgər yetərincə güc işlətsələr, azadlıq əldə olunacaq. Ancaq yuxarıda dediyimiz kimi, güc işlədilməsi həmişə uğura gətirmir. Qurtuluş yerinə güc tətbiqi məğlubiyyətə, kütləvi məhrumiyyətlərə gətirə bilər. Çox zaman diktatura zor tədbirlərinə daha yaxşı hazır olur, hərbçilər isə çox az hallarda demokratlara acıyır. Əgər ümumiyyətlə bu baş verirsə…
Hərəkatın elə fəal üzvləri olur ki, onlar nə etmək gərək olduğunu "hiss edir" və elə o cür də hərəkət edirlər. Belə yanaşma eqosentrizmlə yanaşı qurtuluşun əsas strategiyasını hazırlamağa imkan vermir.
Kiminsə ağlına gələn "parlaq ideya"nın da çatışmazlıqları ola bilər. Bunun yerinə növbəti addım dəqiq hesablanmalı və gerçəkləşdirilməlidir. Strateji araşdırma olmadan müqavimət liderləri "növbəti addım"ın necə olacağını bilmir. Çünki onlar heç zaman strateji planlaşdırma haqqında düşünməyib. Yaradıcılıq və parlaq ideyalar gərəklidir, ancaq onlardan demokratik qüvvələrin strateji durumunu yaxşılaşdırmaq üçün yararlanmaq gərəkdir.
Diktaturaya qarşı çoxsaylı tədbirlərdən xəbərdar olanlar bəzən məhz nədən başlamağı ayırd edə bilmir, ona görə də bütün addımların eyni zamanda atılmasının gərəkliyini düşünür. Bu, yaxşı olardı. Ancaq… mümkün deyil. Xüsusən nisbətən zəif hərəkatlar üçün. Bundan başqa, belə yanaşma nədən başlamağın, qüvvəni haraya yönəltməyin, məhdud ehtiyatları necə sərf etməyin yollarını göstərmir.
Bir sıra şəxsiyyətlər və qruplar hər hansı planlaşmanın vacibliyini etiraf etsələr də bu işi qısa müddətə, ya da texniki əsasla görə bilər. Onlar başa düşmür ki, uzunmüddətli planlaşdırma vacib, yoxsa, mümkündür. Bəzən onlar strateji düşünmək və analiz etmək iqtidarında olmur. Çünki, onlar nisbətən kiçik məsələlərə daha çox vaxt ayırmağı özlərinə rəva görmür. Bu isə təşəbbüsün demokratik hərəkatın əlinə keçməsini reallaşdırmaq yerinə rəqibin maraqlarına cavab verir. Qısamüddətli hərəkətlərə böyük qüvvə xərcləyən belə liderlər ardıcıl olaraq onları məqsədə yaxınlaşdıran alternativ yollar üzərində işləmir.
Elə demokratik hərəkatlar var ki, onlar müəyyən səbəbdən diktaturanın devrilməsi üzrə strateji plan hazırlamır, qüvvələrini gündəlik məsələlərə yönəldirlər. Onlar inanmırlar ki, gücləri diktaturanın devrilməsinə çata bilər. Ona görə də planlaşdırmaya romantik vaxt itkisi, səmərəsiz işlə məşğul olmaq kimi yanaşırlar. Nəhəng, qəddar diktaturadan qurtulmaq üzrə mübarizə aparan insanlar elə böyük güclü hərbi polis sistemilə üz-üzə dayanır ki, onların düşüncəsində diktatura istədiyini edə bilər. Real ümid olmasa da bəzi insanlar diktaturaya qarşı öz düzgünlüklərinə, bəlkə də tarixə görə mübarizə aparırlar. Onlar bunu etiraf etməsələr də – bəzən onlar bunun heç fərqində də olmurlar – öz hərəkətləri özlərinə ümidsiz görünür.
Strateji planlaşdırmanın yoxluğu acınacaqlı sonuclara gətirir – hərəkatın gücü parçalanır, hərəkətləri effektsiz olur, enerjisi xırda problemlərə yönəldilir, üstünlüklərdən istifadə edilmir, boş yerə qurbanlar verilir. Demokratlar strateji plan hazırlamasalar çətin ki, məqsədlərinə çata bilsinlər. Pis işlənmiş plan təsadüfi aksiyalar geniş müqavimət hərəkatını irəliyə apara bilməz. Bunun yerinə diktaturanın nəzarəti və hakimiyyəti genişlənəcək.
Təəssüf, qurtuluşun böyük strateji planları demək olar işlənmədiyindən diktaturalar olduqlarından daha sabit görünür. Onlar gərək olduqlarından daha çox – illərlə, onillərlə yaşayır.
STRATEJİ PLANLAŞDIRMANIN 4 VACİB TERMİNİ
Strateji düşüncə tərzi üçün 4 əsas terminə aydınlıq gətirilməlidir. Əsas strategiya konfliktdə öz məqsədlərinə çatmaq istəyən qrupun uyğun və mümkün resurslarının – iqtisadi, mənəvi, siyasi, təşkilatı, insan resursları – koordinasiyası və birbaşa tətbiqi üzrə istifadə olunan konsepsiyadır.
Əsas strategiya əsas diqqəti qrupun məqsədlərinə və ehtiyatlarına yönəldərək konflikt boyu daha çox uyğun hərəkət metodlarını müəyyən edir. Məsələn, adi silahlı müqavimət, ya da zorsuz mübarizə. Strateji plan hazırlanan zaman hərəkat liderləri rəqibə hansı təsir və təzyiq vasitələrinin göstərilməsini dəqiq hesablamalı, ona uyğun plan cızmalıdır. Daha sonra əsas strategiya başlanğıc və davamlı müqavimət kampaniyasının hansı şərtlərlə, hansı zaman çərçivəsində aparılacağını müəyyənləşdirməlidir.
Əsas strategiya mübarizə üçün daha dar strategiya seçilməsinin əsas çərçivələrini yaradır. O, həm də konkret qrupların əsas vəzifələrini, ehtiyatların onda arasında bölgüsünü müəyyən edir strategiya konsepsiyadır. Elə bir konsepsiya ki, əsas strategiya çərçivəsində hərəkət etməklə konflikt zamanı məqsədə daha uğurla çatmağın yollarını müəyyən edir. Strategiya eyni zamanda mübarizəyə başlamaq, onu nə zaman və necə aparmaq, konkret məqsədlər uğrunda mübarizədə maksimal effekti necə əldə etmək üsullarını cavab verir. Bəzən strategiyanı rəssam təxəyyülü, strateji planı isə memar çertyoju ilə müqayisə edirlər.
Bir neçə münasib strateji situasiyanın yaradılması da strategiyaya daxil ola bilər. Bu zaman rəqib açıq mübarizədə öz məğlubiyyətinin qaçılmaz olduğunu anlaya, bu səbəbdən də açıq mübarizəsiz təslim ola bilər. Yoxsa, münasib strateji situasiya demokratların qələbəsini təmin etmiş olacaq.
Mübarizənin gedişinə uyğun olaraq strateji plan kampaniyanın necə inkişaf etməsi, onun ayrı-ayrı komponentlərinin bir-birini necə tamamlayacağı haqqında ümumi təsəvvür yaradır. Bu, konkret hərbi qrupların daha kiçikmiqyaslı əməliyyatlarda dəqiq istifadəsini nəzərdə tutur. Müdrik strategiyanın planlaşdırılması əməliyyatın gedişində seçilmiş mübarizə formalarının uğurlu istifadəsi tələbini diqqətdən qaçırmamalıdır. Mübarizənin çeşidli formalarının çeşidli də tələbləri var. Təbii, sadəcə "tələblərin" yerinə yetirilməsi uğur üçün yetərli deyil. Bu halda əlavə faktorlar da nəzərdən qaçırılmamalıdır.
Strategiya hazırlayan zaman demokratlar öz məqsədlərini olduqca dəqiq formalaşdırmalı, onlara çatmaq üçün göstərilən səylərin qiymətləndirilməsi metodunu hazırlamalıdırlar. Bu müəyyənetmə və analiz strateqlərə qarşıya qoyulan hər bir məqsədə çatmağın dəqiq tələblərini müəyyən etmək imkanı verir. Aşkarlığın vacibliyi eyni dərəcədə taktiki planlaşdırmaya da aiddir.
Hərəkətlərin taktika və metodları strategiyanın gerçəkləşdirilməsi üçün istifadə edilir. Taktika əldə olunan qüvvələrdən münasib olmayan situasiyada məhdud miqyasda məhdud məqsədlərə çatmaq üzrə hərəkət deməkdir. Taktika seçimi konfliktin müəyyən fazasında strategiyanın həyata keçirməsi üçün əldə olan vasitələrdən necə istifadə etmək konsepsiyasına əsaslanır. Effektivliyin artırılması üçün strateji məqsədlərə çatmağa yardımçı olan taktika və metodları hər zaman diqqətlə seçmək və reallaşdırmaq gərəkdir. Strateji məqsədlərə çatmağı sürətləndirməyən taktiki qələbələr sonda əbəs yerə enerji sərf etməkdən başqa bir nəsnə olmayacaq.
Beləliklə, taktika əsas strategiyanın bölümü olduğu kimi geniş strategiya çərçivəsində məhdud miqyaslı hərəkətlərlə məşğul olur. Taktika həmişə mübarizə ilə bağlıdır, strategiya isə daha geniş hərəkətlər üçün nəzərdə tutulur. Konkret taktika döyüş, yaxud hansısa kampaniyanın ümumi strategiyasının bir bölümü kimi qəbul edilir. Taktika strategiyadan fərqli olaraq daha məhdud zamanda, məhdud məkanda, daha az sayda insanla, daha məhdud məqsədlər üçün istifadə olunur. Zorsuz aksiyalarda taktiki və strateji məqsədlər arasında fərq aksiyanın məqsədinin kiçik, yoxsa böyük olmasından asılıdır.
Strateji məqsədlərə çatmaq üçün taktiki hücum hərəkətləri seçilir. Taktiki döyüşlər rəqibə həlledici zərbələr endirmək üçün uyğun şərtlər yaradılması vasitəsidir. Ona görə də taktiki əməliyyatların planlaşdırılması, həyata keçirilməsi üçün məsuliyyət daşıyan insanların situasiyanı dəqiq qiymətləndirmə bacarığının olması, bunun üçün münasib metodlardan istifadəsi fövqəladə vacibdir.
STRATEGİYANIN PLANLAŞDIRILMASI
Uğur ehtimalını artırmaq üçün müqavimət hərəkatının liderləri əsarət altında olan insanların birləşməsi, diktaturanın zəiflədilməsi, daha sonra məhv edilməsi, möhkəm demokratiyanın yaradılması üzrə geniş hərəkətlər planı hazırlamalıdır. Bu cür planının hazırlanması üçün situasiya və effektiv hərəkət yolları diqqətlə təhlil edilməlidir. Belə bir dəqiq analiz azadlıq mübarizəsinin baş strategiyasının işlənməsi ilə yanaşı ayrı-ayrı aksiyalar üzrə strategiyaların bazası ola bilər. Yeri gəlmişkən, əsas strategiya ilə ayrı-ayrı strategiyaların strategiyasının işlənməsi fərqli proseslərdir. Ayrı-ayrı kampaniyaların strategiyası yalnız əsas strategiya hazırlandıqdan sonra mümkün ola bilər.
Bu, əsas planın məqsədinə çatmasına və onun möhkəmləndirilməsinə xidmət etməlidir. Strategiya hazırlanması bir çox məsələ və öhdəlikləri nəzərə almağı tələb edir. Biz burada həm strateji, həm taktiki planlarda nəzərə alınması vacib olanlardan söz açacağıq. Ancaq istənilən strateji planlaşdırma onu hazırlayanlardan konflikt dönəminin bütün detallarını – fiziki, sosial, siyasi, psixoloji, iqtisadi, beynəlxalq faktorları dəqiq anlamağı tələb edir. Strategiyalar yalnız konkret mübarizə kontekstində hazırlanmalıdır.
İlk sırada demokratik liderlərdən və strategiyanı hazırlayanlardan məqsəd və işin önəmini qiymətləndirmək tələb olunur. Məqsədlər uğrunda mübarizə aparmağa dəyərmi?
Mübarizənin həqiqi məqsədlərini müəyyən etmək də ən vacib məqamlardandır. Artıq bildirmişdik ki, yalnız diktaturanın devrilməsi, yaxud diktatorların hakimiyyətdən salınması yetərli deyil. Belə münaqişələrin məqsədi demokratik idarəetmə sistemi olan azad cəmiyyətin qurulması olmalıdır. Bu məsələnin dəqiq dərk edilməsi əsas strategiyanın və ondan törəyən kiçik strategiyaların hazırlanmasına təsir göstərəcək.
Strategiyalar aşağıda sadalanan fundamental suallara da cavab verməlidir:
1. Azadlığın qarşısını kəsən əsas maneələr hansılardır?
2. Azadlığın əldə olunmasına hansı faktorlar yardımçı olacaq?
3. Diktaturanın arxalandığı əsas qüvvələr hansılardır?
4. Diktaturanın zəifliyi nədədir?
5. Diktaturanın güc qaynaqları nə dərəcədə əlçatandır?
6. Hansı qüvvələr demokratların və əhalinin əsas hissəsinin tərəfindədir?
7. Demokratik qüvvələrin və əhalinin əsas hissəsinin zəif cəhətləri hansılardır?
Onları necə aradan qaldırmaq olar?
8. Konfliktə cəlb olunmayan tərəflərin statusu hansıdır, diktaturaya, yaxud
demokratik hərəkata kimlər yardım edir, ya da edə bilər?
Əsas strategiyanı hazırlayanlar elə həmin səviyyədə konfliktdə istifadə olunacaq əsas mübarizə vasitələrini seçməlidir. Mübarizənin alternativ yollarının – hərb yolu, partizan savaşı, siyasi itaətsizlik – üstünlük və çatışmazlıqları dəqiq qiymətləndirilməlidir.
Bu seçimi edərkən strateqlər aşağıdakı məsələləri nəzərdən qaçırmamalıdırlar. Seçilən mübarizə tipi demokratik qüvvələrin imkanlarına uyğundurmu? Seçilən üsullardan əsarətdə olan xalqın güclü hissələri yararlanacaqlarmı? Bu üsullar nəyə yönəldilib – diktaturanın zəif nöqtələrinə, yoxsa güclülərinə. Seçilər vasitələr demokratların öz qüvvələrinə inamını artırır, yoxsa onlar üçüncü qüvvədən, məsələn, xarici təsirdən asılılıq tələb edir? Seçilən vasitələrin diktaturanın devrilməsində rolu nə olacaq? Onlar konfliktin gedişində meydana çıxa biləcək qurbanların sayını və dağıntıların miqyasını azalda, yaxud məhdudlaşdıra bilərmi? Bu vasitələr diktatura devriləndən sonra yaranacağı ehtimal edilən hökumətin tipinə təsir göstərə biləcəkmi? Effektiv sayılmayan üsullar işlənmiş əsas strategiyadan çıxarılmalıdır. Qabaqkı bölümlərdə bildirmişdik ki, siyasi itaətsizliyin yuxarıda sadalanan məsələlərə cavab verib-vermədiyini müəyyən etməlidirlər.
DEMOKRATİYANIN PLANLAŞDIRILMASI
Yaddan çıxarmaq olmaz ki, diktatura ilə mübarizənin əsas strategiyasının baş məqsədi təkcə diktaturanın devrilməsi yox, yeni diktaturanın yaranmasına heç zaman yol verməyəcək demokratik sistemin qurulmasıdır. Bu məqsədlərə uyğun gəlməsi üçün seçilən mübarizə vasitələri cəmiyyətdə hakimiyyətin effektiv bölüşdürülməsində müsbət rol oynamalıdır. Diktatura zamanı əhali və vətəndaş qurumları olduqca zəif, hökumət isə çox güclü olur. Bu disbalans düzəldilməsə, yeni hökumət istəsə diktaturaya çevrilə bilər. Ona görə də "saray" və "hakimiyyət" çevrilişləri arzuolunmazdır. Siyasi itaətsizlik beşinci bölümdə göstərdiyimiz kimi cəmiyyətin diktaturaya qarşı səfərbər edilməsi yolu ilə effektiv gücün daha bərabər bölünməsinə imkan yaradar. Bu proses çeşidli yollarla gerçəkləşə bilər. Mübarizənin zorsuz vasitələrinin işə salınması ona gətirir ki, artıq diktaturanın repressiya, təzyiq aparatı əhalidə xof yaratmır, onu tabe olmağa məcbur edə bilmir. Əhalinin təzyiq qarşısında davam gətirmək üçün güclü vasitələri olur, hətta o diktatura hakimiyyətini blokadaya da ala bilir. Bundan başqa siyasi itaətsizlik vasitəsilə xalqın gücünün səfərbər edilməsi cəmiyyətin müstəqil qurumlarını gücləndirir. Effektiv qüvvənin ilk dəfə sınaqdan keçirilməsi təcrübəsi yaddaşlardan tez silinmir. Mübarizədə qazanılmış bilik və təcrübə cəmiyyətin potensial diktatorlara asan tabe olması ehtimalını azaldır. Qüvvələr nisbətinin bu cür dəyişməsi sonda möhkəm demokratik cəmiyyətin qurulması ehtimalı artırır.
Əsas strategiyanın hazırlanması prosesində diktaturanın dağılacağı təqdirdə daxili müqavimətin və xarici təzyiqin nisbi rolunu qiymətləndirmək vacibdir. Bildirmişdik ki, mübarizənin əsas qüvvəsi ölkə içində olmalıdır. Beynəlxalq yardımın dərəcəsini və ümumiyyətlə olmasını ölkəiçi mübarizə stimullaşdırır.
Baş verənlərə kiçik əlavə kimi dünya ictimaiyyətinin gözündə iqtidarın mənfiliklərini aydın göstərmək üçün diqqət humanitar, etik, dini əsasda çatışmazlıqlara yönəldilə bilər. Qüvvə eyni zamanda hökumətin və beynəlxalq qurumların diktaturaya qarşı diplomatik, siyasi, iqtisadi sanksiyalar qəbul edilməsinə yönəldilə bilər. Sanksiyalar ən çeşidli formalarda – iqtisadi embarqo, silah alınmasına embarqo, diplomatik münasibətlərin zəifləməsi, onların kəsilməsi, diktaturalara iqtisadi yardım, investisiya yatırımının qadağan edilməsi, diktatura hökumətinin bir çox beynəlxalq qurumlardan, BMT-nin orqanlarından çıxarılması şəklində ola bilər. Bununla yanaşı demokratik qüvvələrə birbaşa beynəlxalq yardım, o sıradan maliyyə dəstəyi, rabitə vasitələrilə təminat göstərilə bilər.
ƏSAS STRATEGİYANIN HAZIRLANMASI
Əsas strategiyanı hazırlayanlar situasiyanın qiymətləndirilməsinə, vasitələrin seçilməsinə, xarici)dəstəyin rolunun müəyyən edilməsinə uyğun olaraq konfliktin mümkün inkişaf mərhələlərini indiki situasiyadan gələcək quruluşa, demokratik sistemin qurulmasına qədər bütün mərhələləri əhatə etməlidir. Əsas strategiyanı hazırlayanlar bir çox suallara cavab verməlidirlər. Bunlar aşağıdakılardır:
Diktaturanın ləğv edilməsi və demokratiyanın qurulmasının əsas konsepsiyaları
hansılardır?
Uzunmüddətli mübarizəni necə başlamaq gərəkdir?
Əsarət altında olan xalq kiçik miqyasda olsa belə diktaturaya meydan oxumaq üçün
özündə inam və gücü necə tapmalıdır?
Zaman keçdikcə, təcrübə çoxaldıqca əhalinin müqavimət və mübarizə imkanı necə
artacaq?
Cəmiyyətdə demokratik hakimiyyətin qurulması və diktaturanın məhdudlaşdırılması
üçün məhdud kampaniyalar seriyasının məqsədi nə olacaq?
Azadlıq mücadiləsində istifadə edilə biləcək diktaturadan qurulan müstəqil
qurumlar varmı? Cəmiyyətin hansı qurumları diktaturanın nəzarətindən azad ola
bilərlər? Hətta diktatura idarəçiliyi davam etsə belə demokratik sahə
yaradılması, məqsədlərə çatılması üçün demokratlar hansı qurumları yenidən
yaratmalıdırlar?
Müqavimət zamanı təşkilati güc necə möhkəmləndirilməlidir? İştirakçılara necə
təlim keçilməlidir?
Mübarizə prosesində hansı resurslara - maliyyə, avadanlıqlara ehtiyac var?
Əhalinin səfərbər edilməsi üçün hansı rəmz daha effektlidir?
Hansı hərəkətlərin köməyilə hansı mərhələdə diktatura hakimiyyətinin qaynaqları
yavaş-yavaş zəifləyə və tükənə bilər? Mübarizə aparan xalq eyni zamanda necə
vacib zorsuz düzən yaradacaq? Cəmiyyət mübarizə prosesində öz əsas ehtiyatlarını
necə təmin edəcək? Konflikt inkişaf etdikcə sosial düzən necə qorunacaq?
Demokratik hərəkat qələbə qazanılandan sonra keçidin mümkün qədər rahat olması
üçün post-diktaturalar cəmiyyətinin institusional bazasını yaratmağı necə davam
etdirəcək?
Biz artıq bildirmişdik ki, mübarizənin əsas qaynaqları ölkə içindən olmalıdır. Yaddan çıxarmaq olmaz ki, diktaturaya qarşı qurtuluş hərəkatlarını hamısı üçün etalon strategiya planı yoxdur, ola da bilməz. Diktaturanın devrilməsi və demokratik sistemin qurulması üzrə mübarizələr bir-birindən fərqlənir. Bütünlüklə oxşar situasiyalar olmur. Hər bir diktaturanın özünəməxsus xarakteristikası var, eləcədə azadlıq uğrunda mübarizə aparan xalqların imkanları da fərqlidir. Əsas strategiyanı hazırlayanlar təkcə o dönəmin durumunu deyil, həm də seçilən mübarizə üsullarının mahiyyətini dəqiq dərk etməlidir.
Dəqiq işlənmiş əsas strategiyanın hazırlanması başa çatandan sonra aydın, sağlam təfəkkür onu kütlələr üçün əlçatan etməyi tələb edir. Əgər ümumi konsepsiyanı və ayrı-ayrı təlimatları aydın başa düşsə, müqavimət hərəkatı tərəfdarların çoxu bu işə böyük həvəslə qoşulacaq. Bu biliklər insanın mənəvi gücünün hərəkatda iştirakına, düzgün hərəkət etməsinə potensial müsbət təsirə çevrilə bilər. Ümumi strategiyanın əsas müddəaları diktatorlara bəlli olacaq. Bundan xəbərdar olmaq isə diktaturanın repressiyaları nisbətən zəiflətməsinə gətirib çıxarır. Əsas strategiyanın ayrı-ayrı xarakteristikasını biləndən sonra diktatura düşərgəsində fikir ayrılıqları və dəyişikliklər baş verə bilər.
Diktaturanın devrilməsi və demokratik sistemin quruması üzrə əsas strateji planı qəbul edən demokratikyönlü qruplar onun gerçəkləşməsi üçün ciddi təkid etməlidir. Əsas plandan yalnız müstəsna hallarda kənara çıxmaq olar. Əsas strategiya yalnız o zaman dəyişdirilə bilər ki, onu hazırlayanlar strategiyanın düzgün hazırlanmamasına və mübarizə şəraitində fundamental dəyişikliklərin olmasına əmin olsunlar.
Hətta bu halda da dəyişikliklər təkrar fundamental araşdırmalardan daha adekvat strateji plan işlənib təsdiq edildikdən sonra mümkündür.
KAMPANİYALARIN STRATEGİYALARININ PLANLAŞDIRILMASI
Diktaturanın devrilməsi və demokratiyanın qurulması üzrə strategiya nə qədər savadlı və ümidverici olsa da o, öz-özünə gerçəkləşmir. Diktator hökumətinin darmadağın edilməsinə yönəlmiş çeşidli kampaniyaların strategiyasını hazırlamaq gərəklidir. Belə strategiyalar öz sırasında diktator rejiminə həlledici zərbələr endirəcək taktiki manevrlər üçün münbit şərait yaradır. Hərəkətlərin taktika və metodları seçilməlidir ki, sonda konkret strategiyanın gerçəkləşməsinə xidmət etmiş olsun. Burada da söhbət strateji məsələlərdən gedir.
Əsas kampaniyaları hazırlayan strateqlər də əsas strategiyanı hazırlayanlar kimi mübarizənin seçilmiş üsullarının mahiyyət və xarakteristikasına dəqiq bələd olmalıdır. Hərbi strategiya hazırlayan ordu zabitləri qüvvələrin strukturuna, taktikaya, maddi-texniki təchizata, silah-sursata, coğrafi şəraitə nə qədər bələd olmalıdırsa, siyasi mübarizənin strategiyasını hazırlayanlar da zorsuz mübarizənin mahiyyət və strateji prinsiplərini bir o qədər yaxşı dərk etməlidir.
Ancaq nə zorsuz mübarizə haqqında fikirlər, nə bizim yazdıqlarımızın məsləhətlərinə əməl etmək, nə buradakı suallara verilən cavablar strategiyanı formalaşdır bilməz. Strategiyanın hazırlanması biliklərlə möhkəmləndirilən yaradıcılıq tələb edir.
Müqavimətin ayrı-ayrı kampaniyalarının strategiyasının planlaşdırılması zamanı, o sıradan bütün hərəkat üçün qurtuluş planını hazırlayan strateqlər bir çox məqamlara diqqət verməlidir. Bunlar aşağıdakılardır:
Kampaniyanın konkret məqsədlərinin müəyyən edilməsi, onların əsas strategiyasının gerçəkləşdirilməsində rolu. Seçilən strategiyaların daha uğurla həyata keçirilməsi üçün konkret metod və siyasi silahın seçilməsi strateji kampaniyanın hər bir ümumi planında kiçik miqyaslı planları müəyyən etmək vacibdir. Unutmaq olmaz ki, əsas məqsədlərə çatmaq düzgün seçilmiş, ayrı-ayrı kiçik addımların gerçəkləşdirilməsi ilə mümkündür.
İqtisadi məsələlərin ümumi siyasi mübarizə ilə bağlılığının olub-olmamağını bunun hansı formada baş verəcəyini müəyyən etmək. Əgər iqtisadi metodlardan mübarizədə geniş istifadə ediləcəksə, əsas diqqət diktatura devriləndən sonra onun nəticələrinin aradan qaldırılmasına yönəldilməlidir. Əgər demokratik sistemə keçid dönəmində ciddi tədbirlər görülməsə, məyusluq və narazılıq yaranacaq. Bu məyusluq isə bütün iqtisadi bəlalarına son qoyacağına söz verən söz verən diktator qüvvələrinin zühuruna şərait yaratmış olar.
Müqavimət hərəkatını başlamaq üçün ən yaxşı idarəetmə strukturu və rabitə sisteminin zamanında müəyyən edilməsi.
Müqavimətin xəbərlərini əhalinin əsas hissəsinə, diktator qüvvələrinə, beynəlxalq KİV-ə çatdırılması. Bəyanat və reportajlar çox ciddi faktorlara söykənməlidir. Şişirtmələr və əsaslandırılmamış bəyanatlar müqavimət hərəkatına inamın itməsinə səbəb olur.
Münaqişənin inkişafı prosesində əhalinin tələbatının ödənilməsi üçün daxili imkanlar hesabına konstruktiv sosial, maarifçilik, iqtisadi və siyasi fəaliyyətinin planlaşdırılması. Bu layihələri konfliktdə birbaşa iştirak etməyən şəxslər də gerçəkləşdirə bilər. Ayrıca kampaniyanın, ya da bütünlüklə qurtuluş mübarizəsinin dəstəklənməsi üçün arzu olunan xarici yardımın müəyyən edilməsi.
Daxili mübarizəni xarici faktorlardan asılı salmamaq şərtlə xarici yardımı necə cəlb və istifadə etmək olar? Əsas diqqət yardımı daha real və arzuolunan xarici qruplara yönəldilməlidir. Bu sırada qeyri-hökumət təşkilatları – sosial hərəkətlər, dini, ya da siyasi qruplar, professional birliklər – hökumətlər və yaxud BMT, onun ayrıca qurumları.
Bundan başqa müqavimətin strategiyasını hazırlayanlar diktator hökumətinə kütləvi etiraz zamanı nizam-intizamı saxlamaq, sosial ehtiyacları ödəmək üçün öz qüvvələri hesabına tədbirlər görməlidirlər. Bu alternativ demokratik strukturlar yaratmaqla yanaşı həqiqi tələbləri ödəyər, iğtişaşlara və qanunsuzluqlara son qoyulmasına yönəldilən amansız repressiya çağırışlarının xofunu azaldır.
İŞBİRLİYİNDƏN İMTİNA İDEYASININ YAYILMASI
Diktaturaya uğurlu müqavimət göstərilməsinin vacib faktorlarından biri əhalinin işbirliyindən imtina ideyasını qəbul etməsidir. "Meymunlar padşahı"nın pritçasında – üçüncü fəsil – deyildiyi kimi, əsas ideya çox sadədir – əgər tabe olanların çoxu əməkdaşlıqdan imtina etsə, hətta repressiyalara baxmayaraq diktatura seçimi öncə zəifləyəcək, sonra isə bütünlüklə çökəcək.
Diktatura şəraitində yaşayan insanlar bəlkə də ayrı-ayrı qaynaqlardan bu konsepsiya ilə artıq tanışdırlar. Hətta bu halda da demokratik qüvvələr iqtidarla işbirliyindən imtina ideyasını yaymalıdır. Cəmiyyətdə "Meymunlar padşahı" və bu tipli əhvalatlar yayılmalıdır. Bu ideya qəbul ediləndən sonra əhalinin diktatura ilə işbirliyindən imtina etməsi üçün real baza yaranacaq. Əhali özü də yeni situasiyalarda əməkdaşlıqdan imtinanın yeni üsullarını tapa bilər.
Diktatura şəraitində müqavimət üzrə ideyaların, yeniliklərin, əsas istiqamətlərinin dəyişdirilməsi nə qədər çətin və təhlükəli olsa da demokratlar çox zaman bunun mümkün olduğunu sübuta yetirir. Hətta nasistlərin və kommunistlərin idarəçiliyi altında müqavimət üzvləri təkcə ayrı-ayrı şəxslərlə deyil, gizli qəzetlər, vərəqələr, kitablar, daha sonralar isə audio və videokassetlər vasitəsilə geniş auditoriyalarla əlaqə saxlayırdılar. Müqavimətin ümumi əsasnaməsi zamanında hazırlanmış strateji planlaşdırma vasitəsilə hazırlana və yayıla bilər. Burada əhalinin işbirliyinə etirazı və onu məhdudlaşdırması, eyni zamanda bu hərəkətlərin keçirilmə üsulları yer ala bilər. Artıq demokratik liderlərlə birbaşa təmas, hansısa təlimatların alınmasının mümkün olmadığı durumda əhali konkret situasiyada necə davranmağı biləcək. Bu əsasnamələrdə müqavimət hərəkatı içərisində təxribat yaymaq məqsədilə siyasi polisin buraxdığı müqavimət üzrə qondarma "əsasnamə"lərin ifşa mexanizmi də olmalıdır.
Strategiyanı hazırlayanlar diktaturanın demokratik müqavimətə cavab olaraq əl atacağı tədbirləri və repressiyaları - xüsusən də gücün həddi – göz önünə almalıdır. Mümkün repressiyalardan tabe olmadan necə yayınmaq, onun qarşısını almaq, neytrallaşdırmaq yolları haqqında düşünmək vacibdir. Taktiki olaraq bəzi hallarda əhalini və müqavimət hərəkatı üzvlərini risk ehtimallarından xəbərdar etmək gərəkdir. Əgər ciddi repressiyalar gözlənilirsə hərəkat üzvlərinə tibbi yardım göstərilməsinə ciddi hazırlaşmaq gərəkdir.
Repressiyaların qarşısını almaq üçün strateqlərə ən yaxşı vasitə təkcə məqsədə çatmaq üzrə yox, həm də mümkün repressiyaların qarşısını ala biləcək taktika və metodlar hazırlamaqdır. Məsələn, diktaturaya qarşı küçə yürüşləri və mitinqlər çox effektli ola bilər. Ancaq bu minlərlə insanın həyatı bahasına da başa gələ bilər. Ancaq nümayişçilərin ödədiyi yüksək dəyər faktiki olaraq diktaturaya böyük təzyiqə çevrilməyə də bilər. Bunun yerinə əhali evdə otura-otura tətillər keçirərək əməkdaşlıqdan imtina etməklə diktaturaya daha ciddi zərbə vura bilər.
Əgər faciəvi sonuclar riski ilə təxribatçı müqavimət aksiyaları təklif olunursa, bu zaman həmin aksiyadan əldə olunan xeyir və ziyan ətrafında ciddi düşünülməlidir. Müqavimət iştirakçıları və əhali mübarizə prosesində intizamlı olacaqmı, zor tətbiq etməkdən çəkinəcəkmi? Onlar zor işlətmələri üçün hazırlanan provokasiyalara getməyəcəklər ki?
Plan müəllifləri göstərməlidirlər ki, zorakı tədbirlərə əl atmamaq üçün hansı intizam tədbirləri görülməlidir? Necə etmək olar ki, zorakılıqlardan yan keçilsin? Həvalə edilmə, siyasi bəyanatlar, intizama dəvət edən vərəqə və çağırışlar, aqressiv ovqatlı şəxsiyyət və qrupların nümayiş və boykot çağırışları mümkün və effektli olacaqmı? Liderlər hər zaman təxribatçı agentlərdən qorunmalıdır. Onların vəzifəsi nümayişçiləri zor işlətməyə təhrik etməkdir?
Müfəssəl strateji plan ortaya çıxdıqdan sonra demokratik qüvvələr diktatorların onların strateji plandan çıxması üçün əl atdığı tədbirlərə məhəl qoymamalıdır. Bu əsas diqqətin önəmsiz məsələlər yönəlməsinə gətirib çıxara bilər. Heç bir ani emosiya – bu, diktaturanın yeni zorakılıqlarına cavab olaraq da ortaya çıxa bilər ! demokratik müqavimətin diqqətinin əsas strategiyadan, ya da strateji kampaniyadan ayrılmasına səbəb olmamalıdır. Bu zorakılıqlar demokratik qüvvələrin öz dəqiq işlənmiş planlarından imtina etməsi üçün qəsdən törədilə bilər. Əgər müqavimət təxribata gedib zor işlətsə iqtidar üçün onların məhv edilməsi daha rahat və arqumentli olar.
Fundamental araşdırmanın doğruluğu etiraf olunan andan demokratikyönlü qüvvələrin vəzifəsi ardıcıl olaraq irəliyə addımlamaqdır. Taktika və Ani məqsədlər üçün dəyişikliklər, təbii, baş verəcək – yaxşı liderlər hər zaman yeni imkanlardan istifadə etməyi bacarmalıdırlar. Belə dəqiqləşdirmələr əsas strategiyanın, ya da ayrıca kampaniyanın strategiyasına zidd olmamalıdır. Seçilmiş əsas strategiyanın dəqiqliklə gerçəkləşdirilməsi uğur əldə olunmasının ən yüksək dərəcəsidir.
SİYASİ MÜBARİZƏ TAKTİKASI
Əhali özünü gücsüz hiss edəndə, qorxu hissi keçirəndə minimal risk tələb edən gizli tədbirlər görülməlidir. Belə hərəkətlər, məsələn, qeyri-adi geyinmək manerası, dissidentlərin kütləvi nümayişinə, əhalinin itaətsizlik kampaniyasına birbaşa qoşulmasına gətirib çıxara bilər. Başqa rollarda isə nisbətən kiçik – guya – siyasi olmayan olay – məsələn əhalinin təmiz su ilə təchizatı – hər hansı qrupa diqqət yönəlməsinə səbəb ola bilər. Strateqlər elə tədbirlərə əl atmalıdırlar ki, həm diqqət çəkici olsun, həm də onları qadağan etmək çətinlik yaratsın. Belə məhdud kampaniyaların uğurlu konkret narazılıqları aradan qaldırmasında yox, eyni zamanda əhalinin düşüncəsində köklü dəyişikliklər yaratmasındadır. Bu isə olduqca böyük potensial qaynağıdır.
Uzunmüddətli mübarizənin kampaniyalarının strategiyalarından çoxu diktaturanın birbaşa və bütünlüklə devrilməsinə yox, məhdud məqsədlərə çatmağa yönəldilməlidir. Həm də bütün kampaniyalar heç də əhalinin bütün təbəqələrinin iştirakını tələb etmir.
Əsas strategiyanın gerçəkləşdirilməsinə yönələn konkret kampaniyaların ardıcıllığının müəyyən edilməsi zamanı strateqlər kampaniyaların başlanğıcında, gedişində və sonunda keçirilən hərəkətlər arasında fərq qoya bilir.
Mübarizənin ilkin mərhələlərində konkret məqsədləri olan ayrıca kampaniyalar xeyirli ola bilər. Belə kampaniyalar bir-birini əvəz edə bilər. Elə ola bilər ki, onların ikisi, ya da üçü eyni zaman düşə bilər. "Seçki müqaviməti" üçün strategiyanın planlaşdırılması zamanı diktaturanın əsas təzyiqlərini birləşdirən, narazılıq yaradan müəyyən qrup problemləri müəyyən etmək gərəkdir. Bu problemlər ümumi strategiya çərçivəsində aralıq strateji məqsədlərə çatmaq üzrə kampaniyaların məramına çevrilə bilər.
Aralıq strateji məqsədlərin demokratik qüvvələrin müəyyən təsir dairəsində əldə edilməsi mümkün olmalıdır. Bu zaman əldə olunan qələbələr seriyası döyüş ruhunun saxlanmasına imkan yaradar, uzunmüddətli mübarizə üçün vacib olan qüvvələr nisbətinə müsbət təsir göstərə bilər.
Seçki müqavimətinin strateqləri əsas diqqəti konkret sosial, iqtisadi, ya da siyasi problemlərə yönəltməlidirlər. Belə seçim sosial və siyasi sistemin ayrı-ayrı bölmələrinin diktatorların nəzarətindən kənarda qalması, diktatorların hər hansı məqsədə çatmasının qarşısının alınması üçün edilə bilər.
Əgər imkan varsa, seçkin mübarizə kampaniyası, yuxarıda dediyimiz kimi diktaturanın ən zəif nöqtəsinə, ya da nöqtələrinə yönəlməlidir. Beləliklə, demokratlar bu təsir dairəsində ən mümkün effekti əldə edə bilərlər.
Lap başlanğıcda strateqlər ən azı birinci kampaniyanın strategiyasını planlaşdırmalıdır. Onun məhdud məqsədləri hansılar olacaq? O, seçilmiş əsas strategiyaya necə yardım edəcək? Əgər imkan varsa, ikinci, hətta üçüncü kampaniyaların strategiyalarının, heç olmasa, layihəsi hazırlanmalıdır. Bütün bunlar əsas strategiyanın gerçəkləşməsinə xidmət etməli və onun ümumi göstərişləri çərçivəsini aşmamalıdır.
Diktaturanın dağıdılması üzrə yeni kampaniyanın başlanğıcında ilkin konkret siyasi işin müəyyən çərçivələri ola bilər. Bunlar əhalinin ovqatının, ona təsir imkanlarının yoxlanması, eyni zamanda onun işbirliyindən imtina, siyasi itaətsizlik yolu ilə mübarizəni davam etdirməyə hazırlamaq məqsədi daşımalıdır.
İlkin tədbirlər simvolik etiraz formasında, yaxud işbirliyindən məhdud, yaxud müvəqqəti imtina aksiyası kimi ortaya çıxa bilər. Əgər aksiya iştirakçılarının sayı çox deyilsə, ilkin addım, məsələn, hansısa xatirə abidəsinə əklil qoyulması da bilər. Başqa tərəfdən, əgər, aksiyaya yetərincə çoxsaylı insan qatılıbsa, onda bu, bütün fəaliyyətin dayandırılması, yaxud bir neçə dəqiqəlik sükut formasında da ola bilər. Başqa hallarda isə bir neçə nəfər aclıq elan edə, simvolik önəm daşıyan məkanda piket keçirə, tələbələr dərsləri qısamüddətli boykot edə, ya da vacib bir idarə qarşısında oturaq aksiya keçirə bilər. Diktatura şəraitində bu hərəkətlərin daha aqressivləri ciddi repressiyalarla üzləşəcəklər.
Bəzi simvolik aksiyalar – diktator sarayı önündəki, ya da siyasi polis qərargahı önündəki meydanların tutulması yüksək risklidir və kampaniyaların başlanğıcı üçün məsləhət görülmür.
İlkin simvolik etiraz aksiyaları bəzən ölkə içində, həm də beynəlxalq aləmdə böyük diqqətə səbəb olur. Məsələn, 1988-ci ildə Birmadakı kütləvi küçə yürüşləri, 1989-cu ildə Pekindəki tələblərin yığıncağı və aclıq aksiyalarında olduğu kimi. Hər iki aksiyada nümayişçilər arasında qurbanların sayının çox olması bir daha sübut edir ki, strateqlər kampaniyaların hazırlanmasında böyük ehtiyatlılıq göstərməlidirlər. Böyük mənəvi, psixoloji önəminə baxmayaraq diktaturanın devrilməsində belə aksiyalar arzuolunmazdır. Çünki simvolik xarakter daşıdıqlarından onlar diktator hökumətinin durumunda hər hansı dəyişikliyə gətirmir.
Adətən mübarizənin ilkin mərhələlərində diktatorların hakimiyyət qaynaqlarını tez və bütünlüklə bağlamaq mümkün olmur. İşbirliyindən kütləvi və qəti imtina etməklə rejimi devirmək, ona müqavimət göstərmək üçün bu işə bütün cəmiyyət, onun bütün qurumları – bir qədər qabaq onlar hələ "sözəbaxan" idilər – qoşulmalıdır. Hələ belə bir baş verməyib və belə sonucun əldə edilməsi olduqca çətin olacaq. Ona görə də işbirliyindən bütünlüklə imtina, yaxud itaətsizlik kampaniyası çox zaman diktaturaya qarşı kampaniyanın ilkin mərhələsi üçün real strategiya sayılır.
Seçkin mübarizə prosesində mübarizənin əsas cəbhəsini əhalinin bir və bir neçə təbəqəsi təmin edir. Başqa məqsədlər daşıyan sonrakı kampaniyalarda mübarizənin əsas cəbhəsi əhalinin başqa bir təbəqəsinin üzərinə düşəcək . Məsələn, tələbələr tədris prosesi ilə bağlı tətil keçirə bilərlər, dini liderlərlə dindarlar din azadlığı probleminə diqqət yönəldər, dəmiryolçular təhlükəsizlik qaydalarına elə ciddi əməl edə bilərlər ki, bu, dəmir yolu sistemində ləngimələrə səbəb olar, jurnalistlər senzuraya etiraz əlaməti olaraq qadağan olunan məqalələrin yerində ağ səhifələr dərc etdirər, polis müxalifət üzvlərinin axtarışı və tutulmasında ardıcıl "uğursuzluqlara" dözər.
Müqavimət kampaniyalarının əhalinin ayrı-ayrı təbəqələrinə, ayrı-ayrı problemlərə bağlı olan planlaşdırması mübarizənin gedişində əhalinin müəyyən təbəqələrinə passiv olmaq imkanı verir.
DİKTATOR HAKİMİYYƏTİNİ HƏDƏFƏ ALMA
Demokratik qüvvələrin öncələr diktaturaya tabe olan diktatura tərəfdarlarının zəiflədilməsi prosesinə də diqqət ayırmaq vacibdir. Onların dəstəyi qəddarlığın ifşası, diktaturanın yol açdığı faciəvi sonucların aşkarlanması, onlarda diktaturanın devriləcəyinə əminlik yaradılması ilə zəiflədilə bilərmi? Diktatura tərəfdarlarını heç olmasa "neytral" olmağa əmin etmək vacibdir. Onların demokratik hərəkatın fəal tərəfdarlarına çevrilməsi isə lap əla olardı.
Siyasi itaətsizlik və işbirliyindən imtinanın planlaşdırılması və gerçəkləşdirilməsi prosesində diktatorun bütün əsas tərəfdarlarına və məsləhətçilərinə, o sıradan onların daxili çağırışlarına, siyasi partiyalarına, polis və məmurlarına, xüsusən də ordusuna diqqət ayrılması olduqca vacibdir.
Silahlı qüvvələrin – həm əsgərlərin, həm də zabitlərin diktatorlara loyallıq dərəcəsi mütləq diqqətlə araşdırılmalıdır. Bu, demokratik qüvvələrin orduya təsir imkanlarının ölçülməsi üçün çox vacibdir. Çoxsaylı adi əsgərlər bədbəxt, sıxışdırılan yeni çağırışçı ola bilərmi? Çoxsaylı əsgər və zabitlər şəxsi, ailəvi, ya da siyasi motivlərə görə rejimdən narazı ola bilərmi? Əsgər və zabitlərin demokratik təsir altına düşməsinə daha hansı faktorlar yardımçı ola bilər?
Qurtuluş mücadiləsinin lap başlanğıcında diktatorların qonşuları və məmurları ilə ayrıca davranış strategiyasının hazırlanması vacibdirmi? Demokratik qüvvələr söz, simvol və hərəkətlərlə ordunu qurtuluş mücadiləsinin enerjili, qətiyyətli və güclü olacağına əmin etməlidir. Ordu başa düşməlidir ki, müqavimət xüsusi xarakter daşıyacaq və onların həyatına yox, diktaturanın məhvinə yönələcək. Belə səylər önü-sonu orduda mənəvi keyfiyyətlərin aşılanmasına, onların demokratik hərəkata üstünlük verməsinə gətirib çıxaracaq. Analoji strategiyalar polis və dövlət qulluqçularına da yönəldilə bilər.
Güc strukturlarının diktaturaya tabe olmaması onların hərbi çevriliş yolu ilə diktaturanı devrilməyə təhrik etməsi kimi dəyərləndirilməməlidir. Bu ssenari üzrə uzunmüddətli demokratiya qurmaq mümkün olmayacaq. Çünki çevrilişi əhali ilə iqtidar arasında qüvvələr nisbətini dəyişməyəcək. Ona görə də hərəkata meylli zabitləri nə hərbi çevrilişin, nə vətəndaş savaşının, diktaturaya qarşı mübarizədə vacib və arzuolunan olmadığına inandırmaq gərəkdir.
Demokratik düşərgəyə meylli zabitlər silahlı qüvvələrdə narazılıq və tabesizlik yayaraq, əmrlərdən gizli yayınma, repressiyalarda iştirakdan imtina etməklə demokratik mübarizədə vacib rol oynaya bilərlər. Hərbçilər eyni zamanda demokratik qüvvələrə qeyri-zorakı yardım göstərə, o sıradan təhlükəsiz hərəkət etmək, informasiya ötürmək, ərzaq, tibb yardımı almaq imkanı yarada bilər.
Ordu diktatorların əsas güc qaynaqlarındandır. O intizamlı hissələr və silahla "sözəbaxmayan" əhaliyə hücum edə, onu cəzalandıra bilərlər. İtaətsizliyin strateqləri anlamalıdırlar ki, əgər polis, bürokratik aparat hərbi qüvvələr bütünlüklə diktaturanın tərəfində olsalar, onun əmrlərini yerinə yetirsələr onda diktaturanı devirmək fövqəladə çətin və ya mümkün olmaya bilər. Ona görə də demokratik hərəkatın strateqləri diktatorların güc strukturlarının loyallığı strategiyasının vacibliyini bilməlidirlər.
Demokratik qüvvələr bilməlidirlər ki, orduda və polisdə narazılıqlar, tabe olmamaq cəhdləri onlar üçün də təhlükəli ola bilər. Onlar istənilən tabesizlik aktına görə ciddi cəza ala, qiyam aktına görə isə edam edilə bilərlər. Demokratik qüvvələr əsgər və zabitləri təcili qiyama çağırmamalıdırlar. Bunun yerinə əgər təmas varsa, onlara başa salmaq gərəkdir ki, ilkin mərhələdə daha təhlükəsiz olan gizli itaətsizlik kimi formalardan da yararlanmaq olar. Məsələn, polis və hərbçilər əmrləri pis yerinə yetirə, axtarışda olan insanları "tapmaya", müqavimət hərəkatını gözlənilən repressiyalardan xəbərdar edə, gərəkli informasiyanı yuxarılara ötürməyə bilər. Tabe olmayan zabitlər repressiya haqda əmrləri aşağılara ötürməyə bilər, əsgərlər güllələri havaya açar. Eyni qaydada dövlət qulluqçuları təlimat qovluqlarını "itirə", ləng işləyə, "xəstələnə", "sağalanadək" evdə otura bilər.
Siyasi itaətsizliyin strateqlərinin əsas strategiyanın və konkret kampaniyaların strategiyalarının effektivliyini hər an qiymətləndirməyi bacarmalıdır. Məsələn, ola bilər mübarizə gözlənildiyi kimi uğurlu alınmasın. Bu zaman strategiyada nəyin dəyişdirilməsi dəqiq hesablanmalıdır. Hərəkatın gücünü artırıb təşəbbüsü ələ almaq üçün nə etmək gərəkdir? Bu zaman problemi tapmaq, siyasi qiymətləndirmə aparmaq, əhalinin başqa bir qrupuna mübarizə tapşırığı vermək, əlavə güc qaynaqlarını səfərbər etmək, ya da hərəkətlərin yönünü dəyişmək gərəkdir. Bundan sonra dərhal yeni planın gerçəkləşdirilməsinə başlamaq zamanıdır.
Yox əgər mübarizə gözlənildiyindən də uğurlu davam edirsə, demokratlar diktaturanın iflic duruma salmaq üçün daha nə etməlidir?
DİKTATURANIN ÇÖKMƏSİ
Uğurla aparılan siyasi itaətsizlik kampaniyasının məntiqi sonucu müqavimət hərəkatının daha da genişlənərək diktatorların nəzarət edə bilmədiyi əhalinin bütün təbəqələri arasında yayılmasıdır.
Bu kampaniyalar həm də işbirliyində necə imtina etmək, siyasi itaətsizliyi təşkil etmək təcrübəsi qazandırır. Bu təcrübə işbirliyindən imtina və siyasi itaətsizliyin kütləvi yayılmasının zamanı yetişəndə olduqca gərəkli olur.
Üçüncü başlıqda deyildiyi ki kimi, diktatorların əsas gücü əhalinin ona quluq asması, işbirliyinə getməsi və tabe olmasındadır. Beləliklə, diktaturanı bu dəstəkdən məhrum etmək onun çökməsinə gətirir. Güc qaynaqlarının siyasi itaətsizliyin təsiri altına düşməsini izləmək maraqlıdır.
Rejimin mənəvi, siyasi avtoritetinin, legitimliyinin pozmaq yolları arasında simvolik üzdöndərmə, itaətsizlik də var. Rejimin avtoriteti yüksək olduqca onunla anlaşma və işbirliyi bir o qədər etibarlı olur. Diktaturanın çökməsinə ciddi təhlükə yaratmaq üçün mənəvi ehtiyaclarla bağlı ciddi işlər görülməlidir. Rejimin o biri güc qaynaqlarına yolunu bağlamaq üçün onu əməkdaşlıqdan və eşitməkdən məhrum etmək gərəkdir.
İkinci böyük güc qaynağı diktatora tabe olan, onunla işbirliyinə gedən, yardım göstərən insanlar və qruplardır. Əgər əhalinin geniş kütlələri işbirliyindən imtina etsələr bu, diktatura üçün ciddi problemə çevriləcək. Məsələn, dövlət qulluqçuları aşağı iş tempi ilə işləsələr, işə gəlməsələr inzibati aparatın işi iflic ola bilər.
Əgər itaətdən imtina edən qruplar arasında öncələr diktator aparatının mühüm qollarının təmsilçiləri də olarsa bu, artıq diktaturanın çökmənin bir addımlığında olmasından xəbər verir. Hətta diktaturanın hərtərəfli informasiya əsasında qərarlar qəbul etməsi, effektli siyasət yürütməsi ciddi məhdudlaşacaq.
Əgər adətən insanları tabe olmağa vadar edən, maddi faktor sayılmayan psixoloji və ideoloji təsir zəifləsə əhali itaətsizliyə və işbirliyindən imtinaya daha da meylli olar.
Diktatorların maddi sərvətlərə yaxınlığı da onların güc qaynaqlarındandır. Əgər maliyyə resurslarına, iqtisadi sistemə, əmlaka, təbii ehtiyatlara, nəqliyyata və rabitə vasitələri rejimin rəqiblərinin, ya da potensial rəqiblərinin əlindədirsə, onun daha bir güc qaynağı itirilmiş olur. İqtisadiyyatda genişlənən muxtariyyət, nəqliyyat və rabitədə tətillər rejimi olduqca zəiflədir.
Yuxarıda dediyimiz kimi, diktatorların sözə baxmayanları, tabe olmayanları hədələməsi, ya da onlara qarşı sanksiyalar tətbiq etməsi diktaturanın əsas güc qaynaqlarındandır. Onu iki yolla zəiflətmək olar.
Birincisi, əgər əhali savaş dönəmlərində olduğu kim repressiv tədbirlərə baxmayaraq itaətsizliyi davam etdirsələr rejimin sanksiyaları getdikcə gücdən düşəcək. Artıq diktatorlar repressiyalardan istədikləri nəticəni ala bilməyəcəklər. İkincisi, əgər polis və silahlı qüvvələr narahatlıq hiss etsələr müqavimət hərəkatı üzvlərinin döyülməsi, tutulması, edam edilməsi əmrlərindən ya individual, yada kütləvi qaydada imtina edə bilərlər.
Göründüyü kimi kök salmış diktaturanın çökməsi üçün onun bütün güc qaynaqlarının işbirliyindən imtina etməsi gərəkdir. Gərəkli güc qaynaqlarını bərpa edə bilməyən rejim getdikcə zəifləyəcək, sonda isə çökəcək. Beləliklə, siyasi itaətsizliyin ustalıqla hazırlanan strateji planı əsasən diktaturanın güc qaynaqlarına yönəldilməlidir.
Siyasi itaətsizliklə birlikdə seçkin mübarizə dönəmində müstəqil siyasi, iqtisadi və mədəni institutları cəmiyyətin bütün təbəqələrini əhatə etməyə, diktaturanın nəzarətini məhdudlaşdırmağa başlayır. Diktaturaya qarşı mübarizə aparan institutlar möhkəmləndikcə diktatorların iradəsinə zidd olaraq əhali onların nəzarətindən kənar demokratik quruluşu daha tez yaratmağa başlayır. Əgər diktatura "azadlığın eskalasiyası" adı altında proseslərə qarışmaq istəsə, o zaman bu cəhdin qarşısı zorakılığa yol verilmədən alınmalıdır. Bu zaman diktaturanın qarşısında daha bir "cəbhə" açılmış olacaq.
Zaman keçdikcə müqavimət və institusional quruculuğun çuğlaşması de-fakto azadlığa gətirə bilər. Bu zaman diktaturanın çökməsi və demokratiyanın bərqərar olmasına heç bir şübhə yeri qalmır. Çünki cəmiyyətdəki qüvvələr nisbətində köklü dəyişikliklər baş vermiş olur.
1970-90-cı illər Polşası cəmiyyət və institutların funksiyalarının müqavimət iştirakçılarının əlinə keçməsinə olduqca parlaq misaldır. Katolik kilsəsi təzyiqlərlə üzləşir, ancaq heç zaman bütünlüklə kommunist idarəçiliyinə keçmirdi. 1976-cı ildə ziyalılar və fəhlələr öz siyasi ideyalarını gerçəkləşdirmək üçün bir neçə kiçik qruplar yaratdı. 1980-ci ildə həmkarlar qurumları birliyi hökuməti əməkçilərin tətil hüququnu tanımağa məcbur etdi. Kəndlilər, tələbələr, bir çox başqa qruplar da öz birliklərini yaratmışdılar. Kommunistlər anlayanda ki, bu qruplar cəmiyyətdə qüvvələr nisbəti dəyişir, həmin qrupların fəaliyyəti qadağan olundu və kommunistlər hərbi rejimə üstünlük verdilər.
Hətta fövqəladə vəziyyət, ciddi repressiv tədbirlərə baxmayaraq həmin qruplar fəaliyyətlərini dayandırmadılar. Məsələn, o zaman ölkədə onlarla gizli qəzet və jurnallar çap edilirdi. Qeyri-leqal mətbəələr il boyu yüzlərlə kitab çap edirdi. O zaman ölkənin nüfuzlu yazarları hökuməti və hökumət nəzarətində olan mətbəələri boykot etmişdi. Analoji proseslər cəmiyyətin başqa təbəqələrində də gedirdi. Yaruzelskinin hərbi-kommunist idarəçiliyində deyirdilər ki, bu ovqat hələ də cəmiyyətin başında dolanır. Məmurlar yenə də hökumət binalarını, kabinetləri tutmuşdular. Rejim hələ cəmiyyəti həbslər, nəşrlərin qadağan edilməsi və başqa repressiv tədbirlərlə xofda saxlamaq gücündə idi. Ancaq artıq diktatura cəmiyyəti idarə edə bilmirdi. O andan rejimin bütünlüklə devrilməsi artıq yalnız zamanın işi idi.
Diktatorlar hakimiyyətdə olarkən belə bəzi hallarda "paralel demokratik hökumət" yaratmaq mümkün olur. O daha çox cəmiyyətin dəstəyini qazanan rəqib hakimiyyət kimi fəaliyyət göstərir. Bu zaman hökumət getdikcə nəzarət imkanlarını itirməyə başlayır. Sonda isə paralel demokratik hökumət demokratik rejimə keçid prosesində bütünlüklə diktator rejimini əvəzləyə bilər. Daha sonra isə gərək olduğu qaydada yeni konstitusiya qəbul edilə və seçkilər keçirə bilər.
Cəmiyyətin institusional transformasiyasının gedişində itaətsizlik, işbirliyindən imtina hərəkatı daha da genişlənə bilər. Demokratik qüvvələrin strateqləri demokratik qüvvələrin seçkin müqavimətdən kütləvi itaətsizliyə nə zaman keçməsinin zamanını dəqiq hesablamalıdırlar. Çox zaman müqavimətin gücünün yaranması, təkmilləşməsi, genişlənməsi üçün müəyyən zaman gərək olur. Kütləvi itaətsizliyə başlanması isə daha bir neçə ildən sonra baş verə bilər. Bu zaman kəsiyində daha önəmli siyasi məqsədlər üçün seçkin müqavimət kampaniyası keçirilməsi vacibdir. Burda cəmiyyətin bütün təbəqələrinin təmsil olunması mübarizə effektini artırmış olar. Qətiyyətli və nizamlı mübarizənin gedişində diktaturanın içdən nə qədər zəiflədiyi daha aydın görünməyə başlayacaq.
Güclü siyasi itaətsizliklə bir yerdə müstəqil institutların yaranması zaman keçdikcə beynəlxalq demokratik qüvvələrin diqqətini çəkməlidir. Bu, hətta diplomatik missiyaların beynəlxalq qınağına, boykota, embarqoya da gətirib çıxara bilər – Polşada olduğu kimi. Strateqlər bilməlidirlər ki, bəzən diktaturalar Şərqi Almaniyada olduğu kimi olduqca tez çökə bilər. Bu, geniş kütlələrin ərazinin güc qaynaqlarını qapaması nəticəsində baş verir. Ancaq belə hallar çox az-az baş verdiyindən ən yaxşısı uzunmüddətli mübarizə planı hazırlamaqdır.
Qurtuluş mücadiləsinin gedişində hətta bir elə böyük önəm daşımayan uğurlar da qeyd edilməlidir. Qələbə qazananların buna haqqı var. Qələbənin piketlərlə qeyd edilməsi eyni zamanda gələcəkdə olduqca vacib olan mənəvi ruhun güclənməsinə səbəb olur.
Əsas strategiyanın yaradıcıları yeni diktaturanın qarşısının alınması və uzunmüddətli demokratik sistemin qurulması üçün uğurlu mübarizənin bütün mümkün vasitələrini öncədən hazırlamalıdırlar.
Demokratlar bilməlidirlər ki, mübarizə başa çatandan sonra diktaturanın müvəqqəti hökumətə keçməsi prosesi necə təşkil olunmalıdır. Keçid dövründə yeni hökumətin qurulması məqsədəuyğundur. Ancaq bu, yeni işçiləri olan köhnə hökumət olmamalıdır. Müəyyən edilməlidir ki, antidemokratik hərəkətlərinə görə hökumətin hansı qurumu bütünlüklə buraxılmalı –məsələn, polis – hansılar gələcək demokratik islahatlara görə saxlanmalıdır. Bütünlüklə hakimiyyət boşluğu xaosa və yeni diktaturaya gətirib çıxarar.
Öncədən diktatura rejiminin yüksək rütbəli məmurlarının aqibəti haqqında düşünmək gərəkdir. Məsələn, diktatorların məhkəmə qarşısına çıxarılmasına ehtiyac varmı? Onlara ölkədən birdəfəlik getmək imkanı vermək olarmı? Gələcək demokratik sistem üçün faciəvi nəticələrə gətirib çıxara biləcək qan tökülməsinə yol verilməməlidir.
Artıq diktatura zəifləyib tükənməsinə az qalanda demokratiyaya keçid proqramları artıq hazır olmalıdır. Bu, başqa bir qrupun dövlət çevrilişi yolu ilə hakimiyyəti ələ almasının qarşısını alar. Daha sonra, bütün siyasi və şəxsi azadlıqları ehtiva edən demokratik konstitusion idarəetmə yaradılmalıdır. Planlaşdırmanın olmamasına görə qan bahasına qazanılan dəyişiklikləri itirmək olmaz.
Əhalinin, müstəqil demokratik qrupların artan gücü qarşısında diktatorlar avantüralarının sona çatacağını anlayacaq. Müəssisələrin kütləvi bağlanması, ümummilli tətillər, kütləvi şəkildə işə çıxmamaq halları, itaətsizlik yürüşləri və başqa aksiyalar diktatorların təşkilatlarını, onların nəzarətində olan qurumları darmadağın edəcək. Ağılla işlənmiş, uzunmüddətli kütləvi itaətsizliyin sonunda diktaturanın qüvvəsi tükənəcək demokratiya müdafiəçiləri zorsuz mübarizənin qələbəsini qazanacaq. Müqavimət göstərən xalqın qarşısında diktatura çökəcək.
Ancaq bütün cəhdlər uğurlu olmur. Özü də bu, qısa zamanda baş vermir. Yaddan çıxarmaq olmaz ki, savaşda qalib gələnlər elə məğlub olanlar qədərdir. Ancaq siyasi itaətsizlik qələbə qazanmağa real şans yaradır. Yuxarıda deyildiyi kimi, bu imkan düşünülmüş əsas strategiyanın hazırlanması, dəqiq strateji planlaşdırma, böyük əmək və nizamlı qətiyyətli mübarizə ilə daha da qüvvətləndirilə bilər.
UZUNMÜDDƏTLİ DEMOKRATİYANIN FUNDAMENTİ
Təbii, diktaturanın çökməsi təntənəli bayram tədbiri üçün əla səbəbdir. Uzun müddət əzab çəkən, mübarizədə can qoyan insanların sevinmək, dincəlmək, sayılmaq haqqı var. Onlar həm özlərinin, həm də siyasi azadlıq uğrunda canlarından keçən insanların yerinə qürur duymalıdırlar. O günü görmək hər kəsə qismət olmur… sağ qalanlar və həlak olanlar Vətənlərinin azadlıq mücahidi kimi tarixdə yaşayacaq.
Təəssüf, hərə sayıqlığı itirmək zamanı deyil. Hətta uğurlu siyasi itaətsizlik yolu ilə diktatura devriləndən sonra yeni rejimin yaranmasına yol verilməməsi üçün hakimiyyət boşluğu zamanı bütün gərəkli addımlar atılmalıdır. Demokratiya liderləri demokratiyaya nizamlı keçidə hazır olmalıdırlar. Diktaturanın strukturlarını qırmaq da vacib məsələlərdəndir. Konstitusiya və qanunvericilik bazası yaratmaq, uzunmüddətli demokratiyanın kriterilərini müəyyən etmək zamanıdır.
Diktatura çökəndən sonra dərhal ideal cəmiyyətin yaranacağını düşünmək doğru deyil. Diktaturanın çökməsi yalnız demokratiyanın genişlənməsi, cəmiyyətin təkmilləşdirilməsi, insanların tələbatlarının ödənməsi üçün uzunmüddətli səylərin başlanğıc nöqtəsidir. Ciddi siyasi, sosial, iqtisadi problemlər illər keçdikcə çözüləcək. Bunun üçün çoxsaylı insan və qrupların işbirliyi gərəkdir. Yeni siyasi sistem müxtəlif düşüncəli insanlara konstruktiv iş aparmaq, gələcəkdə problemlərin çözümü üçün siyasət müəyyən etmək imkanı qazandırmalıdır.
Çox illər öncə Aristotel xəbərdar edirdi: "… tiranlıq yeni tiranlığa çevrilə bilər…" Fransa, Rusiya, İran, Birma dövlətlərinin tarixində belə faktlar olub. Onların motivləri ayrı-ayrı olsalar da sonuclar eynidir. Yeni diktatura hətta köhnədən də qəddar ola bilər.
Diktatura çökməzdən qabaq hökumət üzvlər müqavimət hərəkatını qabaqlamaq üçün dövlət çevrilişlərinə cəhd göstərə bilər. Onlar sözdə çevriliş baş verdiyini bildirsələr də işdə köhnə rejimə bir qədər ala-bəzək vuracaq.
ÇEVRİLİŞLƏRİN QARŞISININ ALINMASI
Yeni azadlığa çıxan cəmiyyətə qarşı yönələn dövlət çevrilişlərinin qarşısını almaq üçün bir neçə vasitə var. Bu sahədə bir qədər biliyin olması yetərlidir ki, bu cür cəhdlərin qarşısı alınsın.
Çevrilişdən dərhal sonra qiyamçılar legitimliklərinin tanınmasını, yəni ölkəni idarə etmək üçün mənəvi və siyasi hüquq almalarını tələb edirlər. Ona görə də çevrilişlərin qarşısını almaq üçün ən birinci vasitə qiyamçıların legitimliyinin tanınmasıdır.
Qiyamçılara liderlərin və əhalinin dəstəyi, onların seçim qarşısında qalması, ya da passiv mövqe tutması da sərfəlidir. Onlar zəifləmiş cəmiyyətə tam nəzarəti bərpa etmək üçün mütəxəssis və məsləhətçilər, məmurlar və dövlət qulluqçuları, hakimlərlə işbirliyinə cəhd göstərirlər. Qiyamçılar siyasi sistemi, vətəndaş institutlarını, iqtisadiyyatı, polisi, silahlı qüvvələri idarə edən şəxslərin öncəki kimi öz funksiyalarını gerçəkləşdirmələrini, passiv tabeliyini, onların əmrlərini sözsüz yerinə yetirməsini də arzulayır.
Çevrilişdən qorunmanın ikinci vacib şərti qiyamçılarla işbirliyində imtina, onlara tale olmamaqdır. Onların tələb və təklif etdiyi işbirliyindən imtina edilməlidir. Onlara qarşı da diktatura ilə aparılan mübarizəni gerçəkləşdirmək, ancaq bunu olduqca qısa zamanda etmək gərəkdir. Əgər qiyamçılara legitimliklərinin tanınmasından və işbirliyindən imtina edilsə, o, siyasi cəhətdən tükəndiyinə görə meydandan çıxa bilər.
Yeni demokratik sistem demokratik idarəçiliyin arzu edilən çərçivələrini təyin edən konstitusiya tələb edir. Konstitusiyada hökumətin məqsədləri, dövlət hakimiyyətinin sərhədləri, hökumət məmurlarının və qanunvericilərin müəyyən ediləcəyi seçkilərin vasitə və müddəti, vətəndaşların təməl hüquqları təsbit edilməlidir.
Konstitusiyada qanunverici, icraedici, məhkəmə hakimiyyətləri arasında da düzgün səlahiyyət bölgüsü aparılmalıdır. Gələcəkdə siyasətə qarışmamaları üçün polis, kəşfiyyat orqanları və silahlı qüvvələrə konstitusiya ilə ciddi qadağalar qoyulmalıdır.
Demokratik sistemin saxlanması, diktatura tendensiyalarının ləğvi məqsədilə konstitusiyada yerli idarəetmə qurumları olan federal sistem yaradılması məqsədəuyğundur. Bəzən İsveçrə sistemi də yararlı ola bilər. Burada ölkənin ayrı-ayrı ərazilərinin xüsusi səlahiyyətlər olsa da onlar ölkənin hissələri olaraq qalır.
Əgər bu müddəaların olduğu konstitusiya artıq varsa, onu yenidən işlək duruma gətirmək, gərək olarsa ona yenidən dəyişikliklər etmək gərəkdir. Əgər köhnə konstitusiya tələblərə cavab vermirsə, yenisi hazırlanana qədər keçid konstitusiyadan da istifadə edilməsi mümkündür. Ola da bilər ki, bütünlüklə yeni konsepsiya yaradılsın. Yeni konstitusiyanın yaradılması xeyli zaman və əmək tələb edir. Xalqın bu işdə yaxından iştirakı arzuediləndir. Gələcəkdə gerçəkləşdirilməsi mümkün olmayan müddəaların konstitusiyaya salınmasına olduqca ciddi yanaşılmalıdır. Bu, hakimiyyətin həddən artıq mərkəzləşdirilməsini tələb etməklə gələcəkdə yeni diktaturanın meydana gəlməsinə səbəb ola bilər.
Konstitusiyanın mətni sadə, hər kəs üçün anlaşıqlı olmalıdır. Konstitusiya yalnız hüquqşünasların və elita təmsilçilərinin anlayacaqları çətin, çoxmənalı dildə yazılmamalıdır.
MÜDAFİƏNİN DEMOKRATİK SİYASƏTİ
Yeni azad olan ölkəni kənardan təhlükə gözləyə bildiyindən o, müdafiə qabiliyyətini möhkəmləndirməlidir. Xarici dövlətlər eyni zamanda həm iqtisadi, həm siyasi, həm hərbi üstünlük əldə edilməsinə çalışa bilərlər.
Ölkə içərisində demokratiyanın inkişaf etdirməsi üçün müdafiə sistemini qüvvətləndirməyə böyük ehtiyac var. Yaddan çıxarmaq olmaz ki, bir sıra qruplar ölkədə liderliyi ələ almaq üçün konstitusiyanın istənilən maddəsini pozmağa hazırdır. Ona görə əhali potensial diktatorlarla işbirliyindən imtinaya, onlara siyasi itaətsizlik göstərilməsinə, demokratik strukturların, hüquq və azadlıqların qorunmasına hər zaman hazır olmalıdır.
Zorsuz mübarizədə hərəkətlər təkcə diktatorların zəiflədilməsi və kənarlaşdırılmasına yox, zülm altında olanlara qüvvət verilməsinə yönəldilməlidir. Bu metod qabaqlar özlərini yalnız "piyada", qurban sayan insanların birbaşa hakimiyyətə yiyələnməsinə və azadlığı, ədaləti öz səyləri bahasına qazanmaq imkanı verir. Belə mübarizə təcrübəsinin böyük psixoloji önəmi olur, öncələr köməksiz qalmış insanların özüsayağı və özünəinam hisslərini möhkəmləndirir.
Demokratik idarəçilik qurulması uğrunda vacib olan zorsuz mübarizənin uzunmüddətli müsbət məqamı cəmiyyətin öz problemlərini daha uğurla nizamlamasındadır. Onlar sui-istifadə və korrupsiyaya qol qoya, hər hansı qrupla qəddar davrana, ədalətsiz iqtisadi siyasət yürüdə, siyasi sistemin demokratik keyfiyyətlərinə məhdudiyyət tətbiq edə bilər. Siyasi itaətsizlik təcrübəsi toplamış əhali gələcək diktaturalardan daha toxunulmazdır.
Qurtuluşdan sonra "zorsuz mübarizə" elmi demokratiyanı, vətəndaş azadlıqlarını, azlıqların hüquqlarını, regional, təhlili, yerli idarəetmə institutlarının səlahiyyətlərini müdafiə imkanı yaradır.
Siyasi itaətsizlik, yaxud zorsuz mübarizə məsələlərinə baxılan zaman mühakimə yürüdülməsi öz xalıq üzərindən diktator zülmünü götürməyə, insan azadlıqlarına sayğıyla yanaşı uzunmüddətli demokratik sistem yaratmağa, xalqın cəmiyyətin təkmilləşdirilməsində iştirakına çalışan şəxslər və qruplar üçün xeyirli ola bilər.
Söylədiyimiz ideyalar əsasında belə fikir yürütmək olar ki,
1. Diktatorlardan qurtulmaq mümkündür;
2. Bunun üçün dəqiq analiz və strateji plan vacibdir;
3. Sayıqlıq, ciddi iş aparmaq, böyük qurbanlar tələb edən intizamlı mübarizə
gərəkdir.
Tez-tez səslənən "Azadlıq sərbəst deyil" deyimində həqiqət var. İçəridə əsarətdə olanlar xalqa arzu edilən azadlığı verən qüvvə yoxdur. İnsanlar onu əldə etməyi özləri öyrənməlidirlər. Bu asan məsələ deyil.
Əgər insanlar azad olmaları üçün onlardan nəyin tələb edildiyini bilsələr böyük zəhmət bahasına olsa da sonucda onları azadlığa qovuşduracaq üsullar yarada bilərlər. O zaman yeni gerçək demokratik düzən yarada, onu qorumağa hazırlaşa bilərlər. Belə mübarizə ilə qazanılan azadlığın ömrü uzun olur. Bu azadlığı onun saxlanmasına və möhkəmlənməsinə sadiq olan güclü insanların dəstəyilə saxlamaq olar.
ZORSUZ MÜBARİZƏNİN 198 METODU
RƏSMİ XƏBƏRDARLIQ
• Kütləvi çıxışlar
• Etiraz, yaxud dəstək məktubları
• Qurum və müəssisələrin bəyannamələri
• Tanınmış insanların imzaladığı kütləvi açıqlamalar
• İttiham və məram bəyannamələri
• Qrup, yaxud kütləvi imza toplamalar.
GENİŞ AUDİTORİYA İLƏ TƏMAS
• Şüar, karikatura və simvollar
• Bayraqlar, plakatlar
• Vərəqələr, pamfletlər, kitablar
• Qəzet və jurnallar
• Maqnitofon yazıları, vallar, radio, TV
• Havada yazılar yazmaq
QRUP AKSİYALARI
• Deputasiya
• Satirik mükafatlandırma
• Qrup lobbisi
• Piketlər
• Psevdo-seçkilər
SİMVOLİK İCTİMAİ AKSİYALAR
• Bayraqlar asılması, simvolik güllərdən istifadə
• Simvol gəzdirilməsi
• Dualar
• Simvolik obyektlərin verilməsi
• Etiraz əlaməti olaraq soyunma
• Öz mülkiyyətini məhv etmə
• Simvolik od yandırması
• Portretlərin nümayişi
• Etiraz əlaməti olaraq rəsm çəkilməsi
• Yeni küçə nişanlarının və adlarının qoyulması
• Simvolik səslər
• Torpaqların "simvolik" tutulması
• Kobud jestlər
ŞƏXSLƏRƏ TƏZYİQLƏR
• Rəsmi şəxsləri qarabaqara izləmək
• Rəsmi şəxsləri ələ salmaq
• Əsgərlərlə dostluq
• Vaxtıdı
TEATR VƏ MUSİQİ
• Yumoristik parodiyalar
• Pyes və musiqilərin tamaşaya qoyulması
• İfa
PROSESSİYALAR
• Marşlar
• Paradlar
• Dini yığıncaqlar
• Bayraq gəzdirilməsi
• Avtokolonlar
ÖLÜLƏRİN YAD EDİLMƏSİ
• Siyasi hüzn
• Simvolik dəfnlər
• Nümayişkaranə dəfnlər
• Məzarlıqlarda xatirə toplantıları
İCTİMAİ YIĞINCAQLAR
• Etiraz və ya dəstək toplantıları
• Etiraz mitinqləri
• Gizli etiraz mitinqləri
• Seminarlar
İMTİNA
• Nümayişkaranə gediş
• Susqunluq
• Sayğıdan imtina
• Arxa çevirmə
SOSİAL İŞBİRLİYİNDƏN İMTİNA METODLARI
• Ayrı-ayrı şəxslərin etirazları
• Sosial boykot
• Seçkilərdə sosial boykot
• Nikah öhdəliklərinin yerinə yetirilməməsi
• Təmasdan imtina
• Dini xidmətə xitam verilməsi
İCTİMAİ OLAYLARDAN, ADƏTLƏRDƏN, İŞDƏN İMTİNA
• Sosial və idman fəaliyyətinin dayandırılması
• İctimai olayların boykotu
• Tələbə tətilləri
• İctimai itaətsizlik
• İctimai təşkilatlarda üzvlüyün dayandırılması
SOSİAL SİSTEMDƏN UZAQLAŞDIRMA
• Evdən çıxmağa etiraz
• İşbirliyindən bütünlüklə şəxsi imtina
• Fəhlələri qaçışı
• Gizlinə çəkilmək
• Yaşayış yerini kollektiv tərketmə
• Etiraz olaraq emiqrasiya
İQTİSADİ İŞBİRLİYİNDƏN İMTİNA
• İqtisadi boykotlar
İSTEHLAKÇILARIN AKSİYASI
• İstehlakçıların boykotu
• Boykot edilən məhsulların alınmaması
• Asketizm siyasəti
• İcarə haqqının ödənməməsi
• İcarəyə götürməkdən imtina
• Ümummilli istehlakçı boykotu
• Beynəlxalq istehlakçı boykotu
FƏHLƏ VƏ İSTEHSALÇILARIN AKSİYALARI
• Fəhlələrin boykotu
• İstehsalçıların boykotu
VASİTƏÇİLƏRİN BOYKOTU
• Mal gətirənlərin və vasitəçilərin boykotu
SAHİBKAR VƏ İDARƏÇİLƏRİN BOYKOTU
• Ticarətçilərin boykotu
• Mülkiyyəti satmaq və icarəyə verməkdən imtina
• Lokaut – sahibkarın istehsal prosesini dayandırması
• Sənaye yardımından imtina
• Ticarətçilərin ümummilli tətili
MALİYYƏ RESURSLARI SAXLAYANLARIN AKSİYALARI
• Bankdakı yatırımların götürülməsi
• Qonorar, ödəniş verilməsindən imtina
• Borc və faizlərin verilməsindən imtina
• Fond və kreditlərin sərtləşdirilməsi
• Vergidən imtina
• Maaş almaqdan imtina
HÖKUMƏTİN HƏRƏKƏTLƏRİ
• Daxili embarqo
• Tacirlərin "qara siyahısı"
• Mal gətirənlərin beynəlxalq embarqosu
• Alıcıların beynəlxalq embarqosu
• Beynəlxalq ticarət embarqosu
SİMVOLİK İŞBİRLİYİNDƏN İMTİNA METODLARI
TƏTİLLƏR. SİMVOLİK TƏTİLLƏR
• Etiraz tətillər
• Tez getmə
KƏND TƏSƏRRÜFATI TƏTİLLƏRİ
• Kəndli tətilləri
• Kənd təsərrüfatı işçilərinin tətilləri
XÜSUSİ QRUPLARIN TƏTİLLƏRİ
• Məcburi əməkdən imtina
• Dustaqların tətilləri
• Kəndlilərin tətilləri
• Professional tətillər
ADİ SƏNAYE TƏTİLLƏRİ
• İsteblişmentin tətilləri
• Sənaye tətilləri
• Həmrəylik tətilləri
MƏHDUD TƏTİLLƏR
• Qismən tətillər
• Seçki tətilləri
• İş tempinin aşağı düşməsi
• "Ciddi təlimat üzrə" iş
• "Xəstələnib" işə çıxmamaq
• İşdən çıxmaqla tətil
• Məhdud tətil
• Seçki tətilləri
ÇOXSAHƏLİ TƏTİLLƏR
• Yayğın tətillər
• Ümummilli tətillər
TƏTİLLƏ BİRLİKDƏ MÜƏSSİSƏLƏRİN BİRGƏ İQTİSADİ BAĞLANMASI
• İşin və ticarətin dayandırılması
• Bütün iqtisadi fəaliyyətin dayandırılması
SİYASİ İŞBİRLİYİNDƏN İMTİNA METODLARI
HAKİMİYYƏTİN DƏSTƏYİNDƏN İMTİNA
• Hakimiyyət loyallıqdan imtina
• İctimai dəstəkdən imtina
• Müqavimətə çağıran ədəbiyyat və çıxışlar
VƏTƏNDAŞLARIN HÖKUMƏTLƏ İŞBİRLİYİNDƏN İMTİNASI
• Qanunverici orqanların boykotu
• Seçkilərin boykotu
• Dövlət müəssisələrində işdən, dövlət qulluğunda çalışmaqdan imtina
• Dövlət müəssisələrinin, agentliklərinin və başqa orqanların boykotu
• Dövlət təhsil müəssisələrindən çıxma
• Hökumət qurumlarının dəstəyindən imtina
• Asayişə dəstək aksiyalarından imtina
• Mülkiyyət və küçələrdən ad lövhələrinin çıxarılması
• Rəsmi şəxslər qəbuldan imtina
• Mövcud institutların buraxılmasından imtina
VƏTƏNDAŞ İTAƏTİNƏ ALTERNATİVLƏR
• Könülsüz və ləng tabeçilik
• Birbaşa nəzarət olmadıqda itaətsizlik
• Xalqın itaətsizliyi
• İtaətsizlik görüntüsü
• Yığıncaq və mitinqin dağıdılması tələblərinə itaətsizlik
• Oturaq tətillər
• Orduya və nümayişə çağırışdan imtina
• Gözlənmək, qaçmaq, saxta sənədlər hazırlamaq
• "Ədalətsiz" qanunlara vətəndaş itaətsizliyi
HÖKUMƏT PERSONALININ AKSİYALARI
• Hökumət nümayəndələrinə seçki yardımından imtina
• Komanda və informasiyaların verilməsinin dayandırılması
• Müəssisələrin işində yubanma və maneələr
• Məhkəmələrlə işbirliyindən imtina
• Effektsiz işləmək və icra orqanları ilə seçkilərdə işbirliyindən imtina
• Qiyam
HÖKUMƏTİN İÇ AKSİYALARI
• Psevdo-leqal manera və yubanmalar
• Xırda dövlət qurumları ilə işbirliyindən imtina
HÖKUMƏTİN BEYNƏLXALQ AKSİYALARI
• Diplomatik və başqa nümayəndəliklərdə dəyişikliklər
• Diplomatik tədbirlərin yubanma və təxirə salınması
• Diplomatik tanınmadan çəkinmə
• Diplomatik münasibətlərin pisləşməsi
• Beynəlxalq qurumlardan çıxma
• Beynəlxalq qurumların üzvlüyündən imtina
• Beynəlxalq qurumları tərk etmə
ZORSUZ MÜDAXİLƏNİN METODLARI
PSİXOLOJİ MÜDAXİLƏ
• Özünü fəlakətə atmaq – yandırmaq, basdırmaq
• Aclıq
• Mənəvi təzyiq üçün aclıq
• Aclıq tətili
• "Satyaqrax" ruhunda aclıq
• "Çevrilmiş məhkəmə" - müttəhimlərin məhkəmərə ittiham irəli sürülməsində
istifadəsi –
• Opponenti zorsuz psixoloji üzmək
• Fiziki müdaxilə
• Oturmaq
• Durmaq
• Nəqliyyatdan düşməmək
• Yerində addımlama
• Məbədlərdə dua oxunması
• Mülkiyyətin verilməsi tələbi ilə zorsuz yürüşlər
• Opponentin nəzarətin olan hava məkanının pozulması
• Qadağan olunan zonaya daxilolma
• Bədəni ilə opponentin hərəkətlərinin qarşısının alınması
• Öz bədəni ilə zorsuz blokada
• Zorsuz işğal
SOSİAL MÜDAXİLƏ
• Yeni sosial düzənin qurulması
• Binaların tutulması
• Yolların bağlanması
• Arasıkəsilməyən çıxışlar
• Küçədə özfəaliyyət tamaşaları
• Alternativ sosial institutlar
• Alternativ kommunikasiya sistemləri
İQTİSADİ MÜDAXİLƏ
• Geriyə tətillər
• İş başa çatandan sonra müəssisədən çıxmamaq
• Torpaqların zorsuz tutulması
• Blokadadan imtina
• Saxta pul kəsilməsinə siyasi bəhanələr
• Strateji vacib məhsulların xəbərdarlıqla kütləvi alınması
• Dəyərli əşyaların tutulması
• Dempinq
• Firma və müəssisələrdə seçki patronajlığı
• Alternativ bazarlar
• Alternativ nəqliyyat sistemləri
• Alternativ iqtisadi institutlar
SİYASİ MÜDAXİLƏ
• Administrativ sistemin çox yüklənməsi
• Gizli agentlərin ifşası
• Dustaqxanaya salmağa cəhd
• "Neytral" qanunlara vətəndaş itaətsizliyi
• Əməkdaşlıq etməkdən işləmək
• İkili suverenlik və paralel hökumətin yaradılması
ƏDƏBİYYAT
1) "Fridom House" Dünyada azadlıq: siyasi hüquq və vətəndaş
azadlıqlarının illik hesabatı 1992-93 Nyu-York Freedom House, 1993
2) "Freedom House" Dünyada azadlıq
3) Krişnalal Şridxarani Zorsuz savaş Qandi metodunun analizi və onun uğurları
4) Aristotel "Perlərin siyasəti"
5) Yu-li –zi "Tryuklar vasitəsilə idarəetmə"
6) Karl V.Doyç "Monolistdə çatlar"
7) Con Ostin "Hüquqşünaslıq haqqında mühazirələr"
8) Nikolo Makiavelli "Liviyanın birinci kitabı haqqında düşüncələr"
9) Cin Şarp "Zorsuz aksiyanın siyasəti"
10) Robert Helvinin şəxsi yazışmalar
11) Piter Akerman və Kristofer Krüqler "Statistik zorsuz konflikt"
12) Aristotel "Siyasət"
13) Cin Şarp "Vətəndaş müdafiəsi: silahların savaşdan sonrakı sistemi"
|
"MƏQAM!" VƏTƏNDAŞ HƏRƏKATI BARƏDƏ QISA MƏLUMAT "MƏQAM!" vətəndaş hərəkatı 2005-ci ilin fevralında yaradılıb. Hərəkat iştirakçıları iki aydan da az zamanda hərəkatın təşkilati işlərini başa çatdırıb, onun ümumi konsepsiyasını hazırlayıb. Konsepsiya əsasən Serbiyanın "Otpor!", Gürcüstanın "Kmara", Ukraynanın "Pora" hərəkatlarının konsepsiyası əsasında yaradılıb. Bununla yanaşı hərəkat iştiakrçıları Azərbaycan reallıqlarını nəzərə alaraq bu təcrübələri ölkəyə uyğunlaşdırıblar. "Məqam!"ın əsas məqsədi Azərbaycan cəmiyyətində
vətəndaş fəallığının artırılmasıdır. Hərəkatın ən birinci məqsədi qarşıdan gələn
parlament seçkilərində vətəndaş fəallığının artırılması, seçkinin azad, ədalətli
keçirilməsinə nail olunmasıdır. Bizim hərəkat bütün Azərbaycanda işləyəcək. Biz əminik ki, xalqımız daha firavan yaşayışa,
hakimiyyətin onunla daha normal davranmasına, konstitusion haqlarının
qorunmasına layiqdir. "Məqam!" hərəkatı hər hansı partiyaya bağlı deyil. Biz ayrı-ayrı namizədləri yox, bütünlükdə demokratik seçkiləri dəstəkləmək fikrindəyik. Məqsədimiz Azərbaycanda azad seçki keçirilməsinə, onun nəticələrini saxtalaşdırılmamasına nail olmaqdır. "Məqam!"a qoşulan siyasi partiya və hərəkat nümayəndələri ondan öz siyasi reklamları üçün yararlanmamalıdır. Bizim hərəkatımızı heç kim idarə etmir. Bütünlüklə demokratik prinsiplərə əsaslanan təşkilati işi hərəkatın koordinatorları aparır. Öz sırasında bütün koordinatlar vahid beyin mərkəzində birləşir. Burada bütün qərarlar konsensus yolu ilə qəbul olunur. Qərarlar qəbul edildikdən sonra KİV-lə əhaliyə çatdırılır. Məqsədlərimizə çatmaq üçün cəmiyyətin birliyinin olduqca vacib olduğunu dərk etdiyimizdən cəmiyyətin bizim fikir və maraqlarımızı bölüşən bütün təbəqələri ilə işbirliyinin tərəfdarıyıq. Biz birləşərək indiki rejimə vətəndaş itaətsizliyi göstərə bilərik. Biz yalnız bir halda maliyyə dəstəyindən imtina etmirik: bu dəstək bizim məqsədlərimizə, strategiyamıza, taktikamıza hər hansı təsir göstərməməlidir. Biz öz gələcəyimiz üçün məsuliyyəti öz üzərimizə götürməyə hazırıq. Biz bir-birimizə dəstək olaraq öz qanuni haqlarımızı tələb edəcək, hakimiyyətlə sadiq nökərlər yox, ölkənin gələcək sahibləri kimi danışıqlara cəhd göstərəcəyik. Bilirik ki, bizim işimizi öz adalarına çıxacaq "Məqam!"la heç bir bağlılığı olmayan siyasi qüvvələr ola bilər. Ona görə də bildiririk ki, hərəkatın işiylə bağlı ilkin və dəqiq informasiya maqam_press@yahoo.com internet ünvanından sizlərə yollanacaq.
ARTIQ MƏQAM YETİŞİB! Bizimlə əlaqə:
maqam_info@yahoo.com Qeyd: "MƏQAM!" vətəndaş hərəkatı adından mətbuata, ictimaiyyata və ayrı-ayrı vətəndaşlara müraciətlər və çağırışlar yalnız yuxarıda göstərilən iki e-mail-dən yollanılır. Başqa ünvanlardan bizim adımızdan verilən informasiyalar dezinformasiya hesab olunsun. |