İstedadlı şair, gözəl insan Ramiz Rövşənin yeni kitabı nəşr olunub... "Qanun" Nəşrlər Evində çapdan çıxan gündən kitab bestsellerə çevrilib... İndiki zamanda orta nəşr tirajı 300-500-dən çox olmayan Azərbaycanın kitab bazarına "Nəfəs" 2000 tirajla daxil olub...

Ramiz Rövşən. Nəfəs kitablar kitabıNəfəs kitablar kitabı
Ramiz Rövşən. Şeir, nəsr və esselər, 2006, 760 s.

Naşir:
Şahbaz Xuduoğlu, Qanun Nəşrlər Evi
Üz qapağı: yumşaq
Sayı: 2000 ədəd
Qiyməti: razılaşma yolu ilə

Anons:
Ramiz Rövşənin bu bircildliyinin içində 5 kitab var...
Əsərləri dünyanın bir çox ölkələrində çap edilmiş, ingilis, fransız, alman, ispan, polyak, bolqar, rus, ukrayna, və s. dillərə tərcümə olunmuş şairin bu bircildliyi ana dilimizdə işıq üzü görən ən iri həcmli kitabıdır.

İnanırıq ki, çoxdan bəri intizarla gözlənilən bu kitab şairin köhnə oxucularını sevindirməklə yanaşı, ona həm də yeni-yeni oxucular qazandıracaq.

Əldə etmək olar -->> Kitab Klubu, tel: 492-12-38, www.kitabklubu.org

Redaktor