Köhnə bayatılar, yeni əfsanələr

Isa bey

İsa Qəmbər, Bakı, 1985-ci il, yanvar

Z.Balayanın "Ocaq" (Yerevan, "Sovetakan qrox" nəşriyyatı, 1984) kitabı haqqında

Rusca - по русский

İçindəkilər:

1. Erməni xalqının tarixinin özəlləşdirilməsi
2. "Böyük Ermənistan" ideyası, başqa sözlə, ərazi iddiaları
3. Erməni xalqının “müstəsnalığı” haqqında
4. Balayanın güddüyü məqsədlər

Tarix intellektin "kimyəvi tərkibinin" hazırladığı ən təhlükəli məhsuldur. Bu məhsulun xassələri yaxşı bəllidir: arzu doğurmaq, xalqları məst etmək, saxta xatirələr oyatmaq, refleksləri dərinləşdirmək, köhnə yaraları qüvr etdirmək, dincliyi pozmaq, allahlıq, yaxud təqib iddiasında bulunmaq, millətləri məğrur, təkəbbürlü, düzülməz və vecsiz etmək. Tarix hər bir arzuya haqq qazandırır, heç nəyi öyrətmir.

Pol Valeyt (1871-1945) "Avropanın əzəməti və tənəzzülü haqqında qeydlər".

Ötən ilin oktyabrında Sov.İKP MK "Sov.İKP MK iyun (1983-cü il) Plenumu qərarlarının Ermənistan respublikasının partiya təşkilatında yerinə yetirilməsi gedişi haqqında" qərar qəbul edib. Orada heyrətamiz dərəcədə tutulmlu və yığcam şəkildə deyilir: "Ayrı-ayrı elmi araşdırmalarda, bədii əsərlərdə tarixi hadisələrin və şəxsiyyətlərin qiymətləndirilməsində qeyri-sinfi münasibət müşahidə edilir" ("Pravda", 21.X.1984).

Bu qərarla, demək olar, eyni vaxtda Zori Balayanın erməni ziyalılarının müəyyən dairələrinin acınacaqlı ənənəsini, təəssüf ki, davam etdirən "Ocaq" kitabı nəşr olunub. Hər şeyi olduğu kimi deyək: bu ənənə tarixin genişmiqyaslı və hərtərəfli saxtalaşdırılmasından ibarətdir. Adı çəkilən kitabın səhifələri yalanla, yarımhəqiqətlərlə, uydurmalarla, faktların aşkar təhrifi ilə, xülya və yarımçıq fikirlərlə doludur. Lakin eybəcər qərəzçilik də Balayanın biabırçı savadsızlığını ört-basdır edə bilmir. Tarixlə hətta orta məktəb səviyyəsində tanış olan oxucu da "Ocaq" müəllifinin tam naşılığına əmin ola bilər.

Burada ilk baxışda qanunauyğun görünən suallar meydana gələcəyini duyuruq: "Belə olduğu halda Balayanla diskussiyaya girməyə dəyərmi?", "Bu diskussiya Balayanın və onun kitabının reklamına çevrilməyəcək ki?".

"Reklam" məsələsini gələcək göstərər. Biz onu da anlayırıq ki, professionala nisbətən dovtələb diletantla mübahisə etmək qat-qat çətindir. Lakin aşağıdakı mülahizələrə görə biz bunu qaçılmaz hesab edirik:

Mətləbə keçək, Balayan tarixi üz sələflərinin çoxdan tərtib edib sınaqdan keçirdikləri aşağıdakı resept üzrə saxtalaşdırır:

Saxtalaşdırmanın bu əsas tendensiyaları bir-biri ilə çulğaşaraq yeni yönlər kəsb edir. Bu dolaşıq kələfi açmağa, hər bir tendensiyanı ayrılıqda iri planda nəzərdən keçirməyə və müəllifin füvqəlvəzifəsinə çevrilmiş başlıca məqsədləri aydınlaşdırmağa çalışaq.

Erməni xalqının tarixinin özəlləşdirilməsi

Balayan erməni xalqının avtoxtonluğunu, yəni ermənilərin və onların əcdadlarının lap əvvəldən Zaqafqaziyada və Ön Asiyada (Kiçik Asiya, Ermənistan və İran yaylaları, Erəbistan yarımadası, Mesopotamiya, Suriya və Livanda) yaşadıqlarını sübuta yetirmək üçün dəridən-qabıqdan çıxır. Onun arqumentləri Sizi maraqlandırırsa, buyurun, tanış olun: "Bu yerlərdə həmişə, milyon illər boyu daşlar olub. Və bu yerlərdə həmişə - neçə-neçə minillər boyu ermənilər yaşayıb. Eramızdan əvvəlki ikinci-üçüncü minilliklərə aid tsiklopik tikililər var" ("Ocaq" s.314). bu tikililərdən bir qədər sonra bəhs edəcəyik. Hələliksə sözümüzə davam edək. "Aştarakda yerli sakindən onun əcdadının əslən haralı olduğunu soruşmaq olmaz. Məsələn, Zəngəzurda və Dağlıq Qarabağda olduğu kimi, burada da belə sual təəccüb doğurur. Onu eşidən kimi aştaraklı çiyinlərini çəkib fikirləşmədən cavab verir: "əlbəttə, aştaraklı olublar, axı Aştarak həmişə, hər bir dövrdə olub"(s.391).

Məhdud düşüncədir, deyilmi? Amma nə edəsən ki, nə aştaraklı, nə də Balayan bundan artıq düşünmək istəmirlər (doğrudan da, inanan adam xoşbəxtdir), onların əvəzinə oxucu düşünməli olur. Şübhə edənlər varsa, onlara aparıcı Sovet alimlərinin birgə əməyinin məhsulu olan "Qədim dünya tarixi" (rusca, c.2, 1983) əsərinin 46-cı səhifəsini açmağı məsləhət görürük. Orada açıqca yazılıb: "Protoermənilərin bu yaylanın (Ermənistan yaylasının - İ.Q.) avtoxtonları olması barədə son vaxtlar yayılmış fikiri bir sıra səbəblərə görə, əsaslı saymaq olmaz". Bundan sonra müəlliflər üz müddəalarını elmi cəhətdən əsaslandırırlar. İndi bircə kimin - aştaraklının, Balayanın, yoxsa aparıcı sovet alimlərinin - haqlı olduğunu ayırd etmək qalır.

Sözlərinin əsassız olduğunu bilən Balayan müasir Ermənistan SSR ərazisində rast gəlinən ən qədim insanların fəaliyyətini əks etdirən bütün izləri, məsələn, e.ə. X-V minilliklərə aid Sünik (Zəngəzur) qayaüstü təsvirlərini (s.64-65), 4-5 min il əvvəl Sevan (Güyçə) gülünün cənub sahillərində "fəaliyyət göstərmiş" "erməni" astronomlarının qayaüstü təsvirlərini (s.160-161), müvafiq olaraq 6 və 4-5 min illik tarixi olan memarlıq abidələrini (s.222) və tsiklopik tikililəri (s.314), e.ə. III minillikdə ucaldılmış Gümrü (Aleksandropol, Leninakan) şəhərini (s.277) ermənilərin və ya onların əcdadlarının əl işi kimi təqdim edir.

Aydınlıq gətirək. "Qədim dünya tarixi" kitabının erməni xalqının tarixinə son dərəcə iltifat və xeyirxahlıqla yanaşan müəllifləri birmənalı olaraq göstərirlər ki, protoerməni dili daşıyıcılarının Ermənistan yaylasında e.ə. XII əsrdən tez peyda olmaları versiyası heç bir fakta süykənmir (bax: c.2, s. 45-46). Onların oraya e.ə. XII-VI əsrlərdə gəlmələri ehtimal olunur (bax: c. 2, s.45-46). Beləliklə, bu yerlərdəki insan fəaliyyətinin e.ə.II-III minilliklərə aid izləri ermənilərin əcdadlarından deyil, həqiqətən o yerlərin avtoxtonları olan və xələfləri indi də bölgədə yaşayan xalqlardan qalıb.

Onu da demək lazımdır ki, yaylanın ehtimal olunan avtoxtonlarını-hürritləri və urartları erməni xalqının etnogenezi ilə bağlayan arqumentlər son dərəcə zəifdir. Tam aşkar görünür ki, tarix elminin sonrakı inkişafı bu əsassız hipotezi alt-üst edəcək.

Başqa "arqumentlər" sorağında Balayan "nüfuzlu qaynağa" - "Brokhauz - Yefronun ensiklopedik lüğəti"nə üz tutur. Bu mənbəni yalnız o zaman az-çox mütəbər saymaq olar ki, söhbət ən yaxın keçmişin hadisə və faktlarından getsin. Naxçıvan haqqında erməni müvqeyindən yazılmış məqalədən sitat gətirərkən Balayan onu incəliklə təhrif etməkdən də çəkinməyib. O yazır: "Naxçıvanı qədim ermənilər "Naksuana" adlandırırdılar... Bəzi fars və erməni tarixçiləri onun əsasının Miladdan əvvəl 1539-cu ildə Ermənistan çarı Tiqranın sərəncamı ilə qoyulduğunu yazırlar” (s. 14).

Qəribədir. Balayan oxucuya təlqin etmək istəyir ki, Naxçıvan e.ə. XVI əsrdə Ermənistan çarı Tiqranın sərəncamı ilə salınıb. E.ə. XVI əsrdə hansı Ermənistan çarlığından və onun çarı Tiqrandan söhbət gedə bilər?!

"İnansan da, yoxla" Prinsipi ilə hərəkət edərək "Brokhauz - Yefronun ensiklopedik lüğət"ini (c. 20, S.- Peterburq, 1897, s. 704) açıb oxuyuruq: "Naxçıvan (qədim ermənilərdə "Naxcavan", klassik yazıçılarda “Naksuana”)... Bəzi fars və erməni tarixçiləri onun əsasının qoyulmasını Miladdan əvvəl 1539-cu ilə aid edirlər. Ermənistan çarı Tiqranın (M.ə 565-520) sərəncamına əsasən midiyalı əsirlərlə məskunlaşmışdı”. Şərhə ehtiyac yoxdur.

Balayan son ifadənin bir hissəsini ixtisar edərək (sınanmış üsuldur: o, məqalənin mətnində heç bir dəyişiklik etməyib. Sitat mətninin bir hissəsinin 3 nöqtə ilə əvəzlənməsi isə hər bir müəllifin qanuni hüququdur) Tiqranı Naxçıvanın əsasını qoymağa məcbur edib.

I Tiqranın sərəncamına əsasən Naxçıvanın midiyalı əsirlərlə məskunlaşmasını ensiklopediya müəlliflərinin insafına tapşıraraq deyək ki, e.ə. VI əsr mifik Ermənistan çarlığı o dövrün qüdrətli dövlətləri olmuş Midiyanın, sonra isə əhəmənilər imperiyasının tam əsarətində olub.

Yolüstü daha bir maraqlı detalı qeyd edək. Ensiklopediyada yazılıb ki, qədim ermənilər Naxçıvana "Naxcavan", klassik yazıçılar isə "Naksuana" deyiblər. Lakin "kobud" Naxcavan Balayanın "incə" qulağını deşir, "ahəngdar" Naksuana onun daha çox xoşuna gəlir. Balayan yenə 2-3 sözü və vergülü ixtisar etməklə qədim ermənilərin bu şəhərə "Naksuana" demələrinə "nail olur".

Özünə daimi yol yoldaşı etdiyi Həqiqətə Balayan məhz bu cür xidmət göstərir (bax: "Ocaq", s.12). Üstəlik də "yüksək" materiyadan bəhs olunan, iri yalanın xırda yalanı ürtdüyü bir kitabda xırda xətalara kim diqqət yetirir ki?!

Kitabının elə 8-ci səhifəsindəcə Ermənistanı 5-minillik (?) adlandıran Balayan sonralar da "minilliklər" sözünü gen-bol işlədir. Bunların hər biri üzərində dayanmağa nə zərurət, nə də imkan var. Yalnız bircə gülünc və simptomatik faktı göstərək. 388-ci səhifədə Balayan yazır: "Oşakan... Beş min iki yüz sakin. Bir neçə il bundan əvvəl respublikanın hər yerində olduğu kimi burada da doğuş azalmışdı". Necə deyərlər, adət insanın ikinci simasıdır. Söhbət hətta Ermənistan SSR-dən gedəndə də müəllifin qələmi avtomatik olaraq və çox asanlıqla "bir neçə min il əvvəl" sözlərini cızır.

"Böyük Ermənistan" ideyası, başqa sözlə, ərazi iddiaları

Ağacdələn usanmadan eyni nöqtəni düyəclədiyi kimi, Balayan da bütün kitab boyu "Böyük Ermənistan" ideyasını həyata keçirməyə çalışır. 9-cu səhifədə o, bəyan edir ki, Sovet Ermənistanı "həqiqi Böyük Ermənistanın cüzi bir qalığıdır". 174-cü səhifədə Balayan fikrini belə konkretləşdirir: "Ermənistan tarixini yaxşı bilən elə həmin müəlliflər (?) oçerklərinə belə bir detal daxil ediblər: "Dənizdən dənizədək ərazisi olan qədim ermənilər əla dənizçi olublar". Bax belə bir xırda detal tarixlə maraqlanan oxucuya təlqin etməlidir ki, Aralıq, Qara və Xəzər dənizləri arasındakı sahə Ermənistanın "qədim ərazisidir". Belə olan halda "tarixi Ermənistan" adlanmaq imkanına "xoşbəxt iddiaçılar" siyahısına Naxçıvanın, Bakının, Dağlıq Qarabağın, Daşkəsənin, Xanların, Gürcüstanın, hətta Orta Asiyanın da salınmasında (s. 235) təəccüblü nə var ki?

Müfəssəl təhlilə keçməzdən əvvəl "Böyük Ermənistan" anlayışının nə demək olduğunu izah etmək lazımdır. Bəri başdan deyək ki, bu dövlət barədə, xüsusən də onun erkən dövrü haqqında məlumatlar çox kasad və ziddiyyətlidir.

Ermənistan, daha dəqiq desək, protermənilərin də yaşamış olduqları ərazi əvvəl Midiya, sonra isə əhəmənilər dövlətinin hakimiyyəti altında olub. Sonra Ermənistanın (Arminanın) adı I Daranın (e.ə. 522-486) Bisütün yazısında imperiyanın sıravi əyaləti (satraplığı) kimi çəkilir. Makedoniyalı İsgəndər əhəmənilər dövlətini ləğv edəndən (e.ə. IV əsrin sonu) sonra, Ermənistan Selevkilər imperiyasının tərkibinə daxil olmuşdur.

E.ə. 189-cu ildə Ermənistanın Selevkilər strateqi Artaşes (Artaxşasi) üzünü Ermənistan çarı elan edir və beləliklə, "ərazisi Ararat dərəsi ilə məhdudlaşan" müstəqil Ermənistan dövləti meydana gəlir. Artoşes üz çarlığının ərazisini bir qədər genişləndirsə də, onun ülümündən (e.ə. təxminən 160-cı il) sonra ölkə müstəqilliyini itirərək güclənməkdə olan Parfiya dövlətinin hakimiyyəti altına keçir.

E.ə. 95-ci ildə "Böyük Ermənistan"ın ən görkəmli xadimi sayılan II Tiqran (e.ə. 95-55-ci illər) Ermənistan çarı olur. O vaxtın başqa iri dövlətlərinin zəifliyindən bəhrələnərək (bax: Qədim dünya tarixi, s. 407) o, qonşu ölkələrin xeyli ərazisini ələ keçirir. Lakin onun dövləti də stabil və uzunümürlü olmayıb. II Tiqran hələ sağ ikən onun imperiyası dağılmağa başlayır. Tezliklə o, əvvəllər işğal edilmiş ərazilərin çoxunu itirərək Roma imperiyasının hakimiyyəti altına keçir (Erməni xalqının tarixi, Yerevan, 1980, s. 49).

Ermənistanın Romaya qarşı mübarizəsi onunla başa çatır ki, e.ə. 52-ci ildə Parfiya çarının qardaşı I Tridat Ermənistan çarı olur və e.ə. 64-cü ildə o, Romaya gedib imperator Nerona baş əyməli olur (bax: Erməni xalqının tarixi, s. 55-57). Parfiya sülaləsi 252-ci ilə qədər Ermənistanı idarə edir və həmin il Sasanilər dövləti tərəfindən işğal olunur. (bax: Erməni xalqının tarixi, s.60).

387-ci ildə Ermənistan İranla Roma arasında bölüşdürülür (Yenə orada, s.96), "Böyük Ermənistan"ın mövcudluğuna son qoyulur.

"Böyük Ermənistan" tarixinin əsas mərhələləri bax bunlardır. II Tiqranın hakimiyyəti dövründə ölkənin qısamüddətli güclənməsini nəzərə almasaq, bu tarixdə elə bir Böyüklük tapmaq çətindir. Bu, qədim dünyanın adı bir ellinist dövlətinin tarixindən başqa bir şey deyil. Həmin ölkənin əhalisi barədə heç bir önəmli məlumat yoxdur. Ölkəni ya parfiyalılar, ya da etnik mənşəyi məlum olmayan sülalələr idarə ediblər. Tiqranın, Artaşesin, Artavazdın və başqalarının erməni olduğunu hələ heç kim heç nə ilə sübut etməyib. Çarlığın yazılı dilləri yunan və aramey dilləri olub (bax: Erməni xalqının tarixi, s.80).

Balayanın və onun kimilərinin bir vaxtlar Ermənistan dövlətinə daxil olmuş əraziləri "xalis erməni torpağı", "tarixi Ermənistan" elan etmək iddiaları məhz belə bir küvrək üzülə süykənir. Bəşər tarixində onlarca nəhəng imperiya olub və belə bir məntiqlə Makedoniyalı İsgəndərin, Çingiz xanın, Teymurun, Şah ismayılın, Napoleonun xələfləri dünyanın tam yarısını "tarixi Makedoniya", "tarixi Monqolustan", "tarixi Üzbəkistan", "tarixi Azərbaycan", "tarixi Fransa" və s. adlandıra bilərlər. Lakin Balayanın Azərbaycan SSR-ə qarşı iddiaları "abırlıdır", o yalnız Naxçıvan MSSR-ə və Dağlıq Qarabağ Muxtar Vilayətinə iddiaçıdır.

"Elmiliklə" tərtib olunmuş marşrutla ekspedisiyaya başlamazdan əvvəl Balayan "Böyük Ermənistanın müqəddəs şəhəri" olan Naxçıvana baş çəkməyi üzünə borc bilir ("Ocaq", s. 15). O yazır: "Səyahət rəsmi olaraq Mehri rayonundan başlanır... Amma mənim üçün o, artıq başlanıb. Axı artıq mən yoldayam (Naxçıvan MSSR-ə doğru - İ.Q.). Mehriyə çatmaq üçün mən Bibliya (?) torpağı ilə getməli, daim sağ tərəfimdə Arazı hiss etməliyəm... Mən ekspedisiyaya ciddi hazırlaşmışam, vətənin tarixini və coğrafiyasını yaxşı öyrənmişəm (?) (s. 16).

Beləliklə, "rəsmi" ekspedisiya başlanmamış Naxçıvan MSSR "tarixi Ermənistan" elan edilir. Müəllifin "arqumentləri"ni nəzərdən keçirək. Balayana ilham verən əsas mənbə yenə də "Brokhauz - Yefron ensiklopediyası”dır; orada iddia olunur ki, Naxçıvan şəhərini ermənilərin əlindən tatarlar, yəni azərbaycanlılar alıblar. Bu "nüfuzlu" fikir Balayana belə hesab etməyə imkan verir ki, Naxçıvan erməni şəhəridir və hazırda onun Azərbaycan SSR-ə mənsub olması faktı tarixi ədalətsizlikdir. Bu fikri heç kim heç yerdə əsaslandırmayıb. Akademik Ziya Bünyadov isə həmin iddianın əsassız və dəlilsiz olduğunu danılmaz faktlarla sübut etmişdir (bax: Azərbaycanda Atabəylər dövləti, Bakı, 1978, s. 194-196). Ziya Bünyadovun fikrini belə bir fakt da təsdiqləyir ki, arxeoloji qazıntılar zamanı Naxçıvan şəhərində kilsə və başqa xristian tikililərinin qalıqlarına heç vaxt rast gəlinməyib.

1832-ci ildə Naxçıvan şəhərinin əhalisi 5470-nəfər 3461-i azərbaycanlı, 1829-u erməni imiş. Ermənilərdən 719-u yerli olub, 1110 nəfəri isə buraya Türkmənçay müqaviləsindən (1828-ci il) sonra İrandan köçürülüb (bax: I. Şopen. Rusiya imperiyasının tərkibinə qatıldığı dövrdə Ermənistan vilayətinin vəziyyətinə dair tarixi yaddaş. S. Peterburq, 1852, s. 38-39, rusca). XVII əsrdə burada əhalinin Böyük əksəriyyətini azərbaycanlılar təşkil edib (bax: ə. Çələbi. Səyahətlər kitabı, 3-cü buraxılış, M., 1983, s. 21-22, rusca). əhalisinin Böyük hissəsi azərbaycanlılar olan Naxçıvan şəhərinin daim Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiqləyən onlarca fakt gətirmək olar.

Lakin Balayanı təkcə Naxçıvan şəhəri yox, bütövlükdə Naxçıvan MSSR maraqlandırır. Yenə həmin qaynağa (I. Şopenə) müraciət edək. Naxçıvan əyaləti: 17138 azərbaycanlı, 2690 yerli erməni, 10679 İrandan və Türkiyədən köçmə erməni. Ordubad mahalı:  7247 azərbaycanlı, 2388 yerli erməni, 1340 gəlmə erməni. İrəvan əyaləti: 49875 azərbaycanlı, 20073 yerli erməni, 45207 gəlmə erməni (İ. Şopen. Güst. əsəri, s. 38-39).

Beləliklə, yalnız İrəvan əyalətində və yalnız Rusiya-İran (1826-1828) və Rusiya-Türkiyə (1828-1829) müharibələrindən, İran və Türkiyədən Zaqafqaziyaya 130 mindən artıq etməni köçürüləndən (bax: Erməni xalqının tarixi, s. 196) sonra erməni əhalisinin sayı azərbaycanlılardan çox olub. "Ümumiyyətlə, köçkünləri yerləşdirərkən Rusiya hökuməti erməniləri məskunlaşdırmaqla bu ərazidə ("Ermənistan vilayəti " deyilən yerdə - İ.Q.) müsəlman elementinin rolunu azaltmağa çalışırdı" ("Rusiya Coğrafiya cəmiyyəti Qafqaz şübəsinin xəbərləri, - RCCQŞ, - VII c., Tiflis, 1882-1883-cü illər, s. 92, rusca"). Lakin faktlar göstərir ki, rusiya çarizminin məqsədyünlü fəaliyyəti millətlər arasındakı nisbəti əsaslı surətdə dəyişdirə bilməyib.1873-cü ildə də ermənilər Zaqafqaziya əhalisinin cəmi 19,5 faizini təşkil ediblər və yalnız İrəvan quberniyasında onların sayı bir qədər çox (54%) olub (bax: RCCQŞ, s. 91). İrəvanın üzündə hətta 1897-ci ildə də azərbaycanlılar sayca erməniləri üstələyiblər (müvafiq olaraq 49 və 48%. XIX əsrin 30-cu illərində İrəvandakı 9 məktəbin 8-i azərbaycanlılar, cəmi 1-i ermənilər üçün idi ki, o da 1827-ci ildə buraya Eçminadzindən köçürülmüşdü (bax: Obozrenie Rossiyskix vladeniy na Kafkaze v statistiçeskom, gtnoqrafiçeskom i finansovom otnoşeniəx. S.Pb, 1836, ç.IV, s. 275).

Balayanın "mübahisəli" saydığı vilayətlərə dair faktlar bunlardır. Bəziləri düşünə bilərlər ki, gətirilmiş rəqəmlər eramızın II minilliyindəki etnik miqrasiyaların və siyasi hadisələrin nəticələridir. Elə isə "erməni tarixinin atası" sayılan V əsr erməni tarixçisi M. Horenasiyə müraciət edək: "Biz balaca, son dərəcə azsaylı, zəif xalqıq və çox vaxt başqalarının hakimiyyəti altında olmuşuq, amma bizim ölkədə də salnaməyə düşməyə layiq çoxlu hünər və mərdliklər göstərilib (Erməni xalqının tarixi, 1980, s. 118)".

Balayanın sayıqlamalarına qayıdaq. Məlum olur ki, o, Sovet Ermənistanına ekspedisiyadan əvvəl uzun müddət "qəlbinə əziz olan" Qarabağın yolları ilə səyahət edib. Balayan yazır ki, Zəngəzur şərqə, indiki Qarabağa, tarixi Arsaxa doğru da uzanır (yenə orada). Görünür, "Arsax" deyəndə o, Qarabağın erməni adını nəzərdə tutur. Müəllifi kədərləndirməli olacağıq. M. M. Seyidov həm dilçiliklə, həm də tarixlə bağlı dəlillər gətirərək sübut edib ki, "Arsax" toponimii xalis türk mənşəli sözdür (bax: Azərbaycan filologiyası məsəlləri. - Bakı, 1983, s. 1420153).

Balayan izah edir: "Zəngəzur yollarında olduğum indiki vaxtda da bu diyarın tarixini xatırlamaya bilmirəm". Sonra Qarabağ tarixinin "balayan variantını yazmağa başlayır: "Eramızdan əvvəlki II əsrdən başlayaraq Arsax üz erməni əhalisi və aborigen knyaz sülaləsi (Aranşaxikilər) ilə birlikdə Ermənistanın tərkibində olub (yenə orada).

Evvəla, Balayan I Artaşesin Arsaxı qısa müddətə işğal etməsinin əhəmiyyətini hədsiz şişirdir.

İkincisi, nə e.ə. II əsrdə, nə də hətta b.e. II əsrində Arsaxda erməni əhalisi ola bilməzdi. Albaniyanın dağlıq hissəsi olmuş Arsaxın avtoxton əhalisi b.e. VIII əsrindən erməni assimilyasiyasına məruz qalıb. VIII əsrin əvvəllərində ermənilərin katalikosu İlya albanların patriarxını ərəb xilafətinin rəqibi Bizansla əlaqə saxlamaqda suçlayaraq xilafəti ona qarşı çevirdi. Nəticədə xəlifə əbdül Malik alban kilsəsini ləğv edərək alban xristianlarını erməni kilsəsinə və katolikasa tabe etdi (bax: Z. Bünyadov. Azərbaycan VII-IX əsrlərdə, B., 1965, s. 94-95). Arsax və Zəngəzurda aborigen xristianların erməniləşdirilməsi belə başlanıb və XII əsrin əvvəllərində, əsasən, başa çatıb. (Yenə orada, s. 93).

M. Ormanian üzünün "Erməni kilsəsi: tarixi, idarə olunması, daxili quruluşu, ədəbiyyatı, indisi" (M., 1913) kitabında yazırdı: "Xəzər Albaniyasının taxt-tacı XIX əsrin əvvəllərində (Rusiyanın ən Müqəddəs Sinodunun fərmanı ilə 1836-cı ildə - İ.Q.) Xəzər-alban, yaxud aqvan millətinin ermənilərlə qovuşması nəticəsində məhv edilib" (sitat Z. Bünyadovun "Azərbaycan VII-IX əsrlərdə" kitabından götürülüb, s. 92).

Dağlıq Qarabağ və Zəngəzur əhalisinin erməniləşdirilməsi faktını erməni alimləri, məsələn, S. Yeremyan da etiraf edir, lakin o, "erməniləşdirmə" və "qriqorianlaşdırma" anlayışlarını qarışıq salaraq bu hadisəni VIII əsrin əvvəllərinə aid edir (bax: yenə orada, s. 93)

Yuxarıda göstərilmiş səbəblərə görə, Albaniyanın Balayanın bəhs etdiyi aborigen Aranşahlar sülaləsinin Ermənistan tarixinə heç bir qarışacağı yoxdur.

Beləliklə, Balayanın "e.ə. II əsrdə Arsaxda erməni əhalisi" olması barədəki sözləri ağıldankəmlər və sadəlövhlər üçün nəzərdə tutulub.

Balayan yazır: "Amarasda (Albaniyada şəhər - İ.Q.) Maarifçi Qriqorii ilk kilsənin əsasını qoymuş, onun inşasını isə Şərqi Ermənistan vilayətlərinin (Albaniya vilayətləri nəzərdə tutulur -İ.Q.) xristianlığın ilk təbliğatçısı olmuş nəvəsi Qriqoris davam etdirmişdir (s. 41).

Albaniya vilayətlərinin Ermənistana heç bir qarışacağı olmadığını demişdik. əlavə edək ki, nə Qriqoris (332-ci ildən 337-ci ilədək Albaniya yepiskopu), nə də onun babası erməni olmayıblar. Maarifçi Qriqorii Zaqafqaziyaya III əsrin sonu - IV əsrin əvvəllərində Yunanıstana gəlmiş, Albaniyada, Ermənistanda, İveriyada xristianlığı yaymışdır( bax:R.Güyüşov. Qafqaz Albaniyasında xristianlıq. - B. 1984, s. 27, 29).

Onu da demək lazımdır ki, nə Qriqoris, nə də Qriqorii Albaniyada xristianlığın ilk təbliğatçıları olmayıblar. Albaniyada xristianlığın təbliği II (bəzi məlumatlara görə, hətta I) əsrdə başlanıb.

Balayan tez-tez XIII əsrin tarixi abidəsi - Qandsazar memarlıq abidəsinin adını çəkir və onu "dünya mədəniyyətinin əsl şedevri" adlandırır (s. 309). Biz bu komplimenti təkzib etmirik. Lakin onun həmin ansamblın erməni memarlıq abidəsi olması haqqında iddiası son dərəcə mübahisəlidir. Qandsazar məbədini (Mardakert rayonunun Vəng kəndindədir) XIII əsrdə alban kilsəsinin müstəqillik rəmzi kimi Xaçenin yarımmüstəqil hökmdarı Nəsən Cəlal tikdirib. Bunu ona görə deyirik ki, o vaxtlar alban xristian kilsəsi qısamüddətli dirçəliş dövrünü yaşayırdı və yeni məbəd Albaniya katolikosunun iqamətgahı idi (bax: R. B. Güyüşov. Güst. əsəri, s. 142).

Ümumiyyətlə, Balayanın Şərqi Zaqafqaziyadakı xristian tikililərinin hamısını erməni memarlıq abidələrinə aid etmək cəhdləri tam cəfəngiyyatdır.

Onu da qeyd etmək önəmlidir ki, XIII əsrdə Xaçen (əsasən, indiki Dağlıq Qarabağla uyğun gəlir) əhalisi o qədər də yekcins deyildi və gəlmə ermənilərin sayca üz etnik xüsusiyyətlərini saxlamış avtoxtonlardan üstün olduğunu söyləməyin heç bir əsası yoxdur (bax: Z. M. Bünyadov. Azərbaycan Atabəylər dövləti, s. 112, qeyd 320).

Balayan cidd-cəhdlə təkrarlayır ki, Ermənistanın görkəmli dövlət xadimi və diplomatı İsrael Ori Peterbura, «İ Pyotrla diplomatik görüşə Qandsazar monastrından yola düşüb" (bax: s. 41, 44, 82). Lakin "Erməni xalqının tarixi" kitabının müəllifləri I.Orinin Dağlıq Qarabağdan deyil, Zəngəzurdan, daha dəqiq desək, Sisyandan yola düşdüyünü yazırlar (s. 165).

42-ci səhifədə Balayan XVIII əsrdə  və XIX əsrin əvvəllərində Qarabağda baş vermiş hadisələrin "obyektiv" şərhinə başlayır. O yazır: "Erməni xalqının milli azadlıq hərəkatı tarixinin bəzi səhifələri ilə tanış olarkən aşkar təəssüflə dərk edirsən ki, düşmən çox Böyük tamahkarlıqla "daxili çəkişmə"" adlanan imtinasız tələdən məharətlə istifadə edib. Yerli məliklər (ərəbcə hərfi mənası "çar" deməkdir) bəzən "ayır, buyur" düsturunun sirlərini aça bilmədikləri üçün hər hansı bir bəhanə ilə üz aralarında çəkişməyə başlayırdılar (s. 42).

Burada Balayan təkcə təəssüfünü deyil, cahilliyini də gizlədə bilməyib:

1. Məlik mərkəzi hakimiyyətdən tam və ya qismən asılı olan mülkiyyətçi feodaldır. Qarabağ məliklərinə gəlincə, onlarla İranın Səfəvilər şahı arasında Azərbaycanın iri feodallarından, indiki halda Gəncə bəylərbəyilərindən ibarət daha bir halqa da var idi.

Məliklərin statusu Nadir şahın hakimiyyəti dövründə (1736-1747) mühkəmlənmişdi. O, onlardan bəzilərinin titulunu təsdiqləmiş, Dizak məlikinə isə bu titulu şəxsən üzü vermişdi. Nadir şah Qacar nəslindən olan Gəncə bəylərbəyi Ziyadoğluları üz düşməni saydığı üçün Qarabağ məliklərinə əmr etmişdi ki, "Gəncə xanlarına itaət zəncirini əyanların və rəiyyətin boynundan atıb üzlərini onlardan azad etsinlər, istək və tələblərini bilavasitə hökmdarın (yəni Nadir şahın) adına gündərsinlər" (Mirzə Adıgözəl bəy. Qarabağnamə, B.: 1950, s. 48).

Qarabağ məlikləri Xaçen hökmdarı Həsən Cəlalın nəslindən olan Xaçen məliklərini kənarlaşdırmışdılar. Onlar küklü qarabağlı deyildilər: Məlik Yeqanlar (Dizak) Loridən, Məlik Şahnəzərlər (Varanda) Göyçədən, Məlik Allahqulular (Caraberd) Zəngəzurdan, Məlik Usub (Gülüstan) isə Şirvandan qaçıb gəlmişdilər (bax: yenə orada, s. 57-58).

Məliklərin nəsil şəcərəsi bizə bəlli deyil, lakin adları onların erməni xalqına mənsub olmadıqlarını göstərir.

2. "Məliklərin hər hansı bir bəhanə ilə üz aralarında savaşmaları" barədə. XVIII əsrin ortalarına yaxın 4 məlikliyin sahibləri hakimiyyət uğrunda rəqabətdə əmisini üldürmüş varandalı Məlik Şahnəzərə qarşı idilər (bax: əhməd bəy Cavanşir. Qarabağ xanlığının 1747-1805-ci illərdəki siyasi mövcudluğu haqqında. Şuşa, 1901, s. 9).

Balayan davam edir: "Məhz bu cür vəziyyətdən yararlanan köçəri qəbilənin başçısı Sarıcalı Pənah XVIII əsrin ortalarında Qarabağa soxularaq Şoş (Şuşa) qalasını üz iqamətgahına çevirmişdi" (s. 42).

Balayanın bircə cümləsində olan səhvləri hesablayaraq:

1. Pənahəli məliklər arasında tam anlaşma olmamasından deyil, Nadir şahın ülümündən (1747-ci il) sonra şahlıq taxtı uğrunda gedən mübarizədə mərkəzi hakimiyyətin zəifləməsindən bəhrələnmişdi.
2. "Köçəri Pənahəli bəyin əcdadları uzun illər nəsildən-nəsilə Qarabağda yaşamış, burada mühkəm müvqe sahibi olmuşlar” (bax: Qarabağnamə, s. 49-50) və Balayana vacib olan bu "göstəriciyə" görə Pənahəli bəy Qarabağ məliklərindən heç nədə geri qalmırdı.
3. Pənahəli bəy Qarabağa soxulmamışdı, Nadir şahın yanında qısamüddət xidmət edəndən sonra bu vəzifəni ləyaqətinə sığışdırmadığı üçün vətəninə dünmüşdü (Yenə orada, s. 50).
4. Pənahəli bəy Qarabağa XVIII əsrin II yarısında yox, hələ Nadir şah sağ ikən, yəni XVIII əsrin 40-cı illərində qayıtmışdı.
5. Pənahəli bəyə qədər Qarabağda heç bir "Şoş (?) qalası" olmayıb. Nadir şah üləndən sonra onun Qarabağdan Xorasana köçürdüyü azərbaycanlılar (Nadir şah onların Gəncə bəylərbəyilərinə rəğbət göstərmələrindən şübhələnirdi) vətənə qayıdaraq Qarabağdakı azərbaycanlı çoxluğuna süykənən Pənahəli bəyin fəaliyyət bazasını gücləndirirdilər. Nadiri əvəz etmiş Adil şah (əliqulu xan) Pənahəli bəyə təklif etdi ki, ali şah hakimiyyətini bəyənsə, ona xan titulu verəcək. Bu süvdələşmədən heç nə itirmədiyi üçün Pənahəli bəy təklifi qəbul etdi. Lakin tezliklə Nadirin nəvəsi Şahrux Mirzə Adil şahı üldürüb taxt-tacı ələ keçirdi (Yenə orada, s. 51-52). Pənah xan iki od arasında qalmışdı: onu həm şah, həm də güclənmiş müstəqil Azərbaycan xanları hədələyirdilər və o, qısa bir müddətdə biri Baltada (1748), o biri isə Tarnakütdə (1752) olmaqla iki qala tikdirdi, onların müdafiə imkanlarından razı qalmadığı üçün 50-ci illərin əvvəllərində yeni bir qala ucaltdırmağa başladı. Bu qala (əslində boş bir sahədə salınan yeni bir şəhər) Şuşa kəndinin yaxınlığında olduğu üçün əvvəllər banisinin şərəfinə "Pənahabad" adlandırılsa da, sonralar "Şuşa qalası" kimi məşhurlaşdı. Pənah xan yaxınlıqdakı yaşayış məntəqələrindən buraya kəndlilər, ustalar və bəylər köçürərək oranı xeyli əhalisi olan alınmaz qalaya dündərdi. Sonralar Şuşa şəhəri təkcə Azərbaycanın deyil, bütün Zaqafqaziyanın ən önəmli mədəniyyət mərkzlərindən birinə çevrildi ki, buna görə də biz əcdadlarımıza minnətdar olmalıyıq.

Beləliklə, bircə cümlədə beş səhv var. Görəsən, gələcəkdə Balayan "rekordunu" ütüb keçə biləcəkmi? "Sonralar farsların da himayəsi ilə üzünü xan elan etmiş bu fırıldaqçı məlikləri bir-birinin üstünə qaldırırdı" ("Ocaq", s. 42).

1. "Fars"larla bağlı onu deyə bilərik ki, eramızın II minilliyi boyunca bir neçə qısamüddətli dövrü çıxmaqla, İran taxt-tacında farslar yox, türklər, ən çox da Azərbaycan sülalələri olub.
2. Qarabağ məlikləri kimi Pənah xan da üz titulunu şahdan almışdı, amma məliklərdən fərqli olaraq o, şahın etimadını doğruldaraq üz tituluna layiq olduğunu sübut etmişdi.
3. İranın mərkəzi hakimiyyəti Pənah xana nəinki hamilik etməmiş, əksinə, bütün vasitələrlə Qarabağ xanlığının müstəqilliyini ləğv etməyə çalışmışdır. Lakin çatışmayan da elə vasitə idi. Qarabağın müstəqilliyinə əsas təhlükə Şəki xanı Çələbidən, Quba xanı Fətəlidən və Cənubi Azərbaycanın şahlıq taxtına iddia edən və Pənah xanı üz hakimiyyətlərinə tabe etməyə çalışan güclü xanları Məhəmməd Həsən xan Qacardan və Fətəli xan əfşardan gəlirdi.
4. Belə bir vəziyyətdə Qarabağ məlikləri Pənah xana yalnız üçüncü dərəcəli təhlükə türədə bilərdilər.

Balayan davam edir: "Təbii ki, məliklər nə qədər pərakəndə olsalar da, onlar dovtələb köçərini istədikləri vaxt üz doğma yerlərindən qova bilərdilər" (s.42).

1. Təkrar edirik: Pənah xan lap qədimlərdən Qarabağda yaşayan Cavanşir nəslinin varlı və nüfuzlu bir ailəsindən idi, məliklər isə Qarabağda gəlmə elementlər sayılırdılar. Deməli, məliklər deyil, məhz Pənah xan üz doğma yerində yaşayırdı.
2. Məliklərin pərakəndəliyi mütləq xarakterdə deyildi. Onlar mütləq xarakterdən kənarda idilər. Könüllü tabeliyə üstünlük verən Varanda məliki Şahnəzərdən başqa, onların hamısı Pənah xana qarşı mübarizədə var gücləri ilə iştirak edirdilər. "Pənah xanın Qarabağ məlikləri ilə mübarizəsini tam dürüst təsvir etmiş" (bax: V. N. Leviatovun "Qarabağnamə"yə yazdığı müqəddimə. B.: 1950, s. 30) Mirzə Adıgözəl bəyin "Qarabağnamə"sinə müraciət edək. Mirzə Adıgözəl bəy yazır ki, Otuziki və Cavanşir tayfalarının Pənah xanın güclənməsindən narazı qalan hissəsi (görünür, söhbət bu tayfaların əyanlarından gedir) 1748-ci ildə Qarabağ məlikləri ilə ittifaqa girərək müstəqil və güclü Şəki xanlığının hökmdarı Hacı Çələbiyə günbəgün güclənən Pənah xanı darmadağın etməyi təklif etdilər. Qarabağlılar Hacı Çələbini xəbərdar edirdilər ki, gələcəkdə Pənah xan Şəki xanlığına da təhlükə yaradacaq. Hacı Çələbi təklifi qəbul etdi və müttəfiqlər Böyük qoşunla Pənah xanın tikdirdiyi Bayat qalasına hücuma keçdilər. Uzun və israrlı mübarizədən sonra Hacı Çələbi üz zəifliyini etiraf edərək geri çəkildi. Hacı Çələbinin aşağıdakı sözləri el arasında məsələ çevrildi: «İndiyədək Pənah xan cilasız gümüşə bənzəyirdi, biz gəlib onu (gümüşü) cilalayıb qayıtdıq" (bax: "Qarabağnamə", s. 53-54).

Hacı Çələbi gedəndən sonra Pənah xan üz mülklərindəki hərcmərcliyə son qoymaq qərarına gəldi və tezliklə məlikləri üz hakimiyyətinə tabe etdirdi.

Yuxarıda göstərilmiş faktlar sübut edir ki, bütün cəhdlərinə baxmayaraq Pənah xana qarşı mübarizədə məliklərin heç bir real şansları olmayıb. Tərəflərin qüvvələri və potensial imkanları hədsiz fərqli idi.

Balayan davam edir: "Lakin tezliklə aydınlaşdı ki, fırıdaqçı Pənah və onun tərəfdarları İran sarayının əlaltıları imiş" (s. 42).

Bu cür sözlərin tam əsassız olduğunu biz artıq göstərmişik. Balayan çox vaxt "Qarabağ" və "Dağlıq qarabağ" toponimlərini qəsdən qarışıq salır və "qarabağlılar" anlayışı ilə "ermənilər" anlayışını sinonim kimi işlədir. Hamıya bəllidir ki, Dağlıq Qarabağ (yəni Qarabağın Dağlıq hissəsi) bütöv, geniş Qarabağın yalnız bir bülümüdür və Qarabağ əhalisinin çoxu həmişə azərbaycanlılar olub, indi də azərbaycanlılardır.

Yuxarıdakı "arqumentasiya"dan sonra Balayan 1813-cü ildə Qarabağın və Zəngəzurun Rusiyaya birləşdirilməsini Ermənistan tarixinin faktı kimi təqdim edir (bax: s.43). bu müddəanın da heç bir əsası yoxdur. Birləşmə dövründə Qarabağ da, Zəngəzur da, Qarabağ xanının malikanəsi idi və bu vilayətlərin əhalisinin əksəriyyəti azərbaycanlı idi. Hətta 1892-ci ildə, Cənubi Qafqaza İrandan və Türkiyədən on minlərlə erməni köçürüləndən sonra da bizi maraqlandıran vilayətlərin müvafiq sərhədlərinə təxminən uyğun gələn üç qəzanın (Zəngəzur, Şuşa və Cəbrayıl) əhalisi, demək olar, iki bərabər hissədən ibarət idi: 123, 426 azərbaycanlı və 141, 975 erməni (bax: 1894-cü il üçün Qafqaz təqvimi, rusca - Tiblis: 1893, s.220-221).

Bundan sonra "Haqlı Hiddət"lə silahlanan Balayan "günah"ı Şimali Azərbaycanın Rusiyaya birləşdirilməsi tarixini obyektiv tədqiq və şərh etməyə "cəsarət edən" Azərbaycan (eləcə də rus, erməni və s.) sovet alimlərinin "ifşa"sına girişir: "Soruşmaq istərdik: onlar kimdən xilas olmuşdular? Deyək ki, qarabağlılar və zəngəzurlula məlum idi - onlar Türkiyənin əsarətindən (?) azad olmuşdular. Bəs o xan deyilənlər (?) hansı əsarətdən xilas olmaq istəyirdilər? Axı xanlar heç gizlətmirdilər ki, onların yeganə qəddar düşməni ruslardır (?) və birdən-birə həmin xanlar Rusiyanın tərkibinə könüllü daxil olurlar" (s.43).

Bax belə. Alimlər illər uzunu arxivlərin tozunu uda-uda yüzlərlə qaynağa və sənədə baxır, xalqların, dövlətlərin və ayrı-ayrı şəxsiyyətlərin taleyi qovuşan tarixin mürəkkəb problemlərini işıqlandırmaq üçün hər bir sətir üzərində yuxusuz gecələr keçirir, Balayan isə problemi bircə dəfəyə həll edir - gəlir görür və… Qordi düyününü "baltalayır".

Tarixi həqiqət naminə, təəssüf ki, bir daha xoşagəlməz assenizator fəaliyyəti ilə məşğul olmaq zoruna qalırıq. əvvəlcə Balayana belə bir gözgörəsi həqiqəti xatırladaq ki, birləşmək, yaxud birləşməmək (eləcə də birləşdirmək, yaxud birləşdirməmək) dilemmasını xanlığın sıravi sakinləri, zəngəzurlular və qarabağlılar (Balayan onları yenə də erməni sayır) deyil, əlində real hakimiyyət olanlar - Azərbaycan xanları və Rusiyanın hakim dairələri həll edirdilər. "Xanlar rusları qəddar düşmən sanırdılar" deyərək Balayan məsələyə son dərəcə qeyri-elmi şəkildə yanaşır. Doğrudur, Azərbaycan xanlarının Rusiyaya məhəbbəti aşıb-daşmırdı, lakin unutmaq olmaz ki, siyasi məsələlər həll ediləndə kiminsə kiməsə rəğbəti, yaxud nifrəti yox, gerçək şərait nəzərə alınır. Professor F. Brulatskinin dediyi kimi, ideologiya arzu olunanla, siyasət isə gerçəkliklə bağlıdır.

XVIII əsrin sonu XIX əsrin əvvəllərindəki tarixi aktlar məhz bu baxımdan araşdırılmalıdır və araşdırılır da. V. N. Liviotov yazır: "Xanların, o sıradan Qarabağ xanlarının xarici siyasətini müəyyən edən onların üz hakimiyyətlərini,  üz hakim durumlarını mühkəmlətməyə can atmaları idi, buna görə də mürəkkət beynəlxalq durumda, İran və Türkiyənin Azərbaycanı tabeçiliyi uğrunda mübarizə apardıqları bir şəraitdə xanlar tərəddüd edir, həmin dövlətlərin hakimiyyətinə keçməkdən çəkinərək tez-tez Rusiya tərəfə meyllənirdilər. XVIII əsrin 90-cı illərinin başlanğıcında Azərbaycanın güney hissəsindəki xanlıqlar Ağa Məhəmməd şahın hakimiyyətinə keçəndən sonra Qarabağ xanları qarşısında İranın hakimiyyətinin tabeliyinə keçmək təhlükəsi reallaşmışdı. 1795-ci ildə Ağa Məhəmməd şahın Qarabağa hücumundan sonra bu təhlükənin daha da artdığı bir şəraitdə İbrahim xan Qarabağlı Rusiyanın himayəçiliyini axtarmağa başladı" ("Qarabağnamə", s.25-26, V.Leviatovun ün sözü).

Elavə etmək lazımdır ki, XVIII yüzilin sonunda İbrahim xanın təsiri Şəkiyə, Şirvana, Gəncəyə, Naxçıvana, İrəvana, Təbrizə, Qarabağa, ərdəbilə, Marağaya və s. yayıldığı üçün onun mövqeyi önəmli amillərdən idi. 1796-cı ildə hakim vilayətlərdəki xanların çoxu general Zubovun vasitəsilə II Yekaterinaya üz itaətini bildirib, onlar da eyni cür hərəkət etdilər (bax: "Qarabağnamə", s.74, 82-84).

Hələ bundan əvvəl İbrahimxan II İraklıdan nümunə götürərək Mirzə Məhəmmədqulunun başçılığı ilə Rusiyaya elçilər gündərib təklif etmişdi ki, Qarabağ xanlığını Rusiya düvltəinin himayəsinə qəbul etsinlər və Peterburqda bu təklifi iltifatla qarşılamışdılar (bax: əhməd bəy Cavanşir, güst. əsəri, s.23).

"Təəccüb hissi keçirən" Balayanın daha bir sualına cavab verək: Xanlar hansı əsarətdən qurtarmağa çalışırdılar? Xanlar, o sıradan İbrahim xan nə əsarətdən, nə də müstəqilliklərini qismən, yaxud tam itirmək təhlükəsindən qurtarmağa can atmırdılar. (Balayanın "qarabağlılar"ına gəlincə, onlar "Türkiyə əsarəti"indən qurtulmadan əvvəl "Azərbaycan", sonra isə "İran" əsarətindən qurtarmalı idilər).

Azərbaycan xanları bir qədər sadəlövhcəsinə belə hesab edirdilər ki, şahdan və sultandan fərqli olaraq, uzaq Peterburqda oturan Rusiya imperatoru xanlığın nisbi müstəqilliyinə razı olacaq, İrana və Türkiyəyə qarşı hərbi və siyasi yardımın müqabilində bac almaqla kifayətlənəcək. Bir məsələ də önəmlidir ki, Gəncə və Bakı xanlıqlarından savayı yerdə qalanlar Rusiya dövləti ilə müqavilə əsasında birləşmişdilər (bax: Azərbaycan tarixinin və mədəniyyətinin burjua saxtalaşdırıcılarına qarşı. - Bakı: 1978, s.65-66). Rusiyaya birləşmək Cənubi Qafqaz xalqlarının obyektiv mənafelərinə uyğun idisə Rusiya ilə Azərbaycan xanlıqları arasındakı müqavilə sonuncuların subyektiv mənafeyinə uyğun idi (Bax: məsələn, İbrahim xanla Rusiya imperatorunun nümayəndəsi general Sisianov arasında müqavilə. əhməd bəy Cavanşir, güst. əsəri, s.73-75).

Bundan sonra Balayanın ən provokasion və patetik suallarından biri gəlir: "Belə saxtalaşdırma (Balayan Quzey Azərbaycanın Rusiyaya birləşdirilməsi məsələlərini araşdıran sovet alimlərinin elmi cəhətdən əsaslandırılmış müvqeyini nəzərdə tutur - İ.Q.) ilk növbədə xanların və paşaların törətdikləri sonsuz savaşlarda minlərlə oğlu həlak olmuş rus xalqı üçün hədsiz təhqiredici deyilmi?" (s.43).

Tarixi hadisələrə sinfi münasibətin millətçilik müvqeyilə əvəzlənməsi tam göz qabağındadır. Doğrudanmı Balayan siyasi cəhətdən bu qədər kordur? Görünür, o bu sualın cavabını məhz bizdən almaq istəyir. Buyursun. Tam məsuliyyətlə deyə bilərik ki, minlərlə əsgərin ailəsində Azərbaycan xanlarından çox, Cənubi Qafqazda müstəmləkəçilik siyasətini gerçəkləşdirən rus istibdadçıları müqəssir idilər. Balayan və onun tayları erməni xalqının verdiyi qurbanlarla alver etməyə, üz xalqının kədərindən siyasi kapital qazanmağa öyrəncəlidirlər. Lakin rus xalqının çarizm zülmünə eyni dərəcədə məruz qalmış qurbanları ilə alver etmək xüsusilə hiddətləndirici və təhlükəlidir. Balayanın məhz bu cür provokosoion manipulyasiyaları həm ruslar, həm də başqa xalqlar üçün təhqiramizdir.

Bütün bu əsassız "nəzəri" naqqallıqlardan sonra Balayan başqa "arqument"lər də gətirir ki, onlarla hesablaşmamaq olmaz (s.43). O, yazır: "Ötən yüz ilin əvvəlində Ermənistanın tarixi vilayətlərindən olan Qarabağda 98%, hətta 1913-cü ildə 96% erməni vardı. Beləliklə, bir ovuc (?) köçəri (?) gəlmə (birdən birə yad (?) bir ölkəni könüllü olaraq Rusiyanın tərkibinə (?) daxil etmək qərarına gəldi" (s.43).

Qarabağda kimin küklü, kimin gəlmə olduğunu demişdik. Hətta onu da nəzərə alsaq ki, Balayan "Qarabağ" yazanda Dağlıq Qarabağı nəzərdə tutur, yenə də gətirilən rəqəmlər Böyük şübhə doğurur. 1882-ci il yanvarın 1-dək sərhədləri, əsasən, Dağlıq Qarabağın hüdudları ilə uyğun gələn Şuşa qəzasında 52.887 azərbaycanlı (təxm. 42%) və 73.081 erməni (təxm. 58%) yaşayırdı (bax: 1894-cü il üçün Qafqaz təqvimi. - Tiflis: 1893, s. 220-221).

Bütün problemləri "həll edəndən" və alimləri "yerində oturdandan" sonra Balayan sakitləşərək bir "ağsaqqal" kimi təsdiq edir ki, "erməni xalqının Rusiya yönümü onun içindən gələn təbii hadisədir. Bu, xalqın üzünün mahiyyətindən və ruhundan doğur" (s.43). cəfəng ritorikadır. Erməni xalqının Rusiya yönümü tarixi hadisədir, yəni o, tarixin müəyyən mərhələsində yaranıb. Uzun müddət güclü dövlətlərin himayəsini axtarandan sonra ermənilərin ictimai dini xadimləri Avropa ölkələrinin küməyinə bel bağlayırdılar. Yalnız Avropaya olan bütün ümidlər boşa çıxandan sonra onlar üz bəxtlərini Peterburqda sınamaq qərarına gəldilər (bax: Erməni xalqının tarixi, s.64-66). Hətta bundan sonra da Rusiya yönümünü erməni xadimlərinin heç də hamısı yeganə məqsədəuyğun seçim hesab etmirdi.

Balayan yekun akkordunu belə vurur: "Və bu tarixi məsələdə aparılan hər hansı saxtalaşdırma bu gün ölkəmizin başqa xalqları ilə birlikdə Böyük bayramı qarşılamağa çalışan rus və erməni xalqlarının Böyük dostluğunun beşiyi başında durmuş babaların hünərini təhqir edir (s.43). Biz artıq əmin olduq ki,  "bu məsələnin saxtalaşdırılması ilə elə Balayanın üzü məşğul olur və onun aşağı keyfiyyətli iddialı bəyanatları milli mənsubiyyətdən asılı olmayaraq bütün vicdanlı adamları təhqir edir.

"Böyük Ermənistan" utopik ideyasından "ruhlanan" Balayanın ərazi iddiaları həm dövlət, həm respublika, həm etnos, həm elm, həm də əxlaq-etik sərhədlərini aşıb keçir. Sonucda onun cəfəngliyi və sırtıqlığı o yerə çatır ki, Arazı "qədim Ermənistan çayı" (s.21) adlandırır və bu çayın "erməni dilində danışdığını" (s.21) iddia edir. Bir neçə ölkənin ərazisindən axıb keçən çayın "dil"ini, "milli mənsubiyyət"ini yalnız ağlını və abır-həyasını itirmiş adam müəyyən edə bilər.

Erməni xalqının "müstəsnalığı" haqqında

Erməni xalqının müstəsnalığının "söykəndiyi" iki aspekti nəzərdən keçirmişdik - Balayanın fikrincə Ermənistan tarixinin "qədimliyi" və "tarixi" Ermənistanın Böyük ərazisi bəşər tarixində erməni xalqının ayrıca yer tutduğuna dəlalət edir. Balayanın millətçilik müvqeyindən ideallaşdırmağa çalışdığı başqa faktlara, hadisələrə, Ermənistan tarixinin ayrı-ayrı şəxsiyyətlərinin fəaliyyətinə diqqət yetirək.

Balayanın "Yüksək dağ kəndi Liçk tarixdə mədəniyyət mərkəzi kimi məşhurdur, burada əsrlərdən bəri əhalinin siyahıya alınması keçirilir, lakin yalnız 1873-cü ildən bəri olan məlumatlar saxtalanıb" (s.29), "Ermənistanın bütün kənd təsərrüfatı fenomendir. Yəqin ki, belə fenomen dünyaya bəlli deyil" (s.354), "əslində Sovet Ermənistanı belə bir fenomendir" (s.393), "Dünya memarları arasında fikir mübadiləsi üçün Sanain və Axpatdan yaxşı yer tapmaq çətindir" (s.220) deməsini şişirdilmiş milli iftixarın tüküntüləri kimi qəbul etmək olar.

Balayan yazanda ki, fətiri erməni xalqı "icad" edib (s.184), bu gün "konyak" sözünü Ermənistan Fransanın üzündən çox reklam edir (s.344), Avropada ən yaxşı pendir olan "Rekfor"u Tallində istehsal edirlər, bütün dünya bilir ki, Tallin pendirinin sayca və sanbalca dünyada tayı-bərabəri yoxdur (s.344), bir çox lüğətlərdə ərik "erməni meyvəsi" kimi qeyd olunub" (s.348) və s. və i.a., onun üzönəməxsus "kvas vətənpərvərliyinin təzahürlərini gülüşsöz qarşılamaq olmur. Lakin Balayanın erməni xalqının müstəsnalığını əsaslandırma sistemində elə məqamlar var ki, onları cavabsız qoymaq mümkün deyil. Belə məqamlardan biri çoxlarının tanıdığı Andronikin şəxsiyyətini ideallaşdırmaq cəhdidir.

Balayan yazır: "1918-ci ilin iyulunda görkəmli sərkərdə (7) xalq-azadlığı (?) hərəkatının ündəri, general Andronik naxçıvanda Sovet hakimiyyətini elan etdi və Qafqazın füvqəladə komissarı Şaumyana xəbər verdi ki, o üz dəstəsi ilə birgə Rusiya Mərkəzi hökumətinin tam sərəncamındadır və ona tabedir. Tezliklə Naxçıvana Stepan Şaumyanın cavab teleqramı gəldi: "Xalq rəhbəri Andronikə. Teleqramınızı alıb mətnini Moskvaya - mərkəzi hökumətə çatdırdım. Üz tərəfimdən Sizin şəxsinizdə əsl qəhrəmanı salamlayıram". (s.15-16).

Androniki erməni xalqının xalq-azadlıq hərəkatının ündəri adlandırması, Balayanın üz işidir, necə deyərlər, qırğı olmayan yerdə qarğa da quşdur. Lakin o nahaq "unudur" ki, Türkiyə qoşunları Yerevanda və çağdaş Ermənistanın başqa yerlərində ağalıq edəndə "Andronikin xalq-azadlıq fəaliyyəti" Naxçıvanın və Qarabağın azərbaycanlılar yaşayan kəndlərində qarət və quldurluq etməklə məhdudlaşırdı. Andronikin başçılıq etdiyi quldur dəstəsi müdafiəsiz kəndlər üzərində "qələbə" çalır, əliyalın azərbaycanlıların kütləvi qırğınını təşkil edirdi. Onun talanları nəticəsində Süst, Çeşməbasar, Tumbul və b. kəndlər yerlə yeksan olmuşdu (Bax: Q.Məmmədov. Naxçıvanda Sovet hakimiyyətinin qələbəsi və Naxçıvan MSSR-in yaranması - Bakı: 1958, s.39). Cana doymuş bir neçə kəndin əhalisi əl-ələ verib könüllülər dəstəsi yaradaraq Andronikin quldur dəstəsinə qarşı çıxan kimi (1918-ci il iyunun sonunda) Nehrəm yaxınlığındakı ilk düyüşdəcə "görkəmli sərkərdə" darmadığın edilib dabanına tüpürməli oldu (bax: Yenə orada, s.34-40).

Andronikin Naxçıvanda sovet hakimiyyətini elan etməsi barədə söhbət də gedə bilməz. Üzünün bu müddəası ilə Balayan Naxçıvanda sovet hakimiyyəti uğrunda mübarizə aparmış adamların ruhunu təhqir edir və Sovet İttifaqının tarixini saxtalaşdırır.

Andronikin və S. Şaumyanın adlarını yanaşı çəkməklə Balayan 26 Bakı komissarı rəhbərinin şəxsiyyətinə külgə salır. Androniklə Şaumyan arasında teleqram mübadiləsi (tutaq ki, belə mübadilə olub) Andronikin cinayət əməllərinə heç cür və heç nə qədər haqq qazandıra və onu Sovet hakimiyyəti uğrunda mübarizələr səviyyəsinə yüksəldə bilməz. Bunun bir-biri ilə bağlı üç səbəbi var:

Milli məsələnin həllində yol verilmiş səhvlər 1918-ci ildə Bakıda Sovet hakimiyyətinin süqutunun başlıca səbəblərindən biri idi (bax: M. Qazıyev, A. İ. Leninin şagirdləri və silahdaşları - Azərbaycanda Sovet hakimiyyəti uğrunda mübarizlər. Bakı: 1983, s.73-74).

412-413-cü səhifələrdə Balayan yenidən Andronikin "qurtuluş" fəaliyyətinə qayıdır: "Beli bükülmüş qoca… erməni xalqının milli-azadlıq hərəkatına başçılıq etmiş general Andronikin yürüşlərini xatırlayırdı. O, fəxr edirdi ki, atasının azad etdiyi torpağı bu gün oğul gözəlləşdirir" (Andronikin cinayətlərində iştirak etmiş bir nəfər nəzərdə tutulur).

Görünür, Balayan "unudub" ki, daşnak partiyasının fəaliyyəti nəticəsində milli fəlakətə sürüklənmiş (1920-ci il dekabrın 2-də bağlanmış Aleksandropol müqaviləsini xatırlamaq kifayətdir - həmin müqaviləyə görə demək olar ki, bütün Ermənistan Türkiyənin protektoratına çevrilmişdi) Ermənistanı Azərbaycan proletariatının fəal iştirakı ilə birləşmiş qızıl ordu hissələri və erməni xalqının vətənpərvər üvladları azad etdilər. Bəs o vaxt Andronik harada idi?

Beləliklə, Androniki yalnız o adam milli-azadlıq hərəkatının xadimi və Sovet hakimiyyəti uğrunda mübariz hesab edə bilər ki, o, marksizm-leninizmin ideoloji meyarlarından tam uzaqlaşmış olsun. Təəssüf ki, belə hallara tez-tez təsadüf olunur. Bəzi erməni alimləri və yazıçıları, sovet hakimiyyəti uğrunda mübarizlər, hətta V. İ. Leninin silahdaşları adı ilə inqilabdan çox-çox uzaq olmuş erməni xadimləri, bəzən hətta bolşevizmin və V.I.Leninin ideya düşmənlərini "leqallaşdırmağa" çalışırlar. Belə "leqallaşdırıcı" alimlərdən biri olan, Erm. SSR EA-nın akademiki Q.B.Qaribcanyan bərədə Sov.İKP MK-nın mərkəzi orqanı da yazmışdı ("Kommunist", 1963, ¹ 8.- V. Muradyan, Y. Pankov, Ş. Çivadze. Elmi məsuliyyətsizlik nümunəsi).

"Öz" müəllifimizə qayıdaq. 387-ci səhifədə balayan yazır: "Bəllidir ki, dünyada ilk peşəkar tərcümələr Mesrop əlifbasının hərfləri ilə həyata keçirilib". Amma tarixçilərə o da bəllidir ki, hələ "Mesrop əlifbası"ndan 3-4 min il əvvəl qədim Mesopotomiyada bədii, dini və s. mətnlər bir dildən başqasına çevrilib. Balayan isə davam edir: "Bəllidir ki, dünya mədəniyyətinin bir çox inciləri yalnız ermənicəyə tərcümədə saxlanılıb. Orginalları vandellər səhv ediblər" (s.382). Akakdemik Z. M. Bünyadov da onun sözlərini təsdiq edir: "Erməni ruhaniləri albanların bütün ədəbi abidələrini - Alban mədəniyyətini, azacıq da olsa, xatırlada biləcək nə varsa, hamısını - məhv edib. Aranın (Albaniyanın - İ.Q.) ədəbi abidələrini məhv etməzdən əvvəl Qriqoryan kilsəçiləri onları qrabaqara (ortaçov erməni dilinə - İ.Q.) tərcümə edirdilər" (Z. Bünyadov, Azərbaycan VII - IX əsrlərdə, s.97).

Erməni kilsəçiləri nəinki tərcümə olunmuş əsərlərin orjinalını vəhşicəsinə məhv edirmiş, həm də tərcümə zamanı bizim bir çox məqamları xeyli təhrif edirlərmiş. Z. M. Bünyadov T. Ter-Qriqoryanın "XIX əsrdə Arsaqın ərəb işğalçıları ilə mübarizəsi" (Bakı, 1942, s42) kitabından sitat gətirir: "Monsey Kaqankatvatsinin (alban tarixçəsi) əsəri bizə qədər olduğu kimi gəlib çatmayıb. Onu tərcümə edib üzünü köçürən erməni rahibləri erməni katolikosların göstərişi ilə köçürmə zamanı bilə-bilə mətndə çoxlu təhrifə yol verirdilər". Göründüyü kimi, mədəniyyət abidələrini vandalların məhv etməsini yazan Balayan haqlıdır. Z. Balayanın kitabını oxuyarkən adama elə gəlir ki, onu sovet publisisti yox, xristian dininin məddahı yazıb. Bu, bir daha Sov. İKP. MK-nın adını çəkdiyimiz qərarındakı aşağıdakı cümlənin doğru olduğunu göstərir: "Erm. SSR-də əhalinin tərbiyyəsində ciddi qüsurlar var" ("Pravda", 21.101984).

Balayan xristian "dəyər"lərini - ənənələri, ideyaları, obrazları israrla oxucuya təqdim edir. Görünür, bu, təsadüf deyil. Balayanın fikrincə, erməni xalqının yüzillərdən bəri xristian kilsəsinə mənsubluğu Ermənistan tarixinin və mədəniyyətinin müstəsnalığının danılmaz sübutudur. Balayan açıq iftixar hissi ilə bildirir ki, 301-ci ildə "Ermənistan dünyada birinci olaraq xristianlığı dövlət dini kimi qəbul edərək qanuniləşdirib" (s.369). Bu, doğru deyil. Xristianlıq dövlət səviyyəsində daha əvvəl Suriya (daha dəqiqi Yuxarı Mesopatomiya) knyazlığı olan Osroendə qəbul olunub (bax: Qədim Dünya tarixi, c.3. - M.: 1983, s.205, rusca). Xristianlıq Ermənistanda dövlət dininə 314, yaxud 315-ci ildə çevrilib (bax: Erməni xalqının tarixi, s.88). IV əsrin I rübündə xristianlıq praktik olaraq Albaniyada da dövlət dini olub (bax: R. B. Güyüşov, güst. əsəri, s. 29).

Balayan "biblya" sözünü sevə-sevə və tez-tez təkrarlayır və onu "Ararat", "Ermənistan", "Naxçıvan" sözləri ilə qovuşdurur (bax: s.14). O, riqqətlə gah "yaraşıqlı cəhrayı kilsə"dən (s.355), gah da "yeni müasir mədəniyyət sarayındakı" pannoda təsvir edilmiş "erməni kilsəsinin güclə sezilən konturlarından" (s.275) yazır.

Hələ 8-ci səhifədəcə "məktəbi, kilsəni və kitabları" erməni xalqının rəmzləri elan edən Balayan  birmənalı qaydada "xristianlaşma" ilə "maarifləşmə" arasında barəbərlik işarəsi qoyur (s.41). O, belə hesab edir ki, erməni xristian monastrlarının başlıca funksiyası maarifçilik olub və həmin monastrlar xalqa işıq (?) saçıb (s. 63). "Təkrar biliyin anasıdır" qaydasına sadiq qalaraq o, yenidən oxucunun diqqətini bu yeni "konsepsiya"ya cəlb edir: "Məbədin işığı uzaqlara yayılırdı, çünki onun başlıca vəzifəsi maarifdir" (s.315).

Monastrın müsbət təsirini yalnız erkən ortaçağ dövrünün maarif sahəsi ilə məhdudlaşdırsaydı, müəyyən şərtlərlə onunla razılaşmaq olardı. Lakin Balayan məsələni ümumi planda qoyur və bununla da xristian dininin xalqların tarixindəki rolunu ideallaşdırır. Hətta erkən ortaçağda da xristian kilsəsinin maarifçilik fəaliyyəti onun başlıca funksiyası olmayıb, yalnız xristianlığın əsas vəzifələrinin gerçəkləşdirilməsinə xidmət edib.

Hakim siniflərin xalq kütlələrini istismar etməsi üçün xristianlıq ən etibarlı ideoloji silah olub. K. Marks yazırdı: "Xristianlığın sosial prinsipləri zalım və məzlum sinif üçün onlarda yalnız vahidlik arzusu olur ki, zalımlar onun himayəçisi olsunlar".

"Erməni xalqının tarixi" əsərinin müəllifləri də Marksla razıdırlar: «İstismar olunan kütlələri cilovlamaq, onları ağır şəraitlə barışdırmaq üçün incə və mükəmməl vasitə kimi dini asanlıqla cəmiyyətin hakim sinifinin xidmətinə yönəltməyə qadir olan xristian ruhanilərinin iyerarxiyası formalaşır. bu həqiqəti dərk edəndən sonra dövlətlər bir-birinin ardınca xristianlığa olan münasibəti dəyişir, onunla silahlanır, onu rəsmi dinə çevirirlər" (s.82).

Ermənistanda xristianlığın qəbulu büstpərəstlik etiqadına qarşı amansız mübarizə ilə müşayiət olunurdu. Büstpərəstlik (o sıradan zərdüştlük) məbədləri məhv edilir, yaxud xristianlıq kilsələrinə çevrilirdi (bax: Erməni xalqının tarixi, s.88).

Kilsə tezliklə Ermənistanın ən iri feodal-torpaq sahiblərindən birinə çevrildi və şəxsi sosial-iqtisadi maraqların qorunması bütün sonrakı vaxt ərzində onun ən mühüm funksiyası oldu. "Erməni kilsəsi üzü üçün yeni olan şəraitə məharətlə uyğunlaşaraq siyasi konyunkturaya müvafiq surətdə əvvəlcə Səfəvilərə, sonra isə Rusiya çarına xidmət göstərməyə başladı; bir vaxtlar o, eyni qayda ilə Bizans imperatorları, Sasanilər, İran çarları, ərəb xilafəti, monqollar və b. qarşısında baş əyirdi (S. V. Vartanedov, Qarabağın xristian abidələri. - Azərb. SSR EA Tarix İnstitutunun arxivi, inv. ¹ 151, S.11 - Sitat Z. Bünyadovun  "Azərbaycan VII - IX əsrlərdə" kitabından götürülüb, s.101-102).

Bir sıra erməni mədəniyyət xadimləri təkcə bu gün deyil, keçən yüzildə də erməni xalqının tarixində kilsənin və xristian ruhanilərinin rolunu son dərəcə mənfi qiymətləndiriblər. XIX əsr erməni yazıçısı Raffinin "Hent" (Yerevan, 1957) kitabına yazdığı ün sözdə M. Mkryan yazır: Eçmiədzində sığınacaq tapmış Alaşkert qaçqınlarının faciəli taleyini, Türkiyə talanlarından xilas olmuş kəndlilərin düşdükləri görünməmiş ağır vəziyyətini raffi dərin təfsilatı ilə təsvir edir. Düzülməz cəzadan, aclıq və xəstəlikdən yüzlərlə adam ülür, monastr isə  onların iztirablarına biganə qalır, üz sərvətlərindən onlara, azacıq da olsa, pay ayırmaqdan imtina edir. Müəllif göstərir ki, dəhşətli xalq müsibəti günlərində ruhanilər Monastra məxsus malikanə oteupçuları ilə birgə (fikir Verin: söhbət sıravi monastrdan gedir - İ.Q.) şübhəli işlərlə məşğul olurlar, qayğısız-qayğısız yeyib-içir, gecələr isə məşuqələrinin evlərində abırsız oyunlardan çıxırlar. Xalqı mütilik ruhunda tərbiyə etdiklərinə görə ruhaniləri təqsirləndirən Raffi, şübhəsiz, haqlı idi" (s.13-14).

Sonra: xristianlığın zorla bərqərar edilməsi, onun başqa ideologiyalara son dərəcədə düzümsöz münasibəti erməni mədəniyyətinin inkişafına hədsiz mənfi təsir göstərib" (Erm. Xalqının tarixi, s. 89).

Beləliklə, Balayanın erməni xalqının tarixində və mədəniyyətində xristianlığın rolunu şişirtməyə çalışmasını həm çağdaş, həm də keçmiş erməni alimlərinin və yazıçılarının üzləri də təkzib edirlər.

Balayanın güddüyü məqsədlər

Ermənistan tarixinin və mədəniyyətinin xristian dini ilə qırılmaz əlaqədə olması ideyasını təkidlə təkrarlayarkən, balayanın nəyi əldə rəhbər tutduğunu müəyyənləşdirmək əvvəl-əvvəl çətinlik törətsə də, tədricən aydın olur ki, "xristianlıq" və "sivilizasiya" anlayışlarını eyniləşdirməklə o, ölkəmizdəki qeyri-xristian xanların hamısının "sivilizasiyadankənar" olduğunu əsaslandırmağa, xristianlığa sitayiş edən xalqlar "birliyi"ni islama sitayiş edən xalqlar "birliyi"nə qarşı qoymağa çalışır, elə ideyaların siyasi cəhətdən zərərli olması, eləcə də elmi səbatsızlığı (ölkəmizdə xalqların dini göstəriciyə görə bülünməsi yoxdur) göz qabağındadır.

Təbii ki, bunu balayan üzü də yaxşı bilir, lakin belə vəziyyət onun xoşuna gəlmir. O istəyir ki, sovet xalqlarında "İslam birliyi"nin olduğunu sübut edərək ölkənin "xristian hissəsi"ni "panİslamizm təhlükəsi"nə qarşı birləşmək zərurətinə inandırsın. Belə vəhşi, zərərli ideyaları bizim günlərdə təbliğ etməyin mümkünlüyünə inanmayan oxucuya Balayanın "Ocaq" kitabının 296-300-cü səhifələri ilə diqqətlə tanış olmağı təklif edirik: həmin səhifələrdə müəllif üzünü tam ifşa edir. O, burada üzünün bir molla ilə söhbətini "xatırlayır". "Xatırlayır" sözünü ona görə dırnağa alırıq ki, Balayan həmin "söhbət"i başdan-ayağa ya üzündən uydurub, ya da tamam təhrif edib.

"Söhbət" belə başlanır: "Bu, sərsəri (?) molla ilə yeddinci görüş idi" (s.296). Qəribədir. Balayan "Sərsəri molla"nı harada görə bilərdi? Nə vaxtdan mollalar "sərsəri", gəzəri həyat sürürlər? İslamşünas alimlərin çoxcilidli əsərlərində bu barədə heç nə deyilmir. Bəlkə Balayan mollanı xristian missioneri ilə səhv salır?

Balayan "molla"nı müsəlman ailələrində çoxuşaqlılığı təbliğ etdiyinə görə suçlayır. Belə bir təbliğat pis meyldirsə, bəs balayan üzü niyə erməni ailələrini çoxuşaqlılığa çağırır? (bax: s. 285).

Balayan bir "nüfuz sahibi" kimi bəyan edir ki, "sivilizasiyalı dünyada (oxu: xristian dünyasında - İ.Q.) adamın evinə gəlib onu İslamın adı ilə qorxutmaq olmaz" (s.297), sonra isə "molla"nın dili ilə aşağıdakı sözləri deyərək üzünün sonrakı "nəzəri" müddəalarını əsaslandırmağa çalışır: "Mən əsla hesab edirəm ki, yer üzündə ən sivilizasiyalı din İslam, ən sivilizasiyalı insanlar müsəlmanlardır. Bu barədə Oljas Süleymanovun kitabında yaxşı yazılıb. bütün dünyadakı insanlar artıq birləşməlidirlər ki, gələcək İslamındır. Dünya xalqları üz mədəniyyətlərinə görə İslama, türk xalqlarına borcludurlar. Ulu Süleymanov sübut etdi ki, rus mədəniyyəti üz başlanğıcını türk xalqlarından alıb, hətta "İqor polku dastanı"nı da türklər yazıblar və o, türklər haqqındadır" (s.297).

Balayanın uydurduğu bütün bu triadada yalnız birinci deyimi "molla"nın adına yazmaq olar. "Ateist" balayan xristian sivilizasiyasını dönə-dönə tərifləyirsə, İslamı ən sivilizasiyalı din adlandırmaq bu sahə ilə bilavasitə bağlı olan mollanın birbaşa vəzifəsidir. Balayanın dediklərinin yerdə qalan hissəsi tam uydurmadır. Belə provakasion cəfəngiyyatı heç bir molla deməz. Qeyd edək ki, bizim tanıdığımız mollaların əksəriyyəti siyasi cəhətdən publisist Balayandan daha savadlıdır.

Dediyimiz kimi, bu sözləri yazmaqla Balayan konkret məqsəd güdür. Onun fikrincə, mollanın "söylədiyi" nitq O. Süleymanovun "panİslamizm məddahı" adlandırmağa imkan verir "və ruslar, slavyanlara aid olan hər şeydən zəhləsi gedən çağdaş mollalara əlverişlidir" (s.297) (?).

O. Süleymanovu müdafiə etmək fikrimiz yoxdur. Süleymanovu balayandan müdafiə etmək, balayanı rus mədəniyyətini Süleymanovdan müdafiə etmək "cəhd"i kimi bir şey olardı. Amma məsələ Süleymanovda deyil. O. Süleymanovun adına cəfəng müddəalar yazmaqla, "Az i Ya"da deyilmiş bəzi fikirləri təhrif və mübaliğə etməklə, Balayan O. Süleymanovu rus mədəniyyətinin (və xalqının) düşməni və nə qədər qəribə olsa da, "panİslamizm ideoloqu" kimi təqdim etməyə çalışır (Zənn edirik ki, ölkəmizin istedadlı şairi və görkəmli ictimai xadimi olan O. Süleymanovun Balayanı təhqir və bühtana görə məhkəmə məsuliyyətinə cəlb etməyə tam mənəvi haqqı var, çünki "Az i Ya" kitabında panİslamizmin heç izi də yoxdur).

"Az i Ya" kitabında səhvlər və mübahisəli məqamlar yox deyil, lakin həqiqəti üzünə "daimi" yol yoldaşı seçmiş balayandan fərqli olaraq (onun üz vədinə necə əməl etdiyini biz artıq görmüşük), Süleymanov üz kitabının ilk səhifələrindəcə xəbərdarlıq edib ki, o, səhvsizlik iddiasında deyil və oxucuları diskussiyaya dəvət edir.

Balayanın O. Süleymanovun kitabını oxuyub-oxumadığı bəlli deyil. Oxuyubsa, cavab versin görək Süleymanov hansı səhifələrdə iddia edir ki, qədim rus mədəniyyəti olmayıb, "İqor polku dastanı"nı türk vətənpərvərləri yazıb? O, çətin ki, bu suala cavab verə bilsin, çünki heç bir yerdə O. Süleymanov belə iddia irəli sürməyib.

Qədim rus mədəniyyətinə Böyük hürmətlə yazılmış "Az i Ya" kitabında başqa məsələlərlə yanaşı, köçərilərlə Kiyev rus dövləti arasındakı əlaqələr də araşdırılıb və göstərilib ki, onların təsiri birtərəfli yox, qarışıqlı olub. Balayanın nəzərinə çatdırmaq istərdik ki, O. Süleymanov bu fikri söyləyərkən heç də Amerika kəşf eləməyib. Bir çox başqa sovet (o cümlədən, rus) alimləri də eyni nəticəyə gəliblər.

Balayan yazır: "Öz yolundakı məbədləri, kitabları məhv etmiş vəhşi köçərilər, demə, dünyaya sivilizasiya gətiriblərmiş. Gətirmək bir yana, az qala Böyük rus mədəniyyətinin beşiyi başında dayanıblarmış" (s.298). Buradakı pafosu və təhqirləri kənara qoysaq, Balayan demək istəyir ki, köçərilər yalnız dağıtmağa qadir olublar. Bu mübahisəli problemdə alimlərin gəldiyi nəticələri ümumiləşdirməyə çalışmış R. M. Mavrodinanın fikrinə diqqət yetirək: "Sovet alimləri göstəriblər ki, köçəri toplumlarla oturaq sivilizasiyalar arasında təkcə daimi ziddiyyətlər və savaşlar yox, həm də köçərilərlə əkinçilər arasında ictimai əmək bülgüsünün mahiyyətindən və xarakterindən irəli gələn təsərrüfat, sosial və mədəniyyətə dair dinc təmaslar da olub" (R. M. Movrodina, Kiyev Rus dövləti və köçərilər - D.: 1983, s.9).

Bəzi Sovet alimləri bu məsələdə O. Süleymanova nisbətən daha "sol" müvqedə olublar. Məsələn, M. N. Pokravski yazırdı: "Sonralar Qərbi Avropa Moskva dövləti və Pyotr Rusiyası üçün nə olubsa, XI-X əsrlərdəki ruslar üçün də Səhra Şərqi həmin şey olub". (Yenə orada, s.50). Köçərilərin Kiyev Rus dövlətinə sosial-siyasi və mədəni təsiri barədə V. A. Porxomenko, A. Y.  Yakubovski və başqaları da yazıb (s.5-53).

Görkəmli şərqşünas V. A. Qordlevski təsdiqləyirdi ki, qıpçaqlar yalnız kilsənin gözündə rusun düşməni olublar. O, rus və qıpçaq xalqlarının nəticə etibarilə gündəlik məişətə çevrilən sıx dostluq əlaqələrindən də yazıb. Bu xalqlar bir-birindən söz alıblar, qıpçaqlar ruslardan metal silah düzəltməyi öyrəniblər. Eyni zamanda qarşılıqlı mənəvi təsirlər də olub: türk folkloru asanlıqla rusa keçib, onun əks-sədasına rus salnamələrində və "İqor polku dastanı"nda rast gəlinib.

Alimlərin heç də hamısı V. Qordlevskinin fikri ilə razılaşmır. Bu, bir daha göstərir ki, Rus dövləti ilə köçərilərin qarşılıqlı münasibətləri mürəkkəb elmi problemdir və buna görə də Balayanın həmin müvzuya kor-koranə təcavüzü azı nəzakətsizlikdir.

Balayan sonra yazır: "Və bu, bütün dünyanın köçərilərin vəhşilikləri və talanları barədə gözəl məlumatı olduğu bir vaxtda baş verir. "Millətlər liqası, Böyük dövlətlər və erməni məsələsi" adlanan elmi (?) əsərdə müəlliflər İslam gerçəkliyini dəqiq səciyyələndirir, nüfuzlu şərqşünasların fikrinə istinad edir, alimlərdən sitatlar gətirir, Osmanlı hökmdarlarının və gənc türklərin, varvarların siyasətinin məğzini açır və təsdiqləyir ki, nə Avropa, nə Asiya, nə də Afrikada elə bir hal olmayıb ki, hər hansı ölkə üzərində Türkiyə ağalığı bərqərar ediləndə həmin ölkənin maddi çiçəklənməsi ləngiməsin, mədəni səviyyəsi azalmasın: elə bir hal olmayıb ki, Türkiyə ağalığının ləğvi zamanı maddi rifah və mədəni səviyyəsi azalmasın: elə bir hal olmayıb ki, Türkiyə ağalığının ləğvi zamanı maddi rifah və mədəni səviyyə yüksəlməsin" (s.298-299).

Nə nadancasına hamını (köçəriləri, İslamı, türkləri) bir yerə yığmaq, nə əsli bəlli olmayan antielmi əsərə istinad etmək Balayana üz müddəalarının tam cəfəngiyyat olduğunu ört-basdır etməyə imkan vermir. Balayan səbəblə nəticənin yerini dəyişir. Adətən, daha mütəşəkkil xarici qüvvə ölkəni işğal etməzdən əvvəl işğal olunan ölkənin daxilində iqtisadi və siyasi zəifləmə baş verir. Qəribədir, nəyə görə Balayan belə hesab edir ki, Türkiyə ağalığının bərqərar olması bu və ya digər məğlub ölkənin maddi və mədəni yüksəlişinə "səbəb olmalıdır"? Qoy o, yadelli işğal altında olan hər hansı bir ölkə göstərsin ki, maddi və mədəni cəhətdən inkişaf etmiş olsun. Yaxud əksinə: elə ölkə göstərsin ki, xarici müstəmləkəçilərdən azad olandan sonra gəlişməyə başlamasın.

Balayan səviyyəsində aparılmış ümumiləşdirmə elmə yalnız millətçilik və irqçilik toxumları səpə bilər. Hakim və məhkum xalqların münasibətləri hər bir konkret halda diqqətlə və ehtiyyatla öyrənilməlidir.

Türklərlə onların hakimiyyəti altında olan xalqlar arasındakı münasibətlər barədə bir neçə görkəmli alimin fikirlərini oxuculara təqdim edirik:

"Səlibçilər öz davranışları - zorakılıqları və qarətləri ilə Kiçik Asiyada əhalini elə cana doydurublar ki, yerli knyazlar kilsənin xristianlarla müsəlmanlar arasında yaratdığı uçurumu unudub Səlcuqilərə doğru üz tutur və səlibçilərə qarşı çıxış edirlər. Ermənilər də, bizanslılar da çox vaxt türklərə üstünlük verirlər (Akdemik V. A. Qodlevski. Seç. əsər. c.I - M.: 1960, s.51).

Osmanlı imperiyasının bütün nüv mülklərinə qoyulan qiymətin və imperiya gəlirlərinin sənədləşdirilməsinin təşkili hakim sinfin maraqları baxımından o qədər çevik və mükəmməl formada idi ki, tarixdə ona analogiya toplamaq, yəqin ki, mümkün olmaz" (A. S. Tveritinova. Sitat M. A. Qasparyanın, S. F. Oreşkovanın, Y. A. Petrosyanın "Türkiyə tarixinin oçerikləri" kitabından götürülüb. - M. 1983, s.45).

"Türkiyə işğalçılıq zonasının tez yayılmasının ən mühüm səbəbi Türkiyə Gənc feodal quruluşunun köhnəlməsi, Bizans feodalizmindən şübhəsiz üstün olması idi". Osmanlı Türklərinə Səlcuqilərdən hərbi-feodal sistemi miras qalmışdı və  "ilk sultanlar dövründə həmin sistem ortaçağ Avropanın dəqiqliyi vermişdi" (A. F. Miller. Türkiyənin qısa tarixi. - M.:1948, s.15). "İşğalçılar fəth etdikləri xalqların icmadaxili işlərinə, bir qayda olaraq, qarışmırdılar" (Yenə orada, s.16).

"Osmanlı hökumətinin diqqət və qayğı predmeti tacirlər və sahibkarlar deyil, kəndli, ümumiyyətlə kənd idi. Çiçəklənməkdə olan kəndli təsərrüfatı dövlət sərvətinin başlıca mənbəyi kimi qiymətləndirilirdi" (N. A. İvanov. ənənəvi İslamın bəzi sosial-iqtisadi aspektləri haqqında. - "Yaxın və Orta Şərq ölkələrində İslam" kitabında, - M.: 1982, s.49).

"Balkanlarda şəhər probleminin elmi yozumu Balkanlardakı Osmanlı feodalizminin primitiv xarakteri barədə geniş yayılmış tezisə yenidən baxmağı tələb edir - Belə nöqteyi-nəzər Osmanlı imperiyasının sosial-iqtisadi münasibətlərini və dövlət həyatını ayrı-ayrı yarımköçəri türk tayfalarının səviyyəsinə endirir.

Bundan əlavə, belə yozum tarixi prosesi cılızlaşdırır. Osmanlı dövlət sisteminə daxil olan ölkələrin və xalqların nə maddi, nə mənəvi mədəniyyəti, nə də osmanlıların hakim sinfinin yuxarı təbəqəsinin müvafiq inkişaf səviyyəsini nəzərə almır." (N. Todarov. XV-XIX əsrlər Balkan şəhəri. - M.: 1926, s.34-35).

Misal gətirilən fraqmentlər Balayanın aşağıdakı bəyanatını da təkzib edir: «İstər Avropa xristianları, istərsə də Suriya, ərəbistan və Afrika müsəlmanları arasına türk yalnız dağıntı gətirirdi; savaşda qazandığını dinc vaxtlarda gəlişdirmək qabiliyyəti onda heç vaxt olmayıb" ("Ocaq", s.299).

Burada Balayan şovinizmi açıq irqçiliyə keçir. Yalnız irqçi belə hökm verə bilər ki, filan irq, filan xalq qurub-yaratmağa qadir deyil.

Türk xalqının yaradıcılıq potensiyasının reallaşdığını  göstərən çoxlu maddi və mədəni abidə adını çəkmək olar. Lakin biz onlardan bircəciyini deyəcəyik. Söhbət türklərin yaratdığı və uzun əsrlərin sınağından mətanətlə çıxmış dövlətdən gedir. Balayan dövlət quruculuğunu xalqın yaradıcı fəaliyyəti hesab etmirsə, qoy üzünün yarımçılıq kompleksinin simbiozu və əzəmət maniyası olan çürük fikrində qalsın.

Balayan araqarışdıran bəyanatlarını belə davam etdirir: "Və bu gün rus ruhunun azadlığı uğrunda mübarizənin rəmzi olan "İqor Polku dastanı"nı "türk vətənpərvərləri"nin yazması iddiası ən azı bu müqəddəs abidənin təhqiri kimi səslənir" (s.299).

"Molla" - O. Süleymanov - köçərilər - türklər marşrutu üzrə başgicəlləndirici "uçuş"unu sona çatdıran Balayan yenidən öz "molla"sının üstünə qayıdaraq "xristian dünyasının düşmənləri" çevrəsini qapayır.

Balayanın "molla"sı müəyyən respubliukalarda "əhalinin sayının sürətlə artdığını" "məmnuniyyət"lə qeyd edir. O, "panislamizm və aziosentrizm ideologiyasının davamçısı" O. Süleymanovun əvəzinə etnoqrafik problemlərlə məşğul olan professional alimlərin araşdırmalarına baxıb onlara istinad edə bilərdi. (Məs: V. İ. Kozlov. Etniçeskaya demoqrafiya. - M: 1977, s.154-155, 239; Nasionalnosti SSSR. Etnodemoqrafiçeskiy obzor. - M.: 1982, s.293-295 və s.) Çünki Balayanın fikrincə, birbaşa "ruslara və slavyanlığa məxsus heç bir şeyi görməyə gözü olmayan mollaların" törətdiyi "təhlükə"lər xüsusilə uğursuzdur və bu rus xalqı başda olmaqla xristian xalqlarını "müsəlman"lara və Türkdilli xalqlara qarşı yönəldir.

Lakin Balayanın başından yekə yalanı ağ saplarla tikilib və tam aydındır ki, o yalnız üzü kimi başdanxarab millətçilər və irqçilər arasında üzünə fikirdaşlar tapa bilər. Sovet xalqlarının qardaşcasına dostluğu ölkənin üzüllərindən biridir. Heç bir qüvvə bu dostluğu sarsıda bilməz.

Sovet xalqlarının birgəliyi çağdaş dövrün danılmaz faktı, gözgörəsi gerçəklik, isbata ehtiyacı olmayan nadir aksiomdur. Lakin biz oxucuların nəzərinə bir neçə tarixi fakt da çatdırmaq istəyirik ki, elə keçmişdə də müxtəlif dinlərə sitayiş edən xalqlar arasında Çin səddi olmayıb.

Xristian və müsəlman xalqlarının çoxtərəfli əməkdaşlığına aşkar fəlakət edən faktlardan biri kimi ortaçağda mövcud olmuş Ani şəhərinin tarixinə və mədəniyyətinə diqqət yetirək. Ermənistan SSR EA-nın ilk prezidenti İ. A. Orbeli bu şəhər barədə yazırdı: "Aninin Şəddadilər (Cənubi Qafqazın bəzi vilayətlərinin müsəlman hakimlər sislsiləsi - İ. Q)" dövründə başlanmış çiçəklənmə dövrü, şübhəsiz, ün Şərqdəki müsəlman dövlətlərində şəhər həyatının ümumi inkişafı ilə bağlı idi. Ani əhalisinin əvvəllər də müşahidə olmuş və XII-XIV əsrlər bədii abidələrinin yaranmasına xeyli yardımçı olmuş tayfa müxtəlifliyi indi daha Böyük qüvvə ilə təzahür etməli idi. Müxtəlif tayfalı bu əhali eyni ümumi həyat yaşayırdı. Ani məscidinin üç dildə olan yazıları bu dinc yanaşı yaşamanın real göstəricisidir" ("Ani xarabaları", SPB, 1911, s.19-20). Ani "qonşu xalqların mədəni yaradıcılığının zəngin bəhoələrini bol-bol qəbul etmişdi" (Yenə orada, s.19).

N. Y. Marr: "Aninin erməni incəsənəti üz yüksək inkişafını erməni çarları dövründə deyil, erməni dövlətinin süqutundan sonra tapmışdı" ("Rustaveli yaradıcılığının yekunları və onun poeması haqqında". - Tbilisi, 1964, s.102).

"Ani şəhərində müsəlman dünyası ilə yaxınlıq incəsənətin çiçəklənməsində, mülki memarlığın, xüsusi şəhər bədii üsulunun meydana gəlməsində üzünü göstərdi" (Batum, Ardaqan, Qars, Qafqaz uluslararası münasibətlərin tarixi qovşağı. - Petroqrad, 1922, s.45-46).

Lakin Ani şəhəri barədə danışarkən, Balayan bu şəhərin tarixi və mədəniyyəti ilə bağlı elmdə formalaşmış baxışları bir kənara qoyaraq, M. S. Şanginyanın aşağıdakı müddəasına istinad edir: "Burada (Anidə - İ.Q.)" çoxsaylı fatehlərin təsirindən dəyişməmiş xalis erməni üslubu var" ("Ocaq",s.333). təəssüf ki, mühtərəm yazıçının bu sözləri həqiqətdən uzaqdır.

Alimlərə qayıdaq. İ. A. Orbeli: "Vardanın (XII əsrin sonu - XIII əsrin əvvəli - İ.Q.)" zahid və at barədəki təmsilini oxuyarkən orada müsəlmanlarla xristian ermənilər arasında hər hansı antoqonizm olması haqqında azacıq eyhama da rast gəlmək çətindir.. Bu təmsildə müsəlman knyazlarının erməni yoxsullarını sıxışdırdığına görə müəllifin narahatlığını göstərən bir işarə tapmaq da çətindir" (Ikicildlik seçilmiş əsərləri, c.1.-M: 1963, s.308).

Y. A. Manandyan: "Vardan tarixində müsəlman əmirlərinin erməni kilsəsinə və xristian əhaliyə düzümlü munasibətinə dair aydın məlumat var" (Qədim dövrlərin dünya ticarəti ilə bağlı Ermənistan ticarəti və şəhərləri haqqında rusca-Yerevan, 1954, s.274).

I. P. Petruşevski: "1122-ci ildə Tbilisini alarkən II  David şəhərin müsəlman (türk - İ. Q) əhalisinə bir sıra imtiyazlar verdi: onlar şəhərdə yenə də əvvəlki kimi dini ayinlərini icra edir, gürcü hökmranlığı dövründə də üstündə Allahın adından sonra müsəlmanların peyğəmbəri Məhəmmədin də adı yazılan və ərəbcə qeydlər olan sikkələr buraxırdılar. Təəccüblü deyil ki, pravoslav xristianı II Davidin başqa dinli müsəlmanlara olan bu münasibətini onun varisləri də davam etdirirdilər… Şirvanşahlar da xristian gürcülərin və ermənilərin dininə qarşı eyni cür düzüm nümayiş etdirirdilər" (XI - XII əsrlərdə yadelli işğalçılara qarşı Zaqafqaziya xalqlarının birgə mübarizəsi. - Azərbaycan SSR EA-nın xəbərləri, 1942, ¹: 10, s.31-32).

V. L. Qukasyan V əsr erməni tarixçisi L. Perıskinin məlumatlarına əsaslanaraq göstərir ki, erkən ortaçağda Naxçıvan MSSR-in indiki ərazisində məskunlaşmış kəngər-türk (Azərbaycan) tayfa birləşməsi V əsrdə qonşu xalqlarla birlikdə Sasanilərə qarşı mübarizədə fəal iştirak ediblər (bax: Azərbaycan məsələləri. Bakı 1983, s.40).

V. L. Qukasyan həmçinin akademik M. Abeqyanın belə bir fikrini misal gətirir ki, erkən ortacağ erməni poeziyasında qiyafəli Şer Azərbaycan və başqa türk dillərinin təsiri ilə meydana gəlib (Yenə orada, s.37).

Bunlar keçmişin müxtəlif dövlətlərində müsəlman və xristian xalqlarının qarşılıqlı münasibətləri  haqqında tarixi həqiqətlərin yalnız bəzi faktlarıdır. (Qeyd etməliyik ki, İ. O. Orbelinin, N. Y. Marrın, Y. A. Manandyanın fikirlərinin çoxu A. A. Hacıyevin «İntibah və Nizami Gəncəvi poeziyası" kitabından (Bakı: 1980) götürülüb).

Aydın məsələdir, biz belə bir fikri təsdiq etmək istəmirik ki, bu xalqların əlaqələri tam sakitlik şəraitində keçib. Tarixdə həm pozitiv, həm neqativ xarakterli faktlar tapmaq mümkündür. Ciddi alimlər tarixin və mədəniyyətin bu mürəkkəb problemlərini obyektivcəsinə araşdırmağa çalışdıqları halda, Balayan kimi qərəzli naşıar yalnız onların "konsepsiya"larına uyğun gələn faktları seçib götürürlər. əslində burada "seçib götürmək" deyimi yerinə düşmür, çünki Balayan hətta fakt toplamağı da artıq hesab edərək, çalışır ki, xristian xalqları, ilk növbədə ermənilər həmişə qurucu əməklə məşğul olmuş və indi də olmaqdadırlar, müsəlman, ilk növbədə türkdilli xalqların isə dağıtmaqdan başqa iş-peşələri yoxdur. Sonra: qurub-yaradan təkcə xristianlar (ermənilər), vurub-dağıdanlar isə yalnız müsəlmanlar-türklərdirsə, onda belə bir "məntiqi" nəticəyə gəlmək olar ki, ikincilərin dağıtdıqları məhz birincilərin qurduqlarıdır və birincilərin bütün bəlalarına bais ikincilərin "bəd əməl"ləridir.

İ. A. Orbeli kimi nüfuz sahibinə bir daha üz tutmamaq olmur: "XI əsrdə Ermənistanın milli dövlətçiliyi üz doğma zəminində süqut edəndə onun dağılması Bizans imperatorları tərəfindən hazırlanmasa da, hər halda onun çöküşünün erməni feodal nəsillərini parçalamaq, məharətlə onları bir-biri ilə toqquşdurmaq və onlara ağalıq etmək yolu ilə xeyli dərəcədə həmin imperatorlar, o sıradan Bizans taxt-tacında qərar tutmuş ermənilər tezləşdirmişdilər" (2 cildlik seçilmiş əsərləri, c.1. - M.: 1963, s.344).

Maraqlıdır ki, erməni xalqı üçün acı olan əyani faktları tanımasına baxmayaraq İ. Orbelinin sözləri milli iftixarla dolu olduğu halda, millətçi Balayan xarici amillərin əhəmiyyətini və rolunu şişirdərək əslində erməni xalqının tarixdə və şəxsi taleyini həll etməkdə iştirakını heçə endirir.

Balayanın kitabı aşkar antitürk müvqedən yazılıb və ilk növbədə Azərbaycan xalqına qarşı yönəlib. Balayan bihudə yerə sübut etməyə çalışır ki, əsrlərdən bəri bizim əcdadlarımızın yaşadığı əsl Azərbaycan torpaqları yalnız "tarixi ədalətsizlik" üzündən Azərbaycan SSR-in sərhədlərinə daxildir və beləliklə, o, başqa cəhətlərlə yanaşı, həm də Sovet İttifaqının milli-dövlət quruluşunu şübhə altına alır.

Balayan azərbaycanlıların ünvanına "varvarlar", "vandallar", "vəhşi köçərilər" və "uşaq qatilləri" kimi sözlərdən savayı, ayrı deyimlər işlətmir.

Azərbaycanlıların milli duyğularını təhqir edərək, balayan əks təhqirləri, düşünülməmiş bəyanatları ilə araqarışdırmağa, azərbaycanlılarla ermənilər arasında gərginlik yaratmağa çalışır.

Balayanın 421 səhifəlik "əsər"ində Ermənistan SSR-dən yüzlərlə zəhmətkeşin adı çəkildiyi halda (Yeri gəlmişkən, Balayanın "qəhrəman"larından olan, Abovyan şəhər icraiyyə komitəsinin sədri L. Avetisyan bu yaxınlarda partiyadan və tutduğu vəzifədən çıxarılıb - Bax: "Pravda", 10 yanvar 1985-ci il), Ermənistanda yaşayan azərbaycanlılar barədə bircə kəlmə də yazı olmayıb. Balayana bənzətmək istəməsək də  hər halda ədalət naminə deyək ki, Ermənistan SSR-nin müəyyən əraziləri Azərbaycanın tarixi - etnoqrafik vilayətlərindən ibarətdir. 40-cı illərin ikinci yarısında Ermənistan SSR-dən yüz minlərlə azərbaycanlının köçürülməsinə baxmayaraq, bu gün orada 200 minə yaxın azərbaycanlı yaşayır.

Hətta əhalisinin çoxunu azərbaycanlıların təşkil etdiyi rayonlardan (Vordenis, Krasnoselsk, Amasiya və s.) bəhs edərkən də Balayan azərbaycanlılardan heç olmasa birinin adını çəkməyi şəstinə sığışdırmır. Halbuki o, "rusları görməyə gözü olmayan" uydurma "molla"ya dürd səhifə yer verib. Çünki bu, onun bəsit olduğu qədər də rəzil olan füvqəlvəzifəsinin tələblərinə cavab verir. Çətin ki, rus xalqının balayan kimi "müdafiəçi"lərə və "xeyirxah"lara ehtiyacı olsun.

Balayanın azərbaycanlılara qarşı ədavəti o səviyyəyə çatıb ki, Ermənistan SSR-dən keçib Azərbaycana axan çayların məcrasını da dəyişməyə hazırdır. O yazır: "Aksev axır və üzü ilə bahar sularını da aparır. Ermənistan dağlarının sularını. Su deyib yanan Ermənistandan axıb gedir bus ular." (s.187)

Balayan açıq-aşkar azərbaycanlılara hədə-qorxu gəlir: "Vaxt gələcək Aqulis (əylis-Naxçıvan MSSR-də kənd)" də bərpa olunacaq" (s.20) yəni vaxt gələcək əylis "yenidən" ermənilərin olacaq. Balayan yamanca həyasızlıq edir, lakin onun nəyə bel bağladığını anlamaq çətindir. Bəlkə o, Sovet İttifaqının dağılacağına, yaxud Azərbaycan SSR-in ləğv olunacağına ümid edir! Axı başqa yolla əylisi azərbaycanlılardan almaq mümkün deyil. Hər halda yada salaq ki,  müəyyən məqamlarda hər şeyə: SSR-nin dağılması naminə bizim respublika ilə müharibəyə də, antisovet fəaliyyətinə də hazır olan adamlar var.

Balayanın kitabı sovet xalqlarının birliyinin küvrəkliyini və ölkəmizdə ciddi millətlərarası ziddiyyətlər olduğunu sübuta yetirməyə çalışan Qərb sovetoloqları üçün əla töhfədir.

Balayanın kitabı Sovet İttifaqı ilə Türkiyə arasındakı qonşuluq münasibətlərinə qarşı yönəlib.

Məlumdur ki, I Dünya müharibəsi dövründə erməni xalqı 1 milyona qədər tələfat verib və bu milli faciənin müqəssirləri yaxşı bəllidir. Akademik M. Q. Nersisyan onları belə müəyyənləşdirib: "Aydındır ki, ermənilərin kütləvi qırğınına görə məsuliyyət Sultan əbdülhəmid hökumətinin və xüsusilə də gənc türklər hökumətinin üzərinə düşür" (Osmanlı imperiyasında erməni soyqırımı. Sənədlər və materiallar toplusu, Yerevan, 1966, s.IX). Belə olan halda, görəsən, balayan niyə üz nifrətini Osman bəydən (XIII əsr) başlayaraq bu günkü Türkiyədə yaşayan cocuğadək bütün türklərə şamil edir? Hansı əsasla balayan iddia edir ki, erməni soyqırımı Türkiyədə "hələ bir əsr əvvəl dövlət siyasəti səviyyəsinə qaldırılmışdı?" (s.288). onun əlində bu iddianı sübuta yetirən faktlar varmı?

Yer üzündə keçmişdə və indi baş verən bütün cinayətlərə görə türklərin məsuliyyət daşımalı olması barədə Balayanın bəyanatı nə dərəcədə məntiqi və məqsədəuyğundur? (Bax: 344). Axı hətta 1915-ci il hadisələrin də məsuliyyətit təkcə gənc türklər hökumətinin deyil, həm də onların alman himayədarlarının üzərinə düşür. "Qırğının hər iki rəhbərin-Tələb paşanı və ənvər paşanı dayandırmaq üçün Almaniya iqtidarının bircə kəlməsi kifayət idi. əksinə, onlar (almanlar - İ.Q.) üzlərini elə aparırdılar ki, gənc türklər onların hərəkət tərzlərinin Almaniya hökuməti tərəfindən dəstəklənəcəyinə tam əmin ola bilərdilər" (Osmanlı imperiyasında erməni soyqırımı…," s.494). Doğrudanmı balayan bütün alman xalqına da belə nifrət bəsləyir? Üstəlik də ona yaxşı bəllidir ki, Böyük Vətən müharibəsində 384 min erməni əskəri həlak olub. Yox, hər şeydən göründüyü kimi, Balayan alman xalqı ilə Hitlerin başçılıq etdiyi faşist canilər arasındakı fərqi dəqiq təsəvvür edir. Bəs onda görəsən 1915-ci il hadisələri ilə bağlı o belə siyasi korafəhimlik edir? Çünki balayanın müəyyən əsasla Ermənistana aid etdiyi ərazilər AFR-də, yaxud ADR-də yox, Türkiyədədir. Elə buna görə də Balayan ermənilərin türklərə olan nifrətinin "tozunu silərək" əsrin əvvəllərində baş vermiş hadisəni yenidən erməni xalqının yadına salır. Qoy erməni xalqı üzü qərara gəlsin ki, bu onun maraqlarına nə qədər uyğundur. Bircə orasını xatırladaq ki, xalqın mənəvi inkişafını məhdudlaşdıran qisasçılıq ovqatı hələ heç kəsə xeyir gətirməyib. Lakin Balayanın “çalışmaları” təkcə erməni xalqına aid deyil. ərazi məsələsini qaldırmaqla Balayan bu iki qonşu ölkə arasında ideoloji və siyasi qarşıdurmanı gücləndirməyə çalışır. Tarixdə belə bir şey olub: 1946-cı ildə Türkiyə hakim dairələrinin suçu üzündən pisləşən SSRİ-Türkiyə münasibətləri İ. V. Stalinin ehtiyatsız bəyanatları ucbatından daha da kəskinləşmişdir.

Yalnız 1953-cü ilin mayında belə bir bəyanat verilmişdi ki, "Ermənistan və Gürcüstan hökumətləri Türkiyəyə olan ərazi iddialarından imtina etməyi mümkün sayıblar" (P. Moiseyev, Y. Rozaliyev. K istorii sovetsko-turetskix otnoşeniy.-M.:  1958, s.73). lakin münasibətlərin yaxşılaşmasına yalnız 60-cı illərdən müşahidə olunmağa başladı.

Hazırda Sovet-türkiyə münasibətləri rəvan, uğurla və hər iki tərəfin maraqlarına tam uyğun şəkildə inkişaf edir. Balayanı narahat edən də elə budur. Bu ölkələr arasındakı xeyirxah qonşuluq münasibətləri onu heç cür qane etmir. Balayanın Türkiyə əleyhinə hücumları və araqarışdıran bəyanatları da bununla bağlıdır.

Türkiyənin NATO üzvü olduğunu tez-tez təkrarlayan balayan nədənsə unudur ki, SSRİ ilə NATO üzvü olan ölkə arasında münasibətlərin kəskinləşməsi apokalipsik III Dünya Müharibəsi təbliğ edir və bununla da SSRİ Konstitusiyasının 28-ci maddəsini pozur. Kitabın 109-cu səhifəsində Balayan açıq geosiyasi bəyanatla çıxış edir: "Dünyanın heç bir yerində heç kimin yeri bizdəki (ermənilərdəki - İ.Q.) qədər darısqal deyil". Bütün müharibə qızışdırıcıları, bütün bəxtli və bəxtsiz fatehlər üz fəaliyyətinin məhz bu cür bəyanatlarla başlayıblar.

Bizim şəraitdə Balayanın və onun kimi şovinistlərin gücü nə qədər az olsa da, bu, sözügedən kitabın zərərini azaltmır. Həmin kitab marksist-leninçi ideologiya sosialist əxlaqı və sovet prinsipləri ilə bir araya sığmır. Balayan "Sovet təhlükəsi" və Sovet İttifaqının təcavüzkar niyyətləri barədə hay-küy salan burjua ideoloqlarının dəyirmanına su tükdü.

Balayanın kitabı açıq antisovet xarakterlidir və SSRİ-nin dayaqlarını sarsıtmağa yönəlib.


"Ocaq" kitabını nəzərdən keçirərkən biz müəllifin bir çox sərsəm, qərəzli, saxta, elmə zidd, səhv və araqarışdıran bəyanatları ilə tanış olduq. Bütün bunlar balayanın nadanlığı və onun konsepsiyalarının son dərəcə zərərli olması haqqında oxucuda aydın təsəvvür yaradır.

Lakin bu kitabda olan bu səhvə görə biz müəllifə təşəkkür etməyə hazırıq. Bu səhv xeyli dərəcədə rəmzi və qaçılmazdır. Balayan yazır: "Yəqin ki, Böyük və qədim erməni dilində heç bir söz "ocaq" sözü qədər dərin fəlsəfi və sosial məna kəsb etmir" (s.418). Erməni dilində məna və mahiyyətcə bu sözə bərabər başqa bir sözün olmadığına görə biz Balayanın halına yalnız acıya bilərik. Çünki "ocaq" xalis türk (Azərbaycan) sözüdür (bax: E. V. Snvortyan. Etniçeskiye i menqstyukskiye osnovı na qlasnıye). M.: 1974, sm. 422-425).

Bizim "ocaq" sözümüz bir çox dillərə, o cümlədən ermənicəyə keçib (Erməni alimi R. A. Açaryan göstərib ki, erməni dilində 4200-ə yaxın türk sözü var. - Bax: "Sovetskaya tyurkologiya", 1984, ¹3, s.12).

Biz Balayanın bu fikrinin əleyhinə deyilik. Belə ki, "ocaq" sözü həqiqətən tutumlu və çoxmənalı sözdür. "Ocaq" həm od, həm doğma ev, həm işıq deməkdir və daha bir çox başqa mənalar bildirir. Lakin biz istərdik ki, hər kəs üz doğma evində yaşayıb üz oduna qızınsın. Özgələrin məbədinə göz tikənlərin arzuları həmişə gözlərində qalıb.