Parlaq fasadlı, qara günlü şéhér
Géncédén ötéri qeydlér
16 min 700 manatlıq bilet neçéyédir?
Bakı-Géncé qatarına kupeye biletin qiyméti 16700 manatdır. Bunu bilet alana qédér heç cür öyréné bilmézsiniz. Démir yolu vağzalının heç bir yerindé belé mélumatlar asılmayıb. Kassirlérin özündén isé bunu soruşduqda zaman vé adamından asılı olaraq qiymét 20-25 min manata çata bilér. Élbétté mén istisna etmirém ki, kimsé bileti öz qiymétiné dé ala bilér. Amma indiki zamanda kimin baş alıb gedén özbaşınalıq vé qanunsuzluqlarla mübarizé etméyé heyi qalıb. Éziz adamımım yas yeriné getdiyimdén kassirlé çéné döyméyib 20 min manat verdim. Maraqlıdır ki, kassir jurnalist olduğumu belé veciné almadı.
Bir neçé il évvél jurnalistlér köhné démir yolu vaqonlarının necé séliqéyé salındığından daha hévéslé yazırdılar. Amma indi yalnız bir qatardakı véziyyété baxarkén belé néticé çıxarmaq olar ki, hémin işlér davamı yoxdur, yéni dad yarımçıq élindén. Düzdür vaqonlarla çirkab yoxdur, kupelér qızdırılır, tualetlér dé tamam pis köké düşméyib. Amma kupedén asılı olaraq sén bayırın küléyi ilé üz-üzé qalıb azından soyuqlaya bilérsén. İkinci ésas problem yataq déstlérinin, döşéklérin vé odeyalların pis gündé olmasıdır. Méné düşmüş tamamilé cırıq yataq déstini déyişéné qédér, necé deyérlér, ménimki méné déydi. Qatarda adicé çay verilmir. Götüréndé çay téşkil etméyé né var ki, suyu qaynat, paketlérlé démlé vé sat. Amma bélédçilérin qazancı görünür başqa yerdén çıxır.
Géncéyé baxan varmı?
İndi günümüzün én aktual mövzusuna, iqtidar informasiya vasitélérindé geniş tébliğ olunan bir méséléyé aydınlıq gétirék. Géncédé son dövrlérdé né baş verib. Doğrudandamı prezidentin son séférindén sonra elé abadlaşdırılıb ki, onu daha tanımaq olmaz?
Yaxşı xatırlayıram, 80-ci illérin sonu idi, Géncénin mérkézi küçélérindé kanalizasiya sularının axdığını görüb émimdén bunun sébébini soruşmuşdum. O cavab vermişdi: "Oğul Géncéyé indi baxan yoxdur". Bu sözlér son 20 ildé aktual olaraq qalmaqdaydı. Bés bu gün?
Élbétté bézi déyişikliklér elé démir yolu vağzalındaca gözé çarpır: cır-cındır köşklérin hamısı yığışdırılıb. Açıqlıq yarandığından vağzalla üzbéüz gözél bir binanın olduğu o déqiqé nézéré çarpır. Vağzalın binasının fasadı isé ésaslı témirdédir. Hétta kassaları belé başqa yeré köçürüblér. Yerdé qalan köşklér vé mağazalar séliqé ilé rénglénib, misgin görkémini itirib. Mérkézi küçélérdé yollara tézédén asfalt salınıb. Bir iki yerdé fontanlar tikilir. Yol qırağının ot-éléfi yolunub. Mérkézdé gördüyümüz binaların fasadı parlaq rénglérlé rénglénib. Bir çox qırıq-quruq köşklér götürülüb, mağaza reklamları séliqéyé salınıb.
Düzdür, sökhasök ziyansız ötüşméyib. Yığışdırılan köşk vé mağaza sahiblériné heç bir kompensasiya ödénilméyib. Hétta buna göré üréyi partlayan dükançının olduğunu da eşitdim. Yol qıraqlarının ot-éléfinin témizlénmésiné kütlévi olaraq méktéblilér dé célb edilib. Bina fasadları ucuz emulsiya ilé réngléndiyindén yağış yuyub aparır. Şéhérin qıraq-bucaqlarında hér şey köhné qaydada qalıb. Yéni hémin qırıq-quruq köşklér, çala-çuxurlu, ot-éléfli yollar, zibilli küçélér vé én ésası da miskin insanlar...
Miskin insanlar
Éslindé géncélilérin éksérinin héyatını işgéncé, yaşamaq uğrunda çarpışma adlandırmaq daha düzgün olardı. Bütün yaxın adamlarımı, qohum qardaşlarımı yalnız belé gördüm. Onların héyat amalı artıq én ibtidai insan yaşayışı normalarına enib. İnsanlar bu gün normal héyatın né olduğunu unudub. Bircé şeyi düşünürlér ki, bir az da sağ qalaq. Amma céllad rejimi qarşısında tab gétiré bilmirlér. Yasına getdiyim ézizim Éntiqé xala da belélérindéndir. İnsanovların yaratdığı soyğunçu tibb sistemi adicé baş ağrısının, şékér xéstéliyinin qarşısında aciz qalıb.
İnsanların pula göré normal müalicé almaması tékcé Géncéyé xas deyil, bu Azérbaycanın hér yerindé belédir. Amma burada gördüyüm déhşétdir. Cavan adamların beli bükülüb. Uşaqların üzléri şişir vé aylarnan bu şiş çékilmir. Bununla belé, camaat xéstéxanaya yalnız can verén zaman müraciét edir. Sébébi isé mélumdur.
Géncédé pulsuz téhsil varmı?
Azérbaycanın orta méktéblérindé şagirdlérdén pul toplanması, dérsliklérin satılması ilé indi heç kimi tééccübléndirmék olmaz. Amma Géncé méktébléri bu mésélédé daha "uğurlu" inkişaf edir. Çoxları bu il ali méktébléré qébul olunanların sayının 2 défé aşağı düşdüyünün sébébini izah eléyé bilmir. Géncédé isé bunu éla bilirlér. Sén demé bu il şagirdlérin çoxu méktébdén heç attestatını ala bilméyi. Sébébi isé müéyyén olunmuş mébléği ödéyé bilmémésidir. Şişirtmédén deyé bilériki ki, Géncé méktéblérindé indi havadan başqa hér şey pulludur. Müéllimlérin séviyyési isé çox aşağı.
Bu né ayrıseçkilikdir?
Qéribé görünsé dé Géncédé milli ayrıseçkilik problemi var. Kimi dindirirsén kürd ésilli adamların imtiyazlarından, yaxşı işi vé yaşayışı olduğundan danışır. İş o yeré çatıb ki, béziléri artıq özünü yalandan kürd adlandırır...
"Azpetrol" sisternléri
Géncédén qayıdarkén qatar 2 saata qédér çölün düzündé dayanıb gözlédi. Saatlarla dayanmanın sébébini heç kim izah etmédi. Qarşı qatarın keçmésindén sonra sébéb mélum oldu. Bu, 30-a yaxın "Azpetrol" yanacaq sisternléri qoşulmuş yük qatarı idi. Onun keçmésindén sonra néhayét ki, biz dé térpénib Bakıya üz tutduq. Gedénlériniz qayıtsın!
Rafiq Mémmédli, Bakı-Géncé-Bakı
"AZADLIQ", 12.11.2002