İsa Qémbér Rusiya séfiri ilé görüşdü

Moskva prezident seçkileri erefesinde etibarlı melumatlar toplamaq niyyetindedir

Noyabrın 19-da Müsavat Partiyasının başqanı İsa Qember Rusiyanın Azerbaycandakı sefirliyinde sefir Nikolay Ryabovla görüş keçirib. Partiyanın metbuat xidmetinden verilen melumata göre, Rusiya sefirinin teşebbüsü ile keçirilen görüş zamanı Azerbaycandakı mövcud ictimai-siyasi durum, qarşıdan gelen prezident seçkileri, Azerbaycan-Rusiya münasibetleri ve Ermenistan-Azerbaycan münaqişesi müzakire edilib. Bu ve bir sıra başqa meseleler etrafında geniş fikir mübadilesi aparılıb. Qeyd etmek lazımdır ki, son hefte erzinde Rusiyanın Azerbaycandakı sefiri bir sıra başqa müxalifet partiyalarının rehberleri, elece de Heyder Eliyev komandasının keçmiş üzvleri ile görüşler keçirib.

Melumatlı menbelerden “Turan”-a bildiribler ki, aparılan danışıqların mezmunu Azerbaycandakı prezident seçkileri erefesinde ölkenin siyasi quvveler nisbeti ve siyasi liderlerin perspektivleri barede Moskvanın etibarlı melumat elde etmek niyyetinden xeber verir.

"Turan”