Bu gün müxalifét mitinq keçirir

Bu gün mayın 26-sı Birléşmiş Müxalifét Hérékatının téşébbüsü ilé Azadlıq meydanında növbéti mitinq keçirilécék. İstefa! vé növbédénkénar seçki télébléri ilé keçirilén aksiya saat 16:00-da başlayacaq, 18:00-dék davam edécék. Aksiya ilé bağlı Bakı şéhér İcra Hakimiyyétiné göndérilén xébérdarlıq méktubuna ménfi cavab verilib. Buna baxmayaraq, BMH réhbérliyi mitinqi Azadlıq meydanında keçirmékdé israrlıdır.

Bu déféki mitinqin ésas yükü Müsavat, AXCP vé ADP-nin üzérindédir. Aksiyanın téşkilatçılığı ilé bağlı ésas bölgü bu partiyaların rayon téşkilatları arasında aparılıb. Mitinqçilérin Azadlıq meydanına daxil olması üçün bir neçé marşrut müéyyénléşib. Xébér vermişdik ki, ésas toplanış méntéqéléri Céfér Cabbarlı meydanı, Respublika Sarayının qarşısı, Azneft meydanı vé Séméd Vurğun bağı olacaq. Amma dünén déqiqléşdirdik ki, bu marşrutlarda da müéyyén déyişiklik edilib.

Maraqlıdır ki, bu déféki aksiya ilé bağlı hakimiyyétin ciddi hazırlığı hélé ki müşahidé edilmir. 23 mart vé 27 aprel mitinqlérindén évvélki bir neçé gün érzindé onlarla hébs edilénlér, tézyiqé méruz qalanlar olsa da, bu mitinq éréfésindé hélélik heç kés hébs edilméyib. Yalnız bir neçé rayonun érazisindé polislér divarlara vurulmuş çağırış véréqélérini cırıblar vé onları yapışdıranların kimliyi ilé maraqlanıblar. 27 aprel mitinqinin séhéri günü hébs edilénlérin hamısının birdén-biré azad edildiyini xatırladan bézi müşahidéçilérin fikrincé, hakimiyyét beynélxalq téşkilatların tézyiqini nézéré almağa mécbur olub. Bu ehtimalın né dérécédé doğru olub-olmadığını isé bu gün müéyyénléşdiré bilécéyik. Hér halda, bütün véténdaşlarımızın, mitinqé qatılan soydaşlarımızın ehtiyatlı olmasını istéyirik. Çünki bu rejim polisin, qoçu déstélérinin, PKK-çıların gücüné söykénir. Özünüzü onlardan qoruyun!

Qeyd edék ki, ötén mitinqlérdén sonra téşkilatçılar télimatda müéyyén déyişiklik ediblér. Hüquqşünasların réyiné ésasén, véténdaşlar onlara hücum edén mülki geyimliléré qarşı müqavimét göstéré bilérlér.

Öz iradésini ortaya qoyaraq, mitinqé qatılan insanlara kiçicik bir xatırlatmamız da var. Son aylar havanın temperaturunun késkin artıb-azalmasını, ésasén yağmurlu keçdiyini nézéré alıb, aksiyaya özünüzlé çétir (zontik) gétirin. Bu, sizin hém yağışdan, hém dé zéruri müdafié héddindé qoçulardan qorunmanız üçün lazımdır.

Sonda isé sözümüz jurnalist hémkarlarımızadır. Ötén déféki kimi, Azadlıq meydanında dayanıb gözléméyin! Maraqlı kadrlar görmék, onları qélémé almaq, yaxud fotoobyektivé köçürmék istéyirsinizsé, meydanın étrafındakı küçélérdé gézişin. Azadlıq meydanı son hédéfdir. Ora çatana qédér étrafda maraqlı hadisélér baş verécék. Sizin heç bir siyasi méqséd güdmédén peşé féaliyyétinizi obyektiv héyata keçirméyinizi istéyirik.

Könül ŞAMİLQIZI